İlham Əliyev və Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib. AZƏRTAC xəbər verir ki, xalqa müraciətində bu xoş xəbəri çatdıran dövlətimizin başçısı deyib: “Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi”. Kəlbəcərin, eləcə də hər bir rayonun işğalını böyük faciə adlandıran Prezident qeyd edib ki, 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğalından sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. “Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Hamısını oxu
Tarixdə elə dönəmlər olur ki, bir xalqın yalnız həyatı deyil, vicdanı, iradəsi, ruhu da sınağa çəkilir. 1941-ci ildə başlayan Böyük Vətən Müharibəsi məhz belə bir dövr idi. Qan və barıtın içində bəşəriyyətin sarsıldığı, amma eyni zamanda insan ləyaqətinin, vətən sevgisinin ucaldığı illər idi. Bu müharibədə Azərbaycan xalqı təkcə səngərdə deyil, neft buruqlarında, zavodlarda, hospital və məktəblərdə, ürəklərində, dualarında döyüşdü. Azərbaycan bu müharibədə təkcə ön cəbhədə vuruşmadı. Arxa cəbhə qəhrəmanlığı ilə də ad yazdı tarixə. Bu xalqın övladları torpağın müdafiəsinə silahla, zəhmətlə və inamla qoşuldular. Xüsusilə Azərbaycan qadınlarının müharibədəki rolu zamanın yaddaşına əbədi həkk olundu. Onlar həm analıq etdilər, həm də cəbhə yoldaşı oldular. Ərini, oğlunu, qardaşını cəbhəyə yola salan qadın, sonra onun yerini zavodda, neft mədənində, hospitallarda, bəzən isə birbaşa döyüş meydanında tutdu. Bu qəhrəman qadınların sırasında Cəvahir Abbasova Rza qızının adı qürurla çəkilir. O, 1919-cu ilin oktyabrında Şəkidə dünyaya göz açdı. Uşaqlıq və gənclik illərinin sakitliyi 1943-cü ilin fevralında yerini fırtınaya verdi. Cəvahir könüllü olaraq cəbhəyə yollandı. Və o gündən etibarən artıq təkcə bir qadın yox, bir xalqın əzmini təmsil edən sima oldu. O, tibb xidməti kapitanı rütbəsinə qədər yüksəldi, 95-ci Hava Hücumundan Müdafiə Diviziyasında fədakarlıqla xidmət göstərdi. Qan içində, yaralıların harayları içində, bombalanmış hospitalların dağıntıları arasında o, həyat xilas edirdi. Zərif əlləri ilə sarıdığı hər yara əslində bir xalqın sağalmağa doğru atdığı addım idi. Onun qəhrəmanlığı dövlət tərəfindən bir neçə medalla təltif olundu: · “Qafqazın müdafiəsinə görə” · “Yaponiya üzərində qələbəyə görə” · “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” Amma bu mükafatların ən böyüyü xalqın qəlbində qazanılan hörmət idi. Onun adı yaddaşlarda, irsi isə tarixdə yaşayır. Cəvahir Abbasova tək deyildi. Azərbaycan xalqı bu savaşda saysız qəhrəmanlar yetirdi. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş general Həzi Aslanov, Azərbaycanın ilk qadın pilotu Leyla Məmmədbəyova, döyüş təyyarəçisi Züleyxa Seyidməmmədova kimi fədakarlar bir millətin necə ayağa qalxa bildiyini sübut etdilər. Onların igidliyi ilə 1944-cü ilin sonlarında düşmən SSRİ ərazisindən qovuldu. Bu zəfər təkcə silahın yox, inamın, ruhun, vətən sevgisinin qələbəsi idi. Azərbaycanın arxa cəbhədəki rolu isə ayrıca bir qəhrəmanlıq dastanıdır. Bakı nefti Sovet ordusunun döyünən ürəyi idi. Faşist Almaniyasının Qafqaz uğrunda apardığı mübarizənin əsas səbəbi məhz bu idi. 1941-ci ildə SSRİ-nin ümumi neft hasilatının 75%-i Azərbaycana məxsus idi. Bu zəfərin arxasında qadınlarımız dayanmışdı ki, onlar kişi işi hesab edilən sahələrdə - neft quyularında, metallurgiya zavodlarında, o cümlədən tikiş fabriklərində çalışmışdılar. Bunlar bəlkə də səssiz qəhrəmanlıqlar idi, amma böyük tarixlər məhz belə səssizliyin içində yazılır. Böyük Vətən Müharibəsi bir xalqın ruhunun, vicdanının imtahanı idi. Və Azərbaycan bu imtahandan alnıaçıq, başıuca çıxdı. Bu xalq Cəvahir Abbasova kimi qadınların, əməkçi neftçi qadınların və sadə kəndli analarımızın əli ilə öz şərəfini, ləyaqətini, torpağını qorudu. Bu gün biz azad nəfəs alırıqsa, o nəfəsin içində Cəvahir Abbasovanın tərləri, əsgərlərimizin qanı, analarımızın duaları var. Hər nəfəsimiz tarixlə yoğrulub, mübarizə ilə bəzənib, zəfərlə tamamlanıb. Unutmayaq: Bu tarix bizimdir. Bu zəfər bir millətin birlik ruhunun, bir xalqın vicdanla döyüşən qəlbinin nəticəsidir. Cəvahir Abbasova sadə bir Şəki qızı, lakin əzəmətli bir millətin qeyrət nümunəsidi. Bu gün gənc nəsil aynaya baxanda yalnız öz simasını deyil, Cəvahir Abbasova kimi qəhrəmanların əksini də görməlidir. Onun kimi olmaq cəsarətli olmaqdır, vicdanla yaşamaqdır, vətən üçün lazım gəldikdə hər şeydən keçməkdir. Çünki bəzən bir qadının əliylə sarılan yara, bir xalqın sağalmağa başlayan tarixidir. Və o tarix bizim tariximizdir. Cəlil Xəlilov Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Azərbaycanın məşhur mühafizə şirkəti olan “SECURİTY OPERATİON SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti Fatma Səttarovanın vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib. Qurumdan "AzPolitika"ya daxil olan başsağlığında deyilir: “Görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova 2024-cü il sentyabr ayının 14-də ömrünün 102 ilində vəfat etmişdir. Fatma Səttarova 1922-ci ildə Bakıda dünyaya gəlib. Ailənin tək övladı olsa da, müharibənin başlandığı ilk aylarda 1941-ci ildə 18 yaşında İkinci Dünya Müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. O, 1940-cı ildə Bakıda Tibb Texnikumundan məzun olub və 1941-ci ilin yanvarında ailə həyatı qurub. Ailə qurduqdan beş ay sonra onun həyatı tamamilə dəyişib, iyunun 22-də Almaniya Sovet İttifaqına hücum edib və Fatma xanım şəfqət bacısı kimi cəbhəyə gedib. Fatma Səttarova müharibə dövründə 1941–1942-ci illərdə Moskva uğrunda döyüşdə iştirak edib. Tibb bacısı kimi borcunu yerinə yetirən Fatma Səttarova cəbhə yollarında çoxlu sayda yaralıların həyatını xilas edib. O vaxt Moskva ətrafında döyüş meydanında onun özünü də yerin altından çıxardıblar. O, səngərdə olarkən tanklar onun üstündən keçib. Fatma Səttarova müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etməklə, onun tanıdılmasında əməyini və gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində biliyini əsirgəməyib. Tez-tez cəbhə bölgələrində olub, əsgərlərlə görüşən Fatma Səttarova Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin yanvar ayının 25-də İkinci Dünya Müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib. O, bu ilin fevralında keçirilən prezident seçkilərində seçki məntəqəsinə gedərək səs vermişdi. Qeyd edək ki, “İstiqlal” ordenli Fatma Səttarova, həm də Prezident təqaüdçüsü idi. “SECURİTY OPERATİON SERVİCES” MMC-də çalışan çox saylı birinci və ikinci Qarabağ müharibəsi veteranları ilə hər zaman əməkdaşlıq edən, onlara öz məsləhət və tövsiyələrini verən görkəmli ictimai xadim, səmimi insan Fatma Hüseyn qızı Səttarovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Bu ağır anlarda dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə “SOS” MMC-nin kollektivi adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!” Onu da qeyd edək ki, “Security Operation Services” Məhdud məsuliyyətli cəmiyyətinin rəhbərliyi və bir qrup Qarabağ müharibəsi veteranı əməkdaşı Fatma Səttarovanın dəfn mərasimində iştirak edərək mərhumun məzarı üzərinə əkili qoyub, ruhuna dualar oxutdurub.
Hamısını oxu