Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nizami Rayonunda Zəfər Günü qeyd edilib

Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Nizami rayonunda   4 saylı Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Zəfər Gününə həsr olunmuş  tədbir keçirilib. 5 noyabr 2022-ci il tarixində keçirilən tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırliğı şöbəsinin müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  liseyin direktoru Mahir Namazov, direktor müavini Vüsal Balakişiyev, şəhid anası Kəmalə Fəxri, qazilər Arzuman Vəliyev, Vasif Zeynalov, Mehdi Əhmədov və digər qonaqlar iştirak ediblər.

İlk öncə  Dövlət Himni səslənib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Liseyin direktoru Mahir Namazov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Çıxış üçün söz Adil Haqverdiyevə verildi. Adil Haqverdiyev ilk öncə Respublika Veteranlar Təşkilatının rəisi  Fatma xanım Səttarovanın və müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilovun salam və təbriklərini tədbir iştirakçılarına çatdırıb:

“Bu gün biz dünya azərbaycanlılarının  qürur və fəxirlə qeyd etdikləri unudulmaz bir gunun, Zəfər Gününün  qeyd olunmasına toplaşmışıq. Bu unudulmaz günü bizə bəxş edən ordumuza, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Onlar nəinki, torpaqlarımızı, qürurumuzu mənliyimizi qaytardılar. İndi  başımız dik, alnımız açıq gəzirik. Ölkəmizin hüdudlarından kənarda  fəxrlə söyləyirik “mən azərbaycanlıyam”.

Mən ehtiyatda olan bir zabit, bir vətəndaş kimi olkəmizə atılan iftiralara, qərəzli fikirlərə Prezident İlham Əliyevin tutarlı cavablarını izləyirəm. O, hər zaman çıxşlarında söyləyir ki, bizim tutduğumuz yol ədalətlidir. Bizim heç kəsin torpağında gözümüz yaxdur. Əgər düşmən üzərinə düşən öhtəliyi yerinə yetirməsə, dəmir yumruq işə düşəcək.

Mən bir daha Allahdan şəhidlərimizə rəhmət,qazi və veteranlarımıza cansağlığı diləyirəm”.

Çıxış edənlərdən direktor müavini Vüsal Balakişiyev 44 gün ərzində ordumuzun göstərdikləri qəhrəmanlıqlardan danışıb. Şəhid anası Kəmalə Fəxri bildirib ki, şəhidlər bir ailənin, bir nəslin yox, bütün Azərbaycanın övladlarıdır:

“Mən əminəm ki, şəhidlərimiz qədirbilən  xalqımızın daim qəlbində yaşayacaq. Mən bütün şəhid valideynlərinə Allahdan səbir diləyirəm”.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

2022-11-14 12:22:00
830 baxış

Digər xəbərlər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban xanım,   Respublika Veteranlar Təşkilatı ölkə veteranları adından göstərdiyiniz qayğı və diqqətə görə bir daha öz dərin minnətdalığını bildirir, Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və ailə səadəti, Azərbaycanın inkişafı, xalqımızın firavanlığı naminə çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayır.   Dərin  hörmətlə,   Rəyasət  Heyəti adından   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik                                                       Tofiq Ağahüseynov

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Rəyasət heyətinin növbəti iclası keçirilib..

02.02.2021-ci il tarixində Respublika Veteranlar Təşkilatının Rəyasət heyətinin növbəti iclası keçirildi. Təşkilatın sədri II Dünya müharibəsi veteranı Fatma xanım Səttarova iclası açdı, gündəlikdə duran məsələr barəsində məlumat verdi.  Respublika Veteranlar Təşkilatının fəaliyyətinin perspektivləri, Təşkiklatın üzərinə düşən vəzifələrin daha məhsuldar formada təşkil edilməsi məsələləri ətrafinda çıxışlar oldu. Təşkilatın fəaliyyətinin səmərəli təşkili, günün tələblərinə uyğunlaşdırılması üçün təkliflər dinlənildi. Gündəlikdə duran bəzi məslələrin dərhal həll edilməsi istiqamətində müvafiq göstərişlər verildi. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında üzvlər yekdilliklə qaldırılan məsələlərin həll edilməsinin vacibliyini vurğuladılar

Hamısını oxu
Heydər Əliyev və Atatürkün xatirəsi adlarını daşıyan zirvələrdə anılıb

Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu, qardaş türk xalqının öndəri Mustafa Kamal Atatürkün anım günləri ilə əlaqədar Azərbaycan-Türk dağçılarından ibarət qardaşlıq qrupu “Heydər zirvəsi”nə və “Atatürk zirvəsi”nə qalxıb. Bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova məlumat verib.   Onun sözlərinə görə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin rəhbərlik etdiyi qrup üzvləri əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi düzüb, qardaş türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün Bakıda ucaldılmış heykəli önünə əklil qoyublar. “Böyük Qafqa­zın Baş­dağ silsilə­si­nin Qızıl Qaya massivinin mürəkkəb relyefinə baxmayaraq qrup üzvləri yüksək əhval-ruhiyyə və qələbə sevinci ilə "Heydər zir­və­si"nə və “Atatürk zirvəsi”nə qalxaraq hər iki xalqın dahi şəxsiyyətlərinin barelyefləri önünə gül dəstələri düzüb, əziz xatirələrini yad edib və Azərbaycan, Türkiyə bayraqlarını dalğalandırıblar. İ.İbrahimova bildirib ki, Azərbaycanın Qarabağda qazandığı zəfər günlərində bu zirvələrin ziyarət olunması və dahi şəxsiyyətlərin anılması çox qürurvericidir.  

Hamısını oxu
Prezident Gənclər Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib. Veteran.gov.az xəbər verir ki, paylaşımda deyilir: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!"  

Hamısını oxu