Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Maarifə həsr olunmuş ömür, qəhrəmanlıqlarla dolu soy: İsmayılovların tarixi irsi

Azərbaycan xalqının zəngin və şərəfli tarixində elə ailələr var ki, onların keçdiyi həyat yolu bütöv bir dövrün aynası, bir xalqın mübarizə və zəfər salnaməsinin ayrılmaz hissəsidir. Həmin ailələrdən biri də əsası Şamaxıda qoyulmuş, Balakənə, Laçına, Bakıya qədər uzanan böyük bir yolun yolçuları olan İsmayılovlar ailəsidir. Bu ailənin layiqli nümayəndəsi Aliyə Cavad qızı Həsənova  müəllimlik sənətinə həsr olunmuş ömrü, fədakar fəaliyyəti və zəhmətkeşliyi ilə neçə-neçə nəslin yaddaşında iz qoymuşdur. Aliyə Həsənova 1935-ci il iyulun 11-də Azərbaycanın füsunkar guşələrindən olan Balakən rayonunda dünyaya göz açmışdır. Erkən yaşlarından elmə, maarifə olan marağı onu təhsil yoluna yönəltmiş, əvvəlcə Bakı şəhərində yerləşən M.Ə.Sabir adına pedaqoji texnikumu, daha sonra isə 1960-1965-ci illərdə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu müvəffəqiyyətlə başa vurmuşdur. Peşəkar müəllim kimi fəaliyyətə başlayan Aliyə xanım, qısa zamanda pedaqoji sahədə öz bilik və bacarığı, insanpərvərliyi, prinsipiallığı ilə seçilmiş, pedaqoji kollektivlər və valideynlər arasında böyük hörmət qazanmışdır. Onun rəhbərliyi altında fəaliyyət göstərən Bakı şəhəri Yasamal rayonundakı 150 nömrəli orta məktəb 1982–1998-ci illərdə dinamik inkişaf etmiş, nümunəvi təhsil ocaqlarından birinə çevrilmişdir. Aliyə xanımın təhsil sahəsindəki çoxillik səmərəli fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. 3 mart 1988-ci ildə Bakı şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə o, "Əmək veteranı" medalı ilə təltif olunmuşdur. Bu təltif onun təhsil sisteminə verdiyi töhfələrin və gənc nəslin formalaşmasında oynadığı mühüm rolun parlaq ifadəsidir. 1998-ci ildən təqaüdə çıxmasına baxmayaraq Aliyə xanımın pedaqoji ideyaları, mənəvi irsi bu gün də yetirmələri tərəfindən yaşadılır.

Aliyə Həsənovanın ailəsi İsmayılovlar təkcə maarif sahəsində deyil, həm də Vətən qarşısında şücaət və fədakarlıq nümunəsi göstərmiş bir nəsildir. Ailənin atası Cavad İsmayılov 1912-ci ildə Şamaxıda doğulmuş, ömrünü meşə təsərrüfatının inkişafına həsr etmiş, müxtəlif bölgələrdə Şamaxı, Balakən, Laçında məsul vəzifələrdə çalışmışdır. Lakin onun həyatını yarımçıq qoyan İkinci Dünya müharibəsi oldu. 1942-ci ilin yanvarında ordu sıralarına çağrılmışdır. 182-ci atıcı diviziyasının 747 nömrəli tank əleyhinə qırıcı artilleriya alayının 14-cü əlahiddə tank əleyhinə 2-ci dərəcəli Kutuzov ordenli briqadasında hərbi xidmət keçmişdir. Xidmətlərinə görə top komandiri rütbəsinə yüksəldilmişdir. Təəssüf ki, 1945-ci il fevralın 3-də Königsberq yaxınlığındakı varten kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Sonradan Kalininqrad vilayətində yerləşən sovet döyüşçülərinin qardaşlıq qəbiristanlığında dəfn olunmuş və onun adı Qələbə memorialında əbədiləşdirilmişdir. Cavad İsmayılovun qardaşları da müharibənin alovundan keçmişdir. 1919-cu il təvəllüdlü əmisi Xələf İsmayılov cəbhədə sağ qolundan ağır yaralanaraq ordudan tərxis olunmuş və müharibədən sonra xalqına müəllim kimi xidmət etməyə davam etmişdir. Digər əmisi Vahid İsmayılov 1923-cü ildə anadan olmuş, müharibədə itkin düşmüş və bu günə qədər taleyi haqqında heç bir məlumat əldə edilə bilməmişdir. Ailənin ən kiçik üzvlərindən olan Saqi İsmayılov 1932-ci ildə doğulmuş, tank qoşunlarında xidmət etmiş, kapitan rütbəsinə qədər yüksəlmiş, lakin səhhətindəki problemlərə görə ordudan tərxis edilmişdir. Bu ailənin həyat yolu bir xalqın fədakarlıqla dolu keçmişinin, maarif və mübarizə ruhunun, zəhmət və qəhrəmanlığının parlaq təcəssümüdür. Aliyə Həsənovanın həyat və fəaliyyəti müəllimlik sənətinə vurğunluğun, vətənə, xalqa bağlılığın rəmzidir. Onun ailəsinin müharibədə göstərdiyi qəhrəmanlıq bir daha sübut edir ki, xalqın gücü onun mübarizə ruhunda, vətənə sədaqətində gizlidir. Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq bütün fədakar övladların ruhuna sonsuz ehtiram və dərin minnətdarlıqla baş əyirik.

 Cəlil Xəlilov  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-12-16 14:11:00
4339 baxış

Digər xəbərlər

"Dayaq" Təşkilatı şəhid Ramiq Mikayılovun doğum günü ilə bağlı tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı Şəhid Ramiq Mikayılovun doğum günü ilə bağlı tədbir keçirib. Tədbirdə şəhid Ramiq  Mikayılovun anası Gülgəz Mikayılova,  Millət vəkili  Vüqar İsgəndərov,  "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı-nın sədri Qalib Əliyev, təşkilatın sədr müavini Məcid Məmmədov, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal, şəhid ailələri, Qazilər, şəhidin doyüş yoldaşları, tanınmış ictimai fəal şəxslər iştirak edərək çıxış ediblər. Tədbirdə çıxış edənlər şəhidlik zirvəsinə ucalmış şəhid Ramiq  Mikayılovun şərəfli ömür yolundan söz açıblar. Qeyd ediblər ki, Ali Baş Komandan, Prezident Cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğı hər bir Azərbaycan vətəndaşı üçün örnək nümunəsidir. şəhidlərin adlarının əbədiləşdirilərək onların ləyaqətli ömür yollarını yeni nəsilə qeyrət mücəssəməsi kimi təqdim edilməsi təqdirəlayiqdir. Tədbiri MİRİİB sədri Zamin Zeynal açaraq qeyd edib ki, "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən davamlı olaraq belə mənəvi dəstək ruhlu tədbirlər keçirilir. Zamin Zeynal onuda bildirib ki, Vətən uğurunda şəhidlik zirvəsinə yüksələnlər, uca yaradan Allahın dərgahında seçilənlərdir. Bu yolda sağlamlığını itirmiş Qazilər Allahın sevimli bəndələridir. Natiq onu da xüsusi olaraq vurğulayıb ki,  xalqımızı 44 günlük haqq savaşında dəmir yumruğu ətrafında birləşdirən Dövlət Başçısı Cənab İlham Əliyevin göstəriş və tapşırıqlarını əsas götürərək ölkəmizin həssas təbəqəsinə  diqqət və qayğı yönümündə həyata keçirilən sosial siyasətə bu cür vətəndaş cəmiyyəti dəstəyinin göstərilməsi Xalq-iqtidar birliyi fonunda gələcəkdə də davam etdirilmədir. Şəhid Ramiq  Mikayılovun anası Gülgəz Mikayılova çıxış edərək bildirib ki, oğlunun doğum günü ilə bağlı belə bir tədbirin təşkil edilməsi şəhid və şəhid ailələrinə göstərilən növbəti vətandaş cəmiyyətinin diqqət nümunəsidir. Belə mənəvi dəstək ruhlu tədbirlərin təşkil edilməsi Şəhid anaları üçün mənəvi təsəllidir. Tədbirlə bağlı "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev mətbuata açıqlamasında qeyd edib ki, şəhidlər ölməz, vətən bölünməzdir, vətənimizin azadlığı, torpaqlarımızın düşmən tapdağından azad edilməsində şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin cəsarəti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumuruğu nəticəsində xalqımızın 30  illik torpaq həsrətinə son qoyuldu. Bu gün hər birmiz şəhidlərimizə, qazilərimizə dərin hörmət və diqqətlə yanaşmalıyıq. Hər zaman əməli, işgüzar fəaliyyətimizlə şəhidlərimizin adlarının əbədiləşməsi, qazilərimizin sağlamlığı ilə bağlı olduqca önəmli məsələlərdə bu sayaq birgə səylərimizi daha da artırmalıyıq.

Hamısını oxu
Laçın sərhəd məntəqəsi erməni separatçıları üçün sonun əvvəlidir

Hamısını oxu
GYF Rəhbərliyi TİKA Bakı Nümayəndəliyini ziyarət edib

Gəncliyə Yardım Fondunun rəhbərliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyini ziyarət edib. Ziyarət çərçivəsində Fond rəhbərliyi nümayəndəliyin koordinator əvəzi Kürşat Özdemir bəylə görüşüb. Görüşdə Salih Zeki Meriç Gəncliyə Yardım Fondunun son illərdə həyata keçirdiyi sosial, humanitar və təhsil yönümlü layihələri haqqında ətraflı məlumat verib. Salih bəy Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Gəncliyə Yardım Fondunun uzun illərdir davam edən birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn layihələrə diqqət çəkərək qeyd edib ki, bu kimi layihələr gənclərin milli-mənəvi dəyərlərinə, mədəniyyətinə və tarixinə sahib çıxması aspektindən xüsusi əhəmiyyət kəsb edir. Gənclərin inkişafına və mədəniyyətimizin təbliğinə istiqamətlənmiş əməkşalığın daha da genişlənəcəyinə ümid etdiyini bildirən Salih Zeki Meriç Kürşat Özdemir bəyə fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Kürşat Özdemir ziyarətlərindən ötrü Salih Zeki Meriç və nümayəndə heyətinə dərin təşəkkürlərini bildirib. O qeyd edib ki, Gəncliyə Yardım Fondu ilə əməkdaşlığımız gənclərin təhsil, sosial və mədəni inkişafına daha geniş imkanlar yaradacaq və gələcəkdə birgə layihələrimizin uğurla reallaşmasına şərait yaradacaq.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, 14 dekabr 2023-cü il tarixində Azərbaycan  Respublikası  Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatının Rəyasət  Heyətinin  iclası keçirilib. İclasda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 2024-cü il üzrə İş Planının layihəsi müzakirə edilib. Layihə barədə Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov iclas iştirakçılarına ətrafl məlumat verib. Daha sonra layihədə yer alan müddəalarla bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib. İclasın sonunda 2024-cü il üzrə İş Planının layihəsi Rəyasət Heyəti tərəfindən yekdilliklə qəbul edilib.   

Hamısını oxu