Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şirvan şəhər Veteranlar Təşkilatının yaranmasının 35 illiyi münasibəti ilə tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 2 mart 2022-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şirvan şəhər Veteranlar Təşkilatının yaranmasının 35 illiyi münasibəti ilə tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Şirvan şəhər Veteranlar Təşkilatının sədri Vaqif Qayıbov  Təşkilatın yaranma tarixi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Vaqif Qayıbov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə, xüsusilə 1970-1980-ci illərdə respublikada bütün sahəlrədə olduğu kimi, veteran hərəkatında da canlanma yaranmış, bu hərəkat tədricən  bütün ölkəni əhatə etmiş, dövlətin dəstəyi sayəsində Azərbaycanın əksər rayonlarında veteran təşkilatlarının yaradılması 1987-ci ildə Respublika Veteranlar Şurasının təsis olunması ilə nəticələnmişdir.

 

Tədbirdə çıxış edən Birinci Qarabağ müharibəsi iştirakçısı Daniyar Mehdiyev ötən əsrin 90-cı illərindəki Qarabağ müharibəsi ilə bağlı iştirakçıları məlumatlandırıb, müharibə ilə bağlı xatirələrini dilə gətirib.

 

44 günlük Vətən müharibəsi iştirakçısı Həsənxan Həsənli müharibə ilə bağlı təəssüratlarından söz açıb. O, şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına öz minnətdarlığını bildirib.

 

İkinci Qarabağ müharibəsi iştirakçısı Anar Ağamalı müharibə dövründə əsgər və zabitlərin qəhrəmanlığından danışıb. Anar Ağamalı qeyd edib ki, müharibə Azərbaycan  əsgərinin qorxmaz və mübariz olduğunu, hər cür fədakarlığa hazır olduğunu bütün dünyaya sübut etdi.

 

Əmək veteranı Aslan Aslanov tədbirdə çıxış edərək Ümummilli lider Heydər Əliyevin müdrik kəlamı ilə tədbiri yekunlaşdıırb: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhdiliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

 

 

2022-03-04 12:29:00
1083 baxış

Digər xəbərlər

Azərbaycan və Türkiyənin bayraqları Ağrı dağının zirvəsində dalğalandırılıb

Ankara, 18 sentyabr, AZƏRTAC Türkiyəli alpinist Erkan Yücel Azərbaycan və Türkiyənin dövlət bayraqlarını Ağrı dağının zirvəsində dalğalandırıb. Alpinist Ağrı zirvəsinə aparan 5137 metr yolu 5 günə qət edib. Növbəti idman zəfəri ilə bağlı fikirlərini AZƏRTAC-ın xüsusi müxbirinə bölüşən alpinist Erkan Yücel deyib: “Bütün fürsətlərdə idman nailiyyətlərimi Azərbaycan-Türkiyə qardaşlığına ithaf etməyə çalışmışam. Ağrı dağının zirvəsini fəth etməkdə məqsədim bir tərəfdən Qarabağ münaqişəsində Azərbaycana mənəvi dəstəyimi göstərmək, digər tərəfdən isə Ermənistanın Türkiyəyə qarşı əsasız iddialarına qarşı mövqe nümayiş etdirmək olub”. Qeyd edək ki, alpinist Erkan Yücel AKUD İdman Cəmiyyətinin üzvüdür. Sabir Şahtaxtı AZƏRTAC-ın xüsusi müxbiri Ankara

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında polkovnik Cəlil Xəlilovla bağlı yubiley tədbiri keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında polkovnik Cəlil Xəlilovla bağlı yubiley tədbiri keçirilib.  Tədbiri giriş sözü ilə açan Təşkilatın sədri Fatma Səttarova Cəlil Xəlilovun çoxillik xidmətlərinə diqqət çəkib, onun bu gün də gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Fatma Səttarova polkovnik Cəlil Xəlilovu Fəxri Fərmanla təltif edib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi, şair-publisist, əmkdar incəsənət xadimi, prezident təqaudçüsü   polkovnik Abdulla Qurbani Cəlil Xəlilovun keçdiyi xidməti yoldan ətraflı bəhs edib: “Ömrünün yarıdan çoxunu hərbi xidmətə həsr etmiş C.Xəlilov 1977-ci ildə keçmiş SSRİ-nin Vorkuta vilayətində müddətli həqiqi hərbi xidmətə başlamış, 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi Məktəbini, 1990-cı ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakültəsini (qiyabi) bitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir Sərhəd Dəstəsində zastava rəisinin müavini kimi hərbi xidmətini davam etdirmişdir.  C.Xəlilov 1982-2013-cü illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə xidmət etmişdir. Əfqanıstan, Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranıdır. Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət etdiyinə, yüksək peşəkarlığına və hərbi xidmət dövründə vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə görə dəfələrlə orden və medallarla təltif olunmuşdur.  2014-cü ildə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədr müavini seçilmişdir. Həmin gündən ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunması işində yaxından iştirak edir. Onun Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin qurulmasında böyük əməyi vardır. Təşkilatın sədr müavini kimi Azərbaycanı xarici ölkələrdə, o cümlədən MDB məkanında layiqincə təmsil edir, Azərbaycan həqiqətlərinin təbliği və müdafiəsində bilik və bacarığını əsirgəmir. C.Xəlilov 44 günlük Vətən müharibəsi dövründə də gənclərin vətənpərvərlik tərbiyəsi işində fəallıq göstərərək həm səfərbərliyə cəlb olunan hərbi vəzifəlilər və həm də döyüş əməliyyatlarında birbaşa iştirak edən şəxsi heyət qarşısında davamlı görüşlər keçirmişdir”. Polkovnik Abdulla Qurbani Cəlil Xəlilovun müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən təltif edilməsi ilə bağlı əmri oxuyub. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Cəlil Xəlilova ünvanlanan təbrik məktubunu səsləndirib, nazirlik adından yubileyara hədiyyə təqdim edib.  Tədbirdə çıxış edən “Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri polkovnik Fəxri Abbasov Cəlil Xəlilovla bağlı xatirələrini dilə gətirib, yubileyara hədiyyələr təqdim edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları Şaiq Məmmədov və Seymur Şeydayev Xidmət rəisi Mürsəl İbrahimovun Cəlil Xəlilova təbrik məktubunu oxuyub, Xidmət adından verilən “Hərbi vətənpərvlik tərbiyəsindəki xidmətlərə görə”  medalını ona  təqdim ediblər. Tədbridə çıxış edən Rəyasət Heyətinin üzvü İmran Əbilov, Şuşa Rayon Veteranlar Təşkilatının sədri Ağalar Əliyev, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı polkovnik Cəlil Xəlilova xoş arzularını bildiriblər.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı polkovnik Samir Musayev Rusiya, Belarus, Moldova və digər ölkələrədn polkovnik Cəlil Xəlilova göndərilən təbrik məktubları haqqında məlumat verib. Sonda çıxış edən Cəlil Xəlilov təbriklərə görə bütün iştirakçılara və müvafiq dövlət qurumlarına  öz təşəkkürünü bildirib, minnətdarlığını ifadə edib. Seymur ƏLİYEV

Hamısını oxu
Cəlilabadda Heydər Əliyev ili çərçivəsində şeir müsabiqəsi keçirilib

Veteran.gov.az xəbər verir ki, 25 aprel 2023-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi Cəlilabad rayon sektoru, rayon Veteranlar Təşkilatı və Cəlilabad rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Şəhər 9 nömrəli tam orta məktəbdə şeir müsabiqəsi keçirilib.  Tədbirin açılış mərasimində  Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, LARTİ-nin Cəlilabad rayon sektorunun metodisti İlham Əhmədov, AYB-nin üzvü, rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman iştirakçılara müsabiqə haqqında geniş məlumat verərək bildiriblər ki, müsabiqənin  keçirilməsində məqsəd həyatını xalqına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində dərin iz buraxan siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətini gənc nəslə aşılamaqdır.  Müsabiqədə şagirdlər Ulu Öndər Heydər Əliyev və vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Müsabiqə iştirakçılarının söylədiyi şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə uyğun olaraq şeir müsabiqəsinin qalibləri müəyyən olunub. Müsabiqənin qaliblərinə Ulu Öndərin doğum günündə mükafatlar təqdim olunacaqdır.

Hamısını oxu
Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür. O, 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Milli Qəhrəmanımız Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olub. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib. 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib. Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

Hamısını oxu