Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranların sağlamlığı hər zaman diqqət mərkəzindədir

Mayın 11-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında  keçirilən tədbirdə Respublika Veteranlar Təşkilatı veteranlara göstərdikləri nümunəvi tibbi xidmətə görə hospitalın bir qrup tibb işçilərini mükafatlandırmışdır.      Mərasim ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azərbaycan Respublikasının Dövlət himni səsləndi.      Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəis müavini,  tibb xidməti polkovniki Vüqar Mürsəlov tədbiri açıq elan edərək bildirdi ki, son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, hərbi səhiyyə sahəsi də durmadan inkişaf edir. “Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ən son elmi-texniki nailiyyətlərə əsaslanan tibbi avadanlıq və cihazlarla təchiz edilməsi bu sahəyə göstərilən dövlət qayğısının təzahürüdür.”   Daha sonra veteranlara göstərilən tibbi qayğıdan danışan  Vüqar Mürsəlov  vurğuladı ki,  bu hərbi səhiyyə müəssisəsi yarandığı gündən zabit və əsgər heyətinə, həmçinin veteranlara daim yüksək səviyyədə tibbi xidmət göstərir. Arzu edirəm ki, veteranlar xəstələnməsinlər. Bu gün  yaşının ahıl çağında olan II Dünya müharibəsi veteranlarına "sağ olun" deyirik. Biz təkcə sözlə deyil, həm də əməllə qəhrəmanlarımıza diqqət göstərməyə çalışırıq.  Veteranların həyat və fəaliyyətləri nəsillər üçün örnək, özləri isə bizlər üçün canlı əfsanə simvoludurlar.       Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov Baş Klinik hospitalla Təşkilatın sıx əməkdaşlığını yüksək qiymətləndirərək dedi: “Millət, dövlət güclüdür ki, hörmətlə yad edilməli qəhrəmanları var. Bizim vəzifəmiz müharibə veteranlarının qəhrəmanlığını, cəsarətini və sonsuz Vətən sevgisini elə onların öz dilindən nəsillərin diqqətinə çatdırmaqdır. Lakin bu gün yaşı 90-nı keçən veteranlarımız xəstələnirlər. Bu səbəbdən də bu gün onların sağlamlıqlarının bərpası üçün tibbi təminat məsələləri vacibdir. Hospitalda həqiqətən veteranlar, maksimum diqqət və qayğı ilə əhatə olunublar və onların sağlamlıqlarının möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir . Burada yaradılan şərait qısa vaxtda xəstələrə keyfiyyətli tibbi xidmət göstərməyə imkan verir.  Bu sahədə görülən işlər, doğrudan da yüksək səviyyədədir. Dünya müharibəsi veteranlarına xüsusi münasibət cəmiyyət tərəfindən də  təqdir olunur. Bütün  bunlar Azərbaycan dövlətinin yalnız bu gün xidmət edən hərbçilərin sağlamlığına və onların problemlərinin həllinə həssaslıqla yanaşdığının, bu insanların hər cür diqqət və qayğı ilə əhatə olunmalarının  bariz nümunəsidir. Ehtiyatda olan polkovnik Cəlil Xəlilov hospitaldamülaicə alan müharibə veteranlarını ziyarət etdiyi zaman  aldığı təəssüratları da tədbir iştirakçıları ilə bölüşdü. “Səmimi deyim ki, hospitalda rahat və təmiz ev şəraiti hökm sürür. Burada  olan unikal tibbi avadanlıq və cihazlar xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərməyəimkan verir. Xəstələrin müalicəsinə olduqca həssas və diqqətli yanaşan  həkimlər və tibb bacıları daim yüksək peşəkarlıq göstərirlər. Veteranlar bu tibb ocağında sağalır, yenidən sağlam həyata qayıdırlar. Mən xüsusilə kardiologiya bölməsinin fəaliyyətini qeyd etmək istərdim. Veteranlara göstərdiyiniz bu cür dəstəyə görə sizə öz minnətdarlığımı bildirirəm.”     Sonda veteranlara göstərdikləri nümunəvi tibbi xidmətə görə bir qrup həkim və tibb bacısı Respublika Veteranlar Təşkilatının yubiley medalları və fəxri fərmanı ilə mükafatlandırıldılar. Çıxış edən həkimlər verdikləri dəyərə görə Respublikası Veteranlar Təşkilatına təşəkkür edib, veteranlara  göstərdikləri xidmətin vəzifə borcu olduğunu bildirdilər. Tədbirdən sonra xatirə şəkilləri çəkdirildi.

2018-05-14 00:00:00
4170 baxış

Digər xəbərlər

“Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”

Cəlil Xəlilov: “Bu qanun vətənpərvərlik tərbiyəsinin təbliğində yeni bir səhifə açacaq” “Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinin qanuniləşdirilməsi tarixi-hüquqi uğurumuzdur" “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, “Uşaq hüquqları haqqında” yeni qanun bugünəqədərki qanun layihəsindən əhəmiyyətli dərəcədə fərqlənir: “Prezident İlham Əliyev təfərəfindən təsdiqlənən “Uşaq hüquqları haqqında” yeni qanun əvvəlki qanundan önəmli dərəcədə fərqlənir. Yeni qanunda diqqət çəkən ən mühüm yenilik uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinin dövlət siyasətinin məqsədləri sırasına daxil edilməsidir. Bu, ölkə qanunvericiliyi üçün tamamilə yeni hadisə hesab oluna bilər. Çünki bugünə qədər uşaq və gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliği həyata keçirilsə də, bu, qanundan daha çox tarixi-mənəvi ənənələrimizə əsaslanırdı. Məhz bu ənənələr əsasında cəmiyyətimizdə, uşaqlar və gənclər arasında təbliğati iş aparılır, qəhrəmanlıq tariximiz təbliğ olunurdu. İndi isə artıq bu təbliğat bilavasitə qanuna, qanunun tələblərinə əsaslanır. Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin məqsədləri sırasına daxil edilməsi Prezident İlham Əliyevin xalqımız, dövlətimiz qarşısında ən mühüm tarixi xidmətlərindən biridir. Bu fakt Prezidentimizin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə necə böyük önəm verdiyini göstərir. Bununla yanaşı, “Uşaq hüquqları haqqında” yeni qanun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Qarşısında yeni vəzifələr qoyur. Bu qanun tələb edir ki, ki, uşaqlar arasında vətənpərvərlik tərbiyəsinin təbliği daha da genişləndirilməli, bu istiqamətdə görülən işlər keyfiyyət etibarı ilə yeni səviyyəyə yüksəldilməlidir. İnanıram ki, veteranlarımız bu məsələdə ciddi fəallıq sərgiləyəcək, uşaqlar arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə daha ciddi töhfələr verəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Zərdabda “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir” devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dünya veteranlarına çağırış edib: Bəyanat!

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İranın Azərbaycana 5 mart 2026-cı il tarixli terror aktı ilə bağlı bəyanat yayıb, dünya veteranlarına müraciət ünvanlayıb. Bəyanatda deyilir: “5 mart 2026-cı il tarixində İran İslam Respublikasının Naxçıvan hava limanı ərazisinə, eləcə də digər mülki infrastrukturlara dron zərbələri endirməsi haqlı olaraq Azərbaycan xalqının böyük qəzəbinə və sərt etirazına səbəb olub. İran dövlətinin heç bir əsas olmadan dinc insanlara xəsarət yetirməsi, Azərbaycan ərazisində aşkar terror aktı törətməsi beynəlxalq hüquqa zidd olmaqla yanaşı, əxlaqi-mənəvi dəyərlərin və insani prinsiplərin də nümayişkəranə şəkildə pozulması deməkdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Naxçıvana edilən dron hücumlarının bütün insanlığa qarşı cinayət olduğunu bəyan edir və beynəlxalq ictimaiyyəti, dünya veteranlarını bu terror aktını qınamağa səsləyir.  Beynəlxalq ictimaiyyətin İranın terror aktı ilə bağlı sərgilədiyi etiraz Azərbaycan xalqına mənəvi dəstək nümunəsi olmaqla yanaşı, gələcəkdə digər dövlətlərə qarşı da oxşar terror aktlarının qarşısının alınması baxımından da böyük önəmə, çəkindirici əhəmiyyətə malikdir. İnanırıq ki, beynəlxalq ictimaiyyətin təzyiq və təkidi altında rəsmi Tehran bu terror aktına görə Azərbaycandan üzr istəyəcək, cinayətkarların cəzalandırılması üçün əməli addımlar atacaq”.

Hamısını oxu
“Ermənistan mina xəritələrindən siyasi şantaj elementi kimi istifadə edir”

Cəlil Xəlilov: “Rəsmi İrəvanın bu siyasəti bütün region üçün təhdiddir”   “Ermənistan mina xəritələrindən siyasi şantaj elementi kimi istifadə edir. Rəsmi İrəvanın bu siyasəti bütün region üçün təhdiddir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi, onun terrorçu, təcavüzkar xarakterinin təcəssümüdür:   “Bildiyiniz kimi, Ermənistan bəzi rayonlarla bağlı mina xəritələrini Azərbaycana versə də, bu xəritələrin yetərincə dəqiq olmadığı, oradakı məlumatların sadəcə 25%-nin öz təsdiqini tapdığı məlum oldu. Başqa sözlə desək, Ermənistan bu rayonlarda basdırdığı minaların dəqiq xəritəsini ölkəmizə vermədi. Təbii ki, bunda məqsəd Azərbaycanın minalarla mübarizəsini zəiflətmək, bu mübarizənin sürət və tempini aşağı salmaqdır. Bu, bir daha göstərir ki, Ermənistan tərəfi regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil. Bu siyasət həm də Ermənistanın terorçu xarakterini bir kəs daha ortaya qoyur. Baş verənlər göstərir ki, Ermənistan bu gün də mina terrorunu davam etdirir və bu terroru dayandırmaq niyyətində deyil”.   Cəlil Xəlilovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinin uzanması, vaxtiylə bu torpaqlardan didərgin salınmış insanların doğma torpaqlarına qayıtması yolunda başlıca əngəldir:   “Məlumdur ki, işğaldan azad edilən ərazilərə qayıdışın başlıca şərti vətəndaşlarımızın təhlükəsizliyinin tam təmin edilməsi, ərazilərin minalardan təmizlənməsi ilə bağlıdır. Vətən müharibəsindən dərhal sonra dövlətimiz bu istiqamətdə mühüm addımlar atıb və bu gün də atmaqdadır. Bu baxımdan ANAMA-nın fəaliyyəti xüsusilə qeyd edilməlidir. Məhz ANAMA-nın səyi nəticəsində hektarlarla ərazi minalardan təmizlənib, orada quruculuq işlərinin həyata keçirilməsi üçün gərəkli olan təhlükəsizlik təmin edilib. Lakin Azərbaycan tərəfinin əlində minalanmış ərazilərin dəqiq xəritəsi olmadığı üçün bu prosesi maksimum sürətlə həyata keçirmək mümkün deyil. Bu isə 30 il bundan öncə həmin torpaqlardan didərgin salınan vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıdışına mane olur, bu prosesi uzadır. Yəni Ermənistan Vətən müharibəsində məğlub olmasına, hərbi müstəvidə rüsvayçı məğlubiyətə uğramasına baxmayaraq, hələ də vətəndaşlarımızın geri qayıdışına mane olmağa çalışır. Əslində, Ermənistan dövləti Azərbaycana qarşı terror siyasəti aparmaqla bilavasitə Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş addımlar atmağa çalışır. Bunun özü beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.    Təbii ki, Azərbaycan dövləti istənilən halda işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesini uğurla başa çatdıracaq, vətəndaşlarımızın bu torpaqlara qayıdışını təmin edəcək. Lakin Ermənistanın mina terroru siyasəti tarixin yaddaşında erməni faşizminin qorxunc təzahürlərindən biri kimi daim nifrət və ikrah hissi ilə xatırlanacaq”.  

Hamısını oxu