Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Heydər Əliyev zəkası və fədakarlığı ilə tarixin gedişatını dəyişən böyük şəxsiyyətdir”

Talıb Əliyev: “Onun xalqımızın rifahı və təhlükəsizliyi üçün necə böyük qəhrəmanlıqlara imza atdığının şahidiyəm”

“Heydər Əliyev zəkası və fədakarlığı ilə tarixin gedişatını dəyişən böyük şəxsiyyətdir”.

Bunu Moderator.az-a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik Talıb Əliyev bildirib. Talıb Əliyev qeyd edib ki, məhz Heydər Əliyevin nəhəng dühası, xalqına və vətəninə olan sevgisi Azərbaycanı XX əsrin 90-cı illərinin əvvəlindəki mürəkkəb vəziyyətdən, labüd fəlakətdən xilas edib:

“XX əsrin 90-cı illərinin əvvəli müstəqil Azərbaycanın həyatında çox böyük təbəddülatlar dövrü idi. Bir tərəfdən Ermənistanın həyata keçirdiyi işğal faktoru, digər tərəfdən xarici qüvvələrin respublikamıza göstərdiyi təzyiq, digər tərəfdən iqtisadi-sosial çətinliklər, habelə ölkədaxili qarşıdurmlar Azərbaycanın vəziyyətini ümidsiz edirdi. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə ona öndərlik edən Ümummilli lider, hələ Naxçıvanda olarkən erməni işğalının qarşısını almaq istiqamətində ciddi addımlar atmağa başladı. Bu addımlardan ən önəmlisi isə heç şübhəsiz Naxçıvanda ordu formalaşdırmaq, bu ordunun silah-sursata olan tələbatını qarşılamaq idi. Və mənim üçün qürurvericidir ki, Naxçıvanda nizami ordunun formalaşdırılması prosesində Heydər Əliyevlə birlikdə çalışmaq, onun tapşırığı ilə bu istiqamətdə fəaliyyət göstərmək mənə nəsib olub”.

Talıb Əliyevin sözlərinə görə, Heydər Əliyev xalqı erməni işğalından qorumaq, düşmən ordusunun irəliləməsinə imkan verməmək üçün bütün imkan və vasitələrdən, o cümlədən şəxsi əlaqələrindən maksimum istifadə edirdi:

“Həmin vaxt bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da vəziyyət gərgin idi. Ölkəmiz bir deyil, bir neçə problemlə üz-üzə qalmışdı. Heydər Əliyev məhz belə bir zamanda əsl fədakarlıq və əzm sərgiləyərək problemlərin həlli istiqamətində prinsipial addımlar atdı. İlk öncə Naxçıvanda formalaşan ordunun silah-sursatla təminatı yönündə ciddi iş aparıldı. Həmin vaxt Ulu öndərin tapşırığı ilə ordumuzun silaha olan ehtiyacını qarşılamaq üçün mütəmadi iş aparır, müxtəlif yollarla bu ehtyacı təmin etməyə çalışırdıq. Sevindiricidir ki, biz çox böyük çətinlikər hesabına olsa da, buna nail ola bildik. Mən hələ o zaman Ulu öndərin xalqımızın rifahı, təhlükəsizliyi üçün necə böyük qəhrəmanlıqlara imza atdığına şahid oldum. Məhz onun səyləri nəticəsində Azərbaycan erməni işğalının genişlənməsinin qarşısını ala, daxili qarşıdurmalara son qoya, iqtisadi baxımdan ciddi inkişafa nail ola bildi.

Ulu öndərin vəfatının 19-cu ildönümündə Ümummilli lideri sevgi və minnətdarlıq hissi ilə anır və əminlikliklə bildirirəm ki, Azərbaycan xalqı var olduqca Heydər Əliyev də yaşayacaq və var olacaqdır”.

Seymur ƏLİYEV

 

2022-12-13 09:17:00
815 baxış

Digər xəbərlər

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Hamısını oxu
Gəncə İdman Liseyində yunan-Roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib

Yarışda Gəncə şəhərinin komandası 3-cü yerə layiq görülüb Veteran.gov.az Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir ki, cari ilin 8-10 aprel tarixində Gəncə İdman Liseyində U 15 kiçik yaşlı yeniyetmələr arasında yunan-roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib. Birinciliyin açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb, yunan-Roma güləşinin inkişafı üçün belə yarışların keçirilməsinin əhəmiyyətini qeyd edib. Məlumat üçün qeyd edək ki, 38 kq, 41 kq, 44 kq, 48 kq , 52 kq, 57 kq , 62 kq , 68 kq , 75 kq, 85 kq çəki dərəcələrində idmançıların mübarizə apardığı yarışda Gəncə şəhərinin komandası 3-cü yerə layiq görülüb. Seymur ƏLİYEV

Hamısını oxu
İş adamı şəhid və qazi ailələrinə bayram sovqatı göndərib

İş adamı Səfər Əlirzayev Qurban bayramı ilə əlaqədar olaraq 500-ə qədər şəhid, qazi və aztəminatlı ailəyə qurban əti və bayram sovqatı təqdim edib. Veteran.gov.az sosial şəbəkədəki “Nehrəm xəbərləri” səhifəsinə istinadən xəbər verir ki, ailələri bayram münasibəti ilə təbrik edən iş adamı, onlara ən xoş arzularını bildirib, firavanalıq və ruzi-bərəkət diləyib. Şəhid və qazi ailələri təbrikə görə iş adamına təşəkkür edib, minnətdarlıqlarını bildiriblər. P.S.Məlumat üçün qeyd edək ki, iş adamı Səfər Əlirzayev daim şəhid və qazi ailələrinə, o cümlədən aztəminatlı ailələrə mütəmadi diqqət və qayğı göstərməkdə, dövlətimizin sosial və humanitar siyasətini aktiv şəkildə dəstəkləməkdədir. Seymur ƏLİYEV  

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Hamısını oxu