Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir

18 may 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov açmışdır. Tədbirdə, Azərbaycan Respublikası Prezi­dent Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikası Prezi­denti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Haci Nərimanoğlu, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov, RVT Rəyasət Heyətinin üzvləri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər təşkilatının və medianın nümayəndələri iştirak etmişlər. Tədbir başlanmazdan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Rüspublikasının dövlət himni səslənmişdir. Tofiq Ağahüseynov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən danışaraq  demişdir: “Bu günki tədbirimiz Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasının 100-cü ildönümünə həsr edilmişdir. Bilirsiniz ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il may ayının 16-da sərəncam imzalamışdır. Bu sərəncam ölkə rəybərliyi tərəfindən ümumən Azərbaycanın dövlətçilik ənənlərinə, xüsusilə Şərqdə ilk demokratik respublika olan  Azərbaycan Xalq Cümhuriyyətinə necə yüksək dəyər verilməsinin növbəti sübutudur. Xalq Cümhuriyyəti Azərbaycan tarixində müstəsna yer tutur. Onun mövcudluğu sonrakı mərhələdə Azərbaycan dövlətçiliyinin qorunması, hansı tərkibdə olmasına baxmayaraq, respublika kimi qalmasına zəmin yaratmışdır”. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin tamam olması – bu böyük bayram münasibəti ilə bütün tədbir işçtrakçılarını təbrik edirəm. Azərbaycanın tarixi nailiyyəti olan dövlət müstəqilliyinin əldə edilməsi bütün xalqımız, eləcə də hər bir azərbaycanlı üçün böyük uğur, həm də qürur mənbəyidir. Azərbaycanın vahid dövləti olan Səfəvilər dövlətindən sonra xalqımız uzun illər ərzində azadlıq, müstəqillik arzusu ilə yaşamışdı. Xanlıqlara parçalanmış, müxtəlif imperiyaların, o cümlədən son 100 ildə Çar Rusiyası və İran arasında bölünmüş vəziyyətdə olan Azərbaycan nicat axtarırdı. Nəhayət 20-ci əsrin əvvəllərində baş verən proseslər, xüsusilə çar Rusiyasının süqut etməsi və Birinci dünya müharibəsi ilə əlaqədar dünyada, eləcə də, Cənubi Qafqaz regionunda yaranmış şərait imperiyanın zülmü altında olan digər xalqlarla yanaşı Azərbaycan xalqının da öz müstəqilliyini əldə etməsinə tarixi imkan yaratdı.  1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası fövqəladə iclasında mövcud siyasi vəziyyəti müzakirə etdərək Müvəqqəti Milli Şura yaratdı. 1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar -  "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi. Beləliklə, Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bütün dünyaya elan olundu. Xalqımız uzun illərdən bəri can atdığı azadlığına, müstəqilliyinə qovuşdu.  Bu tarixi nailiyyətin qazanılmasında xalqımızın görkəmli oğulları Məhəmməd Əmin RəsulzadəFətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və neçə-neçə başqa millət fədailərinin xidmətləri olmuşdur. Bu gün müstəqil dövlətin vətəndaşı olduğumuz üçün bizlər həmin böyük şəxsiyyətlərə minnətdarıq. Ancaq müstəqillik əldə olunsa da, ölkədə daxili və xarici pozucu qüvvələrin fəallaşması, xüsusilə kommunistlərin hakimiyyətə can atması və bu məqsədlə covet Rusiyasından kömək alınması, davam etməkdə olan erməni təcavüzü və digər avillər respublikada vəziyyəti gərginləşdirdi. Nəhayət bundan istifadə edən 11-ci ordu Azərbaycana daxil oldu və razılaşmanın şərtlərini pozaraq onu işğal etdi. Azərbaycanın ilk müstəqil dövləti yaranmasından 23 ay sonra süqut etdi. 1991-ci ilin 18 oktyabrında öz azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparmış, tarixi yaddaşına sadiq qalan xalqımız Azərbacanın dövlət müstəqilliyini bərpa etdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndi və ölkə həyatının bütün sahələrində inkişaf və tərəqqinin əsasları qoyuldu”. Tədbirdə Azərbaycan tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov, RVT-nin şöbə müdiri, ehtiyatda olan polkovnik, tarix üzrə fəlsəfə doktoru Lətif Babayev, Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Nərimanoğlu, Prezi­dent Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev və başqaları çıxış etmişlər. Onlar Azərbaycanın ilk müstəqil dövlətinin həqiqətən də demokratik idarəçilik mexanizmlərinə, parlamentli respublika quruluşuna malik olduğunu qeyd edərək, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, qısa müddətdə gördüyü genişmiqyaslı işlər barədə danışmışlar. İlk respublika dövründə Azərbaycanın müstəqil dövlət atributlarının qəbul edilməsi, milli valyutanın dövriyəyə buraxılması, ölkənin bu gün mövcud olan əksər dövlət orqanları, o cümlədən güc qurumlarının yaradılması və s. fəaliyyətlər barədə tədbir iştirakçılarına maraqlı faktlar çatdırılmışdır. Conra Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tədqiqində və ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir neçə şəxs Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyəti adından RVT-nin yubiley medalları və fəxri fərmanla təltif olunmuşlar. Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Respublika Veteranlar Təşkilatının tədbirlərinin davam etdirələcəyi, bu məqsədlə həmçinin yaxın vaxtlarda Azərbaycan və Türkiyə Veteranlar Təşkilatlarının Türkiyə və Azərbaycanda birgə tədbirlərinin keçirilməsi üçün hazırlıq işlərinin aparıldığı bildirilmişdir.

2018-05-18 00:00:00
3846 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ADPU-nun professor-müəllim heyətini təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Slahlı Qüvvələr Veteranları Təşkilatı  Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyinin tamam olması münasibəti ilə sözügedən universitetin rektorunu, o cümlədən professor-müəllim heyətini təbrik edib. Təbrikdə deyilir:   “Bu il ölkəmizin təhsil həyatında xüsusi çəkiyə malik olan, respublikamızı yüksək ixtisaslı pedaqoji kadrlarla təmin edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyidir. Bu münasibətlə həmin uniuversitetin rektoru, professor Cəfər Cəfərovu, o cümlədən sözügedən universitetin bütün professor-müəllim heyətini təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti bundan sonra da ölkəmizin təhsil həyatına dəyərli töhfələr verməkdə davam edəcək, elm məbədi kimi öz müqəddəs funksiyasını müvəffəqiyyətlə yerinə yetirəcəkdir”.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Azərbaycan Reapublikasının Prezidenti,SilahlıQüvvələrin Ali Baş Komandanı Zati-alləri cənab İlham Əliyevə

ilahlı Qüvvələrin Ali Baş

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Prezident İlham Əliyevə təşəkkür edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir: "Cənab Prezident! Elə tarixi şəxsiyyətlər, əvəzolunmaz simalar, tərcümeyi-halı ilə tarix yaradan insanlar var ki,  onlar ulu öndər Heydər Əliyevin dili ilə desək, fəaliyyətləri ilə daima xalqımıza, dövlətimizə başucalığı gətirmişlər. Onlardan biri də  Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı, vətən qarşısındakı xidmətlərinə görə  çoxsaylı orden və medallarla, “İstiqlal” ordeni ilə təltif olunmuş Fatma xanım Səttarova idi. 1941- 1945-ci illər müharibəsində  və ondan sonrakı quruculuq illərində fədakarlıqlar göstərmiş bu əvəzsiz insan, həm də müstəqillik illərindəki fəaliyyəti ilə xalq məhəbbəti, dövlət sevgisi qazanmışdır. Fatma xanım Səttarovanın çoxsaylı uğurlarının və naliyyətlərinin ən böyük memarı Ulu öndər Heydər Əliyev idi. Fatma xanım Ümumilli liderin dövlət idarəçilik məktəbinin ən qiymətli müdavimlərindən biri olmaqla yanaşı, həm də onun azərbaycançılıq məfkurəsinin vətənpərvərlik idealogiyasının təbliğatçılarından idi. O, həm də Ulu öndərimizin tələbə yoldaşı kimi qəlbində çoxsaylı gənçlik xatirələri daşıyırdı. Fatma xanım bütün fəaliyyəti ilə vətənə sevginin, milli təəssübkeşliyin, zəhmətsevərliyin, ailə dəyərlərinə, ocağ ruhuna sədaqətin nümunəsi idi. Onun sonsuz vətən sevgisi Ulu öndərin, Sizin və ölkəmizin Birinci vitse-prezdenti xanım Mehriban Əliyevanın xeyirxağlıq, yaxşılıq,  məhəbbət və mərhəmət duyğuları ilə şölələnirdi. Fatma xanım 102 il ömür yaşadı.  Təkcə Azərbaycan vətəndaşlarına deyil, MDB ölkələrinin insanlarına da nümunə oldu. Müharibənin özü ilə birlikdə gətirdiyi fəlakətin acılarını tarixi çıxışları ilə sübut etdi, insanlara çatdırdı. Dözümü, cəsarəti və ləyaqəti ilə gənçliyə, qadın ucalığına, ana siqlətinə, ictimai xadim əzəmətinə şərəf gətirdi. İstər milli azadlıq hərəkatı dövründə, istər Birinci Qarabağ savaşında, istər 44 günlük Vətən müharibəsində nümunəyə çevrildi. Cənab Prezident! Fatma xanım ölkəsini, vətənini, millətini sonsuz hüdudları məlum olmayan  bir məhəbbətlə sevirdi, ulu öndər Heydər Əliyevlə,  Sizinlə, xanım Mehriban Əliyeva ilə qürur duyurdu. Bütün çıxışlarını Azərbaycan sevgisi ilə başlayır, Ulu Öndər, Müzəffər Ali Baş Komandan və Birinci xanımla bitirirdi. Sizin ona  daimi qayğınızla isə ömrü uzanırdı. Məhz sizin sərəncamlarınızla Fatma xanımın mənzil-məişət şəraiti yaxşılaşmış, ona Prezident təqaüdü verilmiş, “İstiqlal” oredeni ilə təltif olunmuşdu. Azərbaycan  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının çoxsaylı üzvləri adından mərhum sədrimizin, İkinci Dünya müharibəsinin iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərmiş Fatma xanım Səttarovanın ruhuna ehtiramınıza, imzaladığınız  nekroloqa,  II Fəxri xiyabanda ayırdığınız torpaq müqəddəsliyinə, son mənzilə yolasalma mərasiminin yüksək səviyyədə təşkilinə görə Sizə və çox hörmətli Mehriban xanıma  təşəkkür edir, minnətdarlığımızı bildiririk”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından sədr vəzifəsinin icraçısı, polkovnik Cəlil Xəlilov  

Hamısını oxu
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı yeni məlumat yayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 70 dəfə pozub.Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.Ağdam rayonunun işğal altında olan Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Hamısını oxu