Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Bir sessiyada dövlətimizin lehinə 4 qətnamənin qəbul olunması diplomatiyamızın qələbəsidir”

Nəsib Məhəməliyev: “Qəbul olunmuş qətnamələrin hər biri müharibədən əvvəl və sonra bölgədəki real vəziyyəti özündə tam ehtiva edir”

Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı ilə bağlı 4 qətnamə qəbul edilib.

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev bunu Azərbaycan diplomatiyasının növbəti uğuru kimi xarakterizə edib:

“İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı qətliamı ilə bağlı 4 Qətnamə qəbul etməsi, şübhəsiz ölkəmizin növbəti diplomatik qələbəsi kimi qiymətləndirilməlidir. “Ermənistan respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi”, “Ermənistan respublikasının təcavüzü nəticəsində Azərbaycan ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” və “Xocalı qırğınının qurbanları ilə həmrəylik”.

Qəbul olunmuş qətnamələrin hər biri müharibədən əvvəl və sonra bölgədəki real vəziyyəti özündə tam ehtiva edir. Azərbaycanı narahat edən, regionda sabitliyin formalaşmasına mane olan amillərin aradan qaldırılmasına yönəlik çağırışlar səsləndirilir. Məcburi köçkünlərin öz yurdlarına qayıtmasını və infrastruktur layihələrinin, tarixi abidələrin, ümumiyyətlə bərpa quruculuq işlərinin sürətləndirilməsi üçün maliyyə yardımlarının ayrılması nəzərdə tutulur.

Eyni zamanda, erməni təcavüzünü, Xocalı qətliamını pisləyən qətnamələrin qəbulu təşviq olunur. Bir sessiyada, ölkəmizin lehinə 4 qətnamənin qəbul olunması, Prezident İlham Əliyevin beynəlxalq nüfuzu və apardığı balanslaşdırılmış xarici siyasətin nəticəsidir”.

Seymur ƏLİYEV

2022-03-24 13:10:00
1150 baxış

Digər xəbərlər

Novruz bayramı münasibətilə Şəkidə şəhid və qazi övladları üçün bayram şənliyi keçirilib

Veteran.gov.az xəbər verir ki, Novruz bayramı münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti ilə Şəki Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Şəkidə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil edilib. Bayram şənliyində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, şəhid və qazi övladları iştirak edib. Uşaqlar Şəki Dövlət Dram Teatrında Novruz bayramı münasibətilə Əməkdar incəsənət xadimi, görkəmli şair və dramaturq Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-pyesi əsasında hazırlanan eyniadlı nağıl-tamaşaya baxıblar. Səhnə əsərinin quruluşçu rejissoru və xoreoqrafı Elvin Nuri, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Rəşad Rüstəmov, Qurban Rəsulov, Pərviz İsmayılov, Gülxar İmamhüseynova, Aytac İsmayılzadə, Pərviz Soltanlı, Günay Novruzəliyeva və digərləri ifa ediblər.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dünya veteranlarına çağırış edib: Bəyanat!

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İranın Azərbaycana 5 mart 2026-cı il tarixli terror aktı ilə bağlı bəyanat yayıb, dünya veteranlarına müraciət ünvanlayıb. Bəyanatda deyilir: “5 mart 2026-cı il tarixində İran İslam Respublikasının Naxçıvan hava limanı ərazisinə, eləcə də digər mülki infrastrukturlara dron zərbələri endirməsi haqlı olaraq Azərbaycan xalqının böyük qəzəbinə və sərt etirazına səbəb olub. İran dövlətinin heç bir əsas olmadan dinc insanlara xəsarət yetirməsi, Azərbaycan ərazisində aşkar terror aktı törətməsi beynəlxalq hüquqa zidd olmaqla yanaşı, əxlaqi-mənəvi dəyərlərin və insani prinsiplərin də nümayişkəranə şəkildə pozulması deməkdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Naxçıvana edilən dron hücumlarının bütün insanlığa qarşı cinayət olduğunu bəyan edir və beynəlxalq ictimaiyyəti, dünya veteranlarını bu terror aktını qınamağa səsləyir.  Beynəlxalq ictimaiyyətin İranın terror aktı ilə bağlı sərgilədiyi etiraz Azərbaycan xalqına mənəvi dəstək nümunəsi olmaqla yanaşı, gələcəkdə digər dövlətlərə qarşı da oxşar terror aktlarının qarşısının alınması baxımından da böyük önəmə, çəkindirici əhəmiyyətə malikdir. İnanırıq ki, beynəlxalq ictimaiyyətin təzyiq və təkidi altında rəsmi Tehran bu terror aktına görə Azərbaycandan üzr istəyəcək, cinayətkarların cəzalandırılması üçün əməli addımlar atacaq”.

Hamısını oxu
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm. İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında İslam dininin müstəsna rolu olmuşdur. Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər. Əziz bacı və qardaşlarım! Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir, onların yaxınlarına və bütün xalqımıza səbir diləyirəm. İnanıram ki, xalqımızın firavanlığı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi naminə etdiyiniz dua və diləklər gerçəkləşəcəkdir. Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə cansağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!" Milli.Az

Hamısını oxu
AQTİ ilə Türkiyənin müvafiq qurumu arasında bitki sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri ilə görüş keçirilib.   Görüş çərçivəsində qida təhlükəsizliyi sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq üzrə Saziş”in və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq üzrə Saziş”in imzalanması prosesinin sürətləndirilməsi məsələləri, eləcə də, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) qida təhlükəsizliyi sisteminə daxil olan laboratoriyalarının optimallaşdırılması, modernləşdirilməsi və akkreditasiyası sahəsində əməkdaşlığın həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda AQTİ ilə Türkiyənin elmi-tədqiqat institutları arasında təcrübə mübadiləsi, araşdırma institutlarının elmi-texniki ədəbiyyat bazasından yararlanmaq istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.   AQTİ ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Aqrar Tədqiqatlar və Siyasət Baş idarəsi arasında bitki sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycan və Türkiyədə bitki sağlamlığı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə elmi-tədqiqat və inkişaf layihələrinin, bitki sağlamlığı məsələləri üzrə nəzəri və praktiki biliklərə dair təlim proqramlarının, bitki sağlamlığı sahəsində tədqiqat məsələləri üzrə və bitki sağlamlığı üzrə kliniki xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.  

Hamısını oxu