Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri ilə görüş keçirilib. Görüş çərçivəsində qida təhlükəsizliyi sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq üzrə Saziş”in və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq üzrə Saziş”in imzalanması prosesinin sürətləndirilməsi məsələləri, eləcə də, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) qida təhlükəsizliyi sisteminə daxil olan laboratoriyalarının optimallaşdırılması, modernləşdirilməsi və akkreditasiyası sahəsində əməkdaşlığın həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda AQTİ ilə Türkiyənin elmi-tədqiqat institutları arasında təcrübə mübadiləsi, araşdırma institutlarının elmi-texniki ədəbiyyat bazasından yararlanmaq istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub. AQTİ ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Aqrar Tədqiqatlar və Siyasət Baş idarəsi arasında bitki sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycan və Türkiyədə bitki sağlamlığı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə elmi-tədqiqat və inkişaf layihələrinin, bitki sağlamlığı məsələləri üzrə nəzəri və praktiki biliklərə dair təlim proqramlarının, bitki sağlamlığı sahəsində tədqiqat məsələləri üzrə və bitki sağlamlığı üzrə kliniki xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayev, "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Maşallah Əliyev, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin rəhbəri Asəf İsmayılov və iş adamı, xeyriyyəçi Rafiq Abışovla birlikdə rayonun Göytəpə şəhərində Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin ailəsi ilə görüşüblər. Qəhrəmanın atası Arif Abdullayev oğlunun həyat və döyüş yolundan fəxarətlə danışıb, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Şəhid kapitan Rəşad Abdullayevin anası Sevil Abdullayeva isə şəhid analarının adından yazdığı şeri oxuyub. O, həmçinin, ziyarətə gələnləri qəhrəman oğlunun ev-muzeyinin açılışına dəvət edib. Rayon Veteranlar Təşkilatının üzvləri və qonaqlar Göytəpə şəhər qəbirstanlığında uyuyan şəhid Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin məzarını da ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxuyublar. Xatırladaq ki, şəhid kapitan ailəli idi, iki övladı yadigar qalıb. Cəlilabad şəhər 2 saylı tam orta məktəbi bu gün Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin adını daşıyır.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 27 yanvar 2026-cı il tarixində Respublika Veteranlar Təşkilatında şəhid Murad Məmmədlinin mövlud gününə həsr edilmiş tədbirdə iştirak etdilər. Tədbirdə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev, direktor müavini Nəzakət Allahverdiyeva tələbələr, müəllimlər, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri və digər qonaqlar iştirak etdilər. Tədbiri Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev açdı. Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı. Çıxış üçün söz Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Nəzakət Allahverdiyevaya verildi. O,şəhid məzun Murad Məmmədlinin təhsil aldığı dövrdə yüksək nizam- intizamlı olmağndan,tapşırıqlara məsuliyyətlə yanaşmağndan,vətənə,millətinə bağlılığından danışdı. Tədbirdə çıxış edən şəhidin bacısı Leyla İsmayılova qardaşı haqqında xoş xatirələrdən, onunla hər zaman qürur duymasımdan söz açaraq ,dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı. Digər çıxışçı Arif Hümbətov şəhidlərimizin dəyərindən, vətən qarşısında xidmətlərindən, onlarım daim xalqın qəlbində yaşayacağlarından bəhs edib. Daha sonra söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verildi. Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb, müstəqilliyə gedən ağır yoldan söz açıb: “Biz xöbəxt xalqıq ki, müstəqil ölkəmiz var. Bu müstəqillik yolunda canından keçib şəhidlik zirvəsinə qalxan oğullarımızın adları daima uca tutulur. Onların adlarıının əbədiləşdirilməsini dövlətimiz daim diqqətdə saxlayır. Səhidlərin yaşadıqları küçələrə, məktəblərə onların adları verilir.Onların qəhrəmanlıqları haqqında kitablar yazılır və yazılacaq”. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Hamısını oxu