Şamil Süleymanov-85


Münxen konfransı, nəqliyyat təhlükəsizliyi və xüsusi xidmət orqanlarının artan rolu Xəbər verdiyimiz kimi, Münxen konfransında iştirak edən Prezident İlham Əliyev bir sıra media orqanlarına müsahibələr verib, Azərbaycanın qlobal dünyada artan roluna diqqət çəkib. Dövlət başçısının mediaya verdiyi müsahibələrdə ən çox diqqət çəkən məqamlardan biri, ölkəmizin beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizlərinə sahib olması, qlobal miqyaslı nəqliyyat şəbəkəsini genişləndirməsi və bütün bu sistemin təhlükəsizliyinin yüksək səviyyədə təmini ilə bağlıdır. Prezident İlham Əliyev 13 fevral 2026-cı il tarixində Münxendə Azərbaycan mediasına müsahibəsində bu barədə deyib: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq elektrik və fiber-optik dəhlizləri də əhatə etməklə. Buna görə də ölkəmizin potensialı möhkəmləndikcə, beynəlxalq əlaqələr inkişaf etdikcə, biz bir növ mövcud bağlantı konsepsiyasına yeni elementlər əlavə edirik. Əgər neft və qaz kəmərlərini artıq reallaşmış fakt hesab etmək olarsa, baxmayaraq ki, qaz nəqli infrastrukturumuzun genişləndirilməsinə ehtiyac var, əgər dəmir yolu əlaqələri ilə bağlı məsələlərin qismən həll olunduğunu nəzərə alsaq və Azərbaycanın nə tranzit daşımaların təmin edilməsində, nə də öz məhsullarının ixracında xüsusi çətinliklərlə üzləşmədiyini qeyd etsək, - hərçənd, Zəngəzur dəhlizi buna əlavə töhfə olacaq, - o zaman elektrik kabelləri, fiber-optik kabellər, məlumat mərkəzlərinin və süni intellektin fəaliyyəti nəticəsində informasiyanın ötürülməsi və tranziti ilə bağlı məsələlər hazırda konkret olaraq məşğul olduğumuz sahələrdir. Bizim çox üstünlüklərimiz var: coğrafiya, həm Qərbdə, həm də Şərqdə qonşularla sıx əlaqələr, elektrik enerjisinin artıqlığı, hazırlıqlı kadrlar və bir çox digər üstünlüklər. Buna görə də bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir. Azərbaycanın öz təhlükəsizliyini və suverenliyini öz gücü ilə təmin etməsi nəzərə alınmaqla, təbii ki, ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Buna görə də biz dəhlizlər haqqında danışarkən, əlbəttə ki, bu məsələyə daha geniş baxmalıyıq: yalnız dəmir yolu və yalnız avtomobil yolu deyil, həm də bağlantını təmin edən və müasir dünyanın tələblərinə cavab verən bütün istiqamətlər nəzərdə tutulmalıdır”. (https://apa.az/resmi-xeber/prezident-ilham-eliyev-munxende-azerbaycan-mediasina-musahibe-verib-video-939473 ) Dövlət başçısının müsahibəsindən də məlum olduğu kimi, Azərbaycan nəhəng və çoxşaxəli nəqliyyat şəbəkəsinə malik ölkə kimi tranzit daşımalardakı rolunu sürətlə artırmaqdadır. Azərbaycanın tranzit ölkə kimi artan rolu dəhliz və tranzit daşımaların təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsini zəruri edir. Hansı ki, məlum problem 14 noyabr 2025-ci ildə Xankəndidə keçirilən “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri general-polkovnik Əli Nağıyev tərəfindən də gündəmə gətirilib: “Müasir dövrdə beynəlxalq sabitliyə çoxsaylı təhdidlərin dünyanın nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə təsirsiz ötüşmədiyini və türk dövlətlərinin önəmli nəqliyyat şəbəkələrinin üzərində yerləşdiyini qeyd edən Xidmət rəisi bildirib ki, həmin nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin olunması üçün sözügedən ölkələr arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin davamlı şəkildə möhkəmləndirilməsi, birgə səylərin hər zaman səfərbər edilməsi, məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir”. (https://qafqazinfo.az/news/detail/eli-nagiyev-ve-orxan-sultanov-xankendide-iclasda-fotolar-488912 ). Əli Nağıyev bildirib ki, Uzaq Şərqdən Avropaya qədər uzanan Orta Dəhlizin vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr hər vəchlə maneçilik törətməyə çalışır və bu səbəbdən də məlum istiqamətdə təhlükəsizliyin etibarlı təmin olunmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyur. Həm Münxen, həm də Xankəndi konfransı dövlətimizin müasir dünyanın enerji təhlükəsizliyi ilə yanaşı, həm də nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə böyük töhfə verdiyini göstərir. Eyni zamanda, Azərbaycanın nəqliyyat və kommunikasiya baxımından artan rolu dəhliz və tranzit daşımaların, nəqliyyat və kommunikasiya sistemlərinin təhlükəsizliyinin yüksək səviyyədə təminini zəruri edir. Sevindirici haldır ki, bugünə qədər ölkəmizdə bütün strateji sahələrin təhlükəsizliyi böyük uğurla təmin edilib, bununla bağlı heç bir problem yaşanmayıb. Məhz Azərbaycanın xüsusi xidmət orqanlarının təhlükəsizlyi yüksək səviyyədə təmin etməsinin nəticəsidir ki, ölkəmizdə nəqliyyat və kommuniksiya sistemlərinin inkişafı, tranzit daşımalar, yeni dəhliz və qovşaqların formalaşması prosesi geniş vüsət almaqdadır. Bundan başqa, DTX rəhbərinin Xankəndi konfransındakı çıxışı sübut edir ki, Azərbaycanın xüsusi xidmət orqanları dəhliz və nəqliyyat sistemlərinin təhlükəsizliyinin təmini ilə bağlı oraya çıxan yeni tələb və yanaşmaları dərindən anlayır və öz işini müasir dövrün tələbləri əsasında yüksək səviyyədə qurmağı bacarırlar. Bu gün Azərbaycanda bütün sahə və sferalar kimi, nəqliyyat marşrutları və kommunikasiya sistemlərinin də təhlükəsizliyi uğurla təmin edilir ki, bu da Prezident İlham Əliyevin liderliyi ilə formalaşan yeni təhlükəsizlik modelinin üstünlüyündən xəbər verir. Bütün bunların ümumiləşdirilməsi onu deməyə əsas verir ki, etibarlı təhlükəsizlik mühiti yaxın gələcəkdə ölkəmizdə beynəlxalq əhəmiyyətli dəhliz və nəqliyyat marşurutlarının inkişafına təkan verəcək, bu isə öz növbəsində dövlətimizin beynəlxalq aləmdəki nüfuzuu artırmaqla yanaşı, ölkə iqtisadiyatının çiçəklənməsini sitimullaşdıracaq. Seymur ƏLİYEV
Hamısını oxu8 noyabr 2021-ci il saat 12:30-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasının həyətində Zəfər Gününün birinci ildönümünə həsr edilən təntənəli bayram tədbiri keçirilib. Tədbirdə İkinci Dünya Müharibəsi, Birinci Qarabağ Müharibəsi, Vətən müharibəsi iştirakçıları, o cümlədəm əmək veteranları iştirak edib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova bu tarixi gün münasibəti ilə bağlı bütün tədbir iştirakçılarını, o cümlədən Azərbaycan xalqını təbrik edib, Ali Baş Komandana, Azərbaycan ordusuna Vətən müharibəsində göstərdiyi fədakarlığa görə minnətdarlığını bildirib. Təşkilat sədri bu tarixi qələbəyə görə xalqımızın Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatını itirən şəhidlərə, qazilərə borclu olduğunu vurğulayıb. Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Noyabr Zəfər Günü ilə bağlı Azərbaycan xalqının təbrik edib, bu tarixi günün Azərbaycanın dövlətçilik tarixi baxımından müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Cəlil Xəlilov qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 44 gün ərzində göstərdiyi əzm və cəsarət erməni faşizminin ağır məğlubiyyətə uğraması, 30 ilə yaxın işğal altında qalan torpaqlar;mızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi ilə başa çatıb. Hazırda dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirdiyini vurğulayan sədr müavini, Prezident İlham Əliyevin bu quruculuğun əsas memarı olduğunu bildirib. Müdafiə Nazirliyinin hərbi orkestrinin də iştirak etdiyi tədbirdə hərbi vətənpərvərlik mahnıları səsləndirilib. Daha sonra tədbir bayram süfrəsi arxasında davam edib. Tədbir sadə vətəndaşlar tərəfindən də böyük maraq və məmnunluqla qarşılanıb. </
Hamısını oxuMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 17 oktyabrda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib. Bakı şəhəri Nərimanov rayonu Molla Aşıq Cümə küçəsi 46 ünvanında – Nərimanov Bələdiyyəsi parkında reallaşan aksiyada iştirak edən veteranlar onlarla ağac əkib, şəhərin yaşıllaşdırılmasına, ekoloji mühitin yaxşılaşmasına töhfə veriblər. Aksiyada çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Ulu öndərin Azərbaycan xalqının həyatındakı tarixi roluna diqqət çəkib, bugünkü inkişafa məhz Ümummilli liderin siyasi kursu əsasında nail olunduğunu bildirib. Polkovnik Cəlil Xəlilov ağacəkmə aksiyasına və bu qəbildən olan aksiyaların əhəmiyyətinə də diqqət çəkib. Sədr müavini qeyd edib ki, hər bir qurum, eləcə də hər bir vətəndaş şəhərimizin ekoloji mühitinin yaxşılaşmasına, yaşıllaşdırılmasına töhfə verməli, bu məsələdə əlindən gələni əsirgəməməlidir. Aksiyaya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev və digər bələdiyyə üzvləri də qatılıb, veteranlarla birlikdə ağacəkmə aksiyasında iştirak ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
5 mart 2026-cı il tarixində İmişli Rayon İcra Hakimiyyətində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İmişli Rayon Təşkilatının hesabat tədbiri keçirilib. Tədbirdə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədr müavini ədliyyə polkovniki İmran Əhmədov, İmişli Rayon İcra Hakimiyyəti başçısının birnci müavini Mirzə Quliyev, rayon ziyalıları, müxtəlif kateqoriyadan olan veteranlar iştirak ediblər. Tədbirdən öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara olan diqqət və qayğısından bəhs edib, bu münasibətin hər bir vətəndaş üçün nümunə olduğunu bildirib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ədliyyə polkovniki İmran Əhmədov müasir dövrdə veteranlar və gənclər qarşısında duran əsas vəzifələrə toxunub. Sədr müavini qeyd edib ki, veteranlar müharibə zamanında olduğu kimi, post-müharibə dönəmində də Müzəffər Ali Baş Komandanın hər bir çağırışına çevik şəkildə cavab verməli, dövlətimizin ətrafında sıx birləşməkdə davam etməlidirlər. Daha sonra əmək veteranı Rahim Zaidovun İmişli Rayon Veteranlar Təşkilatının sədrliyinə namizədliyi irəli sürülüb və Rahim Zaidov yekdilliklə rayon təşkilatının sədri seçilib. Ədliyyə polkovniki İmran Əhmədov Rahim Zaidova yeni vəzifəsində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib.
Hamısını oxu