Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qəhrəmanlıq salnaməsi” kitabının təqdimatı keçiriləcək

Veteran.gov.az fuyuzat.az-a istinadən xəbər verir ki, 25 fevral 2023-cü il saat 15:00-da LIBRAFF kitab evinin Gənclik filialında Zəfər Gününə həsr olunan “Qəhrəmanlıq salnaməsi” yazı müsabiqəsinin toplusu ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, kitabda 44 günlük Vətən müharibəsində tarix yazmış şəhid və qazilərimizin, ön və  arxa cəbhədə mücadilə vermiş qəhrəmanlarımızın şücaətlərini əks etdirən yazılar toplanıb.

Tədbirdə iştirak sərbəstdir.

 

2023-02-17 21:50:00
869 baxış

Digər xəbərlər

Cəsur Vətən oğlu, Böyük Vətən Müharibəsi iştirakçısı Şamil Həsənovun döyüş yolu gənclərimizə örnəkdir.

Böyük Vətən müharibəsinin iştirakçısı kapitan Həsənov Şamil Məmməd oğlu 77 alayın tərkibində Şimali Qafqazdan Berlinə kimi döyüş yolu keçmişdir. Müharibənin ilk günlərindən cəbhəyə gedən Şamil Həsənov Krasnodarın, Odessanın, Xarkovun, Minskinin, Kiyevin, Vilnusun, Kalininqradın, Klaypedanın, Qamburqun, Berlinin alman faşistlərindən azad olunmasında özünü, çətin anlarda düzgün qərar qəbul edən cəsur və qorxmaz komandir kimi göstərmişdir. Şamil Həsənovun cəbhədə göstərdiyi döyüş xidmətləti komandanlıq tərəfindən yüksək qiymətləndirilmişdir. Cəsur zabit “Qızıl Ulduz” ordeni, “1 dərəcəli Vətən müharibəsi orden”, “Döyüş xidmətlərinə görə”,  “1941-1945-ci illərdə Almaniya üzərində Qələbə” medalları ilə təltif olunmuşdur. Müharibədən sonra quruculuq işlərində fəal iştirak etmişdir. 1972-ci ildə dünyasını dəyişmişdir.

Hamısını oxu
Rayon Veteranlar Təşkilatının üzvləri şəhidin doğum günündə məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri rayonun Vənlik kəndinə gedərək şəhid baş gizir Nahid Məmmədovun doğum gününü yad ediblər.  Tədbirdə ön cəbhədən gələn döyüş yoldaşları çıxış edib. Onlar  baş gizir Nahid Məmmədovun 13 sentyabr 2022-ci ildə qanunsuz  erməni silahlı birləşmələri tərəfindən törədilmiş təxribat nəticəsində şəhid olduğunu bildiriblər və onunla bağlı xatirələrindən söz açıblar. Qeyd edək ki, şəhid baş gizir Nahid Məmmədov ailəli idi, 2 övladı yadigar qalıb. O,  yaşasaydı, bu gün 33 yaşı tamam olacaqdı. Tədbir iştirakçıları şəhid Nahid Məmmədovun məzarını ziyarət edib, qərənfillər qoyduqdan sonra  şəhidlərimizin  ruhuna dualar oxuyublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hamısını oxu
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi

Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi"nin 4.4-cü bəndinə uyğun olaraq Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir: Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Baş Naziri Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Azərbaycan Respublikasının Maliyyə naziri. Milli.Az 

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı akademik Nərgiz Paşayevanı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə akademik Nərgiz Paşayeva “Şərəf” ordeni il təltif edilib. Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bu münasibətlə Nərgiz Paşayevanı təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Təbrik məktubunda deyilir: “Hörmətli Nərgiz xanım! Sizi “Şərəf” ordeni ilə təltif olunmağınız münasibəti ilə təbrik edir, bunu dövlət başçımızın bütövlükdə elm və təhsilin inkişafına göstərdiyi növbəti qayğı kimi dəyərləndiririk. Əminik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu cür ali ordenlə təltif olunmağınız yaradıcılığınız üçün ciddi mənəvi stimul olacaq, sizi yeni uğurlara ruhlandıracaq. Azərbaycanda təhsilin və elmin inkişafındakı çoxillik və çoxşaxəli xidmətlərinizə görə sizə təşəkkür edir, bütün veteranlar adından bir daha təbrik edirik!” Hörmətlə: Fatma Səttarova və polkovnik Cəlil Xəlilov  

Hamısını oxu