Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: Səfirliyimizə qarşı terror aktının İranın siyasi dairələri tərəfindən planlaşdırılması ehtimalı böyükdür

Bakı, 28 yanvar, AZƏRTAC

Səfirliyimizə qarşı terror aktının İranın siyasi dairələri tərəfindən planlaşdırılması ehtimalı böyükdür.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, bütün ilkin məlumat və faktlar bu ehtimalı gücləndirir: “Təşkilat olaraq səfirliyimizə qarşı törədilən terror aktını qınayır, bütün müqəssirlərin məsuliyyətə cəlb olunmasını tələb edirik. Səfirliyimizə qarşı həyata keçirilən bu hücum beynəlxalq qanun və konvensiyaların kobud şəkildə pozulması, İranın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməməsi, anti-Azərbaycan siyasətini terror müstəvisinə keçirməsi deməkdir. Bütün ilkin məlumat və faktlar bu hücumun rəsmi Tehranın “xeyir-duası” ilə planlaşdırıldığını göstərir. Videogörüntülərdən də məlum olur ki, səfirliyin qorunmasına cavabdeh olan iranlı asayiş keşikçilərindən heç kim terrorçuya mane olmağa cəhd etmir, onun zərərsizləşdirilməsi istiqamətində hər hansı addım atmır. Terrorçu səfirlik binasına daxil olandan sonra məhz azərbaycanlı mühafizəçilər tərəfindən tərk-silah edilir”.
Cəlil Xəlilov deyib ki, hadisədən dərhal sonra Tehranın polis rəisinin verdiyi açıqlamalar, terrorçunun İran televiziyalarına çıxarılması, hadisənin şəxsi münasibətlər zəminində baş verməsi ilə bağlı dövriyyəyə buraxılan məlumatlar proseslərin İran dövləti tərəfindən idarə edilməsi ehtimalını gücləndirir.
“İran dövləti terror aktına görə Azərbaycan dövlətindən rəsmi şəkildə üzr istəməli, terror aktının sifarişçilərinin və təşkilatçılarının tam şəkildə müəyyən edilərək məsuliyyətə cəlb etməli, həmçinin istintaq prosesində Azərbaycanın hüquq-mühafizə orqanlarının da iştirakını təmin etməlidir. Həm beynəlxalq konvensiyalar, həm də siyasi əxlaq bunu tələb edir. Əgər rəsmi Tehran bundan sonra da özünü terror aktının fövqündə tutmaqda davam edəcəksə, bu, İranın terror dövləti olması ilə bağlı təəssüratları gücləndirəcək, Azərbaycanı beynəlxalq hüquq çərçivəsində sərt addımlar atmağa vadar edəcək”, - deyə Veteranlar Təşkilatının sədr müavini vurğulayıb.

2023-01-30 09:40:00
1155 baxış

Digər xəbərlər

MEHRİBAN - İNSANLARA MƏRHƏMƏTLİ

Bugünlərdə respublikamız gözəl insan, görkəmli siyasi və ictimai xadim, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yubileyini qeyd edəcək. Hər bir azərbaycanlı Mehriban xanıma hörmətlə yanaşır. Yalnız ləyaqətlə tutduğu yüksək vəzifəyə görə deyil, həm də özünəməxsus insani keyfiyyətlərinə görə. Müasir siyasətçinin bu keyfiyyətləri haradan qaynaqlanır? Bu barədə fikirlərimi bölüşmək istəyirəm. Adı ilə başlayacağam. Bir insanın adının müəyyən bir məna daşıdığına, taleyini, xarakterini əks etdirdiyinə inanılır. "Mehriban" adı güclü mərhəmət hissi olan və başqalarına qayğı göstərməyi bacaran bir insanı xarakterizə etmək məqsədi daşıyır. Mehriban xanım həqiqətən də səmimi qəlbdən və insanların köməyinə gəlməyə hazır olması ilə seçilir. Adını doğruldur — yaxınlarını sevən və hər bir insanın taleyinə mərhəmətli bir insandır. Emosional dəstək və xeyirxahlıq göstərmək, müxtəlif insanlarla ahəngdar münasibətlər yaratmaq, inam və sevgi aşılamaq qabiliyyətinə malikdir. Müasir genetikaya uyğun, azərbaycan atalar sözü var - "kök varsa, ot görünəcək. Mehriban xanımın ata babası tanınmış Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlal Paşayevdir. Atası Arif Paşayev fizika-riyaziyyat elmləri doktoru, professor, akademikdir. Ana babası Nəsir İmanquliyev "Bakı "qəzetinin görkəmli jurnalisti, təsisçisi və baş redaktoru olmuşdur. Anası Aida İmanquliyeva tanınmış şərqşünas, elmlər doktoru idi. Mehriban xanımın kökləri belədir, bu, göstərir ki, o, hansı intellektual ailədə formalaşmışdır. Mehriban xanımın Azərbaycanın vətənpərvər olduğunu, ölkənin tarixini hərtərəfli bildiyini və onunla fəxr etdiyini söyləmək çox xoşdur. Və bu, onun digər ölkələrə və xalqlara hörmət və anlayışla yanaşmasına, dünya tarixinin mürəkkəb palitrasını görməsinə heç də mane olmur.  Azərbaycanlıların şüurunda gözəl, müdrik, cəsur qadın həmişə Koroğlunun sadiq səhabələri Nigar və Qaçaq Nəbi — Həcərin obrazları ilə əlaqələndirilir. Bu obrazlar qadının Azərbaycan ailəsində, Azərbaycan cəmiyyətində rolunun mənası və əhəmiyyəti təfsirində özünəməxsus standartlara çevrilmişdir. Bəzən dini doqmaların, sosial çətinliklərin təsiri altında baş verən bu kanonun təhrifləri klassik Azərbaycan ədəbiyyatında həmişə tənqidi qiymətləndirilmişdir. Bununla əlaqədar Cəfər Cabbarlının, Səməd Vurğunun, İlyas Əfəndiyevin pyeslərini yada salmaq kifayətdir... Bu əsərlərdə qadının yalnız sevgi obyekti kimi təqdim olunduğu Şərq ənənələrindən fərqli olaraq, qadın aktiv, güclü iradəli və müstəqil bir insan kimi göstərilir. Məgər biz burada Mehriban xanımı tanımırıq? Ümumiyyətlə, Mehriban xanımın obrazının, onun insani keyfiyyətlərinin formalaşmasında xalqımızın ailə-psixoloji mənşəyinin və sosial-mədəni arxetiplərinin xoşbəxtliklə bir-birinə qovuşduğu fikrinə meyl edirəm.  Xidmət növünə görə mən müxtəlif ölkələrin xadimləri ilə görüşürəm, onların hamısı daim hesab edirlər ki, Azərbaycan belə mürəkkəb geosiyasi dövrdə rəhbərliklə sadəcə şanslıdır. Bəli, biz əminik ki, xarizmatik Prezidentimiz İlham Əliyev və onun gözəl, etibarlı xanımı, vitse-prezident Mehriban xanım Azərbaycanı inamla xoşbəxt gələcəyə aparır! Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  polkovnik Cəlil Xəlilov        

Hamısını oxu
Medo Hollandiyadadır

Salnamə studiyasının hazırladığı "Medo Hollandiyadadır" sənədli filmi.  

Hamısını oxu
Həzi Aslanov adına Ordu, İdeoloji və Mədəniyyət Mərkəzinin bir qrup əməkdaşı Fəxri Fərmanla təltif olunub

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Həzi Aslanov adına Ordu, İdeoloji və Mədəniyyət Mərkəzinin bir qrup əməkdaşı Təşkilatla səmərəli əməkdaşlığa görə Fəxri Fərmanla təltif edilib. Həzi Aslanov adına Ordu, İdeoloji və Mədəniyyət Mərkəzinin hər zaman veteran tədbirlərində aktiv iştirak etdiyini bildirən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bundan sonra da ikitərəfli əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyi ilə bağlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Təşkilatın yaranmasının 35 illiyi ilə bağlı yubiley tədbiri keçirilib. Tədbirdə veteranlar, ictimai-siyasi xadimlər, media nümayəndələri, dövlət və QHT təmsilçiləri, o cümlədən Müdafiə Nazirliyinin əməkdaşları iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açılıb. Daha sonra respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu öndər Heydər Əliyevin büstü önünə çələngi qoyulub. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova tədbir itşriakçılarını salamlayıb, Təşkilata göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Təşkilatın tarixindən, keçdiyi yoldan, 44 günlük Vətən müharibəsi və post-müharibə dövründəki fəaliyyətindən danışıb. Polkovnik qeyd edib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman dövlətin yanında olub, milli maraqlarımızın qorunması istiqamətində səylə çalışıb. Polkovnik Cəlil Xəlilov veteranların bundan sonra da dövlətçiliyin keşiyində ayıq-sayıq dayanacağını, Prezident İlham Əliyevin siyasətini qətiyyətlə müdafiə etməkdə davam edəcəklərini bilidirib.   Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun məsul əməkdaşı Samir Məmmədov veteranların gənclər üçün nümunə olduğunu, öz həyat yolları, qəhrəmanlıqları, əmək fəaliyyətləri ilə onlara örnək olduğunu bildirib.   Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxışında veteranlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb, eyni zamanda veteranların gənclər arasında apardığı vətənpərvərlik tərbiyəsinin önəmindən danışıb. Cəmiyyətdə veteranların xüsusi çəkiyə malik olduğunu bildirən polkovnik, Azərbaycan xalqının hər zaman veteranlara hörmət və ehtiramla yanaşdığını, veteranların isə öz növbəsində gənc nəslin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynadığını söyləyib.   Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik fəaliyyətindən bəhs edilən videorolik nümayiş edilib, hərbi-vətənpərvərlik mahnıları səsləndirilib. Tədbirin sonunda Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Elvin Əzizov veteranlar adından Prezident İlham Əliyevə ünvanlanan müraciəti səsləndirib. Müraciətdə onlara göstərilən qayğıya görə dövlət başçısına təşəkkür edən veteranlar, hər zaman olduğu kimi, bundan sonra da dövlət başçısının hər bir çağırışını dəstəkləyəcəklərini, Azərbaycanın inkişafı və tərəqqisi üçün əllərindən gələni əsrigəməyəcəklərini bildiriblər. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətində, vətənpərvərlik tərbiyyəsinin  təbliğində aktiv iştirak edən şəxslər Müdafiə Nazirliyi və Təşkilat tərəfindən təltif olunub.    

Hamısını oxu