Digər xəbərlər
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Quliyev Mahir Abuzər oğlu Cəlilabad şəhər qəbiristanlığındakı şəhidlər cərgəsində dəfn edilib. Şəhidin nəşinin qalıqları bu gün yaşadığı Cəlilabad şəhərinə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb, dualar oxunub. Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Əmək və Müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə şəhidin Vətən qarşısında xidmətlərindən danışılıb, onun xatirəsinin daim əziz tutulacağı bildirilib. Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb. Tabutun üzərinə örtülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin oğluna verilib. Qeyd edək ki, Quliyev Mahir Abuzər oğlu 1958-ci il oktyabrın 31-də Cəlilabad şəhərində anadan olub. O, Birinci Qarabağ müharibəsində iştirak edərək Vətənin müdafiəsində xidmət göstərib. 1992-cü il iyunun 15- də Ağdərə rayonunun Sırxavənd kəndində gedən ağır döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları Ağdərə işğaldan azad edildikdən sonra aşkarlanıb, aparılan müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.
Hamısını oxu
Əlişir Nəvai yaradıcılığını öyrənmək ürək əmrimiz olmalıdır “Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən V yazı Dünyada insanlıq və ədəbiyyat üçün xidmət edib, dünya miqyasında məşhurlaşmış şairlər çoxdur. Onların əsərlərini əsrlərlə sevərək oxuyuruq, əsərlərindən qəhrəmanları tez-tez dilə gətiririk. Lakin onların arasında, eyni zamanda xalqının dərdini və kədərini aradan qaldıran, ona həmkar və yardımçı olan, eləcə də dünya insanlarını heyrətə salmış əsərlər yaradan yaradıcılardan çox azdır. İndi beş əsrdən artıq bir müddətdir ki, dünya səhnəsindən enməyərək, türkün zəngin və cazibədar dilini hamıya göstərən böyük mütəfəkkir, dövlət xadimi, böyük söz sənətkarı Əlişir Nəvaidir. Bilirik ki, dünyadakı hər bir xalq və millətin araşdırıcı alimləri özlərinin qüdrətli, görkəmli şair və yazıçıları tərəfindən qoyulmuş zəngin mənəvi irsi öyrənib, elmi nəticələrini bildirərək təbliğ etmişlər. Xüsusən, onlar yaradıcılarnın əsərlərindəki söz istifadə bacarığı, istedadı və şəxsiyyəti barədə elmi tədqiqatlar aparıblar. Lakin böyük şair və mütəfəkkir Əlişir Nəvai əsərlərinin leksikası, söz zənginliyi və söz yaradıcılığı barədə xarici alimlər tərəfindən də, özbək alimləri tərəfindən də mükəmməl elmi tədqiqatlar aparılmamışdır. Bu baxımdan, keçən əsrin 70-80-ci illərində tanınmış Nəvayişünas, dilşünas, filologiya elmləri doktoru, professor Bəhram Bafoyev “Nəvai əsərləri leksikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Orada şairin türk dilində yazılmış 24 əsəri həm leksik-semantik, həm statistik, həm də tematik baxımdan kartoteka hazırlayaraq ümumtürk, ərəb, fars, hind, monqol və yunan sözlərinin miqdarlarını elmi təhlil etdi. Xüsusən, Əlişir Nəvai həmin 24 əsərində təkcə 26 035 söz istifadə etdiyini elmi cəhətdən sübuta yetirdi. Məlumdur ki, Əlişir Nəvai fars-tacik və türk qəzəlliyinin dörd əsasını — lafz (söz), məna, məsrəf və qafiyələrin həm nəzəri, həm də praktik tərəflərini mükəmməl mənimsəmişdir. Şairin türk dilində yazılmış dörd divanında 2600 qəzəl, fars-tacik dilində yazılmış divanında isə 554 qəzəl toplanmışdır. Həqiqətən də, Əlişir Nəvai qəzəl janrında dünyanın böyük, görkəmli yaradıcıları arasında liderdir. O, iki dildə 20-dən çox janrda yazmışdır. O qədər müxtəlif janrlarda şair 200 min misra dəyərində sənət əsərləri yaratmışdır ki, bunun haqqında ömrünün sonunda yazdığı “Lisan ut-təyr” dastanında belə məlumat vermişdir: Nazm-nasrım katibi təxminşünas, Yazsa yüz min beyt edərdi qiyas. Belə kim nazm içində etdim iştiğal, Xatırımda çıxmaz idi bu xəyal. Alim Bəhram Bafoyev öz elmi tədqiqatları vasitəsilə Əlişir Nəvainin söz yaradıcılığı və söz zənginliyi baxımından dünyanın qüdrətli şairləri arasında rəhbər olduğunu elmi şəkildə sübuta yetirdi. Alimin elmi tədqiqatları 1983-1985-ci illərdə çap olunan 4 cildlik “Nəvai əsərləri izahlı lüğəti”nin yaradılmasında əsas təməl oldu. Həmçinin, alim lüğətin hazırlanmasında birbaşa iştirak etmiş, həmmüəllif olaraq qeyd olunmuşdur. Belə böyük elmi tədqiqatlar aparmış fədakar alim, uşaqlığımdan Nəvaiyə olan sevgini oyatmış şəxs babamdır, buna görə də fəxr edirəm və gələcəkdə əcdadımın başladığı yolu davam etdirmək, Əlişir Nəvai kimi ölməz söz sənətkarının yaradıcılığını öyrənmək üçün ürək əmrimi yerinə yetirməyə çalışacağam. Özbək dilindən tərcümə etdi: Rəhmət Babacan Dürdanə BƏFOYEVA, Özbəkistan Respublikası Nəvai Dövlət Universitetinin tələbəsi
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 27 aprel 2022-ci il tarixdə Azərbaycan - Türkiyə Qardaşlıq Parkında Quba Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun Qımıl kəndindən həqiqi hərbi xidmətdə olan əsgər Aşurov Mərdəli Fərhad oğlunun rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, tələbələr və məktəblilər iştirak etmişdir. Tədbirdə çıxış edənlər əsgər Mərdəli Aşurovun Kəlbəcər rayonunun Günəşli kəndində öz doğma evlərini ziyarət etmək istəyən Kəlbəcər sakinlərini müşaiyət edərkən ərazidəki tank əlehinə minanın fərqinə vararaq həmin şəxslərə xəbərdarlıq etməsindən və onları son anda ölümdən xilas etməsindən danışmışdır. Əgər bu mina aşkar edilməsəydi, həmin yolun üzərindən keçmək üçün yaxınlaşan avtobus partlayacaqdı, avtobusda olan iyirmi nəfərin təxribatdan sağ çıxma ehtimalı isə demək olar ki yox idi. Tədbirdə əsgər Mərdəli Aşurova Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən fəxri fərman və qiymətli hədiyyələr, həmçinin YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova tərəfindən də hədiyyələr təqdim edilmişdir. Azərbaycan əsgəri işğal olunan Vətən torpaqlarını azad etdiyi kimi, oraya qayıdan insanların təhlükəsizliyini də təmin edir. Rayon ictimaiyyəti Mərdəli Aşurovun bu nümunəvi hərəkətini yüksək qiymətləndirir.
Hamısını oxu