Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov bir qrup veteranı qəbul edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 3 iyul 2026-cı il tarixində “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin buir qrup üzvünü qəbul edib. Görüş zamanı veteranları maraqlandıran məsələlərə toxunulub, əməkdaşlıq imkanları müzakirə edilib.

Seymur ƏLİYEV

 

 

2026-07-03 16:04:00
949 baxış

Digər xəbərlər

Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb

Son görüşümüzdən uzun müddət keçib, bu, ötən il olmuşdur. Bu vaxt ərzində bir çox hadisələr baş vermişdir. Birincisi, pandemiya bütün dünyada vəziyyəti tamamilə dəyişmişdir. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Bu sözləri Prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən deyib. Ölkə başçısı bildirib ki, hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur:

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Vətən müharibəsi qazilərinin övladlarına məktəb ləvazimatları hədiyyə edib

13 sentyabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bir qrup 44 günlük Vətən müharibəsi qazisinin övladına məktəb ləvazimatları hədiyyə edib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov adından şagirdlərə yeni dərs ilində uğurlar arzulayan Təşkilat şöbəsinin müdiri polkovnik Nadir İsmayılov, dövlətimizin şəhid ailələri və müharibə veteranlarına olan qayğısından danışıb. Polkovnik Nadir İsmayılov qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələ Veteranları Təşkilatı da öz növbəsində şəhid ailələri və veteranları tez-tez yad edir, öz imkanı daxilində həssas kateqoriyadan olan ailələrə dəstək göstərir. Bu dəstəyin bundan sonra da davam edəcəyini  bildirən Nadir İsmayılov, veteranlara diqqət və qayğı göstərməyin hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı müharibə veteranlarına ərzaq yardımı ilə dəstək olur

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə ərzaq yardımlarının paylanılması davam etdirilir. AZƏRTAC xəbər verir ki, bir neçə gündür davam edən xeyriyyə aksiyası çərçivəsində Şamaxı, Ağsu, Qobustan, İsmayıllı, Qəbələ, Şəki, Göyçay, Ağdaş, Balakən və Zaqatala rayonlarında yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb. Veteranlarla görüşlərdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi riayət edilməsi, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasını dəstəkləyəcək şəxsi gigiyena qaydalarına əməl etmənin vacibliyi vurğulanıb. Respublika Veteranlar Təşkilatının ölkədəki müharibə veteranlarına ərzaq yardımı ilə dəstəyi davam etdirilir.

Hamısını oxu
Respublika Veteranları Niderlandda baş verən hadisələrdən narahatdırlar

14 mart  2017-ci  il tarixdə Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda Respublika Veteranlar Təşkilatının (RVT) 6-cı Plenumundan ötən dövr ərzində Təşkilatın fəaliyyəti barəsində RVT-nin  sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov məruzə ilə çıxış etmişdir. Rəyasət Heyətinin növbəti iclasının gündəliyinə uyğun olaraq daha bir neçə məsələ müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir. İclacda həmçinin veteranlar son zamanlar Niderlandda dini və milli ayrı-seçkilik zəminində baş verən hadisələrdən narahat olduqlarını ifadə etmiş və bununla əlaqədar Azərbaycan Veteranları adından Niderland hökumətinə müraciət qəbul etmişlər.   Niderlandda dini və milli ayrı-seçkilik zəminində baş verən hadisələrlə əlaqədar Azərbaycan Veteranlarının Niderland hökumətinə Müraciəti Niderlandda son günlər dini və milli ayrı-seçkilik zəminində baş verən hadisələr insanlıq və humanizmlə bir araya sığmır. Özünü Avropanın humanist, tolerant və insan hüquqlarının təminatçısı kimi göstərən bir ölkəsində belə hadisələrin baş verməsi dünyanın harasında törədilməsindən asılı olmayaraq, hadisələrə obyektiv yanaşan insanlar kimi biz Azərbaycan veteranlarını da ciddi narahat edir. Biz veteranlar Niderlandda yaşayan türk icmasının sərbəst və dinc toplaşmasına imkan verilməməsini, onlara qarşı güc tətbiq edilməsini, eləcə də Niderland hökümətinin Türkiyə hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirləri qərəzli və ziddiyyətli hesab edirik. Bütün bunlar daim bəyan olunan Avropa və ümumən insanlıq dəyərlərinə ziddir.   Qədim qitənin inkişaf etmiş bir ölkəsində dini dözümsüzlük, irqi və milli ayrı-seçkilik zəminində yolverilməz hərəkətlərin törədilməsi yalnız acı təəssüf hissi doğurur. Digər tərəfdən, bu hadisələri iki ölkə arasında siyasi böhrana səbəb olan siyasət kimi qiymətləndirir, düşünülməmiş addımlardan məyus olduğumuzu bildirirk. Biz xalqımızın tarixən tolerantlığı, sülhsevərliyi ilə seçilməsini fəxrlə qeyd edir, özünü demokratiya nümunəsi hesab edən ölkələrin Azərbaycanın bu gün vətəndaş həmrəyliyi sahəsində həyata keçirdiyi siyasətdən, xüsusilə ölkəmizdə dini, milli və irqi ayrı-seçkiliklərin tamamilə aradan qaldırılmasından nümunə götürməyə səsləyirik. Niderlandı, eləcə də, bu cür mənfi halların baş qaldırdığı istənilən ölkəni Azərbaycan Respublikasının bu sahədə əldə etdiyi siyasi təcrübədən istifadə etməyə çağırır, yalnız xalqlar arasında dostluğun, insan haqlarına hörmətin bərqərar olduğu ölkələrdə inkişaf və tərəqqinin mümkün olduğunu qeyd edirik. Biz Avropanı faşizm, şovinizm bəlasından xilas etmək üçün canından, sağlamlığından keçmiş veteranlar olaraq, Avropada sülhün təminatı üçün təhlükə yaradan eyni halların yenidən təkrarlanması təhlükəsindən və hadisələrin siyasiləşdirilməsindən təəssüflənir, tezliklə bütün bunlara son qoyulması üçün ağılın diktəsi ilə tədbirlər görüləcəyinə, Niderland və Türkiyə arasında baş verən siyasi böhranın aradan qaldırılacağına inanırıq.                                   Azərbaycan Respublikası Müharibə, Əmək və                                 Silahlı Qüvvələr Veteranları Təşkilatı 

Hamısını oxu