Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Başsağlığı

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Şəki Şəhər Təşkilatının sədri Mustafa Əhmədovun oğlu Murad Əhmədov haqq dünyasına qovuşur.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov  övladının vəfatı ilə bağlı Rəyasət Heyəti adından Mustafa Əhmədova dərin hüznlə başsağlığı verib, ona və mərhumun bütün yaxınlarına səbr diləyib.

Allah rəhmət eləsin!

2026-05-12 19:34:00
275 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ADA tələbələri kibertəhlükəsizlik mövzusunda tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, 4 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ADA tələbələri - Hacı Zeynalabdin Tağıyev müsabiqəsi çərçivəsində iştirak edən CyberEye komandası (https://www.instagram.com/cybereye.hzt?igsh=ZHhiN2UzZTljNmFk ) kibertəhlükəsizlik mövzusunda tədbir keçirib. Maarifləndirmə xarakterli tədbirdə Nuray Cəfərova, Fərid Xəlilov, Rza Ağarzazadə, İlkin Bayramlı, Hafiz Bəylərli çıxış edərək kibertəhlükəsizlik mövzusunda aktual problemlərə toxunublar. Tədbirdə gənclər, veteranlar, media nümayəndələri iştirak ediblər. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Hamısını oxu
“1 şəhid, 1 hekayə, 1 şeir” layihəsinin yaradıcı heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, “1 şəhid, 1 hekayə, 1 şeir” layihəsinin yaradıcı heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edib, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb. Görüşdə “1 şəhid, 1 hekayə, 1 şeir” layihəsinin rəhbəri Harun Yıldırım, şair-yazıçı Banu Sancak, AZTV-nin senarist-rejissoru Gülüstan Əkbər, “Balans Media”nın icraçı direktoru Esmira Məmmədova  iştirak edib. Görüşdə qonaqlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verən polkovnik Cəlil Xəlilov, veteranların Prezident İlham Əliyevin çağırışlarını hər zaman dəstəklədiyni, Müzəffər Ali Baş Komandanın tövsiyyələrini öz fəaliyyətlərində rəhbər tutduqlarını, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirdiklərini bildirib. Qəbula görə Təşkilat rəhbərinə təşəkkür edən Harun Yıldırım “1 şəhid, 1 hekayə, 1 şeir” layihəsi haqqında məlumat verib, layihədə həm Azərbaycan, həm də Türkiyədən olan yazarların aktiv iştirak etdiyini bildirib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan qürur hissi ilə bəhs olunub, 8 Noyabr zəfərinin hərbi önəmi ilə yanaşı, tarixi-siyasi, mənəvi-psixoloji əhəmiyyəti vurğulanıb. Görüşdə həmçinin Azərbaycan-Türkiyə dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacbliyi ilə bağlı fikir mübadiləsi aparılıb. Seymur ƏLİYEV  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Azərbaycan Minifutbol Federasiyasını təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan Minifutbol Federasiyasını təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq:

Hamısını oxu