Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir


Oktyabrın 14-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə müharibə, əmək və Silahlı Qüvvələr və Qarabağ müharibəsi veteranları, ictimai təşkilatların nümayəndələri, ziyalılar, gənclər və media təmsilçiləri iştirak ediblər.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək bildirib ki, tədbir Prezident İlham Əliyevin oktyabrın 11-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında imzaladığı Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar təşkil edilib. Azərbaycanın müstəqillik günü ölkə daxilində olduğu kimi, xaricdə də qeyd edilir. Ötən 25 il ərzində Azərbaycan siyasi, iqtisadi, hərbi və digər sahələrdə böyük nailiyyətlər əldə edib. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Qeyd edilib ki, Azərbaycan xalqı 70 ildən çox müddətdə sovet imperiyasının tərkibində azadlıq, müstəqillik arzusu ilə yaşayıb. Nəhayət XX əsrin sonlarında SSRİ-nin süqutu müstəqilliyin bərpasına tarixi imkan yaradıb. 1988-ci ilin fevralından başlanan meydan hərəkatı Azərbaycan xalqının əzəli arzusu olan dövlət müstəqilliyinə qovuşmaq ideyası ilə geniş vüsət almışdı. Ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinin ertəsi günü etiraz olaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki mətbuat konfransında xalqımıza qarşı törədilən qanlı faciəyə siyasi qiymət verməsi müstəqillik uğrunda mübarizəyə yeni təkan verdi. Azərbaycan bundan sonra daha böyük inad və inamla müstəqilliyə doğru irəlilədi. 1991-ci il oktyabrın 18-də Respublika Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Beləliklə, xalqımız uzun illərdən bəri can atdığı azadlığına, müstəqilliyinə qovuşdu. Müstəqillik qazanılsa da, 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı, vətəndaş müharibəsinə zəmin yaranması, müxtəlif bölgələrdə separatçılıq meyillərinin baş qaldırması Azərbaycanı müstəqil bir dövlət kimi parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Azərbaycanın böyük oğlu Heydər Əliyevin xalqın bu ağır günlərində hakimiyyətə gəlməsi daxili, xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Dövlət strukturlarının yaradılması, idarəetmə mexanizminin təkmilləşdirilməsi Azərbaycanın inkişafına müsbət təsir göstərdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi inkişafına təkan verdi.
Diqqətə çatdırılıb ki, müstəqillik dövründə ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər Azərbaycanın müdafiə potensialını gücləndirib. Azərbaycan müdafiə sənayesinin inkişafı Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə zəmin yaradıb və ordunun döyüş qabiliyyətini artırıb. Ermənistanın təxribatçı fəaliyyəti səbəbindən cari ilin aprelində cəbhədə baş verən hadisələrin nəticələri Qafqazda ən güclü orduya malik olduğumuzu bir daha təsdiq etdi.
Veteranlarımıza dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan Cəlil Xəlilov vurğulayıb ki, hərtərəfli qayğı ilə əhatə olunan veteranlarımız bu gün bütün sosial şəraitlə təmin ediliblər.
“Hazırda Azərbaycan Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın sürətlə inkişaf edən qüdrətli, sabit ölkələrindən birinə çevrilib, müxtəlif sahələrdə böyük nailiyyətlər qazanıb. Bu gün müstəqilliyimizi qoruyub saxlamaq, möhkəmləndirmək və inkişaf etdirmək hər bir vətəndaşın borcudur. Hər bir Azərbaycan vətəndaşının qarşısında duran əsas vəzifələrdən biri bunu qürur mənbəyinə çevirməkdir”, - deyə Cəlil Xəlilov vurğulayıb.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova tədbirdə çıxış edərək müstəqillik illərində ölkəmizin böyük nailiyyətlər qazandığını söyləyib. O vurğulayıb ki, bu gün Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan ölkəyə çevrilib.
F.Hüseynova bildirib ki, dövlət müstəqilliyimizin qorunmasında veteranların da xidmətləri böyükdür. Onlar gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayırlar. Veteranlarımızda olan Vətən sevgisi hər bir azərbaycanlıda olmalıdır.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini gündən-günə inkişaf edən ölkəmizdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlara hər zaman yüksək diqqət və qayğı, hərtərəfli yardım göstərildiyini vurğulayıb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının professoru Bəhram Zahidov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, professor Bədirxan Əhmədov məruzə ilə çıxış edərək dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrdən, müstəqil Azərbaycanın davamlı inkişafının təmin edilməsində və dünyada nüfuzunun artmasında həyata keçirilən uğurlu strategiyanın nəticələrindən danışıblar.

Sonda ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına və Azərbaycan gənclərinin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərinə görə bir qrup şəxsə Respublika Veteranları Təşkilatı Rəyasət Heyətinin təsis etdiyi medallar təqdim edilib.

2016-10-15 00:00:00
3561 baxış

Digər xəbərlər

Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib

Veteran.gov.az xəbər verir ki, təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib. Xatırladaq ki, Rasim Əliyev Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ Müharibəsindən sonra yaş həddi ilə bağlı təqaüdə göndərilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rasim Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!  

Hamısını oxu
Azərbaycan hərbçiləri Türkiyədə “Anadolu Ankası - 2026” təlimində iştirak edir

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Ankası - 2026” (“Anatolian Phoenix - 2026”) beynəlxalq axtarış-xilasetmə təliminə start verilib. Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, təlimin məqsədi müxtəlif ölkələrin axtarış-xilasetmə qüvvələri arasında qarşılıqlı fəaliyyətin və operativ uyğunluğun artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi heyətin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, qəza vəziyyətlərində ekipaj üzvlərinin axtarılması və xilas edilməsi, suda və quruda, eləcə də çətin relyef şəraitində xilasetmə əməliyyatlarının effektiv icrası, pilotların təhlükəsiz təxliyəsi, havadan dəstəyin təmin edilməsi və aviayönləndiricilərin fəaliyyətinin təkmilləşdirilməsi üzrə bacarıqların inkişaf etdirilməsidir. Qeyd edilib ki, 17 aprel tarixinədək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, texniki heyət və aviasiya vasitələri təmsil edir.  

Hamısını oxu
“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması vətəndaş institutlarının inkişafına təkan verəcək”

Cəlil Xəlilov: “Yaxın gələcəkdə vətəndaş cəmiyyətlərinin fəaliyyətində ciddi keyfiyyət dəyişikliyinə şahid olacağıq”   Məlum olduğu kimi, ölkə başçısının fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb.   Saytımıza açıqlamasında baş verənlərə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, məlum yeniliyin əhəmiyyətini şərh edib. Polkovnik qeyd edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması vətəndaş institutlarının fəaliyyətinə təkan verməklə yanaşı, vətəndaş cəmiyyətlərinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına da dəstək olacaq:   “Hər bir ölkənin ictimai-siyasi həyatında vətəndaş cəmiyyətlərinin mühüm rol oynadığı birmənalıdır. Bu baxımdan ölkə başçısının hər zaman media ilə yanaşı, həm də vətəndaş institutlarının fəaliyyətinə dəstək olduğu, bu sektorun inkişafı üçün mütəmadi surətdə ciddi addımlar atdığı məlumdur. Əslində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması bu inkişafın davamı, onun həm forma, həm də mahiyyət etibari ilə yeni mərhələdə davam etdirilməsi deməkdir.   Xatırladım ki, hələ ötən ilin 27 avqust tarixində Prezidentin köməkçisi Hikmət Hacıyev Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən 74 QHT rəhbəri ilə onlayn görüş keçirdi, onların təkliflərini dinlədi, öz tövsiyyələrini verdi. Bu görüşün özü dövlətimizin vətəndaş cəmiyyətlərinin fəaliyyətinə necə böyük diqqət və qayğı göstərdiyinə nümunədir.   Əminəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması vətəndaş institutlarının inkişafına təkan verəcək, onların fəaliyyətinin miqyas və keyfiyyətinə öz müsbət təsirini göstərəcək”.   Cəlil Xəlilov qeyd edib ki, məlum yenilik vətəndaş cəmiyyətlərinin fəaliyyətinin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsinə, onların kadr potensialının genişlənməsinə də öz töhfəsini verəcək:   “Bu gün ölkəmizdə təxminən üç mindən çox QHT mövcuddur. Onların bəzisi öz fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırsa da, bu sahədə görülməsi gərəkən hələ bir çox işin mövcudluğu danılmazdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması bu sahədə də inkişaf və tərəqqi üçün yeni imkanlar açacaq. Bu sahədə ixtisaslaşan beynəlxalq təşkilat və qurumlarla əməkdaşlıq QHT-lərimizin fəaliyyət dairəsini genişləndirməyə, kadr potensialını artırmağa imkan verəcək. Odur ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasını vətəndaş cəmiyyətlərinin bu günü və gələcəyi baxımından mühüm əhəmiyyətə malik hadisə hesab edirəm. Düşünürəm ki, yaxın gələcəkdə QHT-lərin fəaliyyətindəki inkişaf cəmiyyətimizin həyatının bütün sahələrinə öz müsbət təsirini göstərəcək”.  

Hamısını oxu
Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsi üçün ev tikildi

1994-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ağdərədə şəhid olan Valeri Rassoxanın oğlu İlqar Rassoxa iki qız övladı ilə birlikdə əvvəl Zabrat qəsəbəsində qəbiristanlıq ərazisində məskunlaşmışdır. Heç bir şəraiti olmayan, bir sözlə yaşayış üçün yararsız evdə qalan şəhidin oğlu İlqar Rassoxa, onun üç və 10 yaşında qız övladları uzun müddət idi ki, çətin vəziyyətdə yaşamaq məcburiyyəti ilə üzləşmişdilər.   Trend-in məlumatına görə, şəhid ailəsinin acınacaqlı vəziyyətdə yaşadığından xəbər tutan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rassoxa ailəsinin qəzalı vəziyyətdə olan evinin əvəzinə, bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Ən qısa zamanda Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən yeni ev inşa edilib. Hazırda Zabrat qəsəbəsi, Eldar Xəlilov küçəsi, 3-cü döngə ünvanında yeni ev tikilərək şəhid ailəsinə təhvil verilib. Təqdim olunan ev mətbəx mebeli, həmçinin ailənin yaşaması üçün tam mebel dəstləri ilə təchiz olunub, uşaqlara geyim və oyuncaqlar alınıb. Verdiyi müsahibəsində İlqar Rassoxa göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Hamısını oxu