Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycanda nizami ordunun yaradılması Heydər Əliyevin adı ilə bağlıdır”

Cəlil Xəlilov: “Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətləri sonsuz və əbədidir”

 

Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib. Polkovnik qeyd edib ki, Heydər Əliyevin ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın nizami ordusunu formalaşdırması ilə bağlıdır:

“Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin milli dövlətçilik tariximizdə bir sıra ilklərə imza atdığı heç kimə sirr deyil. Bu cür ilklərdən biri də ölkəmizdə nizami ordunun formalaşdırılması ilə əlaqədardır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müstəqillik əldə etsə də, nizami ordu mövcud deyildi. Ayrı-ayrı silahlı dəstələr, yerli özünümüdafiə batalyonlarının hər bir öz imkanları daxilində erməni işğalına müqavimət göstərməyə çalışırdı. Nizami ordunun və vahid komandanlığının mövcud olmaması bu qüvvələri birləşdirməyə, düşmənə qarşı sistemli mübarizə aparmağa, hərbi əməliyatları bir mərkəzdən idarə etməyə imkan vermirdi. Məhz bu səbəbdən də düşmən irəliləyir, Azərbaycan xalqına məxsus tarixi torpaqları zəbt edirdi.

Ümummilli lider Heydər Əliyev nizami ordu formalaşdırmaqla bu problemi həll etdi. Bütün silahlı dəstələr, özünümüdafiə batalyonları nizami ordunun tərkibində birləşdi. Vahid komandanlıq yaradıldı. Ordunun ehtiyaclarının qarşısılanması, onun maddi-texniki təminatının, silah təchizatının, peşəkarlığının artıırlması istiqamətində ciddi addımlar atıldı. Qısa bir müddətdə  Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda düşmənə layiqli cavab verən, onun hücum əməliyyatlarını dayanmdıran nizami ordu formalaşdırıldı”.

Polkovnik qeyd edib ki, nizami ordunun formalaşmasında Heydər Əliyevin sovet dönəmində yetişdirdiyi milli hərbi kadrlar həlledici rol oynayıb:

“Təbii ki, nizami ordu quruculuğunun həyata keçirilməsi asan məsələ deyildi. Bunun üçün ilk növbədə peşəkar kadrlara ehtiyac duyulurdu. Bu məsələdə bir daha Ulu öndərin uzaqgörənliyi öz sözünü dedi. Hələ sovet dönəmində  Azərbaycanda hərbi məktəblər açan, o cümlədən azərbaycanlı gəncləri keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almağa göndərən Heydər Əliyev, nizami ordu quruculuğu prosesində hərbi kadrlara olan ehtiyacı məhz həmin kontingent hesabına təmin edə bildi. Eyni zamanda, yüzlərlə gənc hərbi təhsil almaq məqsədi ilə dünyanın müxtəlif dövlələrinə göndərildi. Bütün bu tədbirlər nəticəsində, bəlli bir müddətdən sonra Azərbaycan ordusunda hərbi kadrlara olan ehtiyac təmin edildi.Bir tək bu fakt sübut edir ki, Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətləri sonsuz və əbədidir”.

Sədr müavini bildirib ki, sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər Azərbaycan Ordusunu dünyanın ən qüdrətli orduları sırasına çıxardı ki, məhz bu ordu Qarabağ probleminin hərbi yolla həllinə nail oldu:

“Heydər Əliyevin ordu quruculuğui siyasəti sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu siyahısında qərarlaşıb. Vətən Müharibəsində düşmənin  44 gün içində darmadağın edilməsi faktı Ali Baş Komandanın qurduğu ordunun gücünün ən böyük isbatıdır. Prezident İlham Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidməti, heç şübhəsiz, erməni işğalına son qoyması, 8 noyabr zəfəri ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsidir. Bu böyük zəfər bütün Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir və tarixə qızıl hərflərlə həkk olunacaq.

8 noyabr zəfərinin önəmi sadəcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmır. Bu zəfər Azərbaycan xalqının özünə olan daxili  inamının, mənəvi gücünün, tapdanmış heysiyyatının bərpası demək idi. Və bizə bu böyük sevinci, bu böyük qürur hissini məhz möhtərəm prezidentimiz yaşatdı.

Xalqımızın hər bir fərdi kimi mən də əminəm ki, cənab prezidentimizin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə yeni-yeni uğurlara imza atacaq, həm regionda, həm də beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirəcəkdir. Veteranlarımız bu böyük, müqəddəs işdə bu günə qədər olduğu kimi, bundan sonra da prezidentimizi dəstəkləməkdə davam edəcək, onun siyasətini qətiyyətlə müdafiə edəcəkdir”.

 

2022-05-11 13:01:00
882 baxış

Digər xəbərlər

Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Günü qeyd olunub

10 mart 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.  Veteran.gov.az Azərbaycan Teatr Xadimləri İttifaqına istinadən məlumat verir ki, tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər. Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa salonunda keçirilən bayram tədbirini İttifaq sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov idarə edib. Qonaqları salamladıqdan sonra o, bütün teatrsevərləri Milli Teatr Günü münasibəti ilə təbrik edib. Sonra Azərbaycan Teatrının keçmişi və bu günü haqqında danışıb. Qeyd edib ki, «Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 01 mart tarixli Sərəncamına əsasən artıq 12 ildir ki, ölkəmizdə Milli Teatr Günü rəsmi şəkildə qeyd olunur. Teatra, teatrda çalışanlara dövlət qayğısı günbəgün artır. Teatr binaları təmir və bərpa olunur, dünya standartlarına uyğun avadanlıqlarla təchiz edilir». Tədbir iştirakçılarına Azərbaycan teatrının keçmişini və bu gününü əks etdirən videoçarx və fotosərgi nümayiş etdirilib. Xalq artisti Heydər Anatollu, Akademik Musiqili Teatrının aktyorları Hüseyn Əlili və Gültac Əlili öz mahnıları ilə, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları məzəli parodiyalarla teatr xadimlərini təbrik ediblər. Çıxışlararası bu il yubiley yaşı tamam olan, teatr sahəsində uğur qazanan sənətçilər mükafatlandırılıb, həmçinin "BAXIŞ-4" festivalının nəticələri açıqlanıb. «SƏNƏTKAR» medalı ilə təltif olunanlar: 1. Xalq artisti Şükufə Yusupova – (Milli Teatr) 2. Xalq artisti Firudin Məhərrəmov – (Sumqayıt Teatrı) 3. Əməkdar artist Azad Şükürov – (ADMİU) «QIZILGÜL» mükafatı ilə təltif olunanlar: 1. Naidə İsmayılzadə (direktor) – (Gənc Tamaşaçılar Teatrı) 2. Əməkdar artist Kübrabəyim Əliyeva 3. Xalq artisti Fatma Mahmudova – (Musiqili Teatr) 4. Əməkdar artist Səmayə Musayeva – (Musiqili Teatr) 5. Elmira Kərimova (AzTXİ) 6. Məlahət Manafova (AzTXİ) 7. Xatirə Babayeva – (AzTXİ) 8. Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova – (Salyan Kukla Teatrı) 9. Əməkdar artist Növrəstə Haşımova – (Sumqayıt Teatrı) Fəxri fərmanla təltif olunanlar:  

Hamısını oxu
Səbail rayonunda 44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

Respublika Veteranlar Təşkilatının (RVT) Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin  müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 9 iyun 2021-ci il tarixində  Səbail rayonunda Vətən müharibəsi iştirakçıları ilə görüşüb.   Görüşdə Səbail rayon VT-nın sədri Adilə Yaqubova, Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları,   44 günlük Vətən müharibəsi iştirakçıları, şöbə müdiri Orxan Aydınov və şöbə əməkdaşı Nicat Quluyev, eyni zamanda Böyük Vətən Müharibəsi veteranı Əli Nəsirov, Sosialist Əməyi Qəhrəmanı Həcər İsababayeva, 44 günlük Vətən müharibəsi döyüşçüləri Abbaszadə Vurğun, Kazımov Samir iştirak edib.   Tədbiri Səbail  rayon VT-nın sədri  Adilə xanım açdıb, qonaqları  tədbir iştirakçılarına təqdim edib. Daha sonra çıxış edən polkovnik Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü    uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şöbə müdiri RVT –nın sədri Fatma xanım Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb.   Polkovnik Adil Haqverdiyev Vətən müharibəsi iştirakçıları ilə söhbət əsnasında onların hansı istiqamətdə döyüşməsi ilə maraqlanb, veteranları maraqlandıran suallara cavab verib.   Tədbirdə müharibə iştirakçısı Vüsal Abbaszadə,  RVT-nın əməkdaşı Nəbi Hacıyev çıxış edib, Vətən müharibəsi və onun nəticələrindən, habelə post-müharibə dönəmində qarşıda duran məsələlərdən danışıblar.   Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
V.V.Timoşenkonun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                              Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vladimir Vasilyeviç Timoşenko “Şöhrət” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 noyabr 2022-ci il

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı şəhid sərhədçilərin yaxınlarına və Dövlət Sərhəd Xidmətinin komandanlığına başsağlığı verib

Mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” Sərhəd Dəstəsinin xidməti ərazisində, Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənar, qanunsuz keçmək cəhdinin qarşısı alınmışdır. Sərhədpozucuları DSX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açmış və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olmuşlar.   Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Təşkilatın Rəyasət Heyəti adından dövlət sərhədlərimizin təhlükəsizliyini təmin edərkən hərbçilərimizin həyatlarını itirməsindən dərin təəssüf və narahatlıq hissi keçirdiyini bildirmiş, onların ailə üzvlərinə və yaxınlarına, o cümlədən Dövlət Sərhəd Xidmətinin komandanlığına dərin hüzünlə başsağlığı vermişdir.   Allah rəhmət eləsin!

Hamısını oxu