Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatı Prezident İlham Əliyevə təşəkkür edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:

"Cənab Prezident!

Elə tarixi şəxsiyyətlər, əvəzolunmaz simalar, tərcümeyi-halı ilə tarix yaradan insanlar var ki,  onlar ulu öndər Heydər Əliyevin dili ilə desək, fəaliyyətləri ilə daima xalqımıza, dövlətimizə başucalığı gətirmişlər. Onlardan biri də  Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı, vətən qarşısındakı xidmətlərinə görə  çoxsaylı orden və medallarla, “İstiqlal” ordeni ilə təltif olunmuş Fatma xanım Səttarova idi.

1941- 1945-ci illər müharibəsində  və ondan sonrakı quruculuq illərində fədakarlıqlar göstərmiş bu əvəzsiz insan, həm də müstəqillik illərindəki fəaliyyəti ilə xalq məhəbbəti, dövlət sevgisi qazanmışdır.

Fatma xanım Səttarovanın çoxsaylı uğurlarının və naliyyətlərinin ən böyük memarı Ulu öndər Heydər Əliyev idi. Fatma xanım Ümumilli liderin dövlət idarəçilik məktəbinin ən qiymətli müdavimlərindən biri olmaqla yanaşı, həm də onun azərbaycançılıq məfkurəsinin vətənpərvərlik idealogiyasının təbliğatçılarından idi. O, həm də Ulu öndərimizin tələbə yoldaşı kimi qəlbində çoxsaylı gənçlik xatirələri daşıyırdı. Fatma xanım bütün fəaliyyəti ilə vətənə sevginin, milli təəssübkeşliyin, zəhmətsevərliyin, ailə dəyərlərinə, ocağ ruhuna sədaqətin nümunəsi idi. Onun sonsuz vətən sevgisi Ulu öndərin, Sizin və ölkəmizin Birinci vitse-prezdenti xanım Mehriban Əliyevanın xeyirxağlıq, yaxşılıq,  məhəbbət və mərhəmət duyğuları ilə şölələnirdi. Fatma xanım 102 il ömür yaşadı.  Təkcə Azərbaycan vətəndaşlarına deyil, MDB ölkələrinin insanlarına da nümunə oldu. Müharibənin özü ilə birlikdə gətirdiyi fəlakətin acılarını tarixi çıxışları ilə sübut etdi, insanlara çatdırdı. Dözümü, cəsarəti və ləyaqəti ilə gənçliyə, qadın ucalığına, ana siqlətinə, ictimai xadim əzəmətinə şərəf gətirdi. İstər milli azadlıq hərəkatı dövründə, istər Birinci Qarabağ savaşında, istər 44 günlük Vətən müharibəsində nümunəyə çevrildi.

Cənab Prezident!

Fatma xanım ölkəsini, vətənini, millətini sonsuz hüdudları məlum olmayan  bir məhəbbətlə sevirdi, ulu öndər Heydər Əliyevlə,  Sizinlə, xanım Mehriban Əliyeva ilə qürur duyurdu. Bütün çıxışlarını Azərbaycan sevgisi ilə başlayır, Ulu Öndər, Müzəffər Ali Baş Komandan və Birinci xanımla bitirirdi. Sizin ona  daimi qayğınızla isə ömrü uzanırdı. Məhz sizin sərəncamlarınızla Fatma xanımın mənzil-məişət şəraiti yaxşılaşmış, ona Prezident təqaüdü verilmiş, “İstiqlal” oredeni ilə təltif olunmuşdu.

Azərbaycan  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının çoxsaylı üzvləri adından mərhum sədrimizin, İkinci Dünya müharibəsinin iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərmiş Fatma xanım Səttarovanın ruhuna ehtiramınıza, imzaladığınız  nekroloqa,  II Fəxri xiyabanda ayırdığınız torpaq müqəddəsliyinə, son mənzilə yolasalma mərasiminin yüksək səviyyədə təşkilinə görə Sizə və çox hörmətli Mehriban xanıma  təşəkkür edir, minnətdarlığımızı bildiririk”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından sədr vəzifəsinin icraçısı, polkovnik Cəlil Xəlilov

 

2024-09-16 15:24:06
2981 baxış

Digər xəbərlər

Şəhid generalımız dəfn olunur

Ötən gün Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunur. Oxu.Az-ın məlumatına görə, general-mayorun cənazəsi artıq İkinci Fəxri xiyabana gətirilib. Xiyabanda dövlət himni səsləndirilib.   Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub. Dünən isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub. İlhamə Əbülfət

Hamısını oxu
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Miqrasiya Əməkdaşlıq Platformasının təsisçiləri ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bir qrup vətəndaş cəmiyyəti institutlarının təşəbbüsü ilə miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək göstərilməsi məqsədilə təsis olunmuş Miqrasiya Əməkdaşlıq Platformasının üzvləri ilə görüşüb.  Vüsal Hüseynov vətəndaş cəmiyyəti institutları ilə dialoqun inkişafına xüsusi önəm verildiyini, miqrasiya sahəsində innovativ metodların tətbiqinin daim gündəmdə saxlanıldığını bildirib. Xidmət rəisi Miqrasiya Əməkdaşlıq Platformasının ölkəmizdə yaşayan əcnəbilərlin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılmasına və maariflənməsinə, cəmiyyətə inteqrasiyasına, eyni zamanda miqrasiya ilə bağlı məsələlərin həllində ümumcəmiyyət yanaşmasının tətbiqinə töhfə verəcəyinə əminliyini ifadə edib. Miqrasiya Əməkdaşlıq Platformasının yaradılması zərurəti barədə danışan “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, miqrasiya sahəsində fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti institutunun təşəbbüsü ilə 2023-cü ilin 18 oktyabr tarixində təsis edilən Platformanın məqsədi miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdir. Bunun üçün Platforma miqrasiya fenomeninin müxtəlif istiqamətlərində büruzə verən aktual məsələləri mövcud reallığa uyğun dəyərləndirir, onların mahiyyəti barədə geniş ictimaiyyət arasında təsəvvürlər formalaşdırır və həllinə səbəb olacaq təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim edir. Görüşdə vurğulanıb ki, koalisiya şəklində fəaliyyət göstərən, şəffaflıq, tərəfdaşlıq, qarşılıqlı hörmət və etimad prinsiplərini əldə rəhbər tutan Platformanın əsas fəaliyyəti onu təsis edən vətəndaş cəmiyyəti institutlarından ibarət Əlaqələndirmə Mərkəzi və onun tərkibində formalaşmış tematik işçi qruplar vasitəsilə həyata keçirilir. Qarşılıqlı və faydalı müzakirə şəraitində keçən görüşdə miqrasiya siyasətinin həyata keçirilməsində birgə səylərin göstərilməsi, xüsusilə də yerli və beynəlxalq müstəvidə təşəbbüslərin irəli sürülməsi və yaxın gələcəkdə inkişaf etdiriləcək əməkdaşlığın siyasi çərçivələri və institusional əsasları ətrafında fikir mübadiləsi aparılıb. Sonda Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri səmimi görüşün keçirilməsinə şərait yaratdığı üçün Xidmət rəisi Vüsal Hüseynova dərin təşəkkürlərini bildiriblər.  

Hamısını oxu
Sabirabadda daha bir şəhidin məzarı ad günündə ziyarət olunub

Mayın 15-də şəhid Muradov Elxan Murad oğlunun Sabirabad rayonu Əhmədabad kənd qəbiristanında məzarı ziyarət olunub.   Şəhidin doğum günündə reallaşan ziyarətdə Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, YAP-ın rayon təşkilatının sədri, kənd icra nümayəndəsi, rayonun axundu, şəhidin döyüş yoldaşları, müəllimləri və s. iştirak edib.   Əslən Axıska türkü olan Elxan Muradovun məzarı önündə çıxış edənlər şəhidlərimizə olan sevgi və ehtiramın xalqımızın qəlbində sonsuza qədər yaşayacağını bildirib, onların gənclərimizə, gələcək nəsillərə örnək olduğunu vurğulayıb.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
İlham Əliyev Gəncə şəhərində səfərdə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılışlarında iştirak edib. Dövlətimizin başçısı Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişi ilə tanış olub, “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun açılışında iştirak edib, Gəncə Memorial Kompleksinin təməlini qoyub. Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibə verib. Səfərdən geniş materiallar yanvarın 31-də dərc ediləcək.   Mənbə: president.az

Hamısını oxu