Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qafqazdan Almaniyaya qədər döyüşən azərbaycanlı – Fərhad Nağıyev!

Veteran.gov.az xəbər verir ki, Nağıyev Fərhad Qara oğlu 1 yanvar 1924-ci ildə Şabran (keçmiş Dəvəçi) rayonunun Şıxlı kəndində anadan olub. 8-ci sinifi qurtarandan sonra Quba Baytarlıq Texnikumuna qəbul olub, bu təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib. Daha sonra Fərhad Nağıyev Şabrana baş həkim təyin eolunub,  ona müharibəyə getməmək üçün bron verilib. Qəhrəmanın qızı Validə Vəliyeva atası haqqında maraqlı fikirlər səsləndirir:

“Müharibə başlayanda atamın 17 yaşı var idi. 1942-ci ildə atam könüllü olaraq  bronunu təhvil verib müharibəyə yollanıb. Əvvəlcə onu Mahaçqalaya aparırıbar.

Atam baytar həkimi olduğu üçün onu qarışıq atçılıq artileriya briqadasına göndəriblər. O vaxtı atlar topları daşıyırdılar. Atam deyirdi ki, mən həm topları daşıyan atlara baxırdım, həm də cəbhə bölgəsindən yaralıları çıxarıb yardım edirdim.

Atam  Mozdoka qədər irəliləyib, orada yaralıları çıxararkən belindən özü yaralanıb və hospitala göndərilib. Sağalandan sonra yenidən cəbhəyə yola düşüb. Bu dəfə başqa cəbhəyə yollanıb. Atam deyirdi ki, Moldova, Ukrayna, Belarusya və Leninqrad ətrafında vuruşaraq Almaniyaya qədər gedib. Müharibə bitdikdən sonra atamı bir il də Moskvada saxlayıblar ki, sənin köməyinə ehtiyacımız var. 1946-cı ildə atamı evə yola salıblar.

Atam müharibədən gələndən sonra yaxşı mütəxxəsis olduğu üçün onu Bakının Qobu kəndində baş həkim təyin edirlər və atam orada anamla ailə qurur. Sonra atam Bakıda ət  kombinatına müdür təyin olunur.

Bir müddətdən sonra atamı Xızı rayonuna baş həkim təyin edirlər. 1 il orada işləyəndən sonra Quba rayonuna təyinat alır. Orada 2 il işləyəndən sonra öz rayonuna, yəni Şabrana baş həkim təyin olunur.  Atam həm işləyir, həm də Gəncə şəhər Kənd Təsərüfatı İnstitutunda oxuyurdu. O, öz yaradıcılığını, potensialını genişləndirirdi.

Atam Heydər Əliyevlə dəfələrlə görüşüb, onun tapşırıqlarını və tövsiyələrini alıb. Ulu öndə hər dəfə Şabrana gələndə mütləq atamla görüşürdü.

Atam ahıl yaşında da  dövlətinə xidmət edirdi. O 2011-ci ilin dekabrına qədər işləyib. 2014-cü  və 2015-ci ildə prezidentimiz İlham Əliyevlə görüşüb. Ömrünün axrına qədər dövlətinə xidmət edib. Atam 16 dekabr 2015- ci ildə vəfat edib. Müharibə illərində bir çox orden və medallarla təltif olunub”.

 P.S.Fərhad Nağıyevin həyat və döyüş yolu Azərbaycan xalqının qəhrəmanlığına, mübarizliyinə nümunədir və bu örnək əsrlər sonra da gənclərimiz üçün ilham mənbəyi olaraq qalmaqda davam edəcək.

 

 

 

                    

2023-06-06 12:21:05
2862 baxış

Digər xəbərlər

DTX-nın Bakıdakı anti-terror əməliyyatı Naxçıvana dron hücumunun təsadüfi olmadığını isbatladı - TƏHLİL!

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda strateji obyektlərə, eləcə də ictimai şəxsə qarşı terror aktı həyata keçirməyi planlaşdıran İran xüsusi xidmət orqanlarını ifşa edib. DTX-nın keçirdiyi əməliyyat nəticəsində SEPAH tərəindən ölkəmizə keçirilən 3 partlayıcı maddə zərərsizləşdirilib, bu maddələrin 3-cü şəxslərə ötürülməsinin qarşısı alınıb. Məlum terror aktının icrasına çalışan və DTX tərəfindən saxlanılan Quliyev Tərxan Tərlan oğlu, Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiq oğlu, Rüstəmov Rəşad Fərhad oğlu, Ağayeva Xədicə Zakir qızı, Əhmədov Elvin Bəhruz oğlu, Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib İsmixan oğlu törətdikləri əməlləri, o cümlədən, SEPAH ilə əlaqəli şəxslərin tapşırığı ilə partlayıcı qurğunu götürdüklərini, sui-qəsd planları ilə əlaqədar tapşırıqları icra etdiklərini etiraf ediblər. DTX-nın Bakıdakı anti-terror əməliyyatı İranın ölkəmizə olan ənənəvi münasibətində heç bir dəyişikliyin olmadığını, cənub qonşumuzun Azərbaycanda xaos və qarışıqlığın mövcudluğunda maraqlı olduğunu göstərdi. Eyni zamanda bu anti-terror əməliyyatı sübut etdi ki, İranın 5 mart 2026-cı il tarixində Naxçıvana həyata keçirdiyi dron hücumu heç də təsadüfi olmayıb və məqsədli şəkildə gerçəkləşdirilib. İranın terror aktı və terror planları Azərbaycanın xüsusi xidmət orqanlarının yüksək peşəkarlığa malik olduğunu ortaya çxıarmaqla yanaşı, cəmiyyətimiz, eləcə də hər bir fərdimiz üçün vacinb olan bir həqiqəti də aktullaşdırdı. Bu da bütün vəətndaşlarımızın hər zaman – xüsusilə də indiki həssas dönəmdə daim ayıq-sayıq olmasının vacibliyi, şahid olduqları istənilən şübhəli şəxs və ya əşya, hadisə və ya proseslə bağlı xüsusi xidmət orqanlarımızın məlumatlandırmasıdır. Unutmaq olmaz ki, təhlükəsizliyin etibarlı təmini bir qurum və ya bir neçə şəxsin üzərinə düşən, onlar tərəfindən gerçələşdirilməsi gərəkən məsələ deyil. Təhlükəsizliyin təmini hər bir vətəndaşın aktiv iştirakı ilə təmin olunması gərəkən kompleks və mürəkkəb bir prosesdir. Odur ki, hər bir vətəndaş bu həssas məsələdə üzərinə düşən məsuliyyəti dərk etməli, öz ayıq-sayıqlığı ilə ümummilli təhlükəsizliyimizə töhfə verməyi bacarmalıdır. Seymur ƏLİYEV  

Hamısını oxu
“Vətən müharibəsində ölkəmizdəki bütün xalqlarının sərgilədiyi həmrəylik Heydər Əliyevin azərbaycançılıq ideologiyasının qələbəsidir”

Cəlil Xəlilov: “Bu ideologiya bu gün də davam və inkişaf etdirilməkdədir”   44 gün davam edən Vətən müharibəsində ökəmizdə yaşayan və Azərbaycan vətəndaşı olan bütün xalqların yaxından iştirak etdiyi, qələbəyə öz töhfəsini verdiyi hər kəsə məlumdur. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu həmrəyliyin arxasında duran məqamlara diqqət çəkib, Azərbaycanın burada məskunlaşan bütün xalqların vətəni olduğunu qeyd edib:   “44 günlük Vətən müharibəsində sadəcə azərbaycanlıların deyil, Azərbaycan vətəndaşı olan digər xalqların nümayəndərləinin də erməni faşizminə qarşı mübarizədə yaxından iştirak etdiyi, düşmən üzərində qələbəyə ciddi töhfə verdiyi hər kəsə məlumdur. Müharibənin ilk günündən etibarən dövlətimizin həyata keçiridyi qismən səfərbərlik çağırışına səs verən, könüllü şəkildə ordu sıralarına qatılaraq cəbhədə düşmənə qan udduran bütün vətəndaşlarımız vahid amal üçün – işğaldakı torpaqlarımızı azad etmək uğrunda qəhrəmancasına mübarizə aparıb. Təkcə bir faktı qeyd edim ki, müharibədə Azərbaycan vətəndaşlığı daşıyan rus millətindən olan xeyli sayda insan iştirak edib ki, onların 3-ü şəhid olub, 10 nəfərə qədəri isə yaralanıb. Onların arasında Şuşaya qədər gedib çıxan, Şuşa uğrunda mübarizə aparan rus millətindən olan vətəndaşlarımız olub. Azərbaycan Respublikasının Milli Qəhrəmanları arasında Yuri Kovalyov, Sergey Murtuzalıyev, Sergey Senyuşkin kimi cəsur hərbçilər mövcuddur. Yəhudi əsilli Albert Aqarunovun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlar bütün dünyaya məlumdur. Ukrayna millətindən olan Ruslan Polovinko, Belarus əsilli vətəndaşımız Anatoli Davidoviç, Gürcüstanda anadan olan Viktor Seryogin və bu qəbildən olan digər qəhrəmanlarımız bütün Azərbaycanın fəxri və qürurudur. Dövlətimiz bütün bu qəhrəmanların adının əbədiləşdirilməsi istiqamətində ciddi addımlar atıb, onların abidə və büstləri ucaldılıb, keçə və meydanlara onların adı verilib.   Bu faktın özü göstərir ki, ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri Azərbaycanı öz ana vətənləri hesab edir və bu vətənin keşiyində durmağı, onu düşməndən müdafiə etməyi özlərinə şərəf bilirlər.   Cənab prezident öz çıxışlarında dəfələrlə qeyd edib ki, düşmən üzərində zəfərimizi təmin edən başlıca amil bizim həmrəyliyimiz olub. Bu həmrəyliyi təmin edən əsas amillərdən biri, bəlkə də birincisi isə azərbaycançılıq ideologiyasıdır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ideologiya ölkəmizdə yaşayan bütün xalqların birliyini, həmrəyliyini, qardaşlığını nəzərdə tutur. Bu ideologiyanın mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs hansı xalqa mənsub olmasından asılı olmayaraq, vətəni Azərbaycanı sevməli, onun maraq və mənafeyini qorumalıdır.   Ümummilli lider tərəfindən irəli sürülən və cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu ideologiya xalqımızın birliyini, bərabərliyini, gücünü təçmin edən başlıca faktordur. Hansı ki, məhz bu faktor bizi 44 günlük Vətən müharibəsindən qalib çıxardı, düşmən üzərində həlledici qələbəmizi təmin etdi. Bu baxımdan əslində ordumuzun 8 noyabr zəfərini həm də ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının qələbəsi kimi də qiymətləndirmək mümkündür.   İnanıram ki, xalqımızın bu birlik və bütövlüyü bundan sonra da qorunacaq, Azərbaycan xalqı gələcəkdə də düşmənlərə sözünü öz birliyi, həmrəyliyi ilə deyəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
“Brüssel görüşü bir daha göstərdi ki, Azərbaycan strateji maraqlarını addım-addım həyata keçirir”

    “Brüssel görüşü Azərbaycanın siyasi-diplomatik uğurudur. Xüsusilə qeyd etməliyik ki, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm qələbə regionda olduğu kimi beynəlxalq arenada da yeni reallıqlar yaratmışdır. Beləki, Brüssel görüşünün nəticəsində Avropa İttfaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuata verdiyi bəyanat Azərbaycanın irəli sürdüyü tezislərlə uyğunluq təşkil edir. Xüsusilə də, Ş.Mişel tərəfindən səsləndirilən bəlkə də ən vacib siyasi mesaj hərtərəfli sülh müqaviləsinin imzalanmasının vacibliyidir”.   Bu sözləri saytımıza cənab Prezident İlham Əliyevin Brüssel səfərini şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.   O, Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın dünən Brüsseldə keçirilən üçtərəfli görüşünü şərh edib. “Bu mühüm tədbirdə Azərbaycanın mövqeyi yenidən səsləndirildi və Qərbdəki tərəfdaşlarına çatdırıldı. Aydın oldu ki, Azərbaycanın münaqişədən sonrakı gündəliyini hamı tanıyır. Avropanın ən nüfuzlu təşkilatı olan Aİ bu məsələdə Azərbaycanın mövqeyini bölüşür”, - deyə millət vəkili bildirib.   Tamam Cəfərova açıqlamasında bildirib ki, Avropa İttifaqının Cənubi Qafqazda sülh və siyasi stabillik arzulaması Qərbin liberal dəyərləri ilə deyil, daha çox praqmatik siyasət zərurətindən irəli gəlir. Siyasi gərginlik Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında ən vacib arteriyalardan biri olan Cənubi Qafqaz regionunu daima təhlükə altında saxlayır. Revanşizmin təsiri altında və ya kənar qüvvələrin təhriki ilə Ermənistanın Azərbaycana qarşı ata biləcəyi istənilən yeni hərbi təxribatın mənfi təsirləri Cənubi Qafqaz regionunun sərhədlərini aşaraq Avropa İttifaqının siyasi və iqtisadi durumuna zərbə endirə bilər. Xatırladaq ki, Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan ilə əməkdaşlıq edən Aİ  bu illər ərzində enerji sahəsində, başda Cənub Qaz Dəhlizi üzrə 2011-ci il tarixli Birgə Bəyannamə olmaqla, bir çox strateji əməkdaşlıq qurmuşdur. Bu baxımdan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan və Ermənistan arasında dayanıqlı və uzunmüddətli sülhün təmin olunmasında Aİ olduqca maraqlıdır.   T. Cəfərova xüsusilə qeyd edib ki, Ş. Mişelin 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış etməsi ilk növbədə Avropa İttfaqının bu formatların tanınması və onlarla hesablaşması anlamına gəlir. Burada əsas məqam ondan ibarətdir ki, hər üç görüş və bəyanat Aİ-nın geosiyasi rəqibi olan Rusiyanın iştirakı və vasitəçiliyi ilə keçirilmiş və imzalanmış razılaşmalardır. Ş. Mişelin bu bəyanatların yerinə yetirilməsinə çağırış etməsi Avropa ittifaqının indiyə qədər əldə edilən razılaşmalara qarşı hər hansı bir irad və ya narazılığının olmamasından xəbər verir.   Ş.Mişel verdiyi bəyanatda regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulanıb. Eyni zamanda bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunulub. Həmçinin dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı diqqətə çatdırılıb.   Avropa İttifaqı Prezidentinin bəyanatında, həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vurğulanıb.    Şübhəsiz ki, bütün bunlar cənab prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin növbəti böyük siyasi-diplomatik uğurudur.    Biz görürük ki, artıq gündəmdə sərhəd və Zəngəzur məsələsidir. Yəni Azərbaycan strateji maraqlarını addım-addım həyata keçirir. Bir nəticəni də qeyd etmək olar. Artıq Azərbaycan Avropa İttifaqının reabilitasiya, yenidənqurma proseslərinə maliyyə dəstəyi verəcəyinə nail ola bilib. Bu iki nəticə çox vacibdir və Azərbaycan buna nail olub.   Həmçinin onu da qeyd etməliyik ki, görüşdə mühüm məqamlardan biri, Zəngəzur və Laçın dəhlizində gömrük postlarının qurulması ilə bağlı idi. Təbii ki, burada da  Prezident İlham Əliyev qətiyyətlilik nömayiş etdirərək, diqqətə çatdırdı ki, əgər Zəngəzur dəhlizində  gömrük postları olacaqsa, o cümlədən Laçın dəhlizində də bu, tətbiq olunacaq. Bununla da, bir daha Cənab Prezident göstərdi ki, Azərbaycan dövləti Azərbaycan xalqının milli maraqlarından irəli gələn siyasət yürüdür.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI plenumu keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI plenumu keçirilib. Plenumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Elvin Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general Habil Nağıyev və digər şəxslər də iştirak edib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi, təşkilatın mərhum sədri, “İstiqlal” ordenli Fatma Səttarovanın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Plenumda Təşkilatın ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat dinlənilib, qarşıda duran vəzifələr müzakirə edilib. Yeni sədrin seçilməsi, eləcə də Nəzarət-Təftiş Komissiyasının tərkibinin təsdiq edilməsi müzakirəyə çıxarılıb. Plenumda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədri seçilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nəzarət-Təftiş Komissiyasının tərkibi də təsdiq edilib.  

Hamısını oxu