Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Vətən müharibəsindəki birlik modelini qoruyub saxlamalıyıq”

Cahangir Məmmədli: “Bu, bizim gələcək qələblərimizin təminatçısıdır”

 

“Bütün vətəndaşlarımız, o cümlədən jurnalistlərimiz, media mənsubları 44 günlük Vətən müharibəsindəki birlik modelini qoruyub saxlamalıdır”.

 

Bunu Moderator.az-a açıqlamasında media üzrə ekspert, professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, birlik amili 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qələbəsini təmin edən əsas amil olmaqla yanaşı, bundan sonrakı qələbələrimiz üçün də başlıca amildir:

 

“44 günlük Vətən müharibəsində xalqımız, o cümlədən jurnalistlərimiz ordumuzun,  Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşfi. Birliyimiz düşmən üzərində tarixi qələbəmizi təmin etdi. Məhz birlik amili qısa zamanda düşmənin darmadağın edilməsi, 30 ilə yaxın işğalda qalan torpaqlarımızın azad edilməsinə səbəb oldu. Bu gün həmin birliyin bərpa edilməsi, qorunub saxlanılması olduqca vacibdir. Bizim gələcək qələbələrimiz, əldə edəcəyimiz uğurlar bu amildən asılıdır. Bunsuz hansısa uğura nail olmağımız mümkün deyil.

 

İnanıram ki, jurnalistlərimiz bundan sonra da bu birliyə, həmrəyliyə sadiq qalacaq, gələcək qələbələrimizə mühüm töhfələr verəcəklər”.

 

Seymur ƏLİYEV

 

2022-09-14 10:45:00
842 baxış

Digər xəbərlər

Veteranlar Ulu öndər Heydər Əliyev və oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, 9 may 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ulu öndərin məzarını ziyarət edib, məzar önünə əkil və gül dəstələri qoyublar. Heydər Əliyevin Azərbaycan xalqının tarixi xilaskarı olduğunu vurğulayan polkovnik Cəlil Xəlilov, onun veteranlara hər zaman böyük diqqət və qayğı göstərdiyini, onların sosial rifahının yaxşılaşması istiqamətində mühüm addımlar atdığını vurğulayıb. Polkovnik Ulu öndərdən miras qalan bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Veteranlar daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, məzar önünə gül dəstələri düzüblər.

Hamısını oxu
Baş prokuror həmvətənlərimizə qarşı erməni vandalizmi ilə bağlı xarici ölkələrdəki həmkarlarına müraciət etdi

Məlum olduğu kimi, son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də, Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən təxribat xarakterli qanunsuz hərəkətlər törədilib. Baş vermiş hadisələrlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev tərəfindən Amerika Birləşmiş Ştatlarının Baş Prokuroru Vilyam Barr, Kaliforniya Ştatının Baş prokuroru Xavier Beccerra, Fransanın Paris şəhərinin Baş prokuroru Remy Heitz və Belçika krallığının Brüssel şəhərinin Baş prokuroru Johan Delmulleye həm birbaşa, həm də diplomatik kanallarla rəsmi müraciət edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Həmin müraciətlərdə qeyd edilib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş təcavüzkar mövqeyi ilə BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməyərək münaqişənin sülh yolu ilə həll olunmasına süni əngəllər törədir: “Habelə terrorçu siyasətinin təzahürü kimi bu ilin iyulun 12-də ermənilər Azərbaycanla Ermənistanın sərhədində yerləşən Tovuzda təxribat törətmiş, o cümlədən beynəlxalq hüququn əsas norma və prinsiplərinə zidd olaraq mülki dinc əhalinin sıx yaşadığı əraziləri atəşə tutublar.   Eyni zamanda iyulun 21 və 22-si erməni icmasının çox saylı üzvləri, erməni lobbisinin radikalları, Daşnaksütun partiyasının üzvləri, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, o cümlədən, həmvətənlilərimizə qarşı müxtəlif vandalizm aktları törətmişlər, nəticədə azərbaycanlı dinc nümayişçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”. Baş Prokuror diplomatik nümayəndələrimizin və həmsoydaşlarımızın təhlükəsizliklərinin təmin edilməsini xahiş etməklə, baş vermiş hadisələrlə bağlı qeyd edilən ölkələrin hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli, tam və obyektiv araşdırmalar aparılacağına və təqsirkar şəxslərin dairəsinin müəyyən edilməklə məsuliyyətə cəlb olunacaqlarına ümidvar olduğunu bildirib.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “20 ilin Zəfər yolu” adlı bayram tədbiri keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “20 ilin Zəfər yolu” adlı bayram tədbiri keçirilib. Tədbirdə Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi və digər kateqoriyadan olan veteranlar iştirak edib. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin, o cümlədən, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərinin tarixi önəmindən bəhs edib. Azərbaycan Silahlı Qüvvələrinin Prezident İlham Əliyevin rəhbərliyi altında misilsiz qələbəyə imza atığını bildirən polkovnik, bu zəfərin dünya hərb tarixində müstəsna yer tutduğunu, əsrlər sonra da öz unikallığı ilə dünyanı heyrətləndirməkdə davam edəcəyini bildirib. 8 Noyabr zəfərinin üçüncü ildönümü münasibətilə Müzəffər Ali Baş Komandanı, eləcə də bütün Azərbaycan xalqını təbrik edən polkovnik Cəlil Xəlilov, zəfəri xalqımıza bəxş edən şəhid və qazilərin tarixi fədakarlığının heç vaxt unudulmayacağını, daim ehtriram hissi ilə yad ediləcəyini bildirib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Prezident İlham Əliyevi 8 Noyabr zəfərinin baş memarı adlandırıb, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 gün içərisində erməni faşizmini darmadağın etdiyini bildirib. Dövlət başçısınıən müharibə dönəmində bir dəfə də olsun hərbi mundiri əynindən çıxarmadığını bildirən Təşkilat sədri, Prezident İlham Əliyevin ata vəsiyyyətini, xalqın ümid və gözləntisini reallığa çevirdiyini bildirib. Fatma Səttarova bayram münasibəti ilə ölkə rəhbərini, həmçinin, Azərbaycan xalqını təbrik edib, şəhidlərə Allahdan rəhmət diləyib. Tədbirdə çıxış edən veteranlar 8 Noyavr zəfərinin hərbi-siyasi, habelə, tarixi əhəmiyyətindən bəhs edib, bu qələbənin özü ilə gətirdiyi yeni reallıqlara toxunub. Daha sonra 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup şəxsə Təşkilatın üzvlük vəsiqələri təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib.  

Hamısını oxu
Hafiz Paşayevin həyat yoldaşı vəfat edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin həyat yoldaşı, uzun illər AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi kimi çalışmış Rəna Paşayevanın vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin

Hamısını oxu