Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İstənilən təxribat cavabsız qalmayacaq

Ermənistanın növbəti genişmiqyaslı təxribatı üçtərəfli Bəyanatın tələblərinə, bu ölkənin siyasi-hüquqi öhdəliklərinə, sülh prosesinə və beynəlxalq hüquq normalarına tamamilə ziddir.

İşğalçı və məğlub ölkə bir daha dünya ictimaiyyətinin gözü qarşısında hərbi avantüra nümayiş etdirir və revanşist cəhdlərə əl atır. Məqsəd sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Böyük Qayıdışını ləngitmək və regionda etimad quruculuğunu pozmaqdır. Amma İrəvan məqsədinə nail ola bilməyəcək. Çünki Azərbaycan Ordusu təxribatların qarışısını alaraq və layiqincə cavab verərək bir daha sübuta yetirdi ki, “dəmir yumruq” yerindədir.

Digər tərəfdən, Ermənistan yeni reallıqlara təsir etmək imkanında, sülh prosesini pozmaq iqtidarında deyil. Azərbaycanın gücü, nüfuzu və mövqeyi həlledicidir və ölkəmiz bütün hədəflərinə nail olacaq!

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

 

 

2022-09-13 11:45:00
793 baxış

Digər xəbərlər

“Minsk qrupunun ləğvi Prezident İlham Əliyevin növbəti diplomatik zəfəridir”

“Minsk qupunun ləğvi Prezident İlham Əliyevin növbəti diplomatik zəfəri, xalqımızın tarixi nailiyyətidir”.   Bunu saytımıza açıqlamasında ehtiyatda olan polkovnik Samir Musayev bildirib. Polkovnik qeyd edib ki, baş verənlər dövlətimizin prinsipiallığından, Prezident İlham Əliyevin qətiyyət və uzaqgörənliyindən xəbər verir:  “Məlum olduğu kimi, Minsk qrupu mövcud olduğu dönəmdə işğal probleminin həlli istiqamətində heç bir əməli addım atmamış, əksinə, münaqişəni uzatmış, onu daha da mürəkkəbləşdirmişdir. Minsk qrupunun fəaliyyətsizliyi, işğala məruz qalanla  təcavüzkar arasında heç bir fərq qoymaması Azərbaycan xalqının haqlı narazılığına səbəb olmuş, ictimai rəydə, mediada ciddi şəkildə tənqid olunmuşdur. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan işğaldakı torpaqlarını tam şəkildə azad etmiş, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişdir. Bununla da Minsk qrupunun mövcudluğu üçün zəruri olan şərtlər ortadan qalxmışdır. Buna görə də Azərbaycan Minsk qrupunun ləğvini irəli sürsə də, dövlətimizin bu tələbi bəzi qlobal güclər tərəfindən dəstəklənmir, məqsədli şəkildə gözardı edilirdi. Lakin sevindiricidir ki, Azərbaycan cari ilin 8 avqust tarixində Vaşinqton görüşündə Ermənistanla sülh müqaviləsinin paraflanmasına nail oldu və bir sıra məsələlərlə yanaşı, Minsk qrupunun ləğvi istiqamətində də prinsipial addım atdı. Nəticədə, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olundu. Bununla da Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan daha bir tarixi uğura imza atdı. Polkovnik Samir Musayev Prezident İlham Əliyevin ABŞ və Çinə səfərlərinin də dövlətimizin siyasi-diplomatik qüdrətinin təcəssümü kimi dəyərləndirib: “Böyük sevinc və qürur hissi ilə qeyd etməliyik ki, son vaxtlar beynəlxalq diplomatik sferada baş verənlər bir daha Prezidentimizin nüfuzunu, dövlətimizin artan qüdrətini, yüksələn imicini göstərir. İstər Vaşinqton görüşündə, istərsə də dövlət başçımızın Çinə səfəri zamanı yaşananlar, hər iki ölkədə Azərbaycan Prezidentinə münasibətdə ortaya qoyulan yüksək ehtiram doğma Azərbaycanımızın regional güc kimi bütün dünyada qəbul edildiyinin isbatıdır. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan sürətlə inkişaf etməkdə, beynılxalq sferada öz mövqeyini qətiyyətlə gücləndirməkdə və qlobal iqtisadi əlaqələr zəngirinin ən etibarlı halqasına çevrilməkdədir. Bütün bunlar isə Prezident İlham Əliyevin dərin zəkasının, müdrik siyasətinin və prinsipiallığının nəticəsidir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Tovuz döyüşlərində şəhid olan hərbçimizin evi təmir edildi

Tovuz döyüşlərində şəhid olan mayor Namiq Əhmədovun yaşamış olduğu ev təmir olunub. Bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.   Bildirilib ki, sözügeən ev Prezident İlham Əliyevin tapşırığı ilə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən təmir olunub. Artıq təmiri başa çatdırılmış ev şəhidin ailəsinə təhvil verilib.

Hamısını oxu
Həzi Aslanov haqqında film (Zvesda tv)

"Zvesda "tv-də efirə getmiş Sovet İttifaqı qəhrəmanı general-mayor Həzi Aslanov haqqında film.  video

Hamısını oxu
Qobuda şəhid ailələri və veteranların iştirakı ilə tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Abşeron rayon Qobu qəsəbəsindəki Sənətkarlıq Evində tədbir keçirilib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qəsəbə nümayəndəliyi və qəsəbə Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə baş tutan mərasimə şəhid ailələri və qazilər, qəsəbə ağsaqqalları, icra nümayəndəliyi və bələdiyyə, eyni zamanda ictimai fəalların nümayəndələri iştirak edib. Çıxışlarda Ulu Öndər tərəfindən təsis olunmuş 31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Gününün siyasi, tarixi, dini və mənəvi dəyərinin əhəmiyyətindən, bu sahədə ötən müddət ərzində Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən və  Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultaylarından ətraflı bəhs olunub. Tədbirdə həmçinin vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib. Dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımız qüdrətli və müstəqil Azərbaycanla haqlı olaraq fəxr edirlər. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı mənfur düşməni doğma torpaqlarımızdan qovmuş bir xalqın övladı kimi fəxr edir, qürur hissi keçirir. Tədbirdə İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik mahnıları səslənib, məktəblilərin söylədikləri şeirlər alqışlarla qarşılanıb.

Hamısını oxu