Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Fatma Səttarova qadın veteranları 8 Mart münasibəti ilə təbrik edib

Veteran.gov. az xəbər verir ki, Mühartibə, Əmək və Sialhlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova 8 Mart - Beynəlxalq qadınlar günü münasibətilə aşağıdakı qadın veteranları təbrik edib.

 

Xarkovskaya Anna Qordiyevna,  BVM veteranı, 09.06.1921, Xətai r-nu,

Kravsova Anna Petrovna, BVM veteranı,17.11.1923, Nəsimi r-nu,

Qazıyeva Tacirə Həmid qızı, BVM veteranı,29.12.1924, Nizami r-nu,

Rəsulova Zinaida İliniçna, BVM veteranı, 23.06.1923, Yasamal r-nu,

İsababayeva Həcər Muştaq qızı, Sosialist Əməyi Qəhr.,1938, Səbail r-nu,

Usubova Əskinaz Əbdüləli qızı, Sosialist Əməyi Qəhr., 1926, Beyləqan r-nu,

Vəliyeva Şərqiyyə Əkbər qızı, Sosialist Əməyi Qəhr.,01.07.1936,  Laçın r-nu,

Qasımova Valentina Mixaylovna, Leninqrad blok. iştirakçısı, 14.01.1934, Yasamal r-nu,

Abdullayeva Natalya Borisovna, Leninqrad blok. iştirakçısı, 26.05.1939, Xətai r-nu,

Məmmədova Mahirə Rəhimovna, Leninqrad blok. iştirakçısı, 06.10.1938, Nərimanov r-nu,

Tataurova Qalina Aleksandrovna, Leninqrad blok. iştirakçısı, 27.09.1941, Sabunçu r-nu,

Efendiyeva Nonna Anatolyevna, Leninqrad blok. iştirakçısı ,27.06.1932,  Nəsimi r-nu,

Musayeva Tərlan Həsən qızı, Əmək veteranı,22.01.1955, Bərdə r-nu

 

Sədr Fatma Səttarova

04 mart 2022-ci il

 

 

 

 

2022-03-04 15:10:00
1426 baxış

Digər xəbərlər

Ümumrusiya Azərbaycan Konqresi ətrafında baş verənlər ciddi narahatlıq doğurur

  2001-ci ildə yaradılan Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) bu müddət ərzində Rusiya Federasiyasında yaşayan azərbaycanlıların problemlərinin həllində, onların Rusiya cəmiyyətinə inteqrasiyasına nail olunmasında, hər iki xalq arasında dostluq münasibətlərinin inkişafında mühüm işlər görmüşdür. Əlbəttə, bu fəaliyyətin uğurla həyata keçirilməsində Rusiyanın müvafiq dövlət orqanlarının Konqresin fəaliyyətinə göstərdikləri dəstəyin də xüsusi rolu olmuşdur. Məhz buna görə də Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı bu ölkənin Ali Məhkəməsinə müraciət etməsi MDB məkanında, eləcə də dünyanın müxtəlif ərazilərində fəaliyyət göstərən əksər diaspor təşkilatları, həmçinin digər ictimai birliklər tərəfindən təəccüblə qarşılanıb. Həmin ictimai təşkilatların rəyinə görə, ÜAK daim azərbaycan-rus xalqları arasında dostluq, mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində ardıcıl və səmərəli iş aparmaqla, ikitərəfli münasibətlərin inkişafına müsbət töhfə verir. Uzun illər ərzində səmərəli iş aparan Konqresin fəaliyyətinə yaranmış təhlükənin Rusiya-Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcəyi xüsusi narahatlıq doğurur. Respublika Veteranlar Təşkilatı və Azərbaycanın çoxsaylı veteranları da ÜAK-ın Rusiya azərbaycanlılarının mənafelərinin müdafiəsi və bu ölkə ilə qarşılıqla əlaqələrin genişləndirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir, təşkilat ətrafında baş verənlərdən narahat olduqlarını bildirirlər. Bizim qənaətimizə görə də, bu xoşagəlməz halın arxasında Rusiya-Azərbaycan dostluğunu qəbul edə bilməyən müəyyən qüvvələr və təşkilatların dayandığı şübhəsizdir. Biz inanırıq ki, Rusiya Federasiyasın müvafiq dövlət orqanları, bu ölkənin Ali Məhkəməsi məsələni lazımınca araşdıracaq və hər zaman qanun çərçivəsində fəaliyyət göstərən ÜAK-ın iki xalq arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsindəki rolunu nəzərə alacaqdır. Rusiyada yaşayan azərbaycanlılar da məsələ ilə bağlı düzgün qərar veriləcəyinə və ÜAK bundan sonra da fəaliyyətini uğurla davam etdirəcəyinə inanırlar. Rusiya Ali Məhkəməsinin qərarının ədalətli və müdrik olacağına bizim də şübhəmiz yoxdur.   Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov.  

Hamısını oxu
Prezident İsmayıllıda modul tipli xəstəxananın açılışında

İyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.  AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.  

Hamısını oxu
Əfsanəvi sərkərdənin anım günü keçirilib

Yanvarın 22-də Şəhidlər xiyabanında Azərbaycanın hərb tarixinə adı qızıl hərflərlə həkk olunan iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun anım mərasimi keçirilib.Əfsanəvi generalın abidəsi önünə əkililərin qoyulması ilə başlanan mərasimdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev H.Aslanovun şərəfli ömür yolu və qəhrəmanlığı barədə ətraflı məlumat verib. Müasir gəncliyimizin qəhrəman döyüşçüdən çox şey öyrənməli olduğunu deyən idarə rəisi vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi gənclərimizin vətənpərvərlik ruhunun yuksəldilməsində mühüm  rol oynayır.Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov da H.Aslanovun hərbi xidmətlərindən danışıb. O, sərkərdənin ömür yolunun hər bir gəncə ən dəyərli nümunə olduğunu qeyd edib.Qəhrəmanın nəvəsi Emin Aslanov ailə üzvləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib. * * * Azərbaycan Hərb Tarixi Muzeyində də iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun anım günü qeyd edilib

Hamısını oxu
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...

Hərb müstəvisində möhtəşəm qələbələr qazanaraq öz ərazi bütövlüyü, konstitusiya quruluşu və suverenliyini bərpa edən Azərbaycan diplomatik arenada Zəfərin fundamental əsaslarını möhkəmləndirir, regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edən ardıcıl nailiyyətlərə imza atır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik xarici siyasəti, uzaqgörən və məqsədyönlü strateji kursu postmüharibə mərhələsində Azərbaycan dövlətinin bütün hədəflərinin gerçəkləşməsini mümkün edir. Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycan tərəfə qaytarılması barədə razılıq əldə olunması bu baxımdan xüsusi önəm daşıyan tarixi hadisədir. Hazırkı dönəmdə Ermənistanın ölkəmizin ilkin şərtlərinə uyğun olaraq qeyri-anklav kəndlərimizi hər hansı hərbi məcburetmə tədbirlərinə ehtiyac duyulmadan - bir güllə atılmadan, dinc şəkildə təhvil verməsi Prezident İlham Əliyevin “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır” fikrinin əyani təsdiqi və real təzahürüdür. Bu, heç şübhəsiz, tarixi hərbi qələbənin fonunda böyük diplomatik uğurdur. Bununla, eyni zamanda, sərhəddə gərginliyə səbəb olacaq faktorlar aradan qaldırılır, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam etdirilir. Bütün bu reallıqlar təsdiqləyir ki, Azərbaycan postmüharibə reallıqlarını qəbul etdirib, danışıqlar yeni gündəlik əsasında aparılır. Azərbaycan qətiyyətli mövqeyindən bir addım da geri çəkilmək niyyətində deyil. Belə prinsipial mövqeyin fonunda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması kimi məsələlərdə ölkəmizin təqdim etdiyi təkliflər baza prinsipləri kimi qəbul edilir, çünki beş prinsip beynəlxalq hüquq normalarına və sivil dəyərlərə əsaslanır. Yekun saziş isə ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. İki dövlət məhz Azərbaycanın təklif və təqdim etdiyi prinsiplər əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Bütövlükdə isə, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli siyasəti qarşıda duran digər strateji hədəflərə çatmağa imkan verəcək. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu