Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bir qrup veteranlara Fəxri Fərman təqdim olunub.

27 iyul 2026-cı il tarixində Təşkilatın inzibati binasında Təşkilatın sədri polkovnik Cəlil Xəlilov Azərbaycan Ordusunun təbliğ olunmasında, şəxsi heyətin hərbi vətənpərvərlik hisslərinin və döyüş  ruhunun yüksəldilməsində, ordu ilə xalqın mənəvi birliyinin daha da möhkəmləndirilməsində fəal iştirak etdiklərinə görə, həmçinin 26 İyun-Silahlı Qüvvələr Günü  münasibətilə  Azərbaycan Respublikasının müdafiə naziri adından bir qrup veteranımıza Fəxri Fərman, eləcə də respublikamızın veteran hərəkatında fəal işrirak etdiklərinə, ilin 6 aylıq hesabat dövründə fərqləndiklərinə  görə Təşkilatımızın üzvlərinə sədr adından Fəxri Fərman,  yeni üzlərə  isə üzvlük vəsiqələri təqdim edilmişdir. 

 

2026-07-27 12:47:00
1178 baxış

Digər xəbərlər

“Prezidentin Xankəndidə ucaltdığı bayraq Azərbaycanın haqlı mübarizəsinin zəfər salnaməsidir”

“Azərbaycanın əldə etdiyi bütün zəfərlərin nüvəsində İlham Əliyev faktoru dayanır” Səmyar Abdullayev: “8 Noyabr kimi 15 oktyabr tarixi də ən müqəddəs günlərdən biri kimi xalqımız tərəfindən daim sevgi və ehtiramla anılacaq” Dünən - 15 oktyabr tarixində Prezident İlham Əliyevin siyasi hakimiyyətinin 20-ci ildönümü tamam oldu. Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə dövlətimizin son 20 ildəki uğurlarına qısa da olsa nəzər salmağa çalışdıq. -Səmyar bəy, oktyabrın 15-də Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 20 ili tamam oldu. Bu 20 ili sosial-iqtisadi baxımdan necə dəyərləndirərdiniz? -Hər şeydən öncə qeyd edim ki, Prezident İlham Əliyevin 20 illik hakimiyyət dönəmi Azərbaycan tarixində böyük uğurlar, iqtisadi-siyasi, eləcə də hərbi zəfərlərlə yadda qalıb. Sosial-iqtsiadi uğurlara gəlincə, deməliyik ki, son 20 ildə ölkəmizdə əhalinin sosial rifahı ötən dövrlərlə müqayisədə bir neçə dəfə yüksəlib, vətəndaşlarımızın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Buna səbəb  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının uğurla inkişaf etdirilməsi, dövlət büdcəsinə neft sektoru ilə yanaşı, həm də qeyri-neft sektorundan böyük vəsaitlərin daxil olmasının təmin edilməsi olub. Bu gün Azərbaycan sadəcə siyasi nüfuzuna və hərbi gücünə görə deyil, həm də iqtisadi qüdrətinə görə regionun lider dövlətidir. Bundan daha önəmlisi isə odur ki, Azərbaycan öz liderlik möqeyini hər ötən il daha da gücləndirir. Prezidentimizin rəhbərliyi ilə əldə edilən uğurlar, sosial-iqtisadi inkişaf konkret rəqəmlərdə, statistikalarda da öz əksini aydın surətdə göstərir. Nümunə üçün qeyd edim ki, son 20 ildə Azəbaycanda minimum əmək haqqı 38 dəfə artıb. Bu, yalnız region deyil, dünya miqyasında rekord göstəricidir. Orta aylıq əmək haqqı 12 dəfə, minimum pensiya isə 14 dəfə artıb ki, bu da vətəndaşların sosial rifahına ciddi şəkildə təsir göstərib. Bütün bu rəqəmlər dövlətimizin iqtisadi qüdrətini təcəssüm etdirməklə yanaşı, Prezident İlham Əliyevin xalqa, vətəndaşa, onun sosial rifahının davamlı şəkildə yüksəlməsinə nə qədər mühüm önəm verdiyini göstərir. -Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə, eləcə də qazilərə daim dəstək olduğu, onların ən xırda probleminə belə çox böyük həssaslıqla yanaşdığı hər kəsə məlumdur. Sizcə dövlətimizin son 20 ildəki siyasəti şəhid ailələrinin, qazilərin yaşamı, sosial rifahı baxımından hansı mühüm hadisələrlə əlamətdar olub? -Qeyd etdiyiniz kimi, şəhid ailələri, müharibə əlilləri və veteranlar, eləcə də digər əlilliyi olan vətəndaşlarımız, həmçinin, görmə məhdudiyyyəti olan insanlarımız hər zaman dövlət başçısının, eləcə də Birinci Vitse-prezident hörmətli Mehriban xanımın daim diqqət mərkəzində olub. Ölkəmizdə həssas kateqoriyadan olan bu insanlarla bağlı çoxlu sayda sosial layihələr icra olunub, mühüm addımlar atılıb. Rəqəmlərə nəzər salsaq görərik ki, son 20 ildə Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və qazilərə verilən təqaüd 6 dəfə artırılıb. Habelə, məlum kateqoriyadan olan 124 min vətəndaşımıza yardımlar göstərilib, onların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər icra edilib. Prezident İlham Əliyevin qayğısı sayəsində məlum kateqoriyadan olan 20 min nəfərin məşğulluq problemi həll edilib, onlar daimi işlə təmin olunublar.  Dövlət başçısı veteranlarımızın, müharibə əlillərinin sağlamlıq vəziyyətini də daim diqqət mərkəzində saxlayıb. Qeyd edək ki, 458 nəfər müharibə əlili yüksək texnologiyalar əsasında hazırlanan müasir protezlərlə təmin edilib. Minlərlə müharibə iştirakçısının Türkiyə, Almaniya və digər ölkələrdə müalicəsi təmin olunub. Bir sözlə, dövlətimiz bütün imkan və resurslarından istifadə edərək şəhid ailəlrinin, müharibə əlillərinin, qazilərin problemlərini yüksək səviyyədə həll edib, bu gün də onların sosial rifahının yüksəldilməsi, arzu və istəklərinin reallaşdırılması istiqamətində qətiyyətlə çalışmaqdadır. Prezident İlham Əliyev şəhid ailələrinin, müharibə əlillərinin mənzillə təminatına da xüsusi dqiqət yetirir. Yalnız 2022-ci ildə şəhid ailələri və müharibə əlillərinə 1500-dən çox mənzil və fərdi ev verilib. Vətən müharibəsindən bu günədək isə həmin kateqoriyadan olan 4500 vətəndaş mənzillə təmin olunub. Statistik məlumatlar göstərir ki, ümumilikdə bu günə qədər 13 mindən çox şəhid ailəsi və müharibə əlilinə mənzil verilib. Bu, yalnız region dövlətləri deyil, dünya dövlətləri ilə müqayisədə çox yüksək göstəricidir. Bunu da qeyd edim ki, 2021-2023-cü illər ərzində dövlət başçısının qayğısı sayəsində 500-ə qədər görmə məhdudiyyəti olan vətəndaşımız evlə təmin olunub. Bütün bu faktlar dövlət başçısının şəhid ailələrinə, əlillərə olan sonsuz qayğısının göstəricisidir. -Səmyar bəy, sizcə Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dönəmində xalqa bəxş etdiyi ən böyük sevinc nədən ibarət olub? -Əminliklə deyə bilərəm ki, dövlət başçısının bu illər ərzində xalqımıza, dünya azərbaycanlılarına yaşatdığı ən böyük sevinc 2020-ci ilin Vətən müharibəsi nəticəsində əldə edilən 8 Noyabr zəfəridir. Məhz bu qələbə 30 illik erməni işğalına son qoydu, 90-cı illərin əvvəllərində işğal edilən yüzlərlə yaşayış məntəqəmizə - şəhərlərimiz, kəndlərimizə azadlıq bəxş etdi. Məhz bu zəfər nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün geri qayıtması üçün əlverişli şərait yarandı. Hansı ki, artıq minlərlə vətəndaşımızın işğaldan azad edilən ərazilərə qayıdışı təmin edilib. Bu baxımdan, Prezient İlham Əliyevin xalqımıza  bəxş etdiyi 8 Noyabr zəfəri müqayisəolunmaz və təkrarsızdır. Və xalqımızın bu böyük günün sevincini əbədi yaşayacaqdır. -Dünən – 15 oktyabr tarixində Przident İlham Əliyev daha bir neçə yaşayış məntəqəsində, eləcə də Ağdərə, Xocalı, Əsgəran və Xankəndidə Azərbaycan bayrağını ucaltdı, xalqa müraciət etdi. Baş verən bu mühüm olayları milli tariximiz, siyasi reallığımız baxımından necə qiymətləndirirsiniz? -Prezidentin bu torpaqlara səfəri, Azərbaycan bayrağını Xocalıda, Ağdərədə, Əsgəranda, Xankəndidə qaldırması istər tarixi, istər mənəvi, istərsə də siyasi baxımdan olduqca mühüm, analoqsuz bir hadisədir. Bu, Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra xalqımıza yaşatdığı ən böyük sevincdir. Yada salım ki, düz 3 il bundan öncə bəzi qüvvələr ordumuzun, Ali Baş Komandanımıızn  Vətən müharibəsində əldə etdiyi tarixi qələbəyə kölgə salmağa cəhd edir və bu məqsədlə bəzi ərazilərin – Xocalının, Ağdərənin, Xankəndinin və s. ərazilərin hələ də ermənilərin nəzarətində olduğunu qeyd edirdilər. Halbuki, hələ o zaman da hər kəsə məlum idi ki, bu torpaqlar da Azərbaycanın nəzarətinə keçəcək, erməni separatizminin bu torpaqlardakı varlığına son qoyulacaq. Çünki dövlət başçısı öz çıxışlarında dəfələrlə vurğulamışdı ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü üçün nə lazımdırsa ediləcək, bu məsələdə hər hansı güzəştə yol verilməyəcək. Dünən biz Prezidentin bugünə qədər verdiyi bütün sözlər kimi bu vədinə də əməl etdiyinə şahid olduq. Xocalıda, Ağdərədə, Əsgəranda, Xankəndidə Azərbaycan bayrağı ucaldıldı. Prezident İlham Əliyev bu torpaqları qarış-qarış gəzərək Azərbaycan həqiqətlərini bir kəs daha bütün dünyanın diqqətinə çatdırdı. Prezident addım atdığı hər bir tarixi Azərbaycan ərazisində üçrəngli bayrağımızı ucaltmaqla sübut etdi ki, son söz Azərbaycanındır və bu söz haqqın, ədalətin təntənəsi deməkdir. Xankəndi və digər torpaqlarımızda Azərbaycan bayrağının ucaldılmasının mənəvi əhəmiyyəti də olduqca böyükdür. Bu torpaqlar tarixi Azərbaycan torpaqlarıdır və əsrlər boyu bu torpaqlarda Azərbaycan xalqının nümayəndələri yaşayıb. Lakin Ermənistanın uzun illər ərzində apardığı diskriminasiya və soyqıırm siyasəti, işğal faktoru vətəndaşlarımizin bu torpaqlardan didərgin düşməsi ilə nəticələnmişdi. Prezidentin Xankəndidə, Ağdərədə, digər yaşayış məntəqələrində ucaltdığı bayraq bu nisgilə, bu ayılığa da son qoydu. Vaxtiylə bu torpaqlardan qovulan, didərgin salınan vətəndaşlarımız yenidən öz tarixi ata-baba yurdlarına qayıtmaq imkanı əldə etdilər. Biz buna görə cənab Prezidentə təşəkkür edir, ona öz sonsuz minnətdarlığımızı bildiririk. Əminəm ki, Prezident İlham Əliyevin bu tarixi xidməti sonsuza kimi xalqımız tərəfindən sevgi və minnətdarlıq hissi ilə xatırlanacaq, hər zaman iftixar hissi ilə yad ediləcək. -Səmyar bəy, Prezident çıxışında bildirdi ki, bu torpaqlarda olmağına səbəb Azərbaycan xalqı, Azərbaycan övladlarıdır. Sizcə bu açıqlama dövlət başçısının fədakar xalqımıza, qəhrəman ordumuza, onların tarixi əməyinə verdiyi yüksək qiymət hesab edilə bilərmi? -Şübhəsiz.  Prezident haqlı olaraq qeyd etdi ki, bütün bu torpaqların işğaldan azad olunmasına səbəb şəhidlərimiz və qazilərimizdir. Məhz onların qəhrəmanlığı, cəsarəti, rəşadəti sayəsində erməni faşizmi məğlub olmuş, torpaqlarımız düşmən işğalından azad edilmişdir. Lakin bu məsələdə hər kəsə məlum olan bir həqiqət var ki, bu da əldə edilən bütün bu zəfərlərin məhvərində, nüvəsində Ali Baş Komandan faktorunun olması gerçəyidir. Bütün dünyaya yaxşı məlumdur ki, Azərbaycan xalqı son 20 ildəki bütün qələbələrini, eləcə də Qarabağda əldə etdiyi zəfərləri məhz Prezident İlham Əliyevin dərin zəkası, sonsuz qətiyyəti və müdrikliyi sayəsində əldə edib. Hesab edirəm ki, 8 Noyabr zəfəri kimi 15 oktyabr tarixi də Azərbaycan tarixində ən müqəddəs günlər kimi qeyd ediləcək, hər zaman xalqımızın, ordumuzun və Pezidentimizin mübarizlik və qələbə əzmi kimi qürurla yad ediləcək. Və nə qədər ki, Azərbaycan xalqı var, ona bu böyük zəfərləri bəxş edən İlham Əliyev ismi də xalqımızla birlikdə yaşayacaq, sonsuza kimi ehtiram hissi ilə xatırlanacaqdır. -Prezidentin Xankəndi və digər torpaqlarımızda Azərbaycan bayrağını ucaltması Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməkdədir. Sizcə Ali Baş Komandanın bu tarixi zəfərini həm  də “Heydər Əliyev İli”nə ən böyük töhfə hesab etmək olarmı? -Sizinlə tamamilə razıyam. Uzun illər erməni işğalında olan torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması Ulu öndərin ən böyük arzusu idi. Bu arzunu isə məhz onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan reallığa çevirdi. İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla bütün dünyaya göstərdi ki, Heydər Əliyev ideyaları, Azərbaycan xalqının iradəsi hər zaman qalib gəlir. İlham Əliyev Ağdərə, Əsgəran, Xocalıda üçrəngli bayrağımızı yüksəltməklə  sübut etdi ki, o, ata vəsiyyətinə, xalqın arzu və istəyinə sadiqdir və bunun üçün hər cür fədakarlığa hazırdır. Mən  bir daha xalqımıza yaşatdığı bunca böyük səadətə görə Prezident İlham Əliyevə təşəkkür edir, ona bu çətin, tarixi missiyasında yeni-yeni uğurlar arzulayıram. Seymur ƏLİYEV  

Hamısını oxu
“30 avqust Zəfər bayramı Türkiyə kimi Azərbaycan üçün də müqəddəs gündür”

Cəlil Xəlilov: “Türk xalqı hər zaman tarixin sınağından üzüağ çıxmağı bacarıb”   “30 avqust Zəfər bayramı Türkiyə kimi Azərbaycan üçün də müqəddəs gündür”.   Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 30 avqust tarixində türk xalqı Böyük Mustafa Kamal Atatürkün rəhbərliyi altında bir kəs daha öz milli kimliyini təsdiq edib, düşmənlərə öz gücünü, qüdrətini göstərib:   “1922-ci ilin 30 avqust tarixində Mustafa Kamal Atatürkün rəhbərliyi ilə düşmən üzərində həlledici qələbə edən türk xalqı, bununla böyük tarixi zəfərə imza atdı. Türk xalqının 30 avqust zəfəri bütün dünyaya göstərdi ki, türkü məğlub etmək, əsarət altına almaq, onun azadlığına qəsd etmək mümkün deyil. Düşmənlərə öz gücünü, qüdrətini qanlı hərb meydanında bir kəs daha göstərən türk xalqı, bununla əzəli-əbədi yenilməzliyə malik olduğunu növbəti dəfə isbatlamış oldu.   XX əsrin 20-ci illərində böyük uğurlara imza atan qardaş Türkiyə, bu gün – XXI əsrin 20-ci illərində böyük dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında hərbi, siyasi, iqtisadi baxımdan ciddi uğurlar əldə etməkdədir.  Bu gün türk ordusu dünyanın ən qüdrətli orduları sırasındadır və dünyanın ən böyük, aparıcı dövlətləri belə rəsmi Ankara ilə hesablaşmaq, onun mövqeyini nəzərə almaq məcburiyyətindədir.   Şübhəsiz, Azərbaycan qardaş Türkiyənin uğurları ilə fəxr edir, onun hər bir müvəffəqiyyətindən qürur hissi keçirir.   Mən 30 avqust Zəfər bayramı münasibəti ilə bütün türk dünyasını təbrik edir, türk xalqına ən  xoş arzularımı bildirirəm”.  

Hamısını oxu
Bu gün Yusif Məmmədəliyevin anım günüdür

Bu gün Azərbaycan xalqının böyük oğlu, kimya elmləri doktoru, professor Yusif Məmmədəliyevin anım günüdür.   Yusif Məmmədəliyev Naxçıvan qəzasının Ordubad şəhərində anadan olmuşdur. 1926-cı ildə Vladimir İliç Lenin adına Azərbaycan Ali Pedaqoji Institutunu bitirdikdən bir qədər sonra, 1928–1929-cu illərdə Irəvan Azərbaycanlı Pedaqoji Texnikumunda müəllim işləmiş, İrəvan azərbaycanlılarının ictimai həyatında fəal iştirak etmişdir. Y.Məmmədəliyev həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olmuş, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxış etmişdir.   1942-ci ildə kimya elmləri doktoru ("Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toluolun sintezi" mövzusu) və professor, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki olmuşdur. Tam əsasla demək olar ki, Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR EA-nı yaradanlardan biri olmuşdur. Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi insanın adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan SSR EA-nın akademiki, Rəyasət heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilmişdir. M. Mirqasımov, M. Topçubaşov, Səməd Vurğun, Şirokoqorov, Yesman, Mikayıl Hüseynovla bərabər, o, akademiyanın təsisçisi və Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri idi. 1954-cü illərdə Azerbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik-katibi, 1954–1958 illərdə S. M. Kirov adına ADU-nun rektoru olmuşdur.   Böyük alim 15 dekabr 1961-ci ildə Bakıda vəfat etmişdir.    

Hamısını oxu
Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin ipoteka borcu ödənildi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin ev problemi həll olunub.   AZXEBER.COM xəbər verir ki, bu barədə "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.   Məlumata görə, 2018-ci il aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhid olan baş leytenant Nurid Abdullayevin ailəsinin yaşadığı mənzil ipoteka ilə alındığından, ailə ödənişi etməkdə çətinlik çəkib. Bu səbəbdən ailənin mənzil problemi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət olunub. Müraciət tez bir zamanda cavablandırılaraq ailənin hazırda yaşadığı mənzilin ipoteka borcu ödənilib, eyni zamanda şəhid övladlarının müalicəsi Heydər Əliyev Fondunun nəzarətinə götürülüb.

Hamısını oxu