Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu gün şəhid Abdullayev Həsən Qərib oğlunun doğum günüdür

Abdullayev Həsən Qərib oğlu 21 iyun 1994-cü ildə Daşkəsən rayonunda doğulmuşdur.


2001-ci ildə Daşkəsən rayon S.Vurğun adına 4 nömrəli tam orta məktəbə daxil olmuş, 2011-ci ildə orta təhsilini başa vurmuşdu. 
2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət etmişdir.

Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra idmanın karate-do növü ilə məşğul olmuş, bir sıra nailiyyətlər əldə etmişdir. 
8 sentyabr 2020-ci il tarixindən MAXE hərbi qulluqçu kimi fəaliyyətə başlamış, daha sonra isə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirib. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsində iştirak etmiş, böyük şücaət göstərmişdir. 

6 noyabr 2020-ci ildə Şüşa şəhərinin Daşaltı kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. 12 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. 

Abdullayev Həsən Qərib oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur. 

Subay idi. 

 

2022-06-21 11:47:00
1000 baxış

Digər xəbərlər

“Qarabağda görülən işlər ümumislam mədəniyyəti baxımından mühüm əhəmiyyətə malikdir”

Aqil Şirinov: “Baş verənlər həm də dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi önəmi göstərir”   İşğaldan azad edilən ərazilərdə erməni vandalları tərəfindən dağıdılan məscidlərin bərpası, eyni zamanda yeni məscidlərin inşa edilməsi dövlətimizin əsas diqqət mərkəzindədir. Təsadüfi deyil ki, dövlət başçısı yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməlinin qoyulduğunu, əsaslı təmir işlərinə start verildiyni bildirdi.   Dövlətimiz tərəfindən görülən bu işlər dini-mədəni tariximizin bərpası ilə yanaşı, həm də ümumislam mədəniyyətinə, ümumislam irsinə verilən töhfə hesab edilə bilərmi?   Moderator.az-a açıqlama verən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələrin ümumislam mədəniyyəti baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “Cənab prezidentin məlum sözləri Azərbaycan dövlətinin bu sahədə əməli müstəvidə göstərdiyi fəaliyyəti əks etdirir. Şuşada və işğaldan azad edilmiş digər rayonlarımızda məscidlərin bərpası, yeni məscidlərin tikilməsi Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə verdiyi əhəmiyyəti göstərir. Bu, həm də dövlətimizin islami dəyərlərə verdiyi önəmin göstəricisidir. Bütün bunlar isə, təbii ki, yalnız Azərbaycan yox, ümumislam dəyərləri konteksində dəyərləndirilməlidir.   Ermənilər işğal dönəmində müsəlman abidələrini – məscidləri, türbələri donuz tövlələrinə çevirmişdi. Onlar bununla belə bir mesaj verirdilər ki, biz islami dəyərlərə hörmət göstərmirik. Azərbaycan dövləti isə bu abidələri yenidən bərpa edir. Hadrutda məscid yox idi. Amma indi Hadrutda da məscid tikilir. Şuşa şəhərindəki qədim məscidlər bərpa olunmaqla yanaşı, yeni məscid də inşa olunacaq. Hansı ki, bu məscidin təməlini cənab prezident qoydu. Yeni məscidlərin inşası, habelə dağıdılan məscidlərin bərpası istiqamətində atılan addımlar dövlətimizin islami dəyərlərə verdiyi önəmi gösrərir və ümumislam mədəniyyəti baxımından mühüm əhəmiyyətə malikdir”.   Seymur ƏLİYEV

Hamısını oxu
İlham Əliyev çıxış etdi - MDB konfransı

MDB dövlət başçılarının toplantısı başlayıb. Publika.az Axar.az-a istinadla xəbər verir ki, dövlət başçıları hazırkı situasiyanı və siyasi, iqtisadi, sosial və mədəni sahədə əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edirlər. Hazırda Prezident İlham Əliyev çıxış edir və o, Vətən müharibəsi haqda ətraflı danışır.

Hamısını oxu
Bu gün şəhid çavuş Ülvi Alışovun doğum günüdür

Veteran.gov.az xəbər verir ki, bu gün şəhid  Ülvi Alışovun doğum günüdür.   Ülvi   Alışov 2000-ci il yanvarın 11-də Cəlilabad rayonunun Həziabad kəndində anadan olub.   Azərbaycan Ordusunun çavuşu olan Ülvi Alışov 2020 ci il sentyabrın 27 –də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın  işğalı altında olan ərazilərin azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Alışov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.   Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.  

Hamısını oxu
İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı. Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

Hamısını oxu