Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rayon Veteranlar Təşkilatı “Əməkdar mədəniyyət işçisi”nin yubileyi münasibətilə tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Əmək veteranı, "Əməkdar Mədəniyyət işçisi" Cahangir Muradovun 75 illiyi  münsibətilə tədbir keçirib.

Tədbirdən öncə Ulu öndərin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman yubilyar haqqında tədbir iştirakçılarına geniş məlumat verib, uzun müddət Mədəniyyət şöbəsində Həmkarlar Komitəsinin sədri kimi mədəniyyət işçilərinin sosial problemlərinin həllində böyük xidməti olmuş, rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak etmiş Cahangir Muradovu yubileyi münasibətilə rayon veteranları adından təbrik edib.

O, daha sonra yubilyara rayon təşkilatının Fəxri fərmanını təqdim edib və özünün yazdığı "Şəhidlik zirvəsinə ucalanlar" kitabını hədiyyə verib.

ADPU Cəlilabad filialının baş müəllimi Aydın İbişov, Masallı Regional Mədəniyyət idarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, "Qarabağ qaziləri" İctimai birliyinin rəhbəri Maşallah Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, YAP Cəlilabad rayon təşkilatının məsləhətçisi Nurlan Ağamalıyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Əlövsət Tahirli, tanınmış aparıcı aktyor Xeyrulla Şahbazov, "Qarabağ əlillərinin Qayğı" İctimai birliyinin sədri Asəf İsmayılov, Əmək və Müharibə veteranları Cankişi Seyfullayev, Mirzəbala Hüseynov, Dadaş Bayramov,  Qurban Əhməd, Adıgözəl Nuriyev, Muxtar Ağayev və başqaları çıxış edib Cahangir Muradovla bağlı xoş xatirələtindən danışıb və yubilyara sağlam və gümrah ömür arzulayıblar.

Sonda xatirə şəkilləri çəkilib.

 

 

2023-06-05 10:58:56
3828 baxış

Digər xəbərlər

Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəb Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım göndərib

Məktəbin şagirdləri yardımla yanaşı, türk xalqı ilə mənəvi həmrəylik ifadə edən məktublar ünvanlayıb Veteran.gov.az xəbər verir ki, Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Türkiyədəki zəlzələdə zərərçəkənlərə yardım göndərib. Bu barədə məktəbin sosial şəbəkədəki hesabında məlumat verilib. Yardımla yanaşı, məktəbin 5b sinfinin şagirdləri sevgi, ümid, inam və dəstək dolu ürək sözlərini məktublara yazaraq fəlakət nəticəsində zərər çəkmiş insanlara göndəriblər. Məktublarda məktəblilərin qardaş Türkiyəyə olan sevgi və ehtiramı, baş verən zəlzələdən duyduqları təəssüf və kədərləri, habelə türk xalqı ilə birlik, həmrəylik arzuları öz əksini tapıb. Seymur ƏLİYEV

Hamısını oxu
Paytaxtda yaşayan müharibə veteranlarına ərzaq sovqatları paylanılıb

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır. Böyük və ümumi Qələbənin qazanılmasından 75 il ötsə də, həmin müharibədə misilsiz şücaət göstərmiş qəhrəmanlarımızın xidmətləri heç vaxt unudulmur. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı da mütəmadi olaraq müharibədə iştirak etmiş veteranlara və onların ailə üzvlərinə diqqət və qayğı göstərir, sosial problemləri ilə maraqlanır. AZƏRTAC xəbər verir ki, koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun 4-dən etibarən ərzaq yardımlarının paylanılması aksiyası həyata keçirilir. Aksiya Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə reallaşdırılır.

Hamısını oxu
Müharibə əlillərinin, veteranların və şəhid ailələrinin sosial problemlərinin həlli diqqət mərkəzindədir

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyi “Şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həllinə ictimai dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tədbir keçirib. Tədbirdə Birliyin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvü Rövşən Ağamalıyev çıxış edərək müəllifi olduğu layihə çərçivəsində görülən işlərdən danışıb. Qeyd edib ki, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və şəhid ailələrinin sosial problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Respublikamızda dayanıqlı iqtisadi inkişafa paralel olaraq daim güclənən sosial siyasət kursu Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini də əhatə edir. Hazırda şəhid ailələri, müharibə veteranları və əlillərin mənzil probleminin həlli istiqamətində mühüm addımlar atılır. Bu təbəqədən olan şəxslərin mənzil almaq üçün lazımi sənədlərin toplanması və siyahıya düşmək qaydaları barədə maarifləndirilməsi məqsədilə xüsusi sayt yaradılıb. Saytda bunun üçün tələb olunan bütün sənədlərin siyahısı yerləşdirilib. Həmçinin yaradılmış “qaynar xətt”ə də müraciət etmək imkanı yaradılıb. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, bu gün şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı fərman və sərəncamlar, dövlətimizin başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb. Bu tədbirlər sırasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı mühüm yer tutur. C.Xəlilov deyib ki, Respublika Veteranları Təşkilatı da şəhid ailələrinin, müharibə və silahlı qüvvələr veteranlarının, əlillərin tibbi-sosial məsələlərinin həlli istiqamətində səylə çalışır. Digər çıxışlarda da bu istiqamətdə görülən işlərdən danışılıb, Azərbaycan dövlətinin bu sahəyə diqqət və qayğısının minnətdarlıq hissi ilə qarşılandığı vurğulanıb.

Hamısını oxu
"Xankəndidə Azərbaycan bayrağının ucaldılması “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük töhfədir"

"Xankəndidə Azərbaycan bayrağının ucaldılması “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük töhfədir".  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu fakt həm də Azərbaycan xalqının, onun liderinin iradəsinin yenilməz olduğunu bir daha bütün dünyaya göstərdi: “Xankəndi, habelə Ağdərə, Əsgəran və Xocalıda Azərbaycan bayrağının ucaldılması bütün türk dünyasında qürur və sevinc doğuran tarixi hadisədir. Bu, 44 günlük Vətən müharibəsindən sonra xalqımıza bəxş edilən ən böyük sevinc və səadətdir. Mən buna görə bütün veteranlar adından Prezident İlham Əliyevə təşəkkür edir, ona sonsuz minnətdarlığımızı bildiririk”. Onun sözlərinə görə, Azərbaycan bayrağının Xankəndi və digər yaşayış məntəqələrində qaldırılması uzun illər erməni işğalı altında qalan torpaqlarımız üzərində dövlətimizin nəzarətinin tam şəkildə, de-fakto təmin edilməsi deməkdir. Hətta Vətən müharibəsindən sonra bəzi qüvvələr Xankəndi, Xocalı, Ağdərə və sair ərazilərimizin aqibəti ilə bağlı pessimist fikirlər səsləndirir, 44 günlük Vətən müharibəsinin nəticələrinə kölgə salmağa çalışırdı. Lakin oktyabrın 15-də Prezidentimizin bu torpaqlara səfəri, üçrəngli bayrağımızı tarixi torpaqlarımızda yüksəltməsi bir daha göstərdi ki, Azərbaycanın, onun Müzəffər Ali Baş Komandanının zəfəri tam və mübahisəsizdir. Baş verənlər bir daha sübut etdi ki, Prezident İlham Əliyev həqiqətən də nəyi, nə zaman etmək lazım gəldiyini yaxşı bilir və xalqın iradəsini çox böyük əzmlə, qətiyyətlə həyata keçirir. “Dövlətimizin başçısının gördüyü işlər göstərir ki, İlham Əliyev Azərbaycanın milli dövlətçilik tarixində müstəsna yerə və rola malik əvəzsiz liderdir. Veteranlarımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı yeni-yeni zəfərlərə imza atacaq, öz arzu və xəyallarını inamla gerçəkləşdirəcək”, - deyə təşkilatın sədr müavini fikrini yekunlaşdırıb.  

Hamısını oxu