Digər xəbərlər
Tədbir Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub 4 iyul 2024-cü il tarixdə Kürdəmir rayonunda Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin rəhbəri Səmyar Abdullayevin təşkilatçılığı ilə Kürdəmir rayon sakini, 44 günlük Vətən Müharibəsi qazisi Rəhman Nuriyevin 30 yaş yubiley günü münasibəti ilə tədbir təşkil edilib. Tədbirin təşkilinə Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən dəstək göstərilib. Tədbirdə Az.GƏC tərəfindən çəkilmiş və 44 günlük Vətən Müharibəsində göz nurunu Vətən yolunda itirən onlarla qazi və veteranlara həsr olunan “Gözümün Nuru Vətən” adlı silsilə filmlərdən Rəhman Nuriyevə həsr olunan film nümayiş etdirilib. Tədbirdə rayon icimaiyyəti ilə yanaşı, Bakıdan ezam olunan AzGƏC-in rəhbəri Səmyar Abdullayev və işçi heyəti, mədəniyyət xadimləri, Kürdəmir rayon İcra Hakimiyyəti nümayəndələri, onlarla qazi və Rəhman Nuriyevin döyüş yolunda onunla çiyin-çiyinə vuruşan əsgər dostları iştirak ediblər. Tədbirin aparılıcılığı filmin müəllifi olan Gənc Tamaşaçılar Milli Teatrının aktrisası Simuzər Atakişiyevaya həvalə edilib. Tədbirdə Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək Gözdən Əlillər Cəmiyyətinin göz işığını itirmiş qazilərə hər zaman böyük diqqət və qayğı ilə yanaşırdığını və daim öz dəstəyini göstərməyə hazır olduğunu bildirib. Həmçinin Rəhman Nuriyevə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən Fəxri Fərman təqdim etdi. Tədbirə gələn qonaqlara ölkəmizin tanınmış mədəniyyət nümayəndələrinin çıxışı ilə musiqili töhfə verildi.
Hamısını oxu
Azərbaycanın hüquq-mühafizə orqanının ehtiyatda olan polkovniki, yazıçı, hərbi jurnalist İlqar Quliyev vəfat edib. 69 yaşında Bakıda infarktdan dünyasını dəyişən polkovnik Göyçayda dəfn olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bu münasibətlə polkovnik İlqar Quliyevin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib. Polkovnik qeyd edib ki, İlqar Quliyev hər zaman Azərbaycan dövlətinə sədaqətlə xidmət edib, hansı qurumda çalışmasından asılı olmayaraq, öz vəzifə borcunu layiqincə yerinə yetirib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, İlqar Quliyevin işıqlı xatirəsi hər zaman xalqın qəlbində yaşayacaq, onun zəngin irsi gənc nəsil üçün ilham mənbəyi olacaq. Məlumat üçün qeyd edək ki, polkovnik İlqar Quliyev bir çox məqalə və kitabların müəllifidir.
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb
Hamısını oxu
Parisdə Dünya Veteranlar Federasiyasının 29-cu Baş Assambleyası və Dünya Veteranlarının Konqresi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə dünyanın 121 ölkəsindən 172 veteran iştirak edib. Üç ildən bir keçirilən Baş Assambleyanın budəfəki yığıncağında təşkilatın prezidenti və vitse-prezidenti, eləcə də qitələr üzrə alt komitələrin sədrləri səsvermə yolu ilə yenidən seçiliblər. Təşkilatın katibliyi tərəfindən hazırlanmış hesabatlar dinlənilib, qarşıdakı illər üzrə fəaliyyət planı təsdiqlənib. Federasiyanın prezidenti Dan-Viggo Bergtun təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib. Qeyd edib ki, Federasiya yaxın gələcəkdə böyük tədbirlərindən birinin Azərbaycanda keçirilməsini arzulayır. Qeyd edək ki, Respublika Veteranlar Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Dünya Veteranlar Federasiyasına göndərdiyi bəyanat Federasiyanın Parisdə keçirilmiş 29-cu Baş Assambleyasında müzakirəyə çıxarılmışdır. Tədbirdə Azərbaycanın Fransadakı səfirliyinin diplomatları Fərid Soltanov və Vüqar Əliyev iştirak ediblər. Şəhla Ağalarova AZƏRTAC-ın xüsusi müxbiri Paris
Hamısını oxu