Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Gəncə şəhərində "Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" adlı tədbir keçirilib

Tədbir "Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" adlı tədbir baş tutub

Veteran.gov.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş "Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" adlı tədbir keçirilib.

Tədbirin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, Gəncə Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova və Mərkəzin nümayəndəsi Gülər Ellazova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edib, cəmiyyətin gələcəyinin gənclər olduğunu hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımi tədbirləri görən yeganə bir insan Heydər Əliyev olduğunu diqqətə çatdırıblar.

Tədbir Heydər Əliyev Mərkəzinin bələdçiləri tərəfindən gənclərə Heydər Əliyev Mərkəzində ekskursiya təşkil olunması ilə davam edib.

Həmçinin, tədbirdə gənclərə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən sənədli film təqdim olunub.

Sonda Ulu Öndər Heydər Əliyevin abidəsi önündə kollektiv xatirə şəkli çəkilib.

 

2022-05-11 10:32:00
1241 baxış

Digər xəbərlər

“Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer alması Prezidentimizin və dövlətimizin tarixi uğurudur”

Cəlil Xəlilov: “Bu fakt dövlətimizin hərbi gücündən, yürütdüyü anti-terror siyasətinin optimallığından xəbər verir” “Mövcud reallıq həm də Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığının göstəricisidir” Məlum olduğu kimi, “Global Terrorism Index 2026” (GTI) Hesabatında dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanmasını təqdim edib. Ötən ilin terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 90-cı reytinq mövqeyində olan Azərbaycan, 2026-cı ildə üç reytinq də yüksələrək “0.123” indekslə 93-cü yerdə qərarlaşıb və bununla da reytinq cədvəlində ən təhlükəsiz ölkələrdən biri kimi yer alıb. Mövzu ilə bağlı saytımıza   açıqlama verən Müharib, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov beynəlxalq hesabatda Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələr sırasında yer alması faktının ciddi mətləblərdən xəbər verdiyini bildirib: “Şübhəsiz ki, beynəlxalq reytinq cədvəlində Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer almağı Prezidentimizin və dövlətimizin tarixi uğurudur. Bu fakt Azərbaycan dövlətinin hərbi gücündən, siyasi iradəsindən, yürütdüyü anti-terror siyasətinin optimallığından xəbər verir. “Global Terrorism Index 2026” (GTI) Hesabatında ölkəmizlə bağlı yer alan bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın təhlükəsizliyi naminə həyata keçirdiyi uğurlu siyasətin son dərəcə effektiv olduğunu göstərir. Məlum gerçəklik bir daha sübut edir ki, Müzəffər Ali Baş Komandan Azərbaycanın təhlükəsizlik arxitekturasının memarı, təhlükəsizliyimizin və tərəqqimizin qarantıdır”. Polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ölkəmizə yönəlik terror cəhdlərinin qarşısının alınmasındakı roluna da diqqət çəkib: “Global Terrorism Index 2026” (GTI) Hesabatında dövlətimizin terror təhlükəsinə görə ən təhlükəsiz ölkələr sırasında yer almasında DTX-nın da mühüm rolu var. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz maddi-texniki təchizatını, peşəkarlğını daim yüksəldən DTX, Azərbaycana qarşı həyata keçirilən terror aktlarının qarşısını müvəffəqiyyətlə almaqda, terror cəhdlərini elə hazırlıq mərhələsindəcə neytrallaşdırmaqdadır. Beynəlxalq reytinq cədvəlində dövlətimizin ən yüksək sıralarda yer alması bir sıra amillərlə yanaşı, həm də DTX-nın peşəkarlığının göstəricisidir və bu peşəkarlıq xalqımız tərəfindən təqdir olunmaqda, alqışlanmaqdadır”. Seymur ƏLİYEV

Hamısını oxu
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri Fatma Səttarovanı ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 10 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri İlqar Orucov, İsrayıl İsgəndərov və Zaur İbrahimov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Təşkilat sədri Fatma Səttarovanı faşizm üzərində qələbənin 78-ci ildönümü münasibətilə təbrik edən Müşahidə Şurasının üzvləri Respublika Veteranlar Təşkilatına fəaliyyətlərində uğurlar arzulayıblar.  Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da iştirak edib. Qonaqlara Təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verən polkovnik Cəlil Xəlilov, diqqətlərinə görə onlara öz təşəkkürünü bildirib. Görüşdə həmçinin gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.   

Hamısını oxu
Nizami rayonu 4 nömrəli Bakı Peşə Liseyində Xocalı soyqırımının 30 illiyi qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin nümayəndələri - şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev Bakı şəhəri Nizami  rayonunda yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi  Dövlət Peşə Təhsil Agentliyi Texnika və Texnalogiyalar üzrə Bakı Dövlət Peşə  Təhsil Mərkəzi 4 nömrəli Bakı Peşə Liseyində tədbirdə iştirak  ediblər. Xocalı soyqırımının 30 illiyinə həsr edilmiş tədbirdə 4 nömrəli  Bakı Peşə Liseyinin direkroru Mahir  Namazov, müavini Vüsal Babakişiyev, müəlimlər Şahsevərova Ziyafət, Leyla Məmmədova və digər müəlimlər, tələbələr iştirak edib. Tədbir Dövlət Hminin səslənməsi ilə başlayıb. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarının bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra səhnəyə tələbələr dəvət olunub. Oların ifasında şəhidləri, vətəni tərənnüm edən mahnılar, şerlər dinlənilib. Xocalı faciəsini əks etdirən səhnəciklərə baxılıb. Tələbələrin çıxışından sonra məktəbin direktoru Mahir Namazov çıxış edib, Xocalı soyqırımının bütün əsrlərin ən qorxunc qətliamı olduğunu bildirib. Tədbirdə  çıxış edən  polkovnik Adil Haqverdiyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova  və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev qeyd edib ki, Xocalı soyqırımını törədən qatillər gec-tez beynəlxalq hüquq qarşısında cavab verəcək, öz layiqli cəzalarını alacaqlar. Polkovnik insnaları Ali Baş Komandanın rəhbərliyi altında sıx birləşməyə, milli maraqları qətiyyətlə müdafiə etməyə səsləyib. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
Cəlil Xəlilov: Seçki prosesi vətəndaşların yüksək fəallığı ilə müşahidə olunur

Respublika Veteranlar Təşkilatının 700-dək üzvü respublikamızın hər tərəfində prezident seçkilərini müşahidə edir Bakı, 7 fevral, AZƏRTAC Bu gün respublikamızda keçirilən prezident seçkilərində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı yüzlərlə müşahidəçi ilə iştirak etməklə, seçki prosesini yaxından izləyir. Seçki prosesi ilə bağlı AZƏRTAC-a açıqlamasında təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov vətəndaşların seçkilərdə aktiv şəkildə iştirak etdiyini, heç bir pozuntunun müşahidə olunmadığını bildirib: “Respublika Veteranlar Təşkilatı hər zaman respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edib, ölkədaxili proseslərə töhfəsini verməyə çalışıb. Mənim üçün qürurvericidir ki, bu gün təşkilatımızın 700-dək üzvü respublikamızın hər tərəfində prezident seçkilərini müşahidə edir”. Onun sözlərinə görə, bu gün Bakı, Şuşa, Xankəndi, Quba, Lənkəran, Naxçıvan və digər yerlərdə veteran-müşahidəçilər missiyalarını böyük qürur və iftixar hissi ilə yerinə yetirir. O özü müşahidəçi kimi 9 seçki məntəqəsində olub, seçkilərin gedişatını yaxından izləyib. “Gördüklərim onu deməyə əsas verir ki, vətəndaşlarımız seçkilərdə fəal şəkildə iştirak edir. Bütün seçki məntəqələrində ciddi seçici aktivliyi müşahidə olunur. İnsanlar çox həvəslə seçkiyə gəlir, istədikləri namizədə səs verirlər. Mən respublikamızın digər şəhər və rayonlarında müşahidəçilik missiyasını həyata keçirən veteranlarımızla da mütəmadi şəkildə əlaqə saxlayıram. Yerlərdən gələn məlumatlar da təsdiq edir ki, seçki prosesi yüksək səviyyədə təşkil olunub və mühüm seçici aktivliyi ilə diqqət çəkir. Seçkilərdə hər hansı pozuntu müşahidə edilməyib. Seçki prosesi yüksək əhval-ruhiyyədə, demokratik ruhda davam edir. İnanıram ki, bu xoş, gözəl, qürurverici mənzərə günün sonuna kimi heç bir pozuntu olmadan davam edəcək, Azərbaycan xalqı öz iradəsini qətiyyətlə ortaya qoyacaq”, - deyə təşkilatın sədr müavini vurğulayıb.

Hamısını oxu