Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ümumxalq məhəbbəti qazanmış lider

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı YAP rayon təşkilatı ilə birlikdə Ulu öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar tədbir keçirib. Rayon Veteranlar evində təşkil olunan tədbirdə Əmək və Müharibə veteranları, YAP fəalları, yaradıcı ziyalılar  və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Ümummilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri, YAP-ın üzvü Ədalət Salman açaraq ümumxalq məhəbbəti qazanmış siyasi lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, müstəqilliyimizin qazanılmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində onun göstərdiyi xidmətlərini xüsusi vurğulayıb.

YAP rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, rayon Ağsaqqallar şurasının sədri Ədalət  Əsgərov,  Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, "Qarabağ qaziləri" ictimai birliyi Cəlilabad filialının sədri Maşallah Əliyev, Əmək və Müharibə veteranları Mirzəbala Hüseynov, Mirsahib Soltanov, Yusif Əliyev, Fəttah Kərimov, Əsədulla Əliyev, Qurban Əhməd, 97 saylı şəhər Dairə Seçki Komissiyasının sədri İsa Allahverdiyev, Qızıl Aypara cəmiyyətinin Cəlilabad bölməsinin rəhbəri İlkin Qubadov, rayon Mədəniyyət şöbəsinin nümayəndəsi Xeyrulla Şahbazov və başqaları çıxış edərək ulu öndər haqqında xatirələrini bölüşüb,  öz ürək sözlərini söyləyib, hörmət və ehtiramlarını bildiriblər.

2022-12-13 10:30:00
984 baxış

Digər xəbərlər

“Gədəbəy Rayonunun Şəhidləri” kitabının onlayn təqdimatı keçirilib

Moderator.az xəbər verir ki, “Sağlamlığın Qorunması” İctimai Birliyinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gədəbəy Rayonunun Şəhidləri” kitabının onlayn təqdimatı keçirilib.   Təqdimatı giriş sözü ilə açan Yazgül Abdıyeva ‘Gədəbəy Rayonunun Şəhidləri” kitabının Şəhidlərimizə əbədi ehtiram əlaməti məqsədilə çap olunduğunu diqqətə çatdırıb. Təqdimatda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağıyev, Sevinc Hüseynova, kitabın müəllifi Vahid Aslan, professor Maarifə Hacıyeva, professor Mahmud Rüstəmov, Dossent Rəşid Mahmudov, tarixçi-alim Faiq Ələkbərli, Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, tanınmış yazıçı Elçin Hüseynbəyli, əməkdar artist Nuriyyə Hüseynova, Qazilər Süleyman Abdulla, Baycan Abdullayev, Məzahir Hüseynov, Əmrah Cabbarlı, Elşad İsmayılov, Rusiyada yaşayan həmvətənlərimiz Ülvi Hüseyn, Rizvan Cəfərli , Arif Cəfərov ,Habil Alısoy və digər ziyalılar çıxış etdilər. Təqdimatın sonunda yekun fikir bildirən Yazgül Abdıyeva bir daha vurğuladı ki, bundan öncə təqdimatı keçirilmiş “Gədəbəydə doğulan şairlər” kitabı kimi “Gədəbəy Rayonunun Şəhidləri” kitabı da elimizə-obamıza olan mənəvi borcun timsalında yazılıb və çap olunub.   Kitabın ərsəyə gəlməsində böyük əmək sərf edən Vahid Aslana da mnnətdarlıq ifadə olunub.  

Hamısını oxu
Tovuzda Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə "Yeni Azərbaycan Partiyası – müstəqil Azərbaycanın inkişafının və gələcəyinin siyasi təminatçısıdır" mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının banisi, Ümummilli Lider Heydər Əliyevin Tovuz şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Rayon Ağsaqqallar Şurasının sədri, partiya veteranları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə ilk olaraq çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna rolundan bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ötən 33 il ərzində xalqın etimadını doğruldaraq ölkəmizin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilib, Azərbaycanın inkişafına, sabitliyinə və milli həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfələr verib. Rayon rəhbəri qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin qazandığı möhtəşəm nailiyyətlər, Vətən müharibəsində əldə olunan tarixi Qələbə, dövlət suverenliyinin tam bərpası və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri bu siyasətin parlaq nəticəsidir. Məmməd Məmmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının ideoloji məktəbi dövlətə sədaqət, xalqa xidmət və yüksək məsuliyyət prinsiplərini formalaşdıran mühüm siyasi məktəbdir və YAP Tovuz rayon təşkilatının bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin yerlərdə uğurla icrasına layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib. Daha sonra məruzə ilə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqilliyinin ağır sınaqlarla üzləşdiyi bir dövrdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılaraq qısa müddətdə ümumxalq partiyasına çevrilib və ölkədə sabitliyin, inkişafın, milli birliyin əsas siyasi təminatçısı olub. O qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi Zəfərlərə imza ataraq ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Natiq partiyanın VII Qurultayının təşkilati baxımdan yeni inkişaf mərhələsinin əsasını qoyduğunu vurğulayaraq, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın humanitar, sosial və mədəni sahələrdə, eləcə də Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi layihələrin ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsinə və vətəndaşların rifahının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Nihad Pənahov həmçinin bildirib ki, YAP Tovuz rayon təşkilatı ötən 33 il ərzində rayonun ictimai-siyasi həyatında fəal iştirak edərək partiya quruculuğu, gənclərlə iş, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı, eləcə də dövlətçilik ideyalarının təbliği istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərib. Rayon Ağsaqqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının veteran üzvü və rayon təşkilatının təsisçilərindən biri Məzahir Bayramov çıxışında YAP Tovuz rayon təşkilatının yaradılması tarixindən bəhs edərək bildirib ki, rayon təşkilatının təsis olunması Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq insanların ətrafında birləşməsinin məntiqi nəticəsi olub. O vurğulayıb ki, ötən 33 il ərzində rayon təşkilatı dövlət siyasətinin yerlərdə uğurla həyata keçirilməsinə, partiya sıralarının genişlənməsinə, gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasına və milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfələr verib. Tədbirdə həmçinin partiya veteranı Qasım Hüseynov, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci PHŞ-nin direktoru, ərazi partiya təşkilatının sədri Nigar Səfxanova, Tovuz şəhəri A.S. Puşkin adına tam orta ümumtəhsil məktəbinin direktoru, ərazi partiya təşkilatının sədri Adil Əsgərov, eləcə də gənc partiya üzvü, DSMF-nin 1 saylı Qazax-Tovuz regional filialının Vətəndaş müraciətləri və iş şöbəsinin baş mütəxəssisi, 44 günlük Vətən müharibəsi iştirakçısı Məhəmməd Abbasəliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olduğunu, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Natiqlər ölkəmizin son illərdə qazandığı möhtəşəm nailiyyətlərdən, Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, dövlət suverenliyinin tam bərpasından, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs ediblər. Çıxışlarda, həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin, qadınların ictimai-siyasi həyatda fəal iştirakının, təhsilin inkişafının və milli-mənəvi dəyərlərin qorunmasının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən olduğu qeyd edilib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini əhatə edən fəaliyyəti ilə ölkəmizin davamlı inkişafına, milli birliyin möhkəmləndirilməsinə və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsinə bundan sonra da mühüm töhfələr verməyə davam edəcəkdir. Tədbirin sonunda yubiley yaşları münasibətilə partiya veteranları Cəfərov Nadir Heydər oğluna (90 illik), Vəliyev Nizami Aslan oğluna (70 illik), antiterror əməliyyatları şəhidi Niftalı Orucovun anası Eynalova Təlxanım Abbas qızına (65 illik) və partiya fəalı Şirinova Günəş İzzət qızına (50 illik) Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edilib. Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri, rayon təşkilatında könüllülük fəaliyyəti göstərmiş gənclərə isə sertifikatlar təqdim olunub. Həmçinin YAP Tovuz rayon təşkilatının yaradılmasının 33 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.    

Hamısını oxu
“COP29 sammitində təhlükəsizliyin yüksək səviyyədə təmini DTX və digər güc orqanlarının peşəkarlığını göstərir”

Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti başa çatsa da, tədbirlə bağlı təəssüratlar, habelə, sammitin nəticələrindən irəli gələn vəzifələrin müzakirəsi davam edir.  Sammitlə bağlı diqqət çəkən məqamlardan biri tədbirin yüksək təhlükəsizlik şəraitində təşkili ilə bağlıdır. Maraqlıdır, 80 min nəfərə yaxın qonağın iştirak etdiyi sammitdə təhlükəsizliyin yüksək səviyyədə təşkili hansı mətləblərdən xəbər verir? Saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “COP29 sammitində təhlükəsizliyin yüksək səviyyədə təmini DTX və digər güc orqanlarının peşəkarlığını göstərir. Beynəlxalq sammit zamanı ölkəmizə gələn 80 minə yaxın qonağın təhlükəsizliyi etibarlı şəkildə təmin edildi ki, bu da hər şeydən öncə güc orqanlarımızın – Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Daxili İşlər Nazirliyinin, Prezidentin Təhlükəsizlik Xidmətinin peşəkarlığını göstərir. Bu fakt bi daha sübut edir ki, ölkəmizin hüquq-mühafizə və təhlkəsizlik orqanlarında iş yüksək səviyyədə təşkil edilib və onların hazırlıq səviyyəsi beynəlxalq əhəmiyyətli ali tədbirlərin təhlükəsiz şəkildə keçirilməsinə imkan verir. Şübhəsiz, COP29-un təhlükəsiz ortamda təşkili məsələsində DTX-nın üzərinə xüsusi məsuliyyət düşürdü. Qürurvericidir ki, adıçəkilən qurum bu işin öhdəsindən çox böyük bacarıqla gəldi. Sammit zamanı kiçik də olsa xoşagəlməz hadisə baş vermədi. Sammit sakit və təhlükəsiz bir ortamda öz fəaliyyətinə başladı və bu cür də başa çatdı. Təşkilatçılıqla yanaşı, təhlükəsizliyin yüksək səviyyədə təşkili, qonaqlara göstərilən yüksək diqqət və qayğı ölkəmizə səfər edən hər kəsdə xoş təəssürat yaratdı. Əminliklə demək olar ki, Azərbaycan COP29-dan  mənəvi-diplomatik baxımdan böyük qazancla çıxdı. COP29-un yüksək səviyyədə təşkili bütün dünyaya göstərdi ki, ölkəmiz bu cür mühüm tədbirlərə ev sahibliyi etmək üçün ideal ölkədir. Yəqin ki, bu faktor gələcək tədbirlər zamanı da nəzərə alınacaq və ölkəmiz bundan sonra da öz zəngin təşkilatçılıq təcrübəsi ilə hər kəsi heyrətləndirməkdə davam edəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının əməkdaşları Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, dekabrın 11-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət ediblər. Veteranlar  Ulu öndərin əziz xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə əkil və gül dəstələri qoyublar. Veteranlar qarşısında çıxış edən Təşkilatın sədri polkovnik Cəlil Xəlilov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə toxunub, bu xidmətlərin əvəzedilməz olduğunu vurğulayıb. Daha sonra veteranlar görkəmli akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, böyük elm xadiminin məzarı önünə gül dəstələri qoyublar.

Hamısını oxu