Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı ilə təltif olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib.

Xatırladaq ki, pokovnik Cəlil Xəlilov uzun illərdir ki, yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanan, Azərbaycan Silahlı Qüvvələrinin təbliğində, düşmən dezinformasiyalarına qarşı mübarizədə yaxından iştirak edən peşəkar hərbi ekspertdir. O, həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, pedaqoq kimi milli kadrların hazırlanması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi prosesində də yaxından iştirak edir.

 

2022-10-27 10:59:00
1374 baxış

Digər xəbərlər

“Milli media xalqımızın dostu, dövlət maraqlarımızın etibarlı müdafiəçisidir”

  “Milli media xalqımızın dostu, dövlət maraqlarımızın etibarlı müdafiəçisidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan mətbuatı xalqımızın və dövlətimizin həyatı üçün bütün kritik məqamlarda əsl fədakarlıq sərgiləyib, anti-Azərbaycan güclərinə qarşı cəsarətlə döyüşüb: “Qürurvericidir ki, Azərbaycan mediası tarixin bütün həlledici məqamlarında milli maraqlara, dövlətçilik maraqlarına sədaqət sərgiləyib, anti-milli qüvvələrin ifşa edilməsində, dezinformasiyaların və informasiya məkanında törədilən digər txəribatların qarşısının alınmasınmda ciddi aktivlik sərgiləyib. Biz 2020-ci ilin 44 günlük Vətən müharibəsində mediamızın fədaklarlığına bir daha şahid olduq. Müharibə dönəmində milli mediamız Azərbaycan Silahlı Qüvvələri ilə tam bir həmrəylik sərgilədi. Ordumuz hərb meydanında düşmənlə savaşanda, jurnalistlərimiz də media cəbhəsində döyüşür, düşmənin media və sosial mediadakı təxribatlarını uğrula ifşa edirdi. Bu mənada deyə bilərik ki, 8 Noyabr zəfərinin əldə edilməsində mediamızın da rolu böyük və danılmazdır”. Polkovnik qeyd edib ki, II Şuşa Qlobal Media Forumunda dövlət başçısı da medianın rolunu yüksək qiymətləndirdi: “II Şuşa Qlobal Media Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli mediamızın fəaliyyətini təqdir etdi, jurnalistlərimizin öz peşəsinə sədaqətlə yanaşdığını vurğuladı. Habelə, dövlət başçısı dezinformasiyaların qarşısının alınmasında jurnalistlərimizin xidmətlərini də yüksək qiymətləndirdi. Ölkə başçısının mediamızın mövcud durumu, peşəkarlığı, hadisə və proseslərə çevik reaksiyası ilə bağlı səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan mediası sürətlə inkişaf etməkdə, öz peşəkarlığını artırmaqdadır. Əslində, Prezident İlham Əliyev mediamızla bağlı fikirləri jurnalisltərimizə, onların fəaliyyətinə verilən ən yüksək qiymət hesab oluna bilər. Jurnalistlərimizin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinin işıqlandırılmasında da böyük rolu var. Jurnalistlər veteranların dostudur. Mən 22 iyul – Mili Mətbuat Günü ilə bağlı bütün jurnalistlərimizi təbrik edir, onlara öz fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, mediamız bundan sonra da mili maraqlarımızın keşiyində ayıq-sayıq dayanacaq, düşmən qüvvələrin informasiya müstəvisindəki təxribatlarını qətiyyətlə ifşa edəcək”.    

Hamısını oxu
II Dünya müharibəsi iştirakçısı Cümşüdov Əlikişi Mirzəməhəmməd oğlu vəfat etmişdir.

Cümşüdov Əlikişi Mirzəmməd oğlu 1921-ci ildə Laçın rayonunun Aybazar kəndində anadan olub. Mozdokdan Berlinə qədər döyüş yolu keçən Əlikişi Cümşüdov üç dəfə yaralansa da yenidən səngərə qayıdıb. Müharibədən sonra Daxili İşlər Nazirliyi nəzdində Latviya, Litva və Donbasda xidmət keçib.1946-cı ilin oktyabr ayından Laçın Rayon Daxili İşlər Şöbəsində bölmə komandiri təyin edilib. Dəqiqliyi, xidmətdəki nümunəvi fəaliyyəti ilə seçilib, kollektivdə hörmət-izzət sahibi olub. 1988-ci ildən təqaüddə olan Əlikişi Çümşüdov hər zaman gənclərə örnək olub. Əlikişi Cümşüdov 44 günlük Vətən müharibəsini qürurla izləyirdi. Qələbə sevincini yenidən yaşadı, ata-baba yurdunun düşməndən alınması ilə... Allah rəhmət eləsin.

Hamısını oxu
1.9 mln vətəndaşı əhatə edən sosial paket

Hamısını oxu
Tovuz döyüşlərində şəhid olan hərbçilərin anım mərasimi keçirilib

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbi qulluqçuların anım mərasimləri keçirilib. Müdafiə nazirinin tapşırığına əsasən, nazirliyin bir qrup hərbi qulluqçusu general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər şəhidlərin məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrini ehtiramla yad edib və onların ailə üzvlərinə nazirliyin rəhbərliyi adından bir daha başsağlığı çatdırıblar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.   Müxtəlif bölgələrdə keçirilən anım mərasimlərində şəhidlərin ailə üzvləri, xidmət yoldaşları, yerli icra hakimiyyəti, dövlət strukturları, ictimai təşkilatların nümayəndələri və veteranlar iştirak ediblər.

Hamısını oxu