Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “20 ilin Zəfər yolu” adlı bayram tədbiri keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “20 ilin Zəfər yolu” adlı bayram tədbiri keçirilib. Tədbirdə Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi və digər kateqoriyadan olan veteranlar iştirak edib.

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin, o cümlədən, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərinin tarixi önəmindən bəhs edib. Azərbaycan Silahlı Qüvvələrinin Prezident İlham Əliyevin rəhbərliyi altında misilsiz qələbəyə imza atığını bildirən polkovnik, bu zəfərin dünya hərb tarixində müstəsna yer tutduğunu, əsrlər sonra da öz unikallığı ilə dünyanı heyrətləndirməkdə davam edəcəyini bildirib.

8 Noyabr zəfərinin üçüncü ildönümü münasibətilə Müzəffər Ali Baş Komandanı, eləcə də bütün Azərbaycan xalqını təbrik edən polkovnik Cəlil Xəlilov, zəfəri xalqımıza bəxş edən şəhid və qazilərin tarixi fədakarlığının heç vaxt unudulmayacağını, daim ehtriram hissi ilə yad ediləcəyini bildirib.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Prezident İlham Əliyevi 8 Noyabr zəfərinin baş memarı adlandırıb, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 gün içərisində erməni faşizmini darmadağın etdiyini bildirib. Dövlət başçısınıən müharibə dönəmində bir dəfə də olsun hərbi mundiri əynindən çıxarmadığını bildirən Təşkilat sədri, Prezident İlham Əliyevin ata vəsiyyyətini, xalqın ümid və gözləntisini reallığa çevirdiyini bildirib. Fatma Səttarova bayram münasibəti ilə ölkə rəhbərini, həmçinin, Azərbaycan xalqını təbrik edib, şəhidlərə Allahdan rəhmət diləyib.

Tədbirdə çıxış edən veteranlar 8 Noyavr zəfərinin hərbi-siyasi, habelə, tarixi əhəmiyyətindən bəhs edib, bu qələbənin özü ilə gətirdiyi yeni reallıqlara toxunub.

Daha sonra 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup şəxsə Təşkilatın üzvlük vəsiqələri təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.

 

2023-11-08 13:03:47
3781 baxış

Digər xəbərlər

İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı – İsrafil Məmmədov!

İsrafil Məmmədov 1919-cu ildə martın 16 – da Şəmkir rayonu Qapanlı kəndində dünyaya göz açıb. İsrafil Məmmədov 1941-ci ildə İkinci Dünya müharibəsində Novqorod vilayətinin Pustinka kəndi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətə görə “Lenin” ordeni və “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına layiq görülüb. O, birinci dəfə Gəncəyə gələndə bütün şəhər sakinləri  onu qarşılayıb. Bədənində 60-dan çox qəlpə yarası olub.Yenidən cəbhəyə  qayıtmasına icazə verilməməsinə baxmayaraq, o, ciddi israrlarla yenidən cəbhəyə qayıdıb. Müharibə qurtardıqdan sonra,1946-cı ildə onun yarası  ağırlaşanda müalicə üçün onu Yaltaya aparsalar da, elə həmin günün səhəri orada vəfat edib. Nəşinin Azərbaycana gətirilməsi üçün xüsusi təyyarə göndərilib. O vaxt Bakıda dəfn olnmasını  Gəncə ziyallıları istəməyib. Onlar qəhrəmanın doğma şəhərlərində dəfn olunmasını istəyiblər.  Sovet rəhbərliyi də bu təklifə etiraz etməyib. Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov Gəncənin mərkəzi yerlərindən olan Xan bağında dəfn edilib. Büstü də elə burada ucaldılıb. Qəhrəmanın ev muzeyi də Gəncədə yerləşir. Muzeydəki 4 bölmədə İsrafil Məmmədova aid 600-dən çox eksponat , onun döyüş yolunu və həyatını əks etdirən 161 ədəd fotoşəkil, müxtəlif müəlliflər tərəfindən yazılmış kitablar və qəhrəmanın şəxsi  əşyaları sərgilənir. Hazırda qəhrəmanın doğulduğu Şəmkir rayonunun Qapanlı kəndində büstü ucaldılmışdır. Qapanlı kənd tam orta məktəbi də hazırda İsrafil Məmmədovun adını daşıyır.

Hamısını oxu
Novxanıda 27 sentyabr Anım Günü ilə bağlı şəhid məzarları ziyarət olunub, ehsan süfrəsi verilib

27 sentyabr 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində Anım Günü ilə bağlı ehsan verilib. Ehsan məclisindən öncə Novxanı qəbiristanlığındakı şəhid məzarları ziyarət edilib, qəbir üstünə gül dəstələri qoyulub, dualar oxunub.  300 nəfərə yaxın şəxsin iştirak etdiyi ehsan süfrəsində məscidin axundu Hacı Ələsgər Mikayılzadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov, Buzovna Cümə Məscidinin axundu Hacı Soltan Əlizadə, iş adamı Hacı Cəlil Nağıyev, şəhid ailələri, qazilər, müharibə əlilləri, kənd ağsaqqalları və  digər kateqoriyadan olan vətəndaşlar iştirak edib. 27 sentyabr – Anım Gününün milli-mənəvi önəmindən bəhs edən məsclis iştirakçıları, xalqımızın məhz bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizminə qarşı ölüm-dirim mübarizəsinə qalxdığını, cəmi 44 gün içində düşməni darmadağın edərək tarixi zəfərə imza atdığını vurğulayıb. 8 Noyabr zəfərinə şəhidlərimizin qəhrəmanlığı sayəsində nail olunduğunu bildirən natiqlər, onların əziz xatirəsinin sonsuza qədər xalqımız tərəfindən sevgi və ehtiram hissi ilə yad ediləcəyini vurğulayıblar. İş adamı Cəlil Nağıyevin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən ehsan süfrəsində iştirak edən şəhid ailələri və veteranlar, dövlətimizin həssas kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür ediblər. Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Vətən müharibəsi qazilərinin övladlarına məktəb ləvazimatları hədiyyə edib

13 sentyabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bir qrup 44 günlük Vətən müharibəsi qazisinin övladına məktəb ləvazimatları hədiyyə edib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov adından şagirdlərə yeni dərs ilində uğurlar arzulayan Təşkilat şöbəsinin müdiri polkovnik Nadir İsmayılov, dövlətimizin şəhid ailələri və müharibə veteranlarına olan qayğısından danışıb. Polkovnik Nadir İsmayılov qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələ Veteranları Təşkilatı da öz növbəsində şəhid ailələri və veteranları tez-tez yad edir, öz imkanı daxilində həssas kateqoriyadan olan ailələrə dəstək göstərir. Bu dəstəyin bundan sonra da davam edəcəyini  bildirən Nadir İsmayılov, veteranlara diqqət və qayğı göstərməyin hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.  

Hamısını oxu
Nərimanov Rayon Gənclər və İdman İdarəsi noyabr ayında görülən işlərin hesabatını təqdim edib: Rekord göstərici!

Veteran.gov.az xəbər verir ki, Nərimanov Rayon Gənclər və İdman İdarəsi noyabr ayında görülən işlərin hesabatını təqdim edib. Hesabatda diqqət çəkən ən mühüm məqam 30 gün ərzində 16 tədbir və yarışın keçirilməsi faktıdır ki, bu da nəinki Bakı şəhəri, ümumilikdə bütün ölkə üzrə rekord göstəricidir. Həmin siyahını oxucularımızın diqqətinə çatdırırıq:   Nərimanov Rayon Gənclər və İdman İdarəsi 2021-ci ilin noyabr ayında keçirilmiş tədbir və yarışlar (16 tədbir və yarış):   01 noyabr - Vətən Müharibəsi şəhidi, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş Sənan Abdullayevin məzarının ziyarəti, təhsil aldığı 37 saylı tam orta məktəbdə şəhidin adına sinifin açılışı və şahmat turniri;   02 noyabr - Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş Əhədov Mehracın doğum günü münasibəti ilə təhsil aldığı 93 saylı tam orta məktəbdə xatirə tədbiri;   03-09 noyabr - "9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü" münasibəti ilə məktəblilər arasında “Bayrağımız milli mədəniyyətimiz və tariximizdir” mövzusunda rəsm müsabiqəsi;   04 noyabr - “Möhtəşəm qələbəmiz tariximizin zəfər səlnaməsidir” devizi altında tədbir və Vətən Müharibəsi iştirakçılarının təltif olunması;   04 noyabr - Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə məktəblilər arasında rayon turniri;   06 noyabr - “8 noyabr - Zəfər Günü” ərəfəsində rayonun fəal gənclərinin Hərbi Qənimətlər Parkına ekskursiyası;   07 noyabr - “8 noyabr - Zəfər Günü” ərəfəsində rayonun fəal gənclərinin Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə həsr olunan “Zəfər yarmarkası”na ekskursiyası;   11 noyabr - Zəngilan şəhərinin işğaldan azad olunmasının 1 ilinin tamam olması münasibəti ilə məktəblilər arasında keçirilimiş “Zəngilan erməni işğalından azaddır!” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması;   12 noyabr - "9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü" münasibəti ilə məktəblilər arasında “Bayrağımız milli mədəniyyətimiz və tariximizdir” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin təltif edilməsi;   18 noyabr - "Çempionumuz" adlı sosial idman layihəsi çərçivəsində WAKO versiyası üzrə Avropa çempionu Ramal Zeynallı ilə 39 saylı tam orta məktəbin şagirdləri ilə görüş;   24 noyabr - məktəblilər arasında “XƏMSƏ” Milli İntellektual oyunu üzrə Nərimanov rayon turniri;   25 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin açılış mərasimi və ilk təlimi (Azərbaycan Kooperasiya Universiteti);   26 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi və intellektual oyun (Bakı Biznes və Kooperasiya Kolleci);   26 noyabr - Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Samir Sarıyevin xatirəsinə həsr olunmuş gənclər arasında mini futbol turniri və məzarının ziyarət edilməsi;   27 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi (Bakı Avrasiya Universiteti); 30 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi və intellektual oyunu ("Odlar Yurdu" Universiteti).  

Hamısını oxu