Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Hərbi yönümlü QHT-lər orduya dəstək verdi

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, sədr müavini, polkovnik Cəlil Xəlilov, Təşkilatın Rəyasət Heyətinin üzvü, hərbi-vətənpərvərlik mahnılaırnın tanınmış ifaçısı Şəmistan Əlizamanlı, “Qarabağ Qaziləri” İctimai Birliyinin təmsilçisi, Qarabağ qazisi Rey Kərimoğlu, “Polisə Dəstək” İctimai Birliyinin sədri, şəhid atası Şəmsəddin Əliyev, hərbi yönümlü Qeyri-Hökumət Təşkilatlarının (QHT) rəhbərləri, veteranlar və media nümayəndələri iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov öncə Azərbaycan Ordusunun formalaşması tarixinə diqqət çəkib, ordumuzun hələ Cümhuriyyət dönəmində erməni işğalçılarına qarşı uğurla mübarizə apardığını qeyd edib. Polkovnik vurğulayıb ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında nizami ordunun formalaşdırılması prosesinə start verilmiş, müstəqil Azərbaycanın yeni yaranan ordusunun gücləndirilməsi istiqamətində ciddi addımlar atılmışdı. Prezident İlham Əliyevin hakimiyyəti dönəmində ordu quruculuğu istiqmaətində islahatların sürətlə davam etdirildiyini bildirən polkiovnik Cəlil Xəlilov, məhz ordudakıl islahatlar, xalq-ordu və dövlət-xalq birliyi nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində parlaq zəfər əldə etdiyini vurğuladı.

 

Son vaxtlar bəzi anti-milli qüvvələrin Azərbaycan Ordusu, onun tarixi qələbəsi ilə bağlı təxribat xarakterli, həqiqətə zidd olan məlumatlar yaydığını, ictimai rəydə çaşqınlıq yaratmağa çalışdığını bildirən sədr müavini, bu cür təxribatçı qüvvələrə qarşı bütün cəmiyyətin, o cümlədən veteranların birgə mübarizə aparmasının vacibliyini qeyd edib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan xalqı, o cümlədən veteranlar hər zaman olduğu kimi bundan sonra da orduya, onun Ali Baş Komandanına dəstək verməkdə davam edəcək, heç bir qüvvənin 8 Noyabr zəfərinə kölgə salmasına imkan verməyəcək.

 

Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü Şəmistan Əlizamanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müahribəsində tarix yazdığını, parlaq qələbəyə imza atdığını vurğuladı. Şəmistan Əlizamanlı qeyd etdi ki, əsrlər keçsə də bu qələbə Azərbaycan xalqı tərəfindən hər zaman qürur hissi ilə yad ediləcək, hərbçilərimizin qəhrəmanlığı xalqımızın qəlbində əbədi yaşayacaqdır.

 

Tədbirdə çıxış edən Qarabağ qazısı Rey Kərimoğlu da Azərbaycan Ordusunun tarixi inkişaf yolundan bəhs edib, 44 günlük Vətən müharibəsində ordumuzun düşməni darmadağın edərək dünyanı heyrətləndirən böyük qələbəyə imza atdığını bildirib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova xalqımızın hələ İkinci Dünya müharibəsində faşizmə qarşı qətiyyətlə mübarizə aaprdığını, faşizm üzərində qələbəyə böyük töhfələr verdiyini xatırladıb. Təşkilat sədri bildirib ki, 44 günlük Vətən müharibəsində erməni faşizminə ağır zərbə vuran, onu işğal edilmiş tarixi Azərbaycan torpaqlarından qovan Azərbaycan Ordusu  bu qələbə ilə babalarının qəhrəmanlıq ənənələrinə sadiq qaldığını bir daha sübut etdi.

 

Qələbədə Azərbaycan xalqının fədakarlığının, ordumuzun şücaətinin, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik bacarığının həlledici rol oynadığnı bildirən Təşkilat sədri, xalqımızın  bu qələbə ilə hər zaman fəxr edəcəyini, öz qəhrəmanlarını unutmayacağını bildirib.

 

 “Polisə Dəstək”İctimai Birliyinin sədri, şəhid atası Şəmsəddin Əliyev çıxışında öncə 90-cı illərdə erməni faşizminə qarşı aparılan mübarizəyə diqqət çəkib. Həmin vaxt hərbi texnika, silah-sursat təminatı baxımından böyük çətinliklər çəkdiyini bildirən Şəmsəddin Əliyev, məhz Ulu öndər Heydər Əliyevin hakimiyyəti dönəmindən etibarən ordu quruculuğuna böyük diqqət yetirildiyini vurğulayıb. Şəmsəddin Əliyev qeyd edib ki, sonrakı mərhələdə Prezident İlham Əliyevin formalaşdırdığı müasir Azərbaycan Ordusu 2020-ci ilin Vəətn müharibəsində ölkəmizin qələbəsini təmin edərək dövlətimizin ərazi bütövlküyünü təmin edib.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

 

2022-06-25 18:26:00
1004 baxış

Digər xəbərlər

Niyə Paşinyan yox, İlham Əliyev və niyə bu qədər mənəviyyatsızca? - TƏHLİL!

Məlum olduğu kimi, 19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-a səfər əsnasında bir qrup radikalın təxribatı ilə üzləşib. Belə ki, Vaşinqton şəhərində yerləşən “Waldorf Astoria” mehmanxanasının qarşısında dövlət rəhbərliyinə qarşı qeyri-etik ifadələr səsləndirən təxribatçılar, qaydaları pozaraq mühafizə zonasına keçməyə cəhd göstəriblər. Lakin onların bu təxribatının qarşısı uğurla alınıb və etirazçılar ərazidən uzaqlaşdırılıb.  Paşinyan qarşısında susanlar İlham Əliyev qarşısında niyə quduza döndü? Vaşinqton təxribatı ilə bağlı maraqlı nüanslardan biri Ermənistanın baş naziri Nikol Paşinyan qarşısında susan radikalların İlham Əliyev qarşısında quduza dönməsi, bütün əxlaqi-mənəvi sərhədləri aşmasıdır. Halbuki, radikalların İlham Əliyevi deyil, Paşinyanı hədəf alması hardasa daha anlaşılan və başadüşülən ola bilərdi. Ən azından ona görə ki, 44 günlük müharibədə şəhər və kəndlərimiz məhz Paşinyan rejiminin göstərişi ilə atəşə tutulub, günahsız insanlar məhz onun başında durduğu dövlətin ordusu tərəfindən qətlə yetriliblər. Bu mənada Azərbaycanın sülh siyasətinə sadiq olmasına baxmayaraq, radikalların bir fərd kimi Paşinyana etiraz etməsi daha məntiqli sayılardı. Məsələn, etirazçılar Paşinyana sual verə bilərdilər ki, niyə Şuşa kimi tarixi-mədəni şəhəri müharibə zamanı “İsgəndər”lərin hədəfinə çevirib? Niyə 30 il ərzində işğaldakı torpaqlarımız viran qoyulub, məscidlərimiz dağıdılıb, sərvətlərimiz yağmalanıb? Niyə Ermənistan konstitusiyasından Azərbaycanla bağlı ərazi iddialarının çıxarılmasını ləngidir və s. Lakin biz Vaşinqton səfərində bütün bunların heç birinə şahid olmadıq. Şahid olduğumuz yeganə şey təxribatçıların İlham Əliyevin qaldığı otelə quduzca hücum etməsi, dövlət rəhbərliyinin ünvanına mənəviyyatla bir araya sıxmayan ifadələr işlətməsi oldu. Bu faktın özü Vaşinqton təxribatçılarının əsl niyyətini, kimlərə xidmət etdiyini, hansı məqsədlər güddüyünü ortaya çıxarır. Təxribatın ardınca ermənilərin ANCA təşkilatının  və digər ermənipərəst dairələrin Azərbaycanın dövlət rəhbərliyinə yönəlik mənəviyyatsız hücumu  müdafiə etməsi radikalların hansı qüvvələrin dəyirmanına su tökdüyünü isbat edir. “Şuşa qatili”ni qoyub, “Şuşa fatehi”ni hədəf seçmək vətənə mənəvi xəyanətdir Şübhəsiz, Vaşinqtonda baş verənlərin mahiyyəti izahsız, arayışsız da xalqa məlumdur. Hər kəs yaxşı başa düşür ki, baş verənlər təpədən-dırnağa qədər anti-Azərbaycan mahiyyəti daşıyır və dövlətimizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməyə, ölkəmizi gözdən salmağa hesablanıb. Ümumiyyətlə, Sülh Şurasının ilk iclası kimi vacib bir tədbirdə iştirak etmək üçün Vaşinqtona yollanan Azərbaycan Prezidentinə hər kəsin gözü önündə bu cür mənəviyyatsız hücumun təşkili sadəcə qanuni deyil, həm də əxlaqi baxımdan qəbuledilməzdir. Azərbaycanın mədəni paytaxtı olan şəhəri “İsgəndər” raketlərinin hədəfinə çevirən “Şuşa qatili”ni qoyub “Şuşa fatehi”ni hədəf seçmək vətənə mənəvi xəyanətdir. Və səbəb nə olursa olsun, bu xəyanətə haqq vermək,bəraət qazandırmaq mümkünsüzdür. Seymur ƏLİYEV  

Hamısını oxu
Семье и близким Фатмы Саттаровой

Hamısını oxu
“Ermənistan sülhə yox, sülhün imitasiyasına çalışır”

Cəlil Xəlilov: “İrəvan nə işğal dönəmində, nə də Vətən müharibəsindən sonra sülh danışıqlarında səmimi olmayıb”   “Ermənistan sülhə yox, sülhün imitasiyasına çalışır”.   Bunu saytımıza açıqlamasında Mharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildiirb. Polkovnik qeyd edib ki, əslində Ermənistan nə işğal dönəmində, nə də müharibədən sonra sülh danışıqlarında səmimi olmayıb:   “Azərbaycan hələ Birinci Qarabağ müharibəsindən sonra işğal faktorunu aradan qaldırmaq üçün uzunmüddətli diplomatik cəhdlər ortaya qoydu. Lakin 30 ilə yaxın müddətlə problemin sülh yoluyla həlli ilə bağlı rəsmi Bakının ortaya qoyduğu səylər səmərəsiz qaldı. İrəvan bu gün olduğu kimi, həmin dönəmdə də sülh danışıqlarında formal olaraq iştirak etdi. Problemin həlli üçün heç bir real səy, səmimi istək ortaya qoymadı.   Təəssüflər olsun ki, rəsmi İrəvan bu gün də eyni saxtakar siyasəti həyata keçirməkdədir. Vətən müharibəsindən 5 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də sülhün əldə edilməsinə süni maneələr yaradır, prosesi məqsədli olaraq yubadır. Bu əsnada, Ermənistan sürətlə silahla siyasəti həyata keçirməkdədir ki, bu da İrəvanın revanşist niyyətlərindən xəbər verir. Görünən odur ki, Ermənistan hələ də 44 günlük müharibənin dərslərindən lazımi nəticə çıxarmayıb və bu gün xam xəyallarla yaşamaqdadır”.   Polkovnik qeyd edib ki, Ermənistan ərazisində fəaliyyət göstəərn Avropa İttifaqının mülki missiyası da sülh prosesinə zərbə vurur, bölgədə gərginliyi artırır:   “Bəlli bir müddətdir ki, Ermənistan ərazisində Avropa İttifaqının monitorinq missiyası fəaliyyət göstərir. Bu missiyanın adı monitorinq missiyası olsa da, bu missiya faktiki olaraq təxribatla məşğuldur. Onlar mütəmadi şəkildə bizim mövqelərimizi müşahidə edir, müxtəlif təxribatçı hərəkətlərə yol verirlər.   Azərbaycan tərəfi dəfələrlə bununla bağlı öz narahatlığını dilə gətirib və bəyan edib ki, Ermənistan həqiqətən də bölgədə uzunmüddətli, etibarlı sülh istəyirsə, o zaman belə təxribatçı addımlardan çəkinməli, Avropa İttifaqı missiyasını sərhəddən yığışdırmalıdır. Ancaq Ermənistan dövlətimizin bu tələbini də yerinə yetirmək üçün konkret addımlar atmır. Bu isə bölgədə vəziyyəti gərginləşdirir, sülh üçün əlavə maneələr yaradır”.   Cəlil Xəlilov qeyd edib ki, proseslərin bu şəkildə davam etməsi bölgədə sülh və təhlükəsizlik baxımından yaxşı heç nə vəd etmir:   “Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan sülh üçün əməli addımlar atmalı, silahlanma siyasətindən imtina etməli, 10 Noyabr Bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirməlidir. Nə qədər ki, bu baş vermir, nə qədər ki, Ermənistan sülhdən daha çox revanş haqqında düşünür, bölgədə sülh üçün təhdidlər qalmaqda davam edəcək.   Bununla yanaşı, Ermənistan bilməlidir ki, əgər havadarlarının fitnəsinə uyaraq regionda vəziyyəti gərginləşdirməkdə və yeni təxribatlartörətməkdə davam edərsə, bu, Azərbaycanı qəti və qabaqlayıcı addımlar atmağa vadar edəcək. Bunun isə Ermənistan üçün nəticələri son dərəcədə fəlakətli olacaq”.   Seymur ƏLİYEV

Hamısını oxu
Başsağlığı

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Şəki Şəhər Təşkilatının sədri Mustafa Əhmədovun oğlu Murad Əhmədov haqq dünyasına qovuşur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov  övladının vəfatı ilə bağlı Rəyasət Heyəti adından Mustafa Əhmədova dərin hüznlə başsağlığı verib, ona və mərhumun bütün yaxınlarına səbr diləyib. Allah rəhmət eləsin!

Hamısını oxu