Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“15 iyun dövlətçilik tariximizin qürur səhifəsidir”

Cəlil Xəlilov: “Xalqımız Heydər Əliyevin simasında necə böyük oğullara sahib olduğunu bir kəs daha bütün dünyaya göstərdi”

“15 iyun dövlətçilik tariximizin qürur səhifəsidir”.

 Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məhz 1993-cü ilin 15 iyun tarixində Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlişi dövlətimizi və xalqımıza xilas etdi:

“15 iyun tarixinin dövlətimizin, xalqımızın taleyi və tarixi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini anlamaq üçün 1993-cü ilin ortalarında mövcud olan ictimai-siyasi və hərbi vəziyyətə nəzər salmaq kifayətdir. Söhbət elə bir tarixdən gedir ki, həmin ərəfədə Azərbaycanın tarixi torpaqlarının bəlli bir qismi erməni fşaistləri tərəfindən zəbt edilmişdi. Nizami ordunun və vahid hərbi komandanlığın olmaması erməni işğalının qarşısını almağa imkan vermirdi.

Bundan başqa, ölkə daxilində ictimai-siyasi vəziyyət də son dərəcə ağır idi. Hakimiyyət daxilində mövcud olan ciddi qarşıdurma, xalqın siyasi hakimiyyətə inamının itirməsi, cəmiyyətin vətəndaş müharibəsi həddinə gəlib çıxması, sosial-iqtisadi durumun hədsiz pisləşməsi və s. vəziyyəti ümidsiz edirdi. Daxili sabitliyin olmaması düşmən qüvvələrin ölkə daxilində çoxsaylı təxribatlar həyata keçirməsinə əlverişli zəmin yaradır, ölkədəki gərginliyi bir qədər də artırırdı. Məhz belə bir zamanda xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gələn Ümumilli lider Heydər Əliyev ilk öncə daxili sabitliyin bərpa edilməsi, mərkəzi hakimiyyətin gücləndirilməsi, ölkə daxilində xaos və qarşıdurmanın aradn qaldırılması istiqamətində sistemli addımlar atmağa başladı. Vətəndaş müharibəsi təhlükəsi ortadan qaldırıldı. Hakimiyyətə peşəkar kadrlkar gətirildi. Ölkə daxilində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr ləğv edildi. Vahid, nizami ordu yaradıldı. Ordunun gücləndirilməsinə, onun peşəkar kadrlarla təmin edilməsinə xüsusi diqqət yetirildi. Nəticədə, erməni işğalının qarşısı müvəffəqiyyətlə alındı. 1994-cü ildə atəşkəs sazişinin imzalanması Azərbaycana öz qüvvələrini yenidən səfərbər etməyə, iqtisadiyyatını gücləndirməyə, daha güclü ordu formalaşdırmağa imkan verdi. Bütün bunlar isə Heydər Əliyev tərəfindən – onun bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirildi”.

Polkovnik qeyd etdi ki, 1993-cü ilin 15 iyun hadisəsi Azərbaycan xalqının necə böyük tarixi şəxsiyyətlər yetişdirdiyi də bir daha göstərdi:

“1993-cü ilin 15 iyun hadisəsi sübut etdi ki, Azərbaycan xalqı həlledici məqamlarda öz böyük şəxsiyyətləri hesabına çətin vəziyyətlərdən üzüağ çıxmağı bacarır. Xalqımız Heydər Əliyevin simasında necə böyük oğullara sahib olduğunu bir kəs daha bütün dünyaya göstərdi. Xalqımız sübut etdi ki, tarixin bütün dönəmlərində olduğu kimi, bu gün də dahi şəxsiyyətlərdən, böyük sərkərdələrdən xali deyil. Xalqımız sübut etdi ki, heç bir qüvvə onu məhv etməyə, tarixdən silməyə qadir deyil. Xalqımız sübut etdi ki,  heç kimə onun müstəqilliyi, suverenliyi, taleyi üzərində qərar verməyə imkan verməyəcək.

1993-cü ilin 15 iyun hadisəsi və ondan sonrakı proseslər mahiyyət etibarı ilə Azərbayacn dövlətinin və xalqının tarixində yeni bir cığır açdı. Heydər Əliyevin formalaşdırdığı siyasi kurs, bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla inkişafı 2020-ci ilin 8 Noyabr zəfərinin əldə edilməsi – erməni işğalındakı bütün torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

Əminəm ki, əsrlər sonra da 15 iyun tarixi Milli Qurtuluş Günü olaraq qürur və iftixar hissi ilə qeyd ediləcək, Heydər Əliyevin ölümsüz xatirəsi xalqımızın qəlbində sonsuza kimi yaşayacaqdır”.

Seymur ƏLİYEV

 

2022-06-14 09:45:00
891 baxış

Digər xəbərlər

Rayon Veteranlar Təşkilatı “Əməkdar mədəniyyət işçisi”nin yubileyi münasibətilə tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Əmək veteranı, "Əməkdar Mədəniyyət işçisi" Cahangir Muradovun 75 illiyi  münsibətilə tədbir keçirib. Tədbirdən öncə Ulu öndərin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman yubilyar haqqında tədbir iştirakçılarına geniş məlumat verib, uzun müddət Mədəniyyət şöbəsində Həmkarlar Komitəsinin sədri kimi mədəniyyət işçilərinin sosial problemlərinin həllində böyük xidməti olmuş, rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak etmiş Cahangir Muradovu yubileyi münasibətilə rayon veteranları adından təbrik edib. O, daha sonra yubilyara rayon təşkilatının Fəxri fərmanını təqdim edib və özünün yazdığı "Şəhidlik zirvəsinə ucalanlar" kitabını hədiyyə verib. ADPU Cəlilabad filialının baş müəllimi Aydın İbişov, Masallı Regional Mədəniyyət idarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, "Qarabağ qaziləri" İctimai birliyinin rəhbəri Maşallah Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, YAP Cəlilabad rayon təşkilatının məsləhətçisi Nurlan Ağamalıyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Əlövsət Tahirli, tanınmış aparıcı aktyor Xeyrulla Şahbazov, "Qarabağ əlillərinin Qayğı" İctimai birliyinin sədri Asəf İsmayılov, Əmək və Müharibə veteranları Cankişi Seyfullayev, Mirzəbala Hüseynov, Dadaş Bayramov,  Qurban Əhməd, Adıgözəl Nuriyev, Muxtar Ağayev və başqaları çıxış edib Cahangir Muradovla bağlı xoş xatirələtindən danışıb və yubilyara sağlam və gümrah ömür arzulayıblar. Sonda xatirə şəkilləri çəkilib.    

Hamısını oxu
Bizim torpağımız,Vətən uğrunda mübarizəmiz müqəddəsdir

Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində etdiyi paylaşımda yer alıb. Paylaşımda deyilir: “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!”.

Hamısını oxu
Моя война

Respulika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov    Ramazanov Nazim Tağı oğlu   Cümşüdov Əlikişi Mirzəməmməd oğlu   Шевченко Валентина Федотовна     Fərəcov İsmayıl Mövsüm oğlu

Hamısını oxu
İlham Əliyev Qarabağ ermənilərinə müraciət edib

“Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha təhlükəsiz şəraitdə yaşayacaqlar və rifahları daha da artacaq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziyasına müsahibəsində bildirib. Prezidentin sözlərinə görə, Dağlıq Qarabağda indi səfalət hökm sürür:   “Biz oraya investisiya qoyarıq, sosial layihələr icra edərik. Eyni zamanda, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaq. Bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq. Bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi isə budur: azərbaycanlıları oradan qovmaq, etnik təmizləmə aparmaq, Azərbaycanın tarixi-dini abidələrini yerləbir etmək və elan etmək ki, bu qədim Ermənistan torpağıdır. Halbuki ermənilər oraya çar Rusiyası tərəfindən XIX əsrin əvvələrində köçürülüb”. Prezident bildirib ki, Dağlıq Qarabağda yaşayan ermənilər bilməlidirlər ki, Azərbaycan xalqı onların düşməni deyil: “Sadəcə olaraq, Azərbaycan xalqı öz dədə-baba torpaqlarında yaşamaq istəyir. Buna Azərbaycan xalqının haqqı var. Onlar da yaşasınlar, biz də yaşayaq. Amma bizi qovsunlar, onlar yaşasınlar. Bu, ədalətli deyil. Buna biz heç vaxt razı ola bilmərik. Hər bir müharibə sülhlə nəticələnir. Biz müharibədən sonrakı mərhələyə də baxmalıyıq. Hesab edirəm ki, hər iki tərəfdən güclü siyasi iradə olarsa, beynəlxalq təşkilatlar bu məsələdə bizə kömək edərlərsə, buna nail olmaq mümkün olacaq”. İlhamə Əbülfət

Hamısını oxu