Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xətai rayonunda “ Cəbhədən Cəbhəyə qələbədən qələbəyə ” adlı tədir keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 27 aprel 2022-ci il tarixində Bakı şəhəri Xətai rayonunda yerləşən Zaur Məmmədov adına  171  saylı tam orta məktəbdə tədbirdə iştirak ediblər. ”Cəbhədən cəbhəyə qələbədən qələbəyə “ adlı tədbirdə Xətai rayon VT-nın sədri  Adil Əzməmmədov, arxa cəbhə veteranı İskəndər Alıyev, məktəbin direktoru  Zenfira Məsiyeva, şagird-müəllim kolektivi ilə yanaşı, digər qonaqlar da iştirak ediblər.

Tədbir İkinci Dünya müharibəsinin qələbə ilə başa çatmasında  Azərbaycan xalqının rolu və  Qarabağ torpaqlarının işğaldan azad olunmasında ordu-xalq birliyinə həsr edilib.

İlk öncə  Azərbaycan Dövlət Himni səslənib, şəhdilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin və müəllimlərin birgə hazırladıqları kompozisyalara baxılıb, şeyirlər, mahnılar dinlənilib.

Şagirdlərin və müəllimlərin çıxışlarından sonra söz qonaqlara verilib. Adil Haqverdiyev çıxış edərək bildirib ki, xalqımızın İkinci Dünya müharibəsinin qələbə ilə başa çatmasında misilsiz xidmətləri olub: “ Müharibənin ilk günlərində vətəndaşlarımıza qarşı  ədalətsiz davranışlar olmuşdur.Belə ki, rus dilini bilməmələri səbəbi ilə verilən  əmri düzgün yerinə yetirə bilmədikləri üçün vətəndaşlarımız rus zabitləri tərəfindən cəzaladırılmışlar. Bu hadisələrdən  Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin katibi Mircəfər Bağırov xəbər tutmuşdur. O,  ön cəbhəyə getmiş, doğma dilində rus zabitinə əmr vermiş və əmri yerinə yetirməyən zabiti cəzalandırmışdır. Bu hadisədən sonra  milli divizyalarımız yaranmış və bu müharibənin sonuna qədər şərəfli döyüş yolları keçmişlər.

Hər kəsə bəllidir ki, Bakı nefti olmasaydı, bəlkə də qələbə də olmayacaqdı. Döyüşlərdən üzü ağ çıxan babalarımızın  varisləri onların davamçıları olmalı idi. Uzun illərin həsrətindən sonra  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  müzəffər ordumuz düşmənləri torpaqlarımızdan qovdu. İndi Qarabağda quruculuq işləri başlanıb.

Mən çıxışımın sonunda  bir daha torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərə uca Allahdan rəhmət, qazilərə cansağlığı  diləyirəm!”

Daha sonra Nəbi Hacıyev və Adil Əzməmmədov çıxış ediblər.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

2022-04-29 10:50:00
1022 baxış

Digər xəbərlər

Mehriban Əliyeva: Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!

Hamısını oxu
Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva ustad dərsi keçib

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2022-ci ilin birinci yarımili üçün nəzərdə tutulmuş İş planının 4.2-ci bəndinin icrası məqsədilə cari ilin 15 fevral 2022-ci il tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət Məktəblərinin fortepiano ixtisası və rəsm sənəti üzrə müəllimlərin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbində ustad dərs keçirilmişdir”. Veteran.gov.az xəbər verir ki, bu barədə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sosial şəbəkədəki səhifəsində məlumat verilib. Məlumatda deyilir: “Bildiyimiz kimi, Bədii təhsil sahəsinin inkişafı müasir çağırışlara cavab verən yeni metodların ərsəyə gəlməsi və bilavasitə tətbiqi nəticəsində baş verir. Qeyd edək ki, yeni metodlardan istifadə şagird, həmçinin müəllim kontingenti üçün ən mühüm məsələlərdən biridir. Növbəti “Ustad dərslər” layihəsi fortepiano ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva, rəsm sənəti üzrə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının pedaqoqu Aydan Şahbazlı tərəfindən reallaşdırılmışdır. Təşkil edilən ustad dərslərdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət Məktəbi, Qəbələ rayon Uşaq İncəsənət Məktəbi, İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbi, Qobustan rayon Təklə kənd Uşaq Musiqi Məktəbi, Ağsu rayon Uşaq Musiqi Məktəbi, Şamaxı şəhər Uşaq İncəsənət Təhsili Mərkəzinin müəllim və şagird heyəti iştirak etmişlər. Dərs zamanı adları qeyd edilən məktəb şagirdlərinin çəkdiyi rəsmlər, həmçinin dərs proqramları üzərində praktiki göstərişlər edilərək, müəyyən tövsiyələr müəllimlərin diqqətinə çatdırılmışdır. Ustad dərslərin sonunda isə müəllimlər tərəfindən verilən müəyyən suallara aydınlıq gətirilərək fikir mübadiləsi aparılmış, eyni zamanda ustad dərsdə iştirak edən müəllimlər dərsin keçirilməsinə görə təşkilatçılara öz dərin minnətdarlıqlarını bildirmişlər”.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının rəhbərliyi şəhid Hüseyn Novruzzadənin yas mərasimində iştirak edib

Sentyabrın 28-də Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının rəhbərliyi şəhid Novruzzadə Hüseyn Faiq oğlunun yas mərasimində iştirak edib.  Mərasimdə çıxış edən Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov Hüseyn Novruzzadənin 19 sentyabr lokal antiterror tədbirlərində iştirak etdiyini, separatçılara qarşı mübarizədə böyük igidliklər göstərdiyi və bu mübarizədə qəhrəmancasına şəhid olduğunu bildirib. Dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün məhz şəhidlərin, veteranların qanı və canı bahasına təmin edildiyini bildirən Cəlil Xəlilov, dövlətimizin və xalqımızın öz şəhidlərini heç vaxt unutmayacağını, onları hər zaman minnətdarlıq hissi ilə yad edəcəyini bildirib. Polkovnik qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bütün şəhidlər kimi Hüseyn Novruzzadənin göstərdiyi igidliklərin də gənclər arasında təbliğini diqqətdə saxlayacaq, şəhidlərimizdən miras qalan qəhrəmanlıq irsinin davam etdirilməsi, onların adının əbədiləşdirilməsi üçün bütün imkanlardan istifadə edəcək. Allah rəhmət eləsin! Seymur ƏLİYEV  

Hamısını oxu
Veteranlar həmişə ön sıradadırlar

Bakı, 27 dekabr, AZƏRTAC Yola salmağa hazırlaşdığımız 2017-ci il Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üçün uğurlu hesab edilə bilər. İl ərzində veteranlarımız üçün ən yaddaqalan hadisə alman faşizmi üzərində Qələbənin 72-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin müharibə iştirakçıları ilə görüşü olub. Dövlətimizin başçısı həmişə olduğu kimi, veteranlarla səmimi söhbət edib, onların qayğıları ilə maraqlanıb. Həmin görüşdə veteranlarımız bir daha əmin olublar ki, Azərbaycan dövləti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş veteranlara diqqət və qayğı siyasətini bundan sonra da uğurla davam etdirəcək. Bu fikirləri Respublika Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qurumun il ərzindəki fəaliyyəti ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib. Hesabat dövründə təşkilatın yeddinci Plenumunun keçirildiyini və istefada olan general-polkovnik Tofiq Ağahüseynovun Rəyasət Heyətinin sədri vəzifəsinə təsdiq edildiyini xatırladan C.Xəlilov bildirib ki, həmin iclasda qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub. Azərbaycanda veteranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışan sədr müavini deyib ki, 2017-ci ilin noyabrınadək İkinci Dünya müharibəsi iştirakçılarının sayı 602 nəfər olub. Onlardan 16-sının yaşı 100-dən çoxdur. Hazırda respublikamızda 4742 məhəlli döyüş iştirakçısı, 3340 arxa cəbhə və 21 min 954 Silahlı Qüvvələr veteranı, 133 min 624 əmək veteranı var. Veteranların dul qadınlarının sayı 6683-dür. Veteranlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bu il Mərdəkandakı Müharibə və Əmək Veteranları Respublika Xəstəxanasında 3786 veteran müalicə kursu keçib. Qurum itkin düşmüş müharibə iştirakçılarının axtarışı ilə də məşğul olub. Hazırda ölkəmizdə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 13 mindən çox şəxsə əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri verilir. Bundan əlavə, həmin şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin isə minik avtomobilləri ilə təmin edilməsi üzrə sosial proqramlar icra olunur. Son iyirmi ildə 3646 nəfər müharibə əlilinə və şəhid ailəsinə mənzil və fərdi ev verilib. Ötən il 450 nəfər müharibə əlili sanatoriya və kurortlara göndərilib. C.Xəlilov bildirib ki, veteranlarımız Azərbaycan dövlətinin yüksək diqqət və qayğısına cavab olaraq ölkəmizin ictimai-siyasi həyatında, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal iştirak edirlər. Bu istiqamətdə paytaxt Bakı ilə yanaşı, bölgələrdəki ali və orta təhsil müəssisələrində tələbələr, şagirdlər, eləcə də cəbhə bölgəsindəki hərbi hissələrdə şəxsi heyət ilə intensiv görüşlər təşkil olunur, digər tədbirlər həyata keçirilir. Görüşlərdə əsas diqqət gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ordumuzun döyüş ruhunun artırılmasına, yeniyetmə və gənclərin hərbi xidmətə, Vətəni qorumağa daim hazır olmalarına yönəldilib. Bu baxımdan gənclərə ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı, dünyada söz və nüfuz sahibinə çevrilməsi, ordumuzun qüdrəti, şanlı tariximiz, aprel döyüşlərində qazanılan qələbələr ilə bağlı ətraflı məlumat verilir. Müsahibimiz, həmçinin qeyd edib ki, Azərbaycanın İkinci Dünya müharibəsində iştirakının araşdırılması və təbliği işinə böyük önəm verən qurum bu istiqamətdə çoxşaxəli fəaliyyət həyata keçirir. Belə ki, bu ilin martında Respublika Veteranları Təşkilatında “Azərbaycan Respublikası Xatirə Kitabı”nın 15-ci cildinin təqdimatı olub. Hazırda “Xatirə Kitabı”nın növbəti cildlərinin hazırlanması üzərində iş uğurla davam etdirilir. Təşkilatın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işində fəal iştirak etdiyini vurğulayan C.Xəlilov deyib ki, veteranlarımız xarici ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanın faşizm üzərində Qələbəyə verdiyi mühüm töhfələrlə yanaşı, Ermənistanın Azərbaycana hərbi təcavüzü və bu işğalın ağır nəticələri barədə də ətraflı söhbət açıblar. Veteranlarımız ölkəmizlə bağlı, eləcə də cəbhə xəttində baş verən hadisələrə dərhal reaksiya verir, bu məsələlərə dair mətbuatda intensiv çıxışlar edirlər. Veteranlar Təşkilatı bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı qəsəbəsini minaatan və qumbaratanlarla atəşə tutması nəticəsində 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın həlak olması ilə bağlı işğalçı ölkənin beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymadan cəbhə xəttində müntəzəm surətdə gərginlik yaratmasını, xüsusilə dinc sakinləri hədəfə almaq siyasətini sərt şəkildə pisləyən bəyanatlar verib. Bu bəyanatlar bütün nüfuzlu beynəlxalq təşkilatlara göndərilib. Gələn ilin Azərbaycan, o cümlədən Respublika Veteranlar Təşkilatı üçün mühüm hadisələrlə əlamətdar olacağını qeyd edən C.Xəlilov deyib: “2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin, Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri qeyd olunacaq, ölkəmizdə növbəti Prezident seçkiləri keçiriləcək. Eləcə də Böyük Vətən müharibəsinin iştirakçısı, Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubiley mərasiminin də təşkili planlaşdırılır. Veteranlar həmişə olduğu kimi, builki Prezident seçkilərində də fəal iştirak edəcəklər. Onlar Prezident İlham Əliyevə hər zaman dəstək nümayiş etdirir, onun ətrafında sıx birləşirlər. Bundan başqa, Böyük Vətən müharibəsində Azərbaycan milli diviziyalarının keçdikləri döyüş yolu haqqında bəzi universitetlərdə elmi-praktiki konfransların, Qələbənin 73-cü ildönümünə həsr edilmiş görüşlərin təşkili nəzərdə tutulur. Yeri gəlmişkən qeyd edim ki, Respublika Veteranlar Təşkilatı Qələbənin 75 illik yubileyinə indidən xüsusi hazırlaşır. Ölkədə veteran hərəkatının, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, onların ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməsi, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və digər istiqamətlərdə fəaliyyətimizi yüksəltməklə, ölkəmizin ümumi inkişafına töhfə verməyə çalışırıq. Bu, həm də bizim dövlətin yüksək qayğı və diqqətinə layiqli cavabımız olardı”. Respublika Veteranlar Təşkilatının yaradılmasının otuz illiyi münasibətilə nəzərdə tutulan tədbirlərdən danışan istefada olan polkovnik bildirib ki, bu əlamətdar hadisə ilə əlaqədar Təşkilatın muzeyi yaradılıb və otuz illik tarixi yolu əks etdirən kitab çapdan çıxıb. Yubiley tədbirinin gələn il keçirilməsi planlaşdırılır. Bununla bağlı Təşkilatın mətbu orqanı olan “Azərbaycan Veteranı” qəzetinin və “veteran.az” saytının imkanlarından da səmərəli istifadə olunacaq. C.Xəlilov təşkilatın fəaliyyətinin geniş işıqlandırılmasında və ölkə ictimaiyyətinə çatdırılmasında quruma dəstək olan KİV-lərə, o cümlədən AZƏRTAC-a təşəkkürünü bildirib. Respublika Veteranlar Təşkilatının fəaliyyətinin səmərəli qurulmasında Prezident İlham Əliyevin veteranlara göstərdiyi yüksək diqqət və qayğının mühüm rol oynadığını vurğulayan C.Xəlilov yaradılmış şəraitə görə dövlətimizin başçısına veteranlar adından minnətdarlığını bildirib, onların dövlət siyasətini bundan sonra da fəal dəstəkləyəcəklərinə inamını ifadə edib.

Hamısını oxu