Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Məmməd Musayev: Prezidentin Davos Forumunda iştirakı Azərbaycana geniş iqtisadi perspektivlər yaradacaq

2023-cü ildə Davos Dünya İqtisadi Forumu “Parçalanmış dünyada əməkdaşlıq” mövzusuna həsr olunub. Həqiqətən də 2019-cu ildən bəri dünya müəyyən bir böhran dövrünü yaşayır, əvvəlcə pandemiya, hazırda davam edən Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına böyük təsirləri danılmazdır. Rusiya və Ukraynanın dünyadakı əsas qlobal ərzaq tədarükçülərindən olması, sanksiyalar, enerji və ərzaq kimi dünya iqtisadiyyatının iki ən vacib istiqaməti üzrə böyük problemlər yaranıb. Belə bir vəziyyətdə dünyada Azərbaycan kimi sabit, əməkdaşlıqda etibarlılığı ilə seçilən ölkənin rolu, önəmi gündən-günə artmaqdadır. Sözsüz ki, bunlar Prezident İlham Əliyevin apardığı müdrik, uzaqgörən və düzgün daxili və xarici siyasətin nəticəsidir.

Veteran.gov.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev AZƏRTAC-a açıqlamasında söyləyib.

Onun sözlərinə görə, 2022-ci ildə dünyanın enerji sistemində Azərbaycanın roluna baxsaq, Avropanın dayanıqlı və etibarlı enerji təchizatında ölkəmizin mövqeyi daha da yüksəlib. Avropa liderlərinin özlərinin də qeyd etdiyi kimi, Azərbaycanın Avropa üçün və ümumən dünya üçün iqtisadi önəmi getdikcə artır. Müzəffər Ali Baş Komandan, etibarlı iqtisadi tərəfdaş kimi Prezidentimizin Davos Forumunda iştirakı Qarabağ ilə bağlı postmüharibə dövründəki həqiqətləri, obyektiv yanaşmanı dünya ictimaiyyətinə çatdırmaq baxımından da unikal bir platformadır. 30 illik müstəqillik tarixinə baxsaq, Azərbaycan qurucu, inkişaf mahiyyətli bir siyasət həyata keçirib. Daim yeni iqtisadi əlaqələrin qurulmasına, yerləşdiyi regionun inkişafına təkan verən layihələrin təməlini qoyub, iqtisadi inkişafı hədəf seçib. Ermənistan 30 illik işğal dövründə Qarabağda ancaq talançılıqla məşğul olduğu halda, Azərbaycan işğaldan azad etdiyi ötən iki ildə böyük quruculuq işləri həyata keçirir. Müdrik Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Qarabağa investisiyalar yatırılır, vətəndaşlarımızın öz doğma yurdlarına böyük qayıdışını təmin etmək üçün ən yaxşı infrastruktur yaradılır.

“Məlumdur ki, dünyada investisiyalar həmişə münbit, sabit, dayanıqlı “adalar” axtarışındadır. Dünyanın ən böyük iqtisadi forumu olan Davos Azərbaycanı bu istiqamətdə önə çıxartmaq üçün ən yaxşı platformadır və öz səlis, arqumentlərə əsaslanan çıxışları, iqtisadi baxışları ilə seçilən dövlətimizin başçısı məhsuldar görüşlər keçirir. Azərbaycanın bütün sahibkarları bu görüşləri çox böyük diqqətlə izləyir, gələcəkdə geniş iqtisadi perspektivlər yaradacağına inanırlar”, – deyə M.Musayev qeyd edib.

Konfederasiya prezidenti onu da diqqətə çatdırıb ki, Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin xüsusi əhəmiyyəti, neft-kimya, dağ-mədən, metallurgiya sənayesi, Azərbaycanın enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcminin artırılması, bərpaolunan enerji layihələri, “ağıllı kənd”, “ağıllı şəhər” və digər sahələr üzrə dünyanın ən məşhur şirkət rəhbərlərinin Prezidentimizlə keçirdiyi görüşlər ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. CİSCO kimi qlobal informasiya texnologiyaları şirkətlərinin ölkəmizə marağı, eyni zamanda Qarabağda yaradılan ağıllı kənd layihələrinə maraqları ümumilikdə iqtisadi inkişaf, xarici sərmayələrin cəlb edilməsi baxımından geniş imkanlar yaradır. Regional və qlobal layihələrdə dayanıqlı, uzunmüddətli tərəfdaş kimi müsbət imicə malik olan Azərbaycan artan iqtisadi gücü, güclü siyasi lideri sayəsində öz gücünü və nüfuzunu bütün dünyaya göstərəcək.

 

2023-01-23 13:30:00
1492 baxış

Digər xəbərlər

“Xankəndində Azərbaycanın dövlət qurumlarının fəaliyyəti təmin edilməlidir”

Cəlil Xəlilov: “Sülhməramlıların vətəndaşlarımızın sərbəst hərəkətinə maneçilik törətmək haqqı yoxdur” “Xankəndində Azərbaycanın dövlət qurumlarının fəaliyyəti təmin edilməlidir”. Veteran.gov.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, əgər  Xankəndində yaşayan ermənilər bundan sonra da bu ərazidə yaşamaq istəyrisə, o zaman Azərbaycan qanunvericiliyə tabe olmalıdır: “Xankəndi Azərbaycann bir hissəsidir və orada yaşayan ermənilər yalnız Azərbaycan qanunvericiliyinin tələblərinə tabe olduqları hadla burada yaşaya bilərlər. Çünki qanun hamı üçün birdir və heç kim istisnalıq təşkil etmir. Şuşada ermənilərin törətdiyi ekoloji terror əleyhinə keçirilən aksiyaya gəlincə, bu aksiya olduqca önəmlidir. Azərbaycan xalqı bu aksiya ilə bütün dünyaya göstərir ki, onlar ermənilərin Azərbaycan ərazilərində həyata keçirdiyi talanlardan, ekoloji cinayətlərdən xəbərdardırlar və bununla barışmaq niyyətində deyillər.  Əslində, bu etiraz aksiyası məntiq və mahiyyət etibarı ilə həm də sülhməramlıların hərəkətsizliyinə, onların erməni vəhşiliklərinə göz yummasına yönəlik bir aksiyadır. Çünki ermənilər bütün bu cinayətləri, talan və qarətləri sülhməramlıların gözləri qarşısında törədirlər. Lakin əfsuslar olsun ki, Rusiya sülhməramlıları bu qanunsuzluğun qarşısnı almaq üçün hər hansı addım atmayıb və bu gün də atmır. Məhz buna görə də sadə azərbaycanlılar öz etirazlarını ortaya qoyaraq sülhməramlıları  erməni cinayətlərinin qarşısını almağa səsləyir, prinsipial mövqe ortaya qoyurlar. Onu da qeyd edək ki, Laçın yolunu aksiyaçılar deyil, Rusiya sülhməramlıları bağlayıb və buna görə də yolun bağlanması ilə bağlı bütün məsuliyyət də məhz onların üzərinə düşür. Aksiya fonunda müşahidə edilən məqamlardan biri də bəzi hallarda sülhməramlıların azərbaycanlı jurnalistlərin fəaliyyətini məhdudlaşdırmaq cəhdidir. Hansı ki, bu, qətiyyən yolverilməzdir. Birincisi, ona görə ki, həmin jurnalistlər azərbaycanlıdır və onlar öz vətənlərində sərbəst şəkildə gəzib dolaşmaq hüququna malikdirlər. Heç kim, o cümlədən sülhməramlılar onların bu hüququnu məhdudlaşdıra bilməz. Ümumiyyətlə, sülhmrəamlıların hansısa jurnalistimizin və ya digər vətəndaşımızın gediş-gəlişini əngəlləmək hüququ yoxdur. Yaxşı olar ki, sülhməramlılar azərbaycanlıları Azərbaycan ərazisində güdməklə deyil, 10 noyabr Bəyanatında təsbit edilən missiyaları ilə məşğul olsunlar. Bu missiya isə bölgədəki erməni silahlılarını ərazidən çıxarmaq, sülh və sabitliyi təmin etmək, talan və qarətə imkan verməmək, bütün cinayətlərin, eləcə də ekoloji cinayətlərin qarşısını almaqdır”.  

Hamısını oxu
“Ermənistanın işğal dönəmində vurduğu ziyana görə təzminat ödəməsi beynəlxalq hüququn tələbidir”

“Ermənistanın işğal dönəmində vurduğu ziyana görə təzminat ödəməsi beynəlxalq hüququn tələbidir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan işğal dönəmində misilsiz vəhşiliklər törədib, həm sosial infrastrukturu, həm də təbiəti məhv edib: “Ermənistan 30 ilik işğal dönəmində insanlıq tarixində misli-bərabəri olmayan talan və dağıntılar törədib, yüzlərlə yaşayış məntəqəsini sözün həqiqi mənasında yox edib. Evlər, məscidlər, qəbiristanlıqlar, sosial infrastruktur, sənaye və kənd təsərrüfatı müəssisələri, hətta tarixi abidələr də məhv edilib. Bununla yanaşı, erməni faşizmi təbiətə də böyük zərər verib, torpaq örtüyünü, su hövzələrini, meşələri məhv edib, sıradan çxıarıb. Bütün bunlara görə Ermənistanın təzminat ödəməsi vacibdir. Bu, yalnız Azərbaycanın deyil, həm də beynəlxalq hüququn tələbidir. Bütün dünyada bu praktika mövcud olub və bu gün də mövcuddur. Odur ki, Azərbaycan haqlı olaraq Ermənistandan vurulan zərərə görə tam təzminat tələb edir və bu tələb yerinə yetirilənə qədər dövlətimiz öz mübarizəsini davam etdirəcək”. Polkovnik qeyd edib ki, Vətən müharibəsindən sonra silahlanmaya böyük vəsaitlər ayıran Ermənistan, silah almaq yox, təzminat ödəmək haqqında düşünməlidir: “Ermənistan öz havadarlarının köməyi ilə Vətən müharibəsindən sonra sürətli silahlanma siyasəti həyata keçirməkdədir. Fransa, Hindistan, ABŞ, Yunanıstan və s. ölkələrdən müxtəlif silah-sursatlar, hərbi texnikalar alınır, Ermənistan ordusunun yenidən qurulmasına böyük vəsaitlər sərf olunur. Bütün bunlar onu göstərir ki, Errmənistan sülh deyil, yeni qarşıdurmalar haqqında düşünür. Lakin yaxşı olardı ki, silah idxalına milyonlar sərf edən rəsmi İrəvan Azərbaycana təzminat ödəmək haqqında fikirləşsin. Çünki Azərbaycan Qarabağı azad etdiyi kimi, təzminat məsələsində də sona qədər qərarlılıq nümayiş etdirəcək və öz istəyinə nail olacaq”. Seymur ƏLİYEV

Hamısını oxu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində olublar

Bakı, 16 mart, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar. Səfərdən geniş reportaj martın 17-də təqdim ediləcək.  

Hamısını oxu
"Azpetrol" şirkəti şəhid ailəsini yanacaqla təmin edib

Veteran.gov.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində şücaəti ilə seçilən şəhid, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) xüsusi əməliyyatlar taborunun döyüş qrupunun hücumçu kəşfiyyatçı giziri Şəhriyar Quliyevin atası Nəsib Quliyev “Azpetrol” şirkətinə müraciət edib. N.Quliyev şirkətdən Qarabağa səfər üçün yanacaqla təmin olunmasını xahiş edib. Şəhid ailəsinin istəyini həyata keçirən “Azpetrol” şirkəti ailəni yanacaqla təmin edib.   Qarabağ Azərbaycandır.   Azpetrol-Daim inkişafa doğru!  

Hamısını oxu