Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı başsağlığı verib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:

 

“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq böyük kinodramaturq, ölməz sənət əsəri olan “Günəşdən usanmışlar” filmi  ilə ölkəmizə “Oskar” qazandıran Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun vəfatından kədərləndiyimizi bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı veririk. Azərbaycan kinosunda özünəməxsus iz qoyan Rüstəm İbrahimbəyov fiziki olaraq aramızdan ayrılsa da, onun filmləri həmişəlik sadəcə ölkəmizin deyil, bütövlükdə dünya kino xəzinəsinin ən dəyərli nümunələrindən biri olaraq qalacaq, insanları düşündürməkdə, onları ülviliyə, nəcibliyə, xeyirxahlığa səsləməkdə davam edəcəkdir. Bir daha böyük sənətkarımıza rəhmət diləyir, doğmalarına səbr arzulayırıq.

Allah rəhmət eləsin!”

 

2022-03-16 10:36:00
1091 baxış

Digər xəbərlər

Prezident bu şəxsi Təhsil naziri təyin etdi

Prezident İlham Əliyev Emin Əmrullayevin Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilsin

Hamısını oxu
"Azpetrol" şirkəti şəhid ailəsini yanacaqla təmin edib

Veteran.gov.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində şücaəti ilə seçilən şəhid, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) xüsusi əməliyyatlar taborunun döyüş qrupunun hücumçu kəşfiyyatçı giziri Şəhriyar Quliyevin atası Nəsib Quliyev “Azpetrol” şirkətinə müraciət edib. N.Quliyev şirkətdən Qarabağa səfər üçün yanacaqla təmin olunmasını xahiş edib. Şəhid ailəsinin istəyini həyata keçirən “Azpetrol” şirkəti ailəni yanacaqla təmin edib.   Qarabağ Azərbaycandır.   Azpetrol-Daim inkişafa doğru!  

Hamısını oxu
İkinci Dünya Müharibəsinin Sonu: Qələbənin və Dağıntının Hekayəsi

Səssiz gecələri qıran top səsləri, yanğınların qızılı işığında əks olunan dağıdılmış şəhərlər, palçığa bulaşmış əsgər çəkmələri, sönmək bilməyən bir ümid... 1944-cü ilin qışında müharibənin nəfəsi artıq daha sərt, daha yaxın hiss olunurdu. Bəşəriyyətin yaddaşına qara hərflərlə yazılmış İkinci Dünya Müharibəsi öz son, lakin ən qanlı mərhələsinə qədəm qoyurdu. Artıq alman işğalı altında inləyən sovet torpaqları bir-birinin ardınca azad edilir, SSRİ-nin sərhədləri bərpa olunurdu. Müharibənin alovu Avropanın dərinliklərinə qədər yayılır, tanklar şəhər küçələrini keçib keçmişi dəyişmək üçün irəliləyirdi. Bu, insanlığın faşizm zülmündən xilasına yönəlmiş ümumbəşəri bir savaş idi. Müttəfiqlər artıq təkcə cəbhələrdə deyil, siyasi masalar arxasında da gələcəyin konturlarını çəkirdilər. Alman faşizminin və Yaponiya militarizminin çöküşü yaxın idi. Amma bu çöküş minlərlə əsgərin canı, milyonlarla insanın göz yaşı bahasına başa gələcəkdi. Müharibənin gedişində sonrakı mərhələ (1944-cü il yanvar  1945-ci il sentyabr) Alman faşizminin və Yaponiya militarizminin darmadağın edilməsi uğrunda mübarizə ilə səciyyələnir. Bu dövrdə müttəfiq ölkələrin bütün səyləri tezliklə müharibəyə son qoyulmasına yönəldilmişdi. 1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt edilmiş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin yanvar-fevralında Leninqrad-Novqorod vilayətləri, martda sağ sahil Ukraynası, aprel-mayda Krım-Odessa vilayətləri, iyunda Kareliya, iyun-iyulda Belarusiya, iyul-avqustda Qərbi Ukrayna,  avqust ayında Moldaviya, sentyabr-oktyabrda Baltikyanı respublikalar almanlardan xilas olundular. 1944-cü ilin oktyabrında SSRİ-nin keçmiş sərhədləri bərpa olundu. Sovet orduları Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazilərinə daxil oldular. Onların faşistlərdən azad edilməsi və sovet nüfuz dairəsinə keçirilməsi uğrunda mübarizə başlandı. Sözügedən strateji hərbi əməliyyatlar sırasında 1944-cü ilin iyun-iyul aylarında Vitebsk-Bobruysk-Minsk rayonunda keçirilən döyüşlər çox ibrətamiz idi. Bu döyüşdə almanların 17 diviziyası və 3 briqadası tamamilə məhv edilmiş, 50 diviziyası isə öz heyətinin yarısını itirmişdi. Ümumilikdə hitlerçilər bu döyüşdə yarım milyon adam itirmişdilər. Əsir alınan 60 minə yaxın alman əsgər və zabiti gətirilərək Moskvanın Qırmızı meydanından bayraqlarını ataraq keçirilmişdilər. Bu, Hitlerin hələ 1941-ci ilin 7 noyabrında Qırmızı meydanda faşist ordularının rəsmi keçidini təşkil etmək arzusuna cavab olaraq edilmişdi. Əlverişli şəraitdən istifadə edən müttəfiqlər 1944-cü il iyunun 6-da Fransanın şimalına (Normandiyaya) qoşun çıxardılar. Normandiya əməliyyatında müttəfiqlərin 2,9 milyon əsgəri, 10 min təyyarəsi və min hərbi gəmisi iştirak etmişdi. Beləliklə, Almaniyaya qarşı çoxdan vəd edilən və gözlənilən ikinci cəbhə açıldı. İndi Almaniya iki cəbhədə müharibə aparmağa məcbur oldu. Antihitler koalisiyası birlikdə ümumi düşmənə qarşı vuruşmağa başladı. 1944-cü ilin avqustunda müttəfiq qoşunlarının köməyi ilə Fransa faşistlərdən azad edildi. Ölkənin azad edilməsində general de Qollun başçılıq etdiyi "Döyüşən Fransanın" hərbi hissələri də fəal iştirak etmişdilər. Sovet ordularının uğurlu hücumları və ikinci cəbhənin açılması "reyx"in sosial-iqtisadi, siyasi və hərbi vəziyyətini daha da ağırlaşdırdı. Uğursuz olsa da, Fürerə qarşı sui-qəsdlər başladı. Onlardan biri 1944-cü il iyulun 20-də polkovnik Klaus fon Ştaufenberq tərəfindən edilmişdi. 1944-cü ildə Hitler üç müttəfiqindən - Rumıniyadan, Bolqarıstandan, Finlandiyadan, 1945-ci ildə isə Macarıstandan məhrum oldu. Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrində milli-azadlıq hərəkatı geniş miqyas aldı. Sovet ordularının sözügedən ölkələrə daxil olması milli-azadlıq və antifaşist hərəkatlara və sovetmeylli qüvvələrin fəallaşmasına yeni vüsət verdi. Belə bir şəraitdə SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının Krım (Yalta) konfransı (1945-ci il fevralın 4-11-də) toplandı. Konfransda Almaniyaya qarşı birgə mübarizəni davam etdirmək, hərbi əməliyyatları sıx əlaqələndirmək razılığına gəlindi. Almaniyanın gələcəyi barədə də yekdil qərarlar qəbul olundu. Tərəflər faşizmdən azad olmuş ölkələrdə demokratik prinsiplərə uyğun razılaşdırılmış siyasət yeritməyi özündə əks etdirən Azad Avropa barədə xüsusi Bəyannamə imzaladılar. Konfransda Almaniyanın təslim olmasından 2-3 ay sonra SSRİ-nin Yaponiyaya qarşı müharibəyə girməsi barədə də məxfi saziş imzalandı. Yalta konfransının qərarları Almaniya və Yaponiya üzərində qələbənin tezləşdirilməsində, müharibədən sonra dünyanın yenidən qurulmasında çox mühüm əsas oldu. Üç dövlətin razılığı əsasında 1945-ci il aprelin 25-də Dumbarton-Oks konfransı (1944-cü il 21 avqust  28 sentyabr) qərarlarına müvafiq olaraq San-Fransiskoda  Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi hazırlandı. Nizamnamədə dövlətlərarası münasibətlərin əsas prinsipləri müəyyən olunmuşdu: xalqların suveren bərabərliyi, ərazi bütövlüyü və öz müqəddəratını təyin etməsi, zor işlətməkdən imtina olunması, dövlətlərin daxili işlərinə qarışmamaq, sülhün və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi,  beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi. Ümumi sülhün qorunması və saxlanılmasına xidmət edən Təhlükəsizlik Şurası yaradıldı. SSRİ, ABŞ, İngiltərə, Fransa və Çin onun daimi üzvləri təsdiq olundu. Beləliklə, 1939-cu il sentyabrın 1-də başlayan İkinci Dünya Müharibəsi altı il sonra 1945-ci il sentyabrın 2-də sona çatdı. Dünyanı cənginə alan bu qanlı fırtına milyonlarla insanın həyatına son qoydu, saysız-hesabsız şəhərləri, kəndləri viran qoydu. Lakin bu dəhşətli faciənin içində ümidini itirməyən xalqlar da vardı ki, onlardan biri də Azərbaycan xalqı idi. Bu müharibə yalnız böyük dövlətlərin və generalların savaşı deyildi. Bu, həm də sadə insanların, doğmalarını cəbhəyə yola salan anaların, səhra hospitallarında yaralı əsgərlərə yardım edən tibb bacılarının, hərbi zavodlarda gecə-gündüz çalışan fəhlələrin, torpağa alın təri tökən kəndlilərin döyüşü idi. Azərbaycan xalqı isə bu mübarizənin hər cəbhəsində vardı. 600 mindən çox azərbaycanlı övladı müharibəyə yollandı. Onların çoxu doğma yurda geri dönməmiş, torpağın azadlığı, bəşəriyyətin sabahı uğrunda can vermişdilər. İgid oğullarımız Leninqraddan tutmuş Berlinə qədər hər bir döyüş meydanında rəşadət göstərdilər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən general Həzi Aslanov, partizan hərəkatının siması olmuş Mehdi Hüseynzadə kimi yüzlərlə ad tariximizin şanlı səhifəsinə çevrildi. Arxa cəbhədə isə Azərbaycan nefti savaşın taleyini həll edən əsas silahlardan biri oldu. Bakı neftçiləri, metallurqları, kənd adamları yorulmadan çalışır, cəbhəyə sursat, yanacaq, ərzaq göndərirdi. Qadınlar kişilərin yerini tutdu, zavod və fabriklərdə, tarlalarda, xəstəxanalarda gecəni gündüzə qataraq vətənə xidmət etdilər. Azərbaycan xalqı bu müharibədə həm silahla, həm də zəhmətlə döyüşdü. Onun qəhrəmanlığı təkcə keçmişin deyil, həm də gələcəyin yaddaşına həkk olundu. O günlər göstərdi ki, torpaq uğrunda ölən varsa Vətəndir. Cəlil Xəlilov:  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi keçiriləcək

Veteran.gov.az xəbər verir ki, 27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi keçiriləcək.   Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “ASAN xidmət”, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzinin və “ASAN Könüllülük Məktəbi”nin təşkilatçılığı ilə 27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi keçiriləcək.   Sərginin ekspozisiyasında Azərbaycan rəssamları və heykəltəraşlarının müxtəlif üslub və janrlarda Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirdiyi əsərləri yer alacaqdır. Sərgidə iştirak etmək istəyən rəssamlar 20 sentyabr tarixinədək mövzuya uyğun rəsmlərinin keyfiyyətli fotosunu, əsərin adını, ölçüsünü və texnikasını, öz ad, soyadı və əlaqə nömrələri ilə birgə resmqalereya@gmail.com ünvanına göndərə bilərlər.   Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçiriləcək.   Ətraflı məlumat: +994 77 717 33 37      

Hamısını oxu