Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dünya veteranlarına çağırış edib: Bəyanat!

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İranın Azərbaycana 5 mart 2026-cı il tarixli terror aktı ilə bağlı bəyanat yayıb, dünya veteranlarına müraciət ünvanlayıb. Bəyanatda deyilir:

“5 mart 2026-cı il tarixində İran İslam Respublikasının Naxçıvan hava limanı ərazisinə, eləcə də digər mülki infrastrukturlara dron zərbələri endirməsi haqlı olaraq Azərbaycan xalqının böyük qəzəbinə və sərt etirazına səbəb olub. İran dövlətinin heç bir əsas olmadan dinc insanlara xəsarət yetirməsi, Azərbaycan ərazisində aşkar terror aktı törətməsi beynəlxalq hüquqa zidd olmaqla yanaşı, əxlaqi-mənəvi dəyərlərin və insani prinsiplərin də nümayişkəranə şəkildə pozulması deməkdir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Naxçıvana edilən dron hücumlarının bütün insanlığa qarşı cinayət olduğunu bəyan edir və beynəlxalq ictimaiyyəti, dünya veteranlarını bu terror aktını qınamağa səsləyir. 

Beynəlxalq ictimaiyyətin İranın terror aktı ilə bağlı sərgilədiyi etiraz Azərbaycan xalqına mənəvi dəstək nümunəsi olmaqla yanaşı, gələcəkdə digər dövlətlərə qarşı da oxşar terror aktlarının qarşısının alınması baxımından da böyük önəmə, çəkindirici əhəmiyyətə malikdir.

İnanırıq ki, beynəlxalq ictimaiyyətin təzyiq və təkidi altında rəsmi Tehran bu terror aktına görə Azərbaycandan üzr istəyəcək, cinayətkarların cəzalandırılması üçün əməli addımlar atacaq”.

2026-03-06 15:27:00
1873 baxış

Digər xəbərlər

Belarus Prezidenti Fatma Səttarovanı təbrik edib

Veteran.gov.az xəbər verir ki, bu gün Belarus Respublikasının ölkəmizdəki səfirliyinin birinci katibi, konsul Aleksandr Arxipov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş əsnasında konsul Aleksandr Arxipov Fatma Səttarovaya Belarus Prezidentinin təbrik məktubunu çatdırıb. Fatma Səttarova bayram münasibəti ilə ona ünvanlanan təbrik məktubuna görə Belarus Prezidentinə təşəkkürü bildirib, minnətdarlığını ifadə edib. Görüşdə həmçinin Azərbaycan və Belarus veteran təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.  

Hamısını oxu
Avropada keçirilən aksiyalar itkin probleminin qlobal miqyasda ictimailəşdirilməsi deməkdir

Bu aksiyalar həm də erməni faşizminin anti-insani mahiyyətini ifşa edir “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin Avropadakı silsilə aksiyaları davam edir. Cari ilin oktyabrın 20-də Avropa Parlamentinin qarşısındakı “Place du Luxembourg”, oktyabrın 21-də isə Avropa İttifaqının əsas təsisatlarının yerləşdiyi “Schuman” meydanında keçirilən aksiyalar oktyabrın 22-də Brüssel şəhərinin tarixi “Place de l’Albertine” meydanında davam etdirilib. Aksiyalarda erməni işğalı fonunda itkin düşən azərbaycanlılar haqqında iştirakçılara ətraflı məlumat verilib, onların fotoşəkilləri, şəxsi əşyaları və s. nümayiş olunub. Aksiyalarda ziyarətçilərə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə 4010 azərbaycanlının itkin düşdüyü, onların arasında 71 uşağın, 288 qadının və 319 ahıl şəxsin olduğu barədə də geniş məlumat verilib. Xatırladaq ki, itkin problemi hər zaman Azərbaycan dövlətinin əsas diqqət mərkəzində olub, məlum problemin həlli istiqamətində rəsmi Bakı tərəfindən ardıcıl səylər ortaya qoyulub. Xüsusilə də, 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımızın işğaldan azad edilməsi bəzi itkinlərin aqibətinə aydınlıq gətirməyə imkan verdi. Lakin bütün bunlara rəğmən bu gün də  bir çox vətəndaşımızın taleyi naməlum olaraq qalır. Məhz bu səbəbdən də  “Qarabağ İtkin Ailələri” İctimai Birliyi itkin problemini beynəlxalq aləmin diqqətinə çatdırmaq, problemin həlli üçün dünya ictimaiyyəti və beynəlxalq təşkilatlardan dəstək almaq məqsədilə Avropada silsilə aksiyalara start verib. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin gerçəkləşdirdiyi aksiyalar bir çox baxımdan həyati əhəmiyyət kəsb edir. Bu aksiyalar hər şeydən öncə itkin problemini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, onu qloballaşdırmaq baxımından son dərəcə önəmlidir. Etiraf etmək lazımdır ki, itkin problemi ilə bağlı bugünə qədər bu miqyasda aksiyalar keçirilməyib, beynəlxalq aləmə sözügedən problemlə bağlı bu qədər dolğun məlumat verilməyib. Bu baxımdan, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin keçirdiyi aksiyaların müstəsna əhəmiyyətə malik olduğu birmənalıdır. İkincisi, Avropada keçirilən bu aksiyalar həm də erməni faşizminin, onun anti-insani mahiyyətinin ifşası baxımından mühüm önəm kəsb edir. Çünki itkin problemi məhz erməni vəhşiliyi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq müharibəsi fonunda baş verib. Ermənistanın bu gün də itkinlərlə bağlı Azərbaycanla əməkdaşlıqdan imtina etməsi, dövlətimizə informasiya dəstəyi göstərməməsi rəsmi İrəvanın günümüzdə də itkin probleminin həllində maraqlı olmadığını göstərir. Üçüncüsü, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin həyata keçirdiyi aksiyalar bir daha sübut etdi ki, Azərbaycanın üzləşdiyi itkin problemi əslində bütün bəşəriyətin problemidir və buna görə də hər bir dövlət, hər bir xalq bu problemin həllində maraqlı olmalıdır. Çünki itkin düşən hər bir Azərbaycan vətəndaşı həm də bəşəriyyətin bir fərdi, bir nümayəndəsidir və onların aqibətinə biganəlik bütün insanlığın faciəsi demək olar. Heç şübhə yoxdur ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin keçirdiyi bu aksiyalar itkin probleminin beynəlxalq səviyyəyə yüksəlməsinə, erməni faşizminin amansız simasının qlobal miqyasda ifşasına öz töhfəsini verəcək, problemin həlli üçün daha əlverişli zəmin formalaşdıracaq. Seymur ƏLİYEV  

Hamısını oxu
Prezident sərəncam imzaladı - 630 min manat ayrıldı

Prezident İlham Əliyev "Qusar rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncamla Qusar rayonunun əhalisi 8 999 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 9 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 630 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Hamısını oxu
“AS Group Investment” şirkəti şəhid ailəsinə mənzil hədiyyə edib

Veteran.gov.az xəbər verir ki, “AS Group Investment” şirkəti ölkə başçısının şəhid ailələri və qazilərə dəstək olmaq siyasətini, eyni zamanda özünün dövlətimiz və cəmiyyətimiz qarşısında sosial məsuliyyətini əsas tutaraq Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan polkovnik leytenant Mehman Qənbərovun Binəqədi qəsəbəsində kirayə evdə yaşayan ailəsinə mənzil hədiyyə edib.   31 avqust 2021-ci il tarixində “AS Group Investment” şirkətinin əməkdaşları şəhid ailəsilə görüşərək qəhrəman şəhidimizin həyat yoldaşı Xuraman xanım Qənbərovaya yeni mənzilin sənədlərini təqdim ediblər. Onlar üçün gözlənilməz və ani olan bu xəbər illərlə mənzil həsrətilə yaşayan ailənin hər bir üzvündə inanılmaz sevinc hissi yaradıb.   “AS Group Investment” şirkətinin şəhid polkovnik leytenant Mehman Qənbərovun ailəsinə hədiyyə etdiyi 3 otaqlı mənzil şirkətin özünün inşa etdiyi Göl-Park Yaşayış Kompleksində yerləşir. “AS Group Investment” uzun illər evsizlikdэn əziyyət çəkən şəhid ailəsinə hədiyyə etdiyi yeni mənzilin tam təmiri və lazımi əşyalarla təchiz edilməsini də öz üzərinə götürüb. Şəhid polkovnik leytenant Mehman Qənbərov hələ 2016-cı il aprel döyüşlərində qəhrəmanlığı ilə seçilib. O, polkovnik-leytenant rütbəsini də məhz Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə xüsusi qəhrəmanlıq göstərdiyi üçün qazanmışdır. Ağdam rayonunda doğulub Birinci Qarabağ Müharibəsi nəticəsində uşaq ikən məcburi köçkün həyatını yaşamış şəhidimizin ən böyük arzusu doğma torpaqların işğaldan azad edilməsi idi. İkinci Qarabağ Müharibəsinə yollanan zaman onun ailəsinə dediyi son cümlələri: “Həyatdır, hər şey ola bilər. Mən geri qayıtmaya da bilərəm. Əsas odur torpaqlarımızı azad edək!” olur.   Sentyabrın 27-də döyüşlərə qatılan şəhid Qənbərov bir neçə kəndin azad edilməsində xüsusi qəhrəmanlıq göstərir. Sentyabrın 30-da o, Füzuli ərazisində düşmənin üzük halqası kimi əhatəyə aldığı döyüş yoldaşlarını mühasirədən çıxararaq qəhrəmancasına şəhid olur. Ölümündən sonra şəhid Qənbərov Vətən uğrunda, Füzulinin azad edilməsi uğrunda medalları və Qarabağ ordeni ilə təltif edilir.Qeyd edək ki, “AS Group Investment” şirkəti bu ilin mart ayında Mingəçevir şəhidi çavuş Niyaz İsgəndərovun ailəsinə də özünün orada inşa etdiyi “Park Residence” Yaşayış binasından mənzil hədiyyə etmişdir.  

Hamısını oxu