Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

7-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri uğurla başa çatıb

Arpaçay Karate Klubu birinci, “Qara qaplan” klubu ikinci, “Yaguar” idman klubu isə üçüncü olub

Veteran.gov.az xəbər verir ki, Şanlı tariximiz olan 20 Yanvar faciəsinə həsr olunan, ölkəmizdə vətənpərvərliyin təbliğində və karate idman növünün inkişafında əhəmiyyətli rol oynayan 7-ci “ARPACHAY OPEN-2023” beynəlxalq turniri 20-22 yanvar 2023-ci il tarixlərində Bakı İdman Sarayında baş tutub.

Gənclər və İdman Nazirliyinin dəstəyi, Arpaçay Karate Klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə ənənəvi “ARPACHAY OPEN-2023”  beynəlxalq karate turnirinin təntənəli açılış mərasimi 21 yanvar 2023-cü il tarixində Bakı İdman Sarayında keçirilib. Açılış mərasimində Gənclər və İdman Nazirliyinin Bakı Gənclər və İdman İdarəsinin rəisi Rafiq Abbasov, Milli Məclisin üzvləri Vüqar İskəndərov və Sadiq Qurbanov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov 20 Yanvar faciəsindən, 44 günlük Vətən müharibəsindən və dövlətimizin idmana göstərdiyi qayğıdan bəhs ediblər. Tədbirdə çıxış edən Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov tədbir iştirakçılarına minnətdarlığını çatdırıb və Arpaçay İdman Birliyi tərəfindən bundan da möhtəşəm idman yarışlarının keçiriləcəyinə söz verib. Sonda qonaqlara fəxri diplomların təqdim olunması mərasimi keçirilib.

Yarışla bağlı məlumat verən Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov deyib ki, 3 gün davam edən “ARPACHAY OPEN”  turnirində xarici ölkələrdən, o cümlədən Çexiya, Gürcüstan, Küveyt, Özbəkistan, Rusiya və Ukraynadan, habelə Azərbaycanın paytaxtı Bakıdan və regionlardan 700-dən çox idmançı, o cümlədən 6-7, 8-9, 10-11, 12-13 yaşlı uşaqlar, 14-15, 16-17 yaşlı yeniyetmələr, 18 yaşdan yuxarı gənclər və veteran idmançılar kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparıblar. 40-dan çox federasiya və idman klubu turnirdə içtirak edib. Ümumi nəticələrə görə, Arpaçay Karate Klubu birinci, “Qara qaplan” klubu ikinci, “Yaguar” idman klubu isə üçüncü olub”.

Seymur ƏLİYEV

2023-01-23 19:31:00
876 baxış

Digər xəbərlər

Antimilli şura satqın missiyasını müharibə dövründə də icra edib

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Eyni zamanda, keçən il partiyaların böyük əksəriyyəti bizim təşəbbüsümüzə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Deyə bilərəm ki, hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. İştirak etməyənlərə siyasi qüvvə deyə bilmərəm. Çünki iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir. Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir. Müharibə dövründə bir antimilli qruplaşma istisna olmaqla, - mən antimilli şuranı nəzərdə tuturam, - bütün digər siyasi partiyalar və birliklər birmənalı olaraq bizim haqq işimizə öz dəstəyini verdi. Antimilli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atıbdır". Milli.Az

Hamısını oxu
Sumqayıtda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Veteran.gov.az xəbər verir ki, aprelin 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Sumqayıt ​ şəhər “Cümə” məscidi dini icmasının təşkilatçılığı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Sumqayıt şəhərində şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb. İftar mərasimində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Sumqayıt şəhər “Cümə” məscidi dini icmasının sədri Rauf Sərdarov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. İftar mərasimində Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olması ilə bağlı çıxışlar edilib. Natiqlər dövlət başçısının şəhid ailələri və qazilərə olan diqqəti, dövlətin bu sahəyə olan qayğısından məmnunluqla bəhs ediblər. Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərin ruhuna dualar oxunub.  

Hamısını oxu
Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan və Türkiyə Prezidentlərinə görülən işlər barədə məlumat verib. Dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur. Başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçən və bu iki rayonu birləşdirən yol 2, 3 və 4 hərəkət zolaqlı olacaq. Yolboyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 16-da tikinti işləri uğurla davam etdirilir, birinin isə layihələndirilməsi aparılır. Uzunluğu 126 kilometr olan mövcud Kəlbəcər-Laçın avtomobil yolunun yeni layihəyə əsasən tikintisi Kəlbəcər şəhər mərkəzindən Laçın şəhər mərkəzinədək məsafəni 32,2 kilometr qısaldaraq 93,8 kilometr təşkil edəcək. Laçın şəhər mərkəzindən Laçın Beynəlxalq Hava Limanınadək hazırda mövcud yol üzrə məsafə 65 kilometr təşkil edir. Yeni tikilən yol üzrə isə məsafə 35,8 kilometr olacaq. Yolun 40-cı kilometrliyindən ayrılan və Laçın Beynəlxalq Hava Limanına aparan körpünün tikintisi də layihə çərçivəsində yerinə yetirilir. Ümumilikdə Kəlbəcər-Laçın avtomobil yolunda tikinti işlərinin 44 faizi icra olunub. Yeni yol Kəlbəcər və Laçın rayonlarının bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və Laçın Beynəlxalq Hava Limanına rahat gediş-gəlişi təmin edəcək, ümumilikdə bu bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək.                              

Hamısını oxu
Səbail rayonunda 44 günlük Vətən müharibəsi şəhidi Nağıyev Əli Mehman oğlunun anım günü qeyd olunub

25 oktyabr   2021-cu il tarixdə  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri e/o polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev Bakı şəhəri Səbail    rayonunda yerləşən    91  saylı tam orta məktəbdə tədbirdə iştirak edib. Tədbir  44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş, “Vətən uğrunda” medalı ilə təltif olunmuş(ölümündən sonra) Nağıyev Əli Mehman oğlunun anım gününə həsr olunub.   Tədbirdə şəhidin atası Mehman müəllim, anası Lalə xanım, qardaşı Qahir, məktəbin şagird və müəllim kollektivi iştirak edib.   Tədbiri məktəbin direktoru Svetlana Zülfüqarova açıb . O, məktəbin məzunu şəhid Əli Nağıyevin məktəb illərində necə bir şagird olmasından, dərsə davamiyyətindən, yoldaşları ilə davranışından danışıb. Əli şəhidlik zirvəsinə yüksəlməklə təkcə valideynlərinin  övladı yox, bütün ata-anaların  övladına  çevrilib. Məktəb direktoru qeyd edib ki, şəhidlərin hər birini yaddaşlarda yaşatmaq bizim müqədəs vətəndaşlıq borcumuzdur.   Sonra  şagirdlər səhnəyə dəvət olunublar. Hərbi  formada səhnəyə çıxan şagirdlər hazırladıqları şer parçalarını söyləyiblər. Çıxış üçün söz Adil Haqverdiyevə verilib. O, ilk öncə  şəhidlərə Uca Allahdan rəhmət, qazilərimizə, döyüşçülərimizə cansağlığı arzulayıb: Mən bir müharibə veteranı kimi söyləyirəm, müharibə nəqədər çətin olsa da, mənim üçün şəhid analarının  gözlərinə baxmaq daha çətin idi. Mən bir daha siz valideynlərin qarşısında baş əyirəm, sizlərə “çox sağ olun” deyirəm ki, belə oğullar yetişdirdiz. 30 ilin həsrətindən sonra Qarabağda yüksələn üçrəngli bayrağımız tökülən qanların hesabına dalğalanır. Səhidlər ölməzdir, onlar əbədi yaşayacaq”.   Sonra Nəbi Hacıyev çıxış edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu