Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Novxanı Ailə Sağlamlıq Mərkəzində vətəndaşların tibbi müayinəsi həyata keçirilib

Məlum olduğu kimi 01 aprel 2021- ci il tarixindən icbari tibbi sığorta Abşeron rayonunda da tədbiq edilir. Hər bir vətəndaş icbari tibbi sığortanın xidmətlər zərfindən ödənişsiz istifadə edə bilər və 2550-dən artıq xidmətdən yaralana bilər. Bu əhalinin səhiyyə xidmətlərinə əl çatanlığını və bu xidmətlərin daha da keyfiyyətli olmasını təmin edir.

Veteran.gov.az Abşeron Rayon İcra Hakimiyyətinin məlumatına istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta çərçivəsində əhalinin hansı şəkildə yararlanması və digər maraqlandıran suallarla bağlı geniş şəkildə Abşeron rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana və İctimai Şura tərəfindən 17 mart tarixində Novxanı kəndində məlumatlandırma aparılmışdır.

Müxtəlif tibb sahələri üzrə peşəkar həkim heyyəti - nevropatoloq, kardioloq, pediatr, cərrah, giniekoloq, oftalmoloq, radioloq tərəfindən sakinlər qəbul edildi və tibbi müayinələrini həyata keçirdilər.

İctimai Şuranın könüllüləri tərəfindən müraciət edən hər bir vətəndaş qeydiyyata alındı və İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanması ilə bağlı suallar tibb işçiləri tərəfindən cavablandırıldı.

Yeni bir maliyyə mexanizminə dayanan vətəndaşların bir sosial müdafiə sistemi olaraq aparılan işlər birmənalı şəkildə vətəndaş məmnunluğunu təmin edir, tədbiq edilən müayinə və müalicələrin effektivliyini daha da artırır.

Məlumat üçün qeyd edək ki, Novxanı Ailə Sağlamlıq Mərkəzi hər zaman vətəndaşlara nümunəvi xidməti, peşəkar həkim kolektivi ilə diqqət çəkib. Pandemiyaya qarşı mübarizə çərçivəsində də mühüm nailiyyətlərə imza atan Novxanı Ailə Sağlamlıq Mərkəzi vətəndaşların vaksinasiya olunması, onların sağlamlığının qorunması prosesində də aktiv iştirak edib.

 

Seymur ƏLİYEV

2022-03-18 08:47:00
2181 baxış

Digər xəbərlər

“Gələcək sərhədçilərin işğaldan azad edilmiş ərazilərə ekskrusiyası alqışlanmalıdır, çünki...”

Naqif Həmzəyev: “Belə ekskursiyalar kursantlarımızın milli-mənəvi dəyərlərə bağlılığının güclənməsi və qəhrəmanlıq ruhunda tərbiyəsi baxımından önəmlidir” Bugünlərdə Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin 2023-2024-cü tədris ilində yüksək nəticə göstərərək təhsildə və hərbi intizamda fərqlənmiş kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub. Kursantlara Xudafərin körpüsü ərazisində Cəbrayıl və Zəngilan rayonlarının azad olunmasında sərhədçilərimizin göstərdikləri qəhəmanlıqlardan danışılıb,  Vətən müharibəsi haqqında ətraflı məlumat verilib. Daha sonra onlar bəzi hərbi hissələrdə olub, atıcı silahlar, sərhəd xidmətinin təşkili və s. ilə tanış olublar. Maraqlıdır, kursantların işğaldan azad edilən ərazilərə ekskursiyası, onlara Vətən müharibəsi, sərhədçilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlar haqqında ətraflı məlumat verilməsi, hərbi hissələrdə görüşlərin keçirilməsi, kursantların sərhəd zonasında sərhəd xidmətinin təşkili ilə əyani şəkildə tanış edilməsi gələcək sərhədçilərin milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsinə, onların peşəkarlığının artırılmasına nə vəd edir? Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bu kimi tədbirlərin böyük önəm kəsb etdiyini vurğulayıb: “Uşaq, yeniyetmə və gənclərimizdə vətənpərvərlik tərbiyəsini gücləndirən, onları torpağa, bayrağa, tariximizə, milli-mənəvi dəyərlərimizə daha dərindən bağlayan addımların atılmasını daim diqqət mərkəzində saxlamalıyıq. Bu baxımdan Vətən müharibəsi təcrübəsinin onlara öyrədilməsi, bu müharibədə qəhrəmanlıq göstərən şəxslər haqqında onlara ətraflı məlumatların verilməsi, sərhədçi peşəsini seçən yeniyetmələrimizin vaxtiylə döyüşlərin getdiyi ərazilərə ekskursiyalarının təşkili olduqca əhəmiyyətlidir. Bu baxımdan Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin 2023-2024-cü tədris ilində yüksək nəticə göstərərək təhsildə və hərbi intizamda fərqlənmiş kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunması alqışlanmalıdır. Qeyd edim ki, bu gün bütün sərhədlərimiz kimi, Azərbaycanla Ermənistan arasındakı şərti sərhədlər də sərhədçilərimiz tərəfindən yüksək səviyyədə qorunur. Torpaqlarımızın erməni faşizmindən azad edilməsində Silahlı Qüvvələrimizin bir hissəsi kimi sərhədçilər də yaxından iştirak edib, böyük qəhrəmanlıqlar göstərib. Bu baxımdan düşünürəm ki, peşəkar hərbçilərin yetişdirilməsi, gələcək sərhədçilərə sərhədlərin və vətən torpağının nə qədər müqəddəs olduğunu əyani şəkildə aşılamaq üçün onların işğaldan azad edilmiş ərazilərə ekskursiyasının təşkili son dərəcə önəmlidir. Bu cür ekskursiyalar, yay düşərgələri, görüşlər mütəmadi şəkildə həyata keçirilməlidir. Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin kursantlarının işğaldan azad edilən ərazilərə ekskursiyasının təşkil edilməsi, oradakı hərbi hissələrdə görüşlərin keçirilməsi, Vətən müharibəsi ilə bağlı onların ətraflı şəkildə məlumatlandırılması, kursantlarımızın milli-mənəvi dəyərlərə bağlılığının daha da güclənməsi, qəhrəmanlıq ruhunda tərbiyəsi baxımından həyati əhəmiyyətə malikdir. Odur ki, mən DSX-nın bu addımını alqışlayır, onlara uğurlar arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı başsağlığı verib

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat edib. Yusifzadə Xoşbəxt Bağı oğlu 1930-cu ildə Bakı şəhərinin Pirşağı kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) Geoloji-kəşfiyyat fakültəsini Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə bitirərək “dağ mühəndisi-geoloq” ixtisasına yiyələnib. Əmək fəaliyyətinə elə həmin il təyinatla SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında başlayıb, lakin az sonra o vaxt təzə təşkil olunmuş “Dənizneft” Birliyində işə qəbul edilib, burada Geoloji şöbənin rəis müavini, sonra isə “Azneft” Birliyində böyük geoloq vəzifələrində çalışıb. 1954-cü ildə “Gürganneft” Trestinin (indiki Neft Daşları NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilib və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin ömürlük iştirakçısına və rəhbərinə çevrilib. X.Yusifzadə 1958-1959-cu illərdə “Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləyib. 1960-cı ildə, o, Sovet İttifaqi Kommunist Partiyasının XXII qurultayı adına neft mədənləri İdarəsi (keçmiş “Gürganneft”) rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunub və bu vəzifədə 1963-cü ilədək çalışıb. 1963-cü ildən 1970-ci ilədək “Başdənizneft” İdarəsində Baş geoloqun müavini, şöbə rəisi, “Dənizneft” İB-nin Geoloji-kəşfiyyat şöbəsinin rəisi-baş geoloqun müavini olub. 1970-1992-ci illərdə “Xəzərdənizneft” İB-nin (müxtəlif illərdə strukturun adı fərqli olub) Baş direktorunun müavini-baş geoloq vəzifələrində işləyib. 1992-1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004-2016-cı illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifələrində çalışıb. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub. 1960-cı ildə “Neft quyularının və laylarının tədqiq edilməsi və “Neft Daşları” yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, geologiya-minerologiya elmləri namizədi, 1987-ci ildə isə Moskvada SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin Yanar Faydalı Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda “Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 2005-ci ildə ona “Professor” elmi adı verilib. X.Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, ADNSU-nun professorudur. Akademik 200-dən çox elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 8 ixtiranın müəllifidir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Azərbaycanda 20-dən artıq neft və qaz-kondensat yatağı, o cümlədən “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz”, “Kəpəz”, “Bahar”, “Ümid”, “Abşeron” kimi məşhur yataqlar kəşf edilib. Neft və qaz sənayesinin inkişafında, xüsusilə dəniz neft və qaz-kondensat yataqlarının axtarışı, kəşfi və işlənməsində əvəzsiz xidmətlərinə görə akademik X.Yusifzadə bir çox orden və medallarla təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına səbr diləyir, dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Gənclər döyüşə getmək üçün müraciət edib

Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər.  Bu barədə Dövlət Xİdmətinin rəsmi “Facebook” səhifəsində bildirilib. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib. Düşmən itki verərək, geri otuzdurulub.

Hamısını oxu
Qazi və şəhid ailələrinə diqqət göstərilir

Hamısını oxu