Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Avropa çempionatında Azərbaycan rüzgarı: Güləşçilərimizin uğurları idmana dövlət qayğısının məntiqi nəticəsi kimi...

Ölkəmizdə idmana dövlət tərəfindən ciddi qayğı göstərildiyi, uşaq və yeniyetmələrin fiziki inkişafı istiqamətində mühüm layihələrin, dövlət proqramlarının həyata keçirildiyi məlumdur. Məhz dövlətimizin uzunmüddətli və sistemli qayğısının nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarış və turnirlərdə parlaq qələbələr əldə etməkdə, Azərbaycan bayrağını zirvələrə daşımaqdadır. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin 7-si qızıl medal olmaqla toplam 16 medal qazanması gerçəyi bunun ən böyük isbatıdır. Hansı ki, Azərbaycan güləşçilərinin bu nəticə ilə yalnız Avropanı deyil, bütün dünyanı təlatümə gətirdiyi, dövlətimizdən, idmançılarımızda heyrətlə söz açdırdığı günümüzün qürurverici həqiqətləri sırasındadır.

Güləşçilərimizdən tarixi zəfər: Dövlətin və dövlət başçısının etimadına layiq qələbə!

Avropa çempionatında güləşçilərimizin əldə etdiyi qələbənin önəmini artıran, bu qələbəni təkrarsız və əvəzedilməz edən bir sıra amillər var ki, bunlardan ən önəmlisi idmançılarımızın böyük əksəriyətinin rəqibləri üzərində aşkar üstünlüklə qələbə qazanması, çempionatın ən ali pilləsində qərarlaşması faktıdır. İdmançılarımızın kütləvi şəkildə uğurlu nəticə sərgiləməsi güləşçilərimizin komanda hesabında da birinci yerdə qərarlaşması ilə nəticələndi. Hansı ki, Prezident İlham Əliyev idmançılarla görüşündə bu amilə xüsusi diqqət yetirmiş, qələbənin ağır rəqabət fonunda əldə edildiyini vurğulamışdı: “Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar, 16 medal qazanıldı, onlardan 7-si qızıl medaldır. Bu, çox böyük nailiyyətdir. Xüsusilə nəzərə almalıyıq ki, komanda hesabında bizim komandamız birinci yerə layiq görülmüşdür. Bu münasibətlə ilk növbədə idmançıları və onların məşqçilərini, Güləş Federasiyasını təbrik edirəm. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər.

Mən bilirəm ki, idmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir. Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar”. (//president.az/az/articles/view/55638 ).

Göründüyü kimi, dövlət başçısı güləşçilərimizin bu nailiyyətini hər bir azərbaycanlı üçün qürur mənbəyi, dövlətimizin qüdrətinin idman müstəvisində növbəti dəfə nümayiş etdirilməsi kimi səciyyələndirib. Bu baxımdan, güləşçilərimizin əldə etdiyi bu tarixi zəfəri sözün həqiqi mənasında dövlətin və dövlət başçısının etimadına layiq qələbə adlandırmaq olar.

Prezidentdən gənc idmançılara böyük diqqət və böyük təqdir

Azərbaycanda gənclərin fiziki və mənəvi inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyinin ən bariz nümunələrindən biri də martın 17-də Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarınının Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi oldu. Görüş əsnasında idmançıları göstərdikləri yüksək nəticəyə görə təbrik edən Prezident İlham Əliyev, Azərbaycanda idmanın dövlət siyasəti olduğunu bir kəs daha bəyan etdi. Dövlət başçısı vurğuladı ki, idman dövlətin qüdrətini göstərən əsas göstəricilərdən biridir: “Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər. Mən dəfələrlə idman ictimaiyyəti ilə görüşlər əsnasında deyirdim ki, idman bizim dövlət siyasətimizdir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Çünki əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük uğurlar qazanırlar. Bu da təbiidir, çünki həm təlim-məşq toplanışlarının keçirilməsi, ümumiyyətlə, hazırlıq işlərinin qurulması, iqtisadi baza - bütün bu amillər önəmli rol oynayır. Əlbəttə ki, dövlət siyasəti burada aparıcı məsələdir və Azərbaycan bu ölkələrin sırasındadır. Biz nəinki iqtisadi və digər sahələrdə, idman sahəsində də qabaqcıl ölkələrin sırasındayıq və bu liderliyi qorumalıyıq. Təsadüfi deyil ki, beynəlxalq idman qurumları Azərbaycana çox böyük rəğbətlə yanaşırlar. Belə olmasaydı, Azərbaycanda iki dünya səviyyəli tədbir keçirilməzdi - həm Avropa Oyunları, həm də İslam Həmrəyliyi Oyunları. Bir ölkədə, bir şəhərdə cəmi iki il ərzində iki böyük tədbirin keçirilməsi beynəlxalq idman ictimaiyyətinin, federasiyalarının bizə olan münasibətinin əlamətidir. Biz bu yarışları yüksək səviyyədə keçirdik və idmançılarımız bizi sevindirdilər”. 

Şübhəsiz, Prezidentin Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçiləri qəbul etməsi, onları uğurlarına görə təbrik etməsi, qarşıdakı vəzifələr, görülən və görülməsi gərəkən işlər haqqında ətraflı danışması, idmançılar üçün bütün gərəkli şəraitin yaradıldığı və gələcəkdə də yaradılacağını vurğulaması faktının özü dövlət başçısının idmana  və idmançılara nə qədər böyük diqqətlə yanaşdığını göstərir. Bu baxımdan, sözügedən görüşü birmənalı şəkildə idmançılar üçün ən böyük təqdir və mənəvi stimul hesab etmək olar. Əminliklə demək olar ki, dövlət başçısının idmançılara göstərdiyi bu qayğı onlara böyük ruh yüksəkliyi bəxş etməklə yanaşı, idmançılarımızın məsuliyyət hissini də artıracaq, onları qarşıdakı yarışlara mənəvi-psixoloji baxımdan daha effektiv kökləyəcəkdir.

İdman uğurları gənc nəslin mənəvi inkişafını necə stimullaşdırır?

Gənclərimizin idman sahəsindəki uğurlarının digər mühüm əhəmiyyəti, bu uğurların gənclərin mənəvi baxımdan inkişafına da böyük təkan verməsi faktı ilə bağlıdır. Belə ki, idman arenasında əldə edilən hər qələbə, bu qələbələrlə bağlı ictimaiyyətə təqdim edilən hər bir informasiya uşaq və yeniyetmələrin idmana marağını artrmaqla yanaşı, ölkəmizdə idmanın kütləviləşməsinə, daha çox gəncшт sağlam həyat tərzinə üstünlük verməkə zərərli vərdişlərdən uzaqda qalmasına xidmət edir. Bu baxımdan, Azərbaycan Güləş Federasiyasının media və sosial media müstəvisindəki fəaliyyəti də təqdirəlayiqdir. Azərbaycan Güləş Federasiyası həm rəsmi saytı, həm sosial şəbəkədəki hesabları vasitəsi ilə ölkə ictimaiyyətini güləşçilərimizin qatıldığı hər bir yarış və bu yarışların gedişatı haqqında çevik şəkildə məlumatlandırır, bu idmançıları ictimiyyətə tanıtmaqla uşaq və yeniyetmələr üçün real və parlaq nümunələr təqdim edir. Bu isə uşaq və yeniyetmələr arasında idmana marağın artmasına, onlarda mübarizə əzminin yüksəlməsinə, dövlətə və xalqa faydalı olmaq arzusunun inkişafına səbəb olur. Nəticədə, uşaq və gənclərin mənəvi inkişafı üçün də geniş imkanlar yaranmış olur.

Bir sözlə, idman uşaq və yeniyetmələrin sadəcə fiziki inkişafını deyil, həm də ruhi-mənəvi inkişafını şərtləndirir. Bu isə dövlətimizin uşaq və gənclərlə bağlı siyasətinin əsas tərkib hissəsi, ana xəttidir və bu xətt bugünə qədər olduğu kimi bundan sonra da dəyişməz olaraq qalacaqdır!

Seymur ƏLİYEV

 

2022-03-31 12:44:00
1171 baxış

Digər xəbərlər

Fatma Səttarova qadın veteranları 8 Mart münasibəti ilə təbrik edib

Veteran.gov. az xəbər verir ki, Mühartibə, Əmək və Sialhlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova 8 Mart - Beynəlxalq qadınlar günü münasibətilə aşağıdakı qadın veteranları təbrik edib.   Xarkovskaya Anna Qordiyevna,  BVM veteranı, 09.06.1921, Xətai r-nu, Kravsova Anna Petrovna, BVM veteranı,17.11.1923, Nəsimi r-nu, Qazıyeva Tacirə Həmid qızı, BVM veteranı,29.12.1924, Nizami r-nu, Rəsulova Zinaida İliniçna, BVM veteranı, 23.06.1923, Yasamal r-nu, İsababayeva Həcər Muştaq qızı, Sosialist Əməyi Qəhr.,1938, Səbail r-nu, Usubova Əskinaz Əbdüləli qızı, Sosialist Əməyi Qəhr., 1926, Beyləqan r-nu, Vəliyeva Şərqiyyə Əkbər qızı, Sosialist Əməyi Qəhr.,01.07.1936,  Laçın r-nu, Qasımova Valentina Mixaylovna, Leninqrad blok. iştirakçısı, 14.01.1934, Yasamal r-nu, Abdullayeva Natalya Borisovna, Leninqrad blok. iştirakçısı, 26.05.1939, Xətai r-nu, Məmmədova Mahirə Rəhimovna, Leninqrad blok. iştirakçısı, 06.10.1938, Nərimanov r-nu, Tataurova Qalina Aleksandrovna, Leninqrad blok. iştirakçısı, 27.09.1941, Sabunçu r-nu, Efendiyeva Nonna Anatolyevna, Leninqrad blok. iştirakçısı ,27.06.1932,  Nəsimi r-nu, Musayeva Tərlan Həsən qızı, Əmək veteranı,22.01.1955, Bərdə r-nu   Sədr Fatma Səttarova 04 mart 2022-ci il        

Hamısını oxu
“Şuşa konfransı qlobal sülh və təhlükəsizliyə töhfədir”

“İyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfrans beynəlxalq sülh və təhlükəsizliyə töhfədir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, konfrans iştirakçısı polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, konfransda müasir dünyada təhlükəsizliklə bağlı ortaya çıxan təhdidlər, habelə, müharibə və münaqişələrdən əziyyət çəkən dünyamızda uzunmüddətli və etibarlı sülhün bərqərar olmasının vacibliyi qeyd olunub: “Hər şeydən öncə qeyd edim ki, YAP-ın təşkilatçılığı ilə Şuşada keçirilən məlum konfrans Azərbaycanın sülh səylərinin bariz nümunəsi, ölkəmizin qlobal təhlükəsizliyin təminində son dərəcədə maraqlı olduğunun real təcəssümüdür. Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət, müraciətdə yer alan fikir və çağırışlar sülh və təhlükəsizlik məsələsinin dövlətimiz üçün hər zamankı kimi prioritet olduğunu göstərir. Şuşa konfransını əhəmiyyətli edən bir sıra mühüm amil var ki, bunlardan biri bütün siyasi qüvvələrin – partiya və təşkilatların, ictimai birliklərin sülh və təhlüksəzilik məsələsində Azərbaycan dövləti ilə həmrəy olması, dövlətimizin bu yöndəki siyasətini qətiyyətlə dəstəkləməsidir. Hansı ki, Şuşa konfransının gedişndə biz buna bir daha şahid olduq. Şuşa konfransında diqqət çəkən digər bir məqam sülh və təhlükəsizlik məsələsində beynəlxalq səyləri birləşdirməyin, qlobal həmrəylik nümayiş etdirməyin vacibliyi ideyasının yenidən gündəmə gətirilməsidir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxış və müsahibələrində sülh və təhlükəsizliyin təmini üçün beynəlxalq miqyasda əməkdaşlığın zəruriliyini vurğulayıb, bunu qlobal sülhü təmin etməyin yeganə etibarlı vasitəsi adlandırıb. Bu baxımdan Şuşa konfransında dövlət başçısının bu çağırışının yenidən gündəmə gəlməsi Azərbaycanın qlobal sülhü təmin etməyin real mexanizminə bələd olduğunu, bunu həyata keçirmək üçün dünya dövlətlərini qlobal əməkdaşlığa səslədiyini göstərir”. Polkovnik Cəlil Xəlilov konfransda post-müharibə dövründə həyata keçirilən abadlıq və quruculuq işlərinin də geniş şəkildə müzakirə edildiyini vurğulayıb: “Şuşa konfransı üçün əlamətdar cəhətlərdən biri də “Postmünaqişə dövründə yenidənqurma: Şəhərsalma sahəsində müasir çağırışlar” mövzusunda panel sessiyasının keçirilməsi oldu. Sessiya zamanı Azərbaycanın işğaldan azad edilən ərazilərində Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında gerçəkləşən nəhəng quruculuq işlərindən ətraflı bəhs edildi, mühüm məqamlara, ciddi faktlara toxunuldu. Panel müzakirəsi zamanı edilən çıxışlar, səslənən çağırışlar bir daha göstərdi ki, Azərbaycan postmüharibə dönəmində bütün dünyada böyük heyrət və təqdirlə qarşılanan böyük abadlıq işləri həyata keçirib, yüzlərlə yaşayış məntəqəsinin yenidən qurulmasına nail olub. Buna paralel olaraq, işğaldan azad edilən ərazilərdə bütün infrastruktur və kommunikasiya yenidən qurulub, çoxsaylı parklar, yaşıllıqlar yaradılıb.  Bütün bunlar onu deməyə əsas verir ki, Şuşa konfransı sülh və təhlükəsiziliklə bağlı müasir problemlərin həllinə dəstək verməklə yanaşı, Azərbaycanın postmüharibə dönəmində həyata keçirdiyi geniş quruculuq işlərinin beynəlxalq miqyasda təbliği baxımından da mühüm rol oynadı. İnanıram ki, Şuşa konfransı qlobal sülh və təhlükəsizliyin təminində yeni mərhələ olacaq, müasir dünyamızda sülhün təntənəsinə töhfə verəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Zəfər dastanı” adlı respublika şeir və mahnı müsabiqəsi keçiriləcək

Veteran.gov.az xəbər verir ki, Sentyabrın 20-dən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir.   Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, böyüməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir.    Müsabiqə şeir və mahnı nominasiyaları üzrə 2 yaş (7-14, 15-20) qrupunda və 2 mərhələdə keçirilir.      Müsabiqə üzrə tələblər aşağıdakılardır: -  Müsabiqəyə iştirakçılar yalnız bir nominasiya üzrə qatıla bilər; - İştirakçı seçdiyi nominasiya üzrə bir ifadan ibarət videogörüntünü müsabiqəyə təqdim etməlidir; - Müsabiqəyə vətənpərvərlik mövzusunda yazılmış şeirlə yanaşı iştirakçının öz yazdığı şeir də təqdim oluna bilər; - Mahnı nominasiyası üzrə müsabiqəyə xalq və bəstəkar mahnıları təqdim olunmalıdır; - Təqdim olunan mahnı və şeirin ifa müddəti 3-4 dəqiqədən çox olmamalıdır; - Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər; - Müsabiqəyə fonoqram qəbul olunmur; - Hər iki nominasiya üzrə iştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər; - Videogörüntülər aydın və keyfiyyətli olmalıdır; -Təqdim olunan ifadan öncə iştirakçı özü barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, şəhər və rayon,  təhsil aldığı müəssisə, nominasiya üzrə ifa etdiyi mahnı və ya şeirin adını) hazırladığı videogörüntü ilə birgə təqdim etməlidir; - İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınacaq.    I mərhələ - 20 sentyabr – 28 oktyabr 2021-ci il. İlkin mərhələdə iştirakçılar tərəfindən hazırlanan şeir və mahnıların qəbulu aparılır. Hazırlanan mahnılar video formatda grbye@mk.edu.az elektron poçt ünvanına və ya (+994) 55  539 55 22 telefon nömrəsinə “Whatsapp” vasitəsi ilə göndərilməlidir.   II mərhələ - 29 oktyabr – 6 noyabr 2021-ci il. Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və qaliblər müəyyənləşdirilir.   Müsabiqənin qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaqlar.    Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19 və (+994)  55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər.  

Hamısını oxu
Xəzər rayonunda 28 may Müstəqillik Günü qeyd edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 20 may 2022-ci il tarixində  Xəzər rayonunda   tədbirdə iştirak ediblər. 28 may Müstəqillik Gününün qeyd edilməsi ilə əlaqədar təşkil olunan tədbirdə Xəzər   rayon  VT-nın sədri Səxavət Məcnunov, müavini Samir Məmmədov , birinci və ikinci Qarabağ müharibəsinin qaziləri və veteranları iştirak edib. Tədbiri Səxavət Məcnunov açıb. O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Sonra  torpaqlarımızın toxunulmazlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. İlk öncə söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, RVT-nın sədri Fatma xanım Səttarovanın və müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev çıxış edərək bildirib ki, 1918-ci il mayın 28 –də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük  tarixi hadisə kimi daxil oub: “Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, ordu quruculuğuna, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk universiteti təsis edilib. Təəssüflər olsun ki, 1920-ci ilin aprel ayında bolşeviklər tərəfindən Azərbaycan Xalq Cumhuriyyəti devrilib. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan  Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı.Yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ümummilli liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib”. Tədbirin sonunda Adil Haqverdiyev verilən sualları cavablandırıb, tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.      

Hamısını oxu