Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qarşımızda dayanan vəzifə media adından sui-istifadələrə qarşı geniş cəbhə açmaqdır”

Əflatun Amaşov: “Bu cəbhə təsadüf simaları sıradan çıxaracaqdır”

“Mediadan, jurnalist adından sui-istifadə halları ötən illərdə olduğu kimi, yenə də aktuallığını saxlamaqdadır. Azərbaycan Mətbuat Şurası fəaliyyətə başlayandan bu sayaq təmayüllərə qarşı mübarizə aparmaqdadır”.

Veteran.gov.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Əflatun Amaşov jurnalist adından sui-istifadə hallarına qarşı mübarizədə görülən və görülməsi gərəkən işlərə də diqqət çəkib:

“Qurum məsələyə cəmiyyətin diqqətini çəkmək üçün "reket jurnalistika" anlayışından istifadə edib. Təbii ki, anlayışa izah da verilib. Bu barədə geniş danışmaq istəməzdim. Çünki həm mübarizəmiz, həm onun nəticələri, həm də açıq deyim, müəyyən mənada gözlədiyimiz effekti verməməsi media cameəsindəki hər kəsə məlumdur.

Yeri gəlmişkən, illər ərzində mübarizənin lazımi qədər effekt verməməsinin səbəblərindən geniş danışmışıq. Səbəblər əsasən obyektiv səciyyə daşıyıb. Yəni böyük ölçüdəki obyektivlikdən danışıram. Nəyə görə belə deyirəm? Çünki MŞ problemlərin hamısını diqqətdə saxlayıb, onların ictimai müzakirəsi aparıb. Hətta qanunvericilik baxımından vacib məqamları açıqlayıb, vəziyyətdən çıxış yollarını vurğulayıb. Şura onu da bildirib ki, media adından sui-istifadələrin qarşısının alınmasında hüquqi prosedura ehtiyac duyulmaqdadır. Paradoksal durum yaranır. Diqqət etmişəm ki, bir çox həmkarımız jurnalistikadan sui-istifadələrə qarşı mübarizənin vabliyini diqqətə çatdırsa da, sonralar həmin həmkarlarımızı mübarizəmizə qarşı çıxanların səngərində görrmüşük. Deyərdim ki, bəzən belələrinə qarşı mübarizənin söz və ifadə azadlığı kontekstində dəyərləndirilməsinə, müxtəlif siyasi spekulyasiyalara baş vurulduğuna da şahidliyimiz var.

Hər bir halda məsələyə prinsipial yanaşılmasını, daha böyük həqiqətlərin üstün tutulmasını heç kəs inkar etməyib. Prinsipial yanaşma və daha böyük yanaşma isə budur. Birincisi, jurnalistika onun missiyasına yad təmayüllərdən qurtulmalıdır. İkincisi, jurnalistika informasiya işidir və bu iş həm də ölkənin təhlükəsizliyi ilə bağlıdır. Hər iki nəticə bir-birilə üzvü şəkildə bağlıdır. Birinci hala lazımi qiymət verilməməsi peşənin nüfuzunu zədələyir, ikinci məqama diqqət yetirilməməsi ölkənin təhlükəsizliyini təhdid edir.

Bütün bunları nəzərə alaraq bildirməliyəm ki, qarşımızda dayanan vəzifə media adından sui-istifadələrə qarşı geniş cəbhə açmaqdır. Bu cəbhə təsadüf simaları sıradan çıxaracaqdır. Bir növ, ələnmə baş verəcəkdir. Obrazlı desəm, ələyin gözündən yaxşılar düşəcəkdir. Ən əsas məsələ o ələyi hərəkətə gətirməkdir. Bunun üçün isə qanuni mexanizmlər var. O qanuni mexanizmlər ki, mövcud sahəyə toplanmış müxtəlif təsadüfi şəxsləri sıradan çıxarsın. Yenə də deyim, indiki məqamda məsələ başlıca olaraq həm də ölkənin informasiya təhlükəsizliyi ilə bağlıdır. Biz jurnalist adından sui-istifadə edənlərin spekulyativ davranışlarının təmənna mahiyyətini bilirik və heç kəs təminat verə bilməz ki, bu mahiyyət nə zamansa ölkə miqyaslı məsələlərdə cəmiyyəti yanlış yönləndirmə kimi neqativ təmayüllərin də girovuna çevrilməyəcək. Odur ki, peşəyə sədaqət elə Vətənə sədaqətdir. Prinsipial yanaşma peşəyə sədaqətsizliyin eyni zamanda Vətənə sədaqətsizlik kimi qiymətləndirilməsi üçün şübhələr aktuallaşdırır. Bu yanaşmanı bizdən zaman tələb edir.

Seymur ƏLİYEV

 

2022-08-01 09:04:00
1037 baxış

Digər xəbərlər

Məşhur kəşfiyyatçı Mehdi Hüseynzadənin doğum günü Novxanıda ehtiramla yad edilib

Bu gün məşhur kəşfiyyatçı və partizan, Sovet ittifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin ad günüdür.  Veteran.gov.az xəbər verir ki, bu əlamətdar günlə bağlı Novxanı kənd sakinləri böyük qəhrəmanın abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.  Tədbirdə “Hacı Səfəralı” məscidinin acundu Hacı Ələsgər Mikayılzadə, iş adamı Cəlil Nağıyev, kənd ağsaqqalı Nuhbala Ağayev və onlarla ziyalı iştirak edib, Mehdi Hüseynzadə və onun qəhrəmanlığı haqqında maraqlı faktlara toxunublar. Tədbir iştirakçıları Mehdi Hüseynzadənin qəhrəmanlıq irsinin təbliğinin sadəcə hərb tariximizin yaşadılması deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Seymur ƏLİYEV

Hamısını oxu
“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinə yeni sədr seçilib

Binəqədi Rayon Mədəniyyət evində "Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin II qurultayı keçirilib. Xeberle.com xəbər verir ki, qurultay Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. İctimai birliyin təsiçisivə ilk rəhbəri Elvin Mahmudzadə çıxış edərək təşkilatınkeçdiyi uğurlu fəaliyyət yolundan danışıb və yeni vəzifə icra edəcəyinə görə öz istəyi ilə sədrliydənistefa verdiyini açıqlayıb. Qurultayda hesabat dinlənilib və üzvlər tərəfindən ötən müddət ərzində ictimi birliyin fəaliyyəti qiymətləndirilib. Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, 44 günlük Vətən müharibəsinin qazisi, Sumqayıt Tibb Mərkəzinin Təhlükəsizlik və mühafizə bölməsinin müdiri Mahir Məmmədov "Azərbaycan Vətənpərvərlər”İctimai Birliyinin yeni sədriseçilib. M.Məmmədova ona göstərilən etimada görə qurultay iştirakçılarına təşəkkür edib və bu işi layiqlə və şərəflə icra edəcəyini vurğulayıb. Digər çıxış edənlər - 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, "Sarı Komutan” ləqəbli Kamil Şirinovun atası Əliş Şirinov, "Azərbaycan Vətənpərvərlər " İctimai Birliyinin idarə heyətinin üzvləri Xəyalə Maarifqızı, Nigar Rzayeva, Elvin Abbasov, Elvin Vəliyev, Valeh İmanov, Rəfael Nuriyev yeni seçilən sədrə uğurlar diləyiblər. Qurultayda fəxri qonaqlar qismində iştirak edən "Ümid" partiyasının İcra Aparatının rəhbəri Taleh Alıyev və "Ümid" partiyasının sədr müavini Tamilla Qulami çıxışlarında ictimai birliyin fəaliyyətinin bundan sonra da uğurlu olacağına əminliklərini ifadə ediblər. Sonda ictimai birliyin Sumqayıt şəhər, Abşeron, Xaçmaz, Samux, İmişli və Şuşa rayon təşkilatlarının sədrləri üzvlərə vəsiqələr və Təşəkkürnamələr təqdim ediblər. Bununla yanaşı, "Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin bir sıra fəal üzvləri 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri, müharibə veteranları və müharibə əlillərininə diqqət və qayğı ilə yanaşdıqları üçün Fəxri Fərmanla təltif olunublar. Sonda xatirə fotosu çəkilib.  

Hamısını oxu
Güləşçilərimizdən tarixi uğur: Millimiz Avropa üçüncüsü oldu

Veteran.gov.az awf.az-a istinadən xəbər verir ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb. Qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında qatılan müvafiq millimiz uğurlu nəticəyə imza atıb. Belə ki, məsul yarışda mübarizə aparan 6 güləşçimizdən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) Plovdivdə himnimizi səsləndirib. Ziya Babaşov (63 kq) ikinci, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub.Beləliklə, Bolqarıstanda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 102 xalla komanda hesabında Avropa üçüncüsü olub. Gürcüstan (138) birinci, Türkiyə (133) isə ikinci pillədə qərarlaşıb.

Hamısını oxu
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyəyə rəsmi səfəri başlayıb

Yanvarın 25-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri başlayıb. Azərtac xəbər verir ki, Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və departament müdiri Elnur Bağırlının təmsil olunduğu nümayəndə heyəti əvvəlcə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüblər. Görüşdə Azərbaycan və Türkiyə vətəndaş cəmiyyəti təsisatları arasında birgə əməkdaşlıq məsələləri müzakirə edilib. Sonra nümayəndə heyətinin Türkiyə Respublikasının Vəqflər Baş İdarəsinin rəisi Burhan Ersoyla görüşü olub. Qonaqları salamlayan Burhan Ersoy Türkiyədə fəaliyyət göstərən vəqflər və onların fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycanın müvafiq qurumlarının Türkiyədə fəaliyyət göstərən vəqflərlə əlaqələrinin qurulması hər iki ölkənin milli maraqlarına xidmət edəcək və müsbət töhfə verəcək. Daha sonra Vüsal Quliyev Agentlik haqqında məlumat verərək qurumun gələcək fəaliyyəti, Türkiyə QHT-ləri və vəqfləri ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, Türkiyə vəqflərinin təcrübəsinin öyrənilməsi və onlarla əlaqələrin qurulması Azərbaycan QHT-ləri üçün mühüm əhəmiyyət kəsb edir. Agentliyin icraçı direktoru Aygün Əliyeva çıxış edərək qurumun qarşısında duran hədəflər və beynəlxalq əlaqələrinin inkişafı barədə məlumat verib. Diqqətə çatdırıb ki, bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti institutları ilə iş sahəsində də qardaş Türkiyənin təcrübəsinin öyrənilməsi çox vacibdir. Qeyd edək ki, 4 gün davam edəcək səfər çərçivəsində digər aidiyyəti qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.  

Hamısını oxu