Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycan XX əsrdə: deportasiyalar, soyqırımlar, qırğınlar” mövzusunda konfrans keçirilib

Veteran.gov.az BAK-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderlandda fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin vitse-prezidenti Sima Cəfərovanin təşəbbüsü və təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr edilmiş “Azərbaycan XX əsrdə: deportasiyalar, soyqırımlar, qırğınlar” mövzusunda konfrans keçirilib.

Tədbirdə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycanlıları İcmasının Beynəlxalq  Əlaqələr üzrə sədr müavini, Azərbaycan Dillər Universitetinin Filologiya üzrə  Fəlsəfə doktoru, dosent Həqiqət Hacıyeva da iştirak edib.

Konfrans Azərbaycan və Niderland himni ilə öz işinə başladı. Sonrahər iki Qarabağ müharibəsində, deportasiya və soyqırımlar zamanı həyatlarını itirən hər kəsin xatirəsini bir dəqiqəlik sükutla yad edilərək ruhlarına dualar oxunub.

Konfransın əsas məqsədi barədə məlumat verən Sima Cəfərova, sözü Həqiqət Hacıyevaya verib. O, XX əsrdən başlayaraq Xalqımızın başına gətirilən müsibət, soyqırımların səbəb və nəticələrinin ətraflı  təhlil edib.Təəssüf ki, belə bir tarixi ədalətsizliyin hələ də davam etməsini  və bunu törədənlərin hüquqı baxımdan cəzasız qaldığını söyləyib.

 

Həqiqət Haciyeva nitqində xalqımızın Ali Baş Komandanımız İlham Əliyevin ətrafında birləşərək, nəinki torpaqlarımızın geri alınmasında, həmçinin, dünyanın siyasi və iqtisadi arenasında güclü dövlət və xalq kimi özünü təsdiq edildiyini bildirib.  Həmçinin, 44 günlük müharibədə qəhrəmanlıq göstərən Şanlı Ordumuzun qələbəsi, qürbətdə yaşayan həmyerlilərimizin başı dik, qaməti şux yeriməsinə səbəb olduğunu vurğulayıb.

İnternet bağlantısı ilə tədbirə qatılan Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycanlıları İcmasının sədri, millət vəkili Əziz Ələkbərli də çıxış edərək Qərbi Azərbaycanda baş verən deportasiya və qırğınlar haqqında  məlumat verib.  O, öz çıxışında himayədarlarının köməyi ilə torpaqlarımızı işğal edərək viran qoyan, uşaq , yaşlı bilməyərək soydaşlarımızı qətlə yetirən erməni daşnaklarının qurduqları hiyləgər planlardan danışıb. Əziz Ələkbərli ermənilər tərəfindən viran qoyulmuş mədəni irsimiz, memarlıq inciləri, dəyişdirilmiş və erməniləşdirilmiş toponimlərimiz haqda ürək ağrısı ilə danışıb.

Əziz Ələkbərlinin çıxışından sonra söz Niderland Türk Azərbaycan Kültür dərnəyinin başqanı İlhan Aşkına verilib.  O, əslən Qərbi Azərbaycanlı olub sonra İğdıra deportasiya olunan ailəsi barədə danışıb. İlhan Aşkın baş vermiş qırğın və deportasiyalardan nəticə çıxarıb düşmənlə layiqli siyasət yürütməyimiz və tariximizin qanlı  səhifəsi olan soyqırımları unutmamağı  arzulayıb.

 

Həqiqət Hacıyeva, konfransın təşkilinə görə Benilüks Azərbaycanlıları Konqresinin vitse-prezidenti və Şimali Hollandiya Azərbaycanlıları İttifaqının sədri Sima Cəfərovaya öz təşəkkürünü və hədiyyələrini təqdim edib. Eləcə də, bu işdə əməyi olan BAK üzvləri də hədiyyə ilə təltif olunublar.

Öz növbəsində Sima Cəfərova BAK və Şimali Hollandiya Azərbaycanlıları İttifaqı adından iştirakına və konfransın təşkilinə görə Həqiqət Hacıyevaya təşəkkür edərək hədiyyə təqdim edib.

Daha sonra, konfrans iştirakçıları tərəfindən fikir mübadiləsi aparılıb.

 

Konfransdan sonra Niderlandda məskunlaşmış Qərbi Azərbaycanlıları  nümayəndələri BAK mətbuat xidmətinə müsahibə verərək deportasiya zamanı yaşadıqları sarsıntı və problemlərdən urək ağrısı ilə danışıblar.

Niderlandda və konfransda qonaq qismində iştirak edən II Qarabağ müharibəsi qazisindən də müsahibə götürüldü.

 

2022-03-29 11:45:00
1333 baxış

Digər xəbərlər

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü münasibətilə növbədənkənar iclası keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.   AƏRTAC xəbər verir ki, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda Şuranın üzvləri, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri iştirak ediblər.   İclası giriş sözü ilə açan Vüsal Quliyev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə olunan qələbənin xalqımıza mənəvi üstünlük gətirdiyi, tarixi inkişafımızda və yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoyduğunu bildirib. Eyni zamanda, Müzəffər Ali Baş Komandanın diplomatik cəbhədə və informasiya müharibəsində əzmkar fəaliyyəti, müdrik və uzaqgörən dövlət xadiminin qətiyyətinin təcəssümü xüsusi qeyd edilib. Müşahidə Şurası üzvləri və QHT təmsilçiləri çıxış edərək işğaldan azad olunan torpaqlarımıza Böyük Qayıdışa, həmin ərazilərdə həyata keçiriləcək dirçəliş fəaliyyətlərinə tam dəstək olduqlarını, beynəlxalq tribunalarda ölkəmizin haqq işinin müdafiəsi və təbliği istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər. Sonda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri və QHT təmsilçiləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanıb.  

Hamısını oxu
İkinci Dünya Müharibəsi iştirakçısı 103 yaşında vəfat edib

Veteran.gov.az xəbər verir ki, Yevlax rayonundan olan 103 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı Abdulla Abdullayev vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Abdulla Abdullayevin vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalrına dərin hüznlə başsağlığı verir. Qeyd edək ki, 1921-ci ildə Xaldan qəsəbəsində anadan olan Abdulla Hacı oğlu Abdullayev 1941-1945-ci illərdə sovet qoşunlarının tərkibində alman faşizminə qarşı mübarizə aparıb, müharibədə göstərdiyi igidliklərə görə komandanlıq tərəfindən dəfələrlə təltif edilib. Allah rəhmət eləsin!  

Hamısını oxu
Nizami Rayonunda Zəfər Günü qeyd edilib

Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Nizami rayonunda   4 saylı Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Zəfər Gününə həsr olunmuş  tədbir keçirilib. 5 noyabr 2022-ci il tarixində keçirilən tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırliğı şöbəsinin müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  liseyin direktoru Mahir Namazov, direktor müavini Vüsal Balakişiyev, şəhid anası Kəmalə Fəxri, qazilər Arzuman Vəliyev, Vasif Zeynalov, Mehdi Əhmədov və digər qonaqlar iştirak ediblər. İlk öncə  Dövlət Himni səslənib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Liseyin direktoru Mahir Namazov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Çıxış üçün söz Adil Haqverdiyevə verildi. Adil Haqverdiyev ilk öncə Respublika Veteranlar Təşkilatının rəisi  Fatma xanım Səttarovanın və müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilovun salam və təbriklərini tədbir iştirakçılarına çatdırıb: “Bu gün biz dünya azərbaycanlılarının  qürur və fəxirlə qeyd etdikləri unudulmaz bir gunun, Zəfər Gününün  qeyd olunmasına toplaşmışıq. Bu unudulmaz günü bizə bəxş edən ordumuza, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Onlar nəinki, torpaqlarımızı, qürurumuzu mənliyimizi qaytardılar. İndi  başımız dik, alnımız açıq gəzirik. Ölkəmizin hüdudlarından kənarda  fəxrlə söyləyirik “mən azərbaycanlıyam”. Mən ehtiyatda olan bir zabit, bir vətəndaş kimi olkəmizə atılan iftiralara, qərəzli fikirlərə Prezident İlham Əliyevin tutarlı cavablarını izləyirəm. O, hər zaman çıxşlarında söyləyir ki, bizim tutduğumuz yol ədalətlidir. Bizim heç kəsin torpağında gözümüz yaxdur. Əgər düşmən üzərinə düşən öhtəliyi yerinə yetirməsə, dəmir yumruq işə düşəcək. Mən bir daha Allahdan şəhidlərimizə rəhmət,qazi və veteranlarımıza cansağlığı diləyirəm”. Çıxış edənlərdən direktor müavini Vüsal Balakişiyev 44 gün ərzində ordumuzun göstərdikləri qəhrəmanlıqlardan danışıb. Şəhid anası Kəmalə Fəxri bildirib ki, şəhidlər bir ailənin, bir nəslin yox, bütün Azərbaycanın övladlarıdır: “Mən əminəm ki, şəhidlərimiz qədirbilən  xalqımızın daim qəlbində yaşayacaq. Mən bütün şəhid valideynlərinə Allahdan səbir diləyirəm”. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
Dünya şöhrətli fotoqraf Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub

Veteran.gov.az xəbər verir ki, 23 sentyabr tarixində dünya şöhrətli fotorepartyor Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub. Qonağı qarşılayan MŞ sədri Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumla bağlı məlumat verərək bildirib ki, Şura Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən, jurnalistlərin özlərinin formalaşdırdıqları qurumdur. İkinci Qarabağ Müharibəsi reallıqlarının, Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması məsələlərindən söz açan Ə.Amaşov məsələnin ölkəmiz üçün əhəmiyyətindən söz açıb. O bildirib ki, Azərbaycan zaman-zaman dünyanın ikili standartlar siyasətindən əziyyət çəkib. Bu baxımdan müharibədə baş verənlərin olduğu kimi çatdırması xüsusi önəm daşıyırdı. Bunu reallaşdıran hər biz şəxs azərbaycanlıların sevimlisidir. Bu baxımdan R.Deqati də Azərbaycan cəmiyyətinin rəğbət bəslədiyi sənət adamıdır. Ə.Amaşov R.Deqatinin İkinci Qarabağ Müharibəsi dönəmindəki fəaliyyətindən söz açaraq bu işi böyük fədakarlıq kimi dəyərləndirib. O, rəhbərlik etdiyi qurumun Tərtər İcra Hakimiyyəti ilə birgə təsis etdiyi fəxri diplomu qonağa təqdim edib. R.Deqati Azərbaycana hər gəlişinin bir məqsəd daşıdığını vurğulayaraq bildirib ki, ermənilər işğal altında saxladıqları Qarabağın mədəniyyətinə böyük zərər vurublar, ekoloji terror həyata keçiriblər, qəbirstanlıqlarda vəhşiliklər törədiblər, şəhərləri, kəndləri viran qoyublar. Səfərdən məqsəd bunları çəkmək və dünya ictimaiyyətinə çatdırmaqdır. O, Azərbaycanda hər zaman böyük diqqət və qayğıyla qarşılandığını deyib və bu amilin onu yaradıcılıq üçün daha da həvəsləndirdiyini dilə gətirib. R.Deqati həmçinin Azərbaycan Mətbuat Şurası rəhbərliyinə əməyinə verilən qiymətə görə təşəkkürünü bildirib.   Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvləri – “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bayraqdar.info” saytının baş redaktoru Azər Həsrət, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov da öz növbələrində R.Deqatinin istər birinci, istərsə də ikinci Qarabağ müharibəsindəki fəaliyyətinə toxunublar. Onlar bu fəaliyyətin önəmini informasiya savaşındakı mühüm amillərdən biri kimi dəyərləndiriblər.  

Hamısını oxu