Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Milli Qəhrəman Çingiz Qurbanovun atası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilat sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovla görüşüb.

Görüşdə dövlətimizin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edilib, Ali Baş Komandanın bu istiqamətdə atdığı addımların cəmiyyət tərəfindən məmnunluqla qarşılandığı vurğulanıb.

Görüşdə milli maraqlarımızın etibarlı müdafiəsi, ölkəmizin daha da inkişafı üçün cəmiyyətin bütün təbəqələrinin, eləcə də veteranların dövlət başçısı ətrafında sıx birləşməsinin zəruriliyi qeyd olunub.

 

 

2022-11-30 11:55:00
981 baxış

Digər xəbərlər

Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb

Veteran.gov.az xəbər verir ki, Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Tədbirdə hüquq təhsili ilə peşəkar hüquq təcrübəsinin sıx vəhdətinin təmin edilməsinin zəruriliyi, hüquq təhsilinin və hüquqşünas peşəsinin nüfuzunun yüksəldilməsinin əhəmiyyəti qeyd olunub. Bu məqsədlə hərbi qulluqçuların insan hüquq və azadlıqlarına hörmət edən, milli ənənələrə və demokratiya prinsiplərinə, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq yetişdirilməsi üçün məlumat və təcrübə mübadiləsinin, qarşılıqlı əlaqələri inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. İmzalanmış memorandumda qarşılıqlı şəkildə konfrans, seminar, təlim və müzakirələrin təşkili, analitik işlərin, monitorinqlərin, sorğuların və digər layihələrin həyata keçirilməsi, yerli və beynəlxalq təcrübənin birlikdə öyrənilməsi, yerli və beynəlxalq elmi konfransların, dəyirmi masaların, seminarların, tədris tədbirlərinin, simulyasiyaların və görüşlərin birgə təşkil edilməsi və keçirilməsi, metodiki vəsaitlərin, elmi məqalələrin, çap materiallarının, broşuraların, monoqrafiyaların və nəşrlərin birgə hazırlanması, hüquq elminin və qüvvədə olan qanunvericiliyin inkişafı istiqamətində birgə təkliflərin hazırlanması, müzakirəsi və müvafiq qurumlar qarşısında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslə çıxış edilməsi, nəzəriyyə ilə təcrübənin qarşılıqlı vəhdətini təmin etmək məqsədilə əməkdaşların nəzəri biliklərinin və peşə hazırlığının artırılması prosesində qarşılıqlı iştirak edilməsi nəzərdə tutulmuşdur.

Hamısını oxu
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb

Slovakiya Respublikası Milli Təhlükəsizlik Agentliyinin direktoru Roman Koneçninin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb, qarşılıqlı maraq doğuran bir sıra aktual məsələləri müzakirə ediblər. Görüşün yekunu olaraq, ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in imzalanma mərasimi keçirilib.  

Hamısını oxu
“Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” adlı layihənin icrasına başlanılıb

Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” adlı layihəsinin icrasına başlayıb. Layihənin məqsədi Astara, Cəlilabad, Masallı, Oğuz, Qax, İsmayıllı rayonlarında yaşayan müharibə iştirakçılarının sosial vəziyyətinin araşdırılması və həllinə dəstək verməkdən, müharibə iştirakçıları olan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçuların, müharibə veteranlarının və qazilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı dövlət strategiyasına dəstək olmaq üçün onların üzləşdikləri aktual problemləri aşkara çıxartmaqdır. Layihə 4 ay müddətində, mart ayının 1-dən iyul ayının 1-ə kimi icra olunacaqdır. Layihə rəhbəri “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyinin sədr müavini, polkovnik Cəlil Xəlilov bu barədə məlumat verərək qeyd etmişdir ki, istər Birinci, istərsə də İkinci Qarabağ Müharibəsi iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi Azərbaycan hökumətinin prioritet sahələrindən sayılır. Onların sosial problemlərinin həlli Prezident İlham Əliyevin və Birinci vitse prezident xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Müharibə iştirakçılarına diqqət və qayğının ölkəmizdə yüksək səviyyədə olmasına baxmayaraq, bu kateqoriyadan olan insanların problemlərinin tam aradan qaldırılması hələ də mümkün deyil. Elə bu səbəbdən də ən çox diqqət və qayğıya ehtiyacı olan adı çəkilən qrupun rastlaşdığı sosial ppoblemlərinin aşkarlanması istiqamətində tədqiqat aparmaq, mövcud olan məsələləri aşkara çıxarmaqla dövlətin həyata keçirdiyi sosial siyasətə dəstək olmağı özümüzə borc bilirik. Layihə çərçivəsində Astara, Cəlilabad, Masallı, Oğuz, Qax, İsmayıllı rayonlarında yaşayan müharibə iştirakçıları ilə sorğular keçiriləcəkdir. Problemlərin müzakirə olunması və onların həlli yollarının müəyyənləşdirilməsi məqsədi ilə adı çəkilən şəxslərlə dövlət qurumları və QHT – lərin görüşləri keçiriləcəkdir. Sonda toplanmış materiallar əsasında ictimai birlik tərəfindən təklif və tövsiyyələr hazırlanıb, müvafiq qurumlara təqdim olunacaqdır.

Hamısını oxu
Soydaşlarımız Böyük Vətən Müharibəsi veteranını təbrik ediblər

Sentyabrın 28-də Böyük Vətən Müharibəsinin əfsanəvi veteranı, 95-ci Qvardiya atıcı diviziyasının tibb tağımının həkim-təlimçisi Mariya Mixaylovna Roxlinanın 98 yaşı tamam oldu. “Diaspornews.az” xəbər verir ki, Mariya Mixaylovnanı ad günü münasibətilə azərbaycanlılar adından evində təbrik etmək üçün “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Əli Kazımov və təşkilatın üzvü İrina Silina gediblər. Əli Kazımov və İrina Silina Azərbaycanın Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və“Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti”nin təbrik məktublarını oxuyublar.  Təbriklərdə möhkəm cansağlığı, işlərində uğurlar arzuları səsləndirilib.Həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova  və Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov onlayn olaraq da Mariya Mixaylovnanı ad günü münasibətilə təbrik ediblər.  

Hamısını oxu