Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi vətəndaşlara psixoloji yardım göstərməkdə davam edir

Veteran.gov.az xəbər verir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti" İB  (BƏC İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihə həyata keçirir. Bu vaxta qədər ehtiyacı olan onlarla vətəndaşa köməklik göstərilib, onların problemləri ilə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciətlər olunub, problemləri ictimailəşdirilib, həmin problemlərin müsbət həlli istiqamətində işlər görülüb. Eləcə də layihənin psixoloqu İbrahim Əsədli tərəfindən psixoloji seanslar keçirilib.

İbrahim Əsədli  bu dəfə Mənsur İbrahimovu qəbul edərək problemlərini dinləyib. Mənsur İbrahimovun peşə fəaliyyəti əsasən zehni işlə bağlı olduğundan daima ciddi rejimdə çalışır ki, bu da psixoloji gərginlik, zehni yorğunluğa səbəb olub.  Psixoloq İbrahim Əsədlinin uğurlu metodikası nəticəsində əsəb və yuxusuzluqdan əziyyət çəkən vətəndaş Mənsur İbrahimovun vəziyyəti  xeyli yaxşılaşıb, gərginliyi aradan qalxıb. Həkim müalicə məqsədi ilə bir neçə dərman preparatı da təyin edib. Mənsur İbrahimova maarifləndirmə məqsədi ilə layihə çərçivəsində nəşr olunmuş “İmtiyazlı şəxslər üçün məlumat kitabı” da hədiyyə edilib.

2022-04-12 09:57:00
1501 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Azərbaycan jurnalistlərini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “22 iyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edir, onlara bu şərəfli yolda uğur və müvəffəqiyyətlər arzulayıram. Heç kimə sirr deyil ki, Azərbaycanın informasiya təhlükəsizliyinin qorumasında, ölkəmizə qarşı yalan və böhtanların çevik şəkildə ifşasında, ölkə həqiqətlərinin dünyaya çatdırılmasında  jurnalistlərimizin xüsusi əməyi mövcuddur. Məhz onlar Prezident İlham Əliyevin çağırışına uyğun olaraq hər zaman ciddi ayıq-sayıqlıq sərgiləyib, media və sosial media məkanında baş verənlərə adekvat reaksiya nümayiş etdiriblər. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri erməni faşizmi ilə ölüm-dirim mübarizəsi apararkən, Azərbaycan jurnalistləri eyni mübarizəni media müstəvisində aparıb, düşmənin təxribatçı fəaliyyətinin qarşısının alınmasında mühüm rol oynayıblar. Onların bu mübarizəsi post-müharibə dönəmində də davam edib, böyük uğurlarla yadda qalıb. Bu fakt jurnalistlərimizin əməyinin böyüklüyündən, onların gərgin iş rejimindən, mənəvi fədakarlığından xəbər verir. Bu da bir həqiqətdir ki, Azərbaycan dövləti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev jurnalistlərimizin əməyinə hər zaman böyük hörmət və ehtiramla yanaşıb, onlara xüsusi diqqət və qayğı göstərib. Mən bir daha veteranlar adından jurnalistlərimizi təbrik edir, onların hər birinə uzun ömür, cansağlığı, müvəffəqiyyətlər diləyirəm. Əminəm ki, jurnalistlərimiz bundan sonra da dövlətimizin hər bir çağırışını anındaca cavab verəcək, milli maraq və mənafeyimizi media müstəvisində qətiyyətlə müdafiə edəcəklər”.

Hamısını oxu
“Bakıda keçirilən "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi türk-İslam dünyasının birlik, həmrəylik mesajıdır”

“Bakıda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi türk-İslam aləminin bütün dünyaya birlik, həmrəylik mesajıdır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu cür təlimlər hər şeydən öncə dost ölkələr arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir: “Sonsuz qardaşlıq-IV” təlimi Azərbaycanla dost-qardaş dövlətlər arasındakı hərbi əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi, bu sahədə yeni layihələrin həyata keçirilməsi baxımından böyük önəm kəsb edir. Bu cür təlimlər həm bizə, həm də hərbi sahədə əməkdaşlıq etdiyimiz dövlətlərə imkan verir ki, ordularımızın peşəkarlığını, döyüş hazırlığını artıraq, müasir hərbi yeniliklərin döyüş şəraitində tətbiqinə hazır olaq. Bu gün dünyanın bütün ordularında əsas zərbə qüvvəsinin xüsusi təyinatlılar təşkil etdiyi, müharibələrin əsas yükünün məhz bu katqoriyadan olan hərbçilərin üzərinə düşdüyü heç kimə sirr deyil. 44 günlük Vətən müharibəsində biz bunun bir daha şahidi olduq. Ona görə də Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təliminin keçirilməsi odluqca önəmli və təqdirəlayiqdir”. Polkovnik bu təlimlərin dövlətlər arasındakı siyasi münasibətlərə göstərdiyi təsirə də diqqət çəib: “Birgə hərbi təlimlər mahiyyət etibarilə dövlətlər arasındakı siyasi münasibətlərə də ciddi təsir göstərir, bu münasibətlərin də genişlənməsinə zəmin formalaşdırır. Hərbi təlimlər sayəsində dövlətlər arasında təmas artır ki, bu da həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq üçün yeni imkan və perspektivlərin ortaya çıxmasına  şərait yaradır. Buna görə də bu cür hərbi təlimlərin Azərbaycanla dost dövlətlər arasında siyasi-iqtisadi sahədəki əməkdaşlığı genişləndirəcəyi şübhəsizdir”. Polkovnik təlimin məqsəd və istiqamətlərindən də danışıb: “Təlimin əsas məqsədi xüsusi təyinatlı qüvvələrin döyüş hazırlığını daha da yüksəltmək, onların bilik və bacarığını inkişaf etdirməkdir. Onu da qeyd edək ki, bu təlimlər hər hansı üçüncü tərəfə qarşı yönəlməyib və yalnız sülh və təhlükəsizlik naminə əməkdaşlığı nəzərdə tutur. Buna görə də bu təlimlər regional və qlobal sülh naminə atılan addım kimi dəyərləndirilməlidir”. Seymur ƏLİYEV

Hamısını oxu
Tələbə-Sağlamlıq Spartakiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Tədbir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub Veteran.gov.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş Tələbə-Sağlamlıq Spartakiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Gənclər Evində keçirilən mükafatlandırılma mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, 3 ay ərzində davam edən yarışda iştirak edən və sonda qalib gələn komandaları təbrik etmiş, onlara tələbə və idman həyatlarında uğurlar arzulamışdır. Sonra mükafatlandırılma mərasimində Universitet və Kolleclər arasında Ümumi kamanda hesabında keçirilən yarışlarda uğurlu nəticə göstərərək Gəncə Dövlət Universitetinin komandası 1-ci yerə layiq görülərək Baş İdarə tərəfindən kubokla təıtif olunmuşdur. Peşə Liseyləri və Peşə Kollecləri arasında isə ümumi komanda hesabında 2 saylı Peşə Liseyinin komandası 1-ci yerə layiq görülərək kuboka sahib olmuşdur. Həmçinin Baş İdarə tərəfindən Universitet, Kollec, Peşə məktəblərinin müəllimləri təşəkkürnamələrlə, idmançılar isə diplomlarla təltif olunmuşdurlar. Sonda kollektiv xatirə şəkli çəkdirilmişdir.  

Hamısını oxu
Sabirabad rayonunun Nərimankənd kəndində Şəhidlərin Xatirə Kompleksinin açılışı olub

Mayın 14-də Sabirabad rayonunun Nərimankənd kəndində Şəhidlərin Xatirə Kompleksinin açılışı olub.   Tədbridə çıxış edən Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov şəhidlərin əziz xatirəsinin heç zaman unudulmayacağını, onların daim minnətdarlıq hissi ilə yad ediləcəyini bildirib.   Daha sonra çıxış edən 44 günlük Vətən müharibəsinin şəhid baş leytenantı Mətləb Cəfərovun həyat yoldaşı Vüsalə xanım, kompleksin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib, bu cür addımların şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olmaqla yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da mühüm önəm kəsb etdiyini qeyd edib.   Tədbirdə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, o cümlədən rayon ziyalıları iştirak edib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu