Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Erməni vəhşiliyinin Xocalı səhnəsi” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar "Erməni vəhşiliyinin Xocalı səhnəsi" mövzusunda tədbir keçirib. Rayon Veteranlar evində təşkil edilən tədbirdən öncə nümayiş olunan "Xocalı qətliamı uşaqların gözü ilə" adlı rəsm sərgisi barədə Rəsm Qaleriyasının direktoru Elçin Nəzərov tədbir iştirakçılarına məlumat verib.

Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının şöbə müdiri, əməkdar mədəniyyət işçisi Xeyrulla Şahbazov açdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhlarına dualar oxunub.

Göytəpə şəhər 1 saylı tam orta məktəbinin tarix müəllimi Fürudin Zeynalov Xocalı sakinlərinə qarşı ermənilərin törətdikləri vəhşiliklər barədə geniş məlumat verdikdən sonra  qeyd edib ki, o soyuq qış gecəsi uşağa, qocaya aman verilməyib, 613 dinc əhali qətlə yetirilib, 1275 nəfər əsir aparılıb, 450 nəfər şikəst edilib. Bu qanlı hərbi cinayətə yalnız ulu öndər hakimiyyətə gələndən sonra hüquqi-siyasi qiymət verilib, Xocalı faciəsi haqqında məlumatlar dünya ictimaiyyətinə çatdırılıb.

Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, YAP Cəlilabad rayon aparatının rəhbəri Rafiq Məmmədov, Qarabağ qaziləri ictimai birliyinin sədri Maşallah Əliyev, ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, Xocalıdan olan Zaur Kəngərli,   rayonun Soltankənd orta məktəbinin müəllimi Dadaş Bayramov, Aypara cəmiyyətinin rayon bölməsinin sədri İlkin Qubadov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Mikayıl İnçəçaylı, əmək və müharibə veteranları Kamran Sadıqov, Adil Hüseynov, Qurban Əhmədov, Sakit İsayev, Adıgözəl Nuriyev və başqaları çıxış edərək  Xocalı soyqrımını son yüz ildə baş vermiş ən qatı terror hadisəsi adlandırıblar və təəssüflə vurğulayıblar ki, bu qanlı faciəni hələ də dünya ictimaiyyətinə  insanlığa qarşı törədilmiş  soyqrım kimi tanıda bilməmişik. Amma təsəllimiz budur ki,  44 günlük Vətən müharibəsində azğın ermənilərin başını dəmir yumruğumuzla əzdik və dünyaya göstərdik ki, haqq-ədalət həmişə zəfər çalacaq.

2023-02-25 09:02:20
3310 baxış

Digər xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərə ithaf olunmuş

Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ithaf olunan musiqi kompozisiyası hazırlanıb. Milli.Az Trend-ə istinadən bildirir ki, əməkdar artist Aygün Bəylərin ifa etdiyi "Əbədi zirvə" adlı musiqi kompozisiyasının bəstəkarı Tural Məmmədlidir. Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan musiqi kompozisiyasının klipi tezliklə ictimaiyyətə təqdim olunacaq. Klipin çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirir. Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Bir ömür boyu onlara minnətdar olacaq, qəlbimizdə əbədi yaşadacağıq!  

Hamısını oxu
Sumqayıt İdrak liseyində “Hər sinif bir dövlətdir” adlı layihə gerçəkləşib

Veteran.gov.az xəbər verir ki, 13 dekabr tarixində Sumqayıt İdrak liseyində liseyin direktoru Hidayət Allahverdinin rəhbərliyi altında “Hər sinif bir dövlətdir!”adlı layihə baş tutub. Tədbirin təşkilatçısı və aparıcısı liseyin fənn müəllimi Pərvanə Yusifova seçilib.   Tədbir Azərbaycan Respublikasının Dövlət Himni, daha sonra İdrak liseyinin himni ilə açıq elan olunub. Bu layihənin əsasnaməsi şagirdlərin və müəllimlərinin nəzərinə çatdırılıb. Layihənin “Birləşmiş Liseyistlər Təşkilatı”(BLT) adı altında fəaliyyət göstəriləcəyi nəzərə çatdırılıb.   Daha sonra 5-9 cu sinif şagirdləri ardıcıllıqlla səhnəyə gələrək özlərini, dövlətlərini, dövlətlərinin atributlarını (bayraq, gerb, himn) təqdim ediblər. Hər sinif, yəni hər dövlət öz prezidentinin təqdimatında tanıdılıb. Təqdimat həm şifahi, həm də slayd formada reallaşıb. Təqdimatda sinif dövlətlərinin bayrağının, gerbinin , devizinin mənası açıqlanıb. Hər dövlət (sinif) öz himnini səsləndirib. Sonda dövlət prezidentləti və sinif kuratorları açıq səsvermə yolu ilə BLT təşlikatına katib seçiblər. Tədbir şagirdlərinin və izləyənlərin böyük marağına səbəb olub və böyük rəğbətlə qarşılanıb.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib

Respublika Veteranlar Təşkilatı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıb. Müraciətdə deyilir:   “Hörmətli Baş direktor.   Respublika Veteranlar Təşkilatı olaraq sizə müraciət etməyimizə səbəb Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsidir.   Nəzərinizə çatdırırıq ki, Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalmışlar.   1988-ci ildə həyata keçirilən sonuncu deportasiya zamanı 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Bununla da, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və sistematik deportasiya siyasəti nəticəsində azərbaycanlıların Ermnistandan qovulması prosesi sona çatdı.   Acı da olsa həqiqətdir ki, hazırda Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan sistemli şəkildə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününkiləşdirir və mənşəyini dəyişdirir. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib.   İrəvan quberniyasında yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününkiləşdirilib, və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.       Hörmətli Baş direktor.   Təəssüf və narahatlıq hissi ilə qeyd edirik ki, Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbristanlıqları kimi 500-dən çox qəbristanlıq məhv edilib. Bu il Azərbaycan xalqının 200 illik yubileyini qeyd etdiyi, qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Aşıq Ələsgərin də qəbri dağıdılıb. Bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına salınan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin qəbirüstü büstünün dağıdılması bir daha Ermənistanın heç bir ümumbəşəri dəyər tanımadığını nümayiş etdirir. Bu, bütün dinlər tərəfindən qəbuledilməzdir və heç bir mənəviyyata sığmır.   Bir neçə on ildir ki, davam edən vandallıq əməllərinə görə bir nəfərin belə cəzalandırılmaması Ermənistanda bu işlərin dövlət siyasəti olmasının növbəti sübutudur.   Sadaladığımız konkret faktlar göstərir ki, Ermənistan hətta azərbaycanlıların bu torpaqlarda tarix boyu yaşaması və zəngin mədəniyyət yaratması faktını belə inkar edir. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsidir.     Məlum olduğu kimi, bu kimi cinayətlər - mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi 2347 saylı qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir.    Hörmətli Baş direktor.   Respublika Veteranlar Təşkilatı olaraq sizi Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırki vəziyyəti barədə ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməyə çağırırıq. Biz həmçinin sizdən Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırki vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edirik.     UNESCO-nun öz konstitusiyası ilə ona verilmiş vasitəçilik mandatına güvənir və sizdən bu təşəbbüsün reallaşdırılması ilə bağlı UNESCO-nun rəsmi mövqeyinə dair bizi məlumatlandırmağınızı xahiş edirik.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyətinin iclasını keçirib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyətinin iclasını keçirib.  İclasda son 6 ayın yekunları müzakirə edilib, habelə, qarşıdakı 6 ay ərzində görülməsi nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvəər Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Təşkilatın son 6 aydakı fəaliyyətini ümumilikdə qənaətbəxş hesab etsə də, qarşıdakı dönəmdə daha yüksək nəticələr əldə etməyin zəruriliyini vurğulayıb. Polkovnik qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman öz fəaliyyətində müasir çağırış və tələbləri daim diqqət mərkəzində saxlayıb və bundan sonra da öz ənənəsinə sadiqlik sərgiləyəcək.

Hamısını oxu