Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, 24 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 fevral - Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” məktəblilər arasında keçirilmiş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif edilib. Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Xocalı soyqırımının sadəcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bütün insanlığa qarşı törədilən cinayət olduğunu vurğulayıb. İdarə rəisi qeyd edib ki, gənc nəsil Xocalı soyqırımı və erməni faşizminin xalqımıza qarşı törətdiyi çoxsaylı cinayətlər haqqında məlumatlı olmalı, erməni vəhşiliklərini unutmamamlı və hər an doğma vətənin müdafiəsinə hazır olmalıdır.
Hamısını oxu
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu qarşıdan gələn 22 iyul - Azərbaycanda Milli mətbuat və Jurnalistika günü ilə əlaqədar olaraq mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsi elan edir. Müsabiqəyə vətənpərvərliyin media vasitəsilə təbliği, Vətən sevgisinin yeniyetmə və gənclərə aşılanması, azərbaycançılıq, qürur yerimiz olan şəhidlər, Qarabağ zəfəri və s. kimi müxtəlif mövzularda məqalələr göndərilə bilər. Kriteriyalar: - Məqalə innovativ və əhatəli olmalıdır; - Müsabiqə elan olunduqdan sonra, qəzet və ya elektron internet portallarında dərc edilməlidir; - Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxmiən 2-3 A4 formatlı vərəq həcmində); - Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Fonda təqdim olunmalıdır; - Elektron portalda dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək Fonda təqdim edilməlidir. QEYD: Müsabiqəyə təqdim edilmək üçün hazırlanan materiallar kağız və ya elektron daşıyıcıda birbaşa Fonda, yaxud elektron poçt vasitəsilə mdtf.press@gmail.com adresinə göndərilə bilər. Mükafat: I yer-1000 AZN Il yer - 800 AZN III yer - 600 AZN Hər biri 400 AZN olmaqla 4 həvəsləndirici mükafat Müsabiqənin müddəti: 01 iyun - 15 iyul 2022-ci il Əlaqə vasitələri: Tel: (012) 436-98-52 E-mail: mdtf.press@gmail.com Ünvan: Bakı şəh., Yasamal r., M.Naxçıvani küç. 29
Hamısını oxuCəlil Xəlilov: “Aksiya sübut etdi ki, QHT-lər dövlətimiz və cəmiyyətimiz üçün vacib institutdur” Dekabrın 12-dən etibarən azərbaycanlı ekofəlların, QHT nümayəndələrinin Şuşada başlatdığı etiraz aksiyası davam edir. Aksiyaçılar Laçın dəhlizində Azərbaycanın dövlət qurumlarının fəaliyyətinin təmin edilməsini, Azərbaycana məxsus təbii resursların qanunsuz istismarının dayandırılmasını, ekoloji terrorun qarşısının alınmasını tələb edir. Aksiya ilə bağlı bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov aksiyanın mühüm əhəmiyyətə malik olduğunu qeyd edib: “Şuşa aksiyası Azərbaycanın haqq səsinin dünyaya çatdırlması, erməni cinayətlərinin beynəlxalq müstəvidə ifşası baxımından mühüm əhəmiyyətə malikdir. Bu aksiya hər şeydən əvvəl göstərdi ki, Azərbaycan xalqı ona məxsus təbii sərvətlərin talan edilməsinə, təbiətin məhv edilməsinə imkan verməyəcək. Azərbaycan xalqı sərvətlərinə sahib çıxmaqda qərarlıdır və aksiyanın fasiləsiz şəkildə davam etdirilməsi, günü-gündən genişləndirilməsi buna sübutdur. Bu aksiya həm də Azərbaycan xalqının separatizmə qarşı olduğunu, erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcəyini göstərir. Bildiyiniz kimi, aksiyada səslənən əsas tələblədən biri Laçın dəhlizində şəffaflığın təmin edilməsi ilə bağlıdır. Məhz bunun üçün aksiyaçılar tələb edir ki, Laçın dəhlizində Azərbaycanın dövlət qurumlarının fəaliyyəti təmin edilsin. Çünki Azərbaycan dövlətinin nəzarəti olmadan Laçın dəhlizində şəffaflığı təmin etmək mümkün deyil. Bir sözlə, bu aksiya həm də separatizmə, onun hər cür təzahürünə qarşı yönəlib və regionda sabitliyin, təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir”. Polkovnik qeyd edib ki, aksiya QHT-dövlət münasibətlərinin möhkəmlənməsi baxımından da körpü rolunu oynamaqdadır: “Şuşa aksiyası QHT-dövlət münasibətlərinin möhkəmlənməsi, vətəndaş cəmiyyəti institutlarının önəminin bir daha dərk edilməsi baxımından da böyük rol oyanyır. Bu aksiya göstərdi ki, QHT-lər dövlət maraqlarımızın, milli mənafeyimizin əsas müdafiəçiləri sırasındadır və bu məsələlərdə son dərəcə həssas, prinsipial mövqe ortaya qoyurlar. Xatırladım ki, Şuşa aksiyasının ilk günündən etibarən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı aksiyaya dəstək verib, bu aksiyanın məqsəd və mahiyyəti haqqında mediada, o cümlədən beynəlxalq mediada silsilə məqalələrin yayımlanmasına nail olub. Biz aksiya və onun mahiyyəti ilə bağlı KİV-də, xüsusilə də Rusiya mediasında mümkün qədər çox iş aparmağa çalışırıq. Erməni yalanlarının qarşısını almaq, dezinformasiyaları önləmək üçün bu cür fəaliyyət olduqca vacibdir”. Polkovnik qeyd edib ki, etiraz aksiyası QHT-lərin özünün də nüfuzunun artmasına müsbət mənada ciddi təsir göstərdi: “Bu aksiya QHT-lərin özünün imici üçün də təsirsiz ötüşmədi. Vətəndaş cəmiyyəti institutlarının önəmi, onların rolu cəmiyyət tərəfindən bir daha dərk edildi. Hər kəs başa düşdü ki, vətəndaş cəmiyyətləri sadəcə daxili problemlərin həllində deyil, ümummilli maraqların qorunmasında mühüm əhəmiyyətə malikdir. Vətəndaş cəmiyyəti institutları lazım gələndə öz səslərini beynəlxalq təşkilatlara, aparıcı dövlətlərə, ən ali tribunalara belə çatdıra bilirlər. Buna nümunə olaarq aksiya və onun mahiyyəti ilə bağlı QHT-lərin beynəlxalq təşkilatlara ünvanladıqları müraciətləri göstərmək olar. Qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşklatı olaraq biz də aksiya və onun səbəbləri ilə bağlı beynəlxalq təşkilatlara ayrıca bəyanat ünvanlamışıq. Həmin bəyanatda həm də aksiyada irəli sürülən tələblərə, bu tələblərin yerinə yetirilməsinin vacibliyinə toxunmuşuq. Bildirmişik ki, bu tələblərin yerinə yetirilməsi regionda ekoloji fəlakətin qarşısının alınması, sülh və sabitliyin təmini baxımından vacibdir və dünya bu məsələdə Azərbaycanın haqq işinə dəstək verməlidir”. Professor Cəlil Xəlilov bildirib ki, aksiya və onun ətrafında baş verən proseslər vətəndaş cəmiyyəti institutunun daha da möhkəmlənməsinin nə qədər önəmli olduğunu təsdiqləmiş oldu: “Şuşa aksiyası və onunla bağlı yaşanan proseslər göstərdi ki, QHT-lərin həm dövlət, həm də cəmiyyət maraqlarının dəstəklənməsi baxımında rolu böyükdür. Odur ki, vətəndaş cəmiyyəti institutlarının daha da güclənməsi, mahiyyət etibarı ilə dövlət maraqlarımızın daha etibarlı müdafiəsi deməkdir. Baş verənlər göstərdi ki, QHT-lərin daha da güclənməsi, onların möhkəmlənməsi və inkişafı üçün mövcud perspektivlərin daha effektiv qiymətləndirilməsinə ehtiyac var. İnanıram ki, bu istiqamətdə də bütün gərəkli addımlar atılacaq və yaxın gələcəkdə QHT-lərimizin daha da gücləndiyinə, öz təsir imkanlarını əhəmiyyətli dərəcədə artırdığına şahid olacağıq”.
Hamısını oxu
“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən VII yazı 1954-cü ildə Özbəkistanın Fərqanə vilayətində anadan olub. Fərqanə Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb. “Qaragöz durnalar”, “Sümənbər nəsim”, “Könül üfüqləri”, “Eşq ifari” adlı şeir, “Sirli gecə fəryadı” adlı nəsr və bir sıra ədəbi-publisistik kitabları çap olunub. “Dostluq” və “El-yurd hörməti” ordenləri ilə təltif olunub. 2023-cü ildə vəfat edib. Sevilmək üçün... Biz sevilmək üçün gəldik dünyaya, Eşq odun olum mən ocaqlarına. Bizi yaratmışdır qadir Allahım, Eşqin uca dari, sırtmaqlarına. Bu dünya tuzakdır, fəryad gərək deyil, Düşmüşük yalnız eşq tuzaqlarına. Eşq məgər cəhənnəm olsa, çağır ki, Cənnət qalıb girəcəyəm cəhənnəmlərinə. Eşq deyə qiyamətə qədər gedəcəyik, Günahımız eşq deyə soraqlarına. Eşqimiz ilahi, qurbanlıq aslı, Canımız tikilmiş bayraqlarına. Bizi eşq mülkünə məhkum etsin Allah, Sürgün etsin sonsuz azablarına. Anagül, tökülsək bir damla kimi, Əzəl sərkatibin mürəkkəblərinə. Son gün Ömür bircə dəfə verilmiş fürsət: Nanə kimi bitmək, çiçəkləmək azad. Gedərsən arxanca tökülsün ehsan, Arxandan bir dəfə ah çəksin günəş. Ömür bircə dəfə verilmiş fürsət: Qərd deyil, ürəyim ol bir böyük dərd. Arxanca ah çəksin, ağlasın səma, Arxandan baş vursun qalan həmin bəxt. Ömür bircə dəfə verilmiş fürsət: Parça-parça edib ürəyi yandırmaq. Başından qurbətlər ərisin, dövran, Ləkələrini gizlət o gün, ey mahtab. Ömür bircə dəfə verilmiş fürsət: Bu dünya üstündən qəhqəhə vur, gül. Bir nəfəslik sussun axı bu cahan, Arxandan əzilib ağlasın bir gül. Son günün ardından ən son fürsət: Saçını tozdursun, ah vurub getsin. Haqqın dərgahında o günü arman, Qəmlər tabutunu götürüb getsin. O gün... o gün çox pıçıldayır, Səssizlik darına asılmış dilin. Şeirlərini oxuyub gözü yaşlanır, Cəsədin üstündə əyilir elin... Ömür yalnız dəfə verilmiş fürsət... Ömür təqvimindən bahar, payız keçdi... Ömrüm təqvimindən altmış bahar, Altmış payız keçdi qırılan yarpaqtək. Həyat arxasından qaçıb, atılıb Mən nəyə vuruldum, nə sözü deyim?! Kor sərnişin kimi mən bu yollarda Bəxti səhvə saldım, qəlbi itirdim. Tapmışam, ama heç yadımda deyil, İsti günlərdə elə soyuqlandım. Bəzən düşünmədən mişarla yıxdım, Ürəyim böyüdən mavi ağacı. Bəlkə də oxuya bilmədən keçdim, Alnıma Allah bitmiş dəstxətti. Ömrüm təqvimindən bahar, payız keçdi, Qış gəldi qəlibimə, qarlar da yağdı. Başımda hər zaman fırlanıb uçan, Səsi gelən o qara qarğalardı. Ürəyim unudur, geri dönərsəm, Ah desəm, illərim tökülür tut kimi. Xalqım xatırlayırmı bir misramı? Sanki hamısı unudulub. Amma həvəsim yox şairliyə heç, Haqqın dərgahında mən də sərnişin. Tale mənimlədir, Allah güc verər, Axı qaranlıq deyil, elçisiyəm işığın. Bilirəm, qarşında çoxdur vəzifəm, Qəlbim gül açdıran yaradan haqqı. Yaxşı, dualar et, alnımdan da öp, Borcum kəsəbilsəm, ey ana xalqım! * * * Xorlanmaq, təhqirə alışmış ürək, Gəlir elə Ümid, Erk və Hürriyyət! Ölməyəcəksənmi axı sevincdən. Qorxundan adını unutmuş Yarpaq kimi titrəyən, ürəyim, Mən sənə bir sütün qoymalıyam – Böyük bir sütun: Qürurdan – Namusdan – İmandan demək. Ta hər zaman yeddi bükülüb əyilmə deyə. Özbək dilindən uyğunlaşdıran: Rəhmət BABACAN
Hamısını oxu