Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İkinci Dünya müharibəsi zamanı həlak olmuş azərbaycanlıların xatirəsi əbədi yaşayacaq

Azərbaycanın hərb tarixində İkinci Dünya müharibəsində azərbaycanlıların göstərdiyi qəhrəmanlığın xüsusi yeri vardır. Ancaq alman faşizmi üzərində tarixi qələbədən 71 ildən artıq vaxt keçməsinə baxmayaraq, həmin müharibədə iştirak etmiş azərbaycanlıların bir hissəsinin taleyi bugünədək aydınlaşmamış qalır.  Onlar arasında keçmiş SSRİ-nin bir sıra ərazilərində, o cümlədən Moldovada döyüşənlər də olmuşdur. Moldova Respublikasında Azərbaycanın bu ölkədəki səfirliyinin yaxından iştirakı ilə aparılan araşdırmalar nəticəsində vaxtılə itkin düşmüş sayılan soydaşlarımızdan 206 nəfərinin taleyinə aydınlıq gətirilmiş, onların kimlikləri, təvəllüd tarixləri, rütbələri, hərbi xidmətə çağrıldıqları tarix, məntəqələr, dəfn yerləri müəyyən olunmuş, sənədlərinin saxlandığı arxivlər dəqiqləşdirilmişdir. Bu münasibətlə keçirilən tədbir başlanmazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə, Moldova Respublikasının Azərbaycandakı səfiri cənab George Luka, Türkiyənin Müharibə Veteranları Dərnəyinin Qars vilayəti üzrə rəhbərləri Yüksəl Öztürk, Munis Acay və Məvlud Kara, Azərbaycanın Moldova Respublikasındakı sabiq səfiri Namiq Əliyev, Azərbaycan Respublikası 2 saylı İnzibati İqtisad məhkəməsinin sədri Çingiz Bəşirov, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun direktor müavini, professor Cəbi Bəhramov, Respublika Hərbi Prokurorluğunun şöbə rəisi ədliyyə polkovniki Toğrul Hüseynov, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər, media nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov açaraq demişdir: “II Dünya müharibəsində faşizm üzərində qələbəyə Azərbaycan böyük töhfə vermişdir. Azərbaycanlılar bu müharibədə əsl rəşadət, igidlik göstərmiş, onlardan 127 nəfəri Sovet İttifaqı qəhrəmanı adına, on minlərlə soydaşımız orden və medallara layiq görülmüşlər. Azərbaycanlıların döyüş yolu həm də Moldovadan, bu torpaqların faşist işğalından azad Azərbaycanın Moldova Respublikasındakı səfirliyinin yaxından iştirakı ilə aparılan araşdırmalar nəticəsində vaxtılə itkin düşmüş sayılan soydaşlarımızdan 206 nəfərinin taleyinə aydınlıq gətirilməsi çox böyük hadisədir.
Respublika Veteranlar Təşkilatı II Dünya, Qarabağ, Əfqanıstan müharibələrində döyüşmüş, həlak olmuş, itkin düşmüş əsgər və zabitlərimizin taleyinə aydınlıq gətirilməsi istiqamətində ardıcıl iş aparır. Ötən il Moldova Respublikasında və Rusiya Federasiyası ərazisində həlak olmuş azərbaycanlı döyüşçülərin dəfn edildikləri yerlərin müəyyən olunması bizi olduqca sevindirdi. Artıq qələbə günündə, digər bayramlarda həmin ərazilərdə yaşayan soydaşlarımız, eləcə də yerli ictimaiyyətin nümayəndələri həmin məzarları ziyarət edirlər, üstünə gül dəstəsi qoyurlar. Bu imkan, döyüşmü ruhlarının şad olması həmin insanların doğmaları, yaxınları ilə yanaşı bizim hər birimizin qəlbini sevindirir. Allah onlara rəhmət eləsin”.
Azərbaycanın Moldova Respublikasındakı sabiq səfiri Namiq Əliyev öz çıxışında soydaşlarımızdan 206 nəfərinin taleyinə aydınlıq gətirilməsində Moldova Respublikasının dövlət orqanlarının göstərdiyi köməklikdən, səfirliyin bu istiqamətdəki fəaliyyətindən danışdı. Bu insanların taleyinin aydınlaşdırılmasının doğurduğu hisslərin əvəzedilməz olduğunu vurğuladı.
Çıxış edən İkinci Dünya müharibəsi veteranı A.A.Qritçenko cəbhə xatirələrini yada saldı, döyüşçülərimizin şücayətindən, rəşadətindən danışdı. Bildirdi ki, Azərbaycanın öz döyüşçü oğullarını unutmaması, onların taleyinə gec də olsa aydınlıq gətirilməsi təqdirəlayiq işdir. Respublika Veteranlar Təşkilatının bu fəaliyyətlərə yaxından dəstək verməsi, belə tədbirlər keçirməsinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində çox böyük rolu vardır.
Çıxış edən II dünya müharibəsində Moldovoda döyüşmüş Veteran İsmayıl Fərəcov müharibə ilə bağlı xatirələrini bölüşdü.
Moldova Respublikasında döyüşlərdə həlak olmuş Sumqayıt şəhərindən cəbhəyə yola düşmüş Rzayev Oruc Şirin oğlunun, Xəzər rayonundan cəbhəyə getmiş Abbasov Vəli Abbas oğlunun yaxınları (Rzayev Oruc Şirin oğlunun bacısı oğlu Sərxan, Abbasov Vəli Abas oğlunun qardaşı oğlu Abasov Vəli İmaməli və onun qardaşı Əfqan) çıxış edərək doğmalarının taleyinə aydınlıq gətirilməsinə, xeyirxah işə görə Azərbaycanın Moldova Respublikasındakı səfirliyinin əməkdaşlarına öz minnətdarlığını çatdırdılar, bunun Vətən qarşısında həqiqi xidmət olduğunu bildirdilər.
Daha sonra çıxış edənlər Azərbaycanın İkinci Dünya müharibəsində iştirakından, azərbaycanlıların keçdiyi döyüş yolundan bəhs etdilər, Moldova Respublikasında Azərbaycanın bu ölkədəki səfirliyinin yaxından iştirakı ilə aparılan araşdırmalar nəticəsində vaxtılə itkin düşmüş sayılan soydaşlarımızdan 206 nəfərinin taleyinə aydınlıq gətirilməsini böyük hadisə kimi qiymətləndirərək bu xeyirxah işdə, eləcə də “Xatirə kitabı”nın hazırlanmasında əməyi olanların hamısına dərin təşəkkürlərini bidirdilər.
Tədbirin sonunda bir neçə şəxs Respublika Veteranlar Təşkilatının təsis etdiyi yubiley medallarları ilə təltif edildilər.

2016-10-27 00:00:00
4371 baxış

Digər xəbərlər

Birinci Qarabağ müharibəsinin şəhidi Şərurda torpağa tapşırılıb

Mayın 16-da Naxçıvan Beynəlxalq Hava Limanında birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kəndindən olan Məmmədov Muxtar Bayram oğlunun nəşinin qarşılanma mərasimi keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, qazilər, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin üçrəngli bayrağa bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Yaylım atəşi açılıb, “Qurani-Kərim”dən ayələr oxunub. Sonra şəhidin cənazəsi doğulduğu Sədərək rayonunun Dəmirçi kəndinə yola salınıb. Muxtar Məmmədov Birinci Qarabağ müharibəsində iştirak edib, 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.

Hamısını oxu
Tanklarımız atəş mövqeyinə çıxarıldı

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq tank və artilleriya bölmələri ilə döyüş hazırlığı üzrə məşqlər keçirilir. Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, məşqlərin məqsədi tank və artilleriya bölmələrinin şəxsi heyətinin peşəkarlığının artırılması, döyüş əməliyyatlarının planlaşdırılması və icrası zamanı qarşılıqlı fəaliyyət vərdişlərinin təkmilləşdirilməsidir. Döyüş uzlaşması zamanı fəaliyyət göstərən bölmələr atəş mövqelərini tutublar.

Hamısını oxu
Mehriban Əliyevanın Qarabağla bağlı arzuları Türkiyə mediasında geniş işıqlandırılıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi sosial şəbəkə hesablarından Ermənistanın işğalçılıq siyasəti və davamlı təxribatlarının daha da intensivləşməsi nəticəsində iki ölkə arasındakı mövcud gərginliyin hərbi qarşıdurma vəziyyətinə gəlməsi barədə paylaşımları Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi, “Sabah”, “Yeni şəfəq”, Hüriyyət”, “Təqvim” və digər populyar qəzetlər, eləcə də nüfuzlu xəbər portalları bu məlumatı geniş oxucu auditoriyasına təqdim ediblər. Bildirilir ki, paylaşımda Azərbaycan dövlətinin heç vaxt başqasının torpaqlarına iddialı olmadığı, heç zaman insanlığa qarşı cinayət törətmədiyini diqqətə çatdıran Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərilən səmimi dəstəyə görə Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını ifadə edib.   Qardaş ölkə KİV-lərində Birinci vitse-prezidentin aşağıdakı fikirləri də yer alıb: “Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin! Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!”       

Hamısını oxu
Orduxan Bəbirov, Qurban Məmmədov, Tural Sadıqov barədə həbs qərarı çıxarıldı

Azərbaycan vətəndaşı 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunmuş və Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar 2019-cu il dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib. Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə 15 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilib. İstintaqla müəyyən edilmişdir ki, Elvin İsayev 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasının vətəndaşları olmaqla hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasını tərk etdikdən sonra, müvəqqəti məskunlaşdığı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində özünə məxsus hesablar vasitəsilə "youtube" və "facebook" sosial şəbəkələrində Azərbaycan dilində yerləşdirdiyi video müraciətlərində, yayımladığı video görüntülərdə və paylaşımlarda hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlətməklə Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edib. Qeyd olunanlara əsasən Elvin İsayev Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Eyni zamanda, Elvin İsayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilmişlər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin "İnterpol"un Milli Mərkəzi Bürosuna göndərilib.   Prokurorluq orqanları tərəfindən qeyd edilən şəxslərin konkret olaraq olduğu yerlər müəyyən edilməklə qanunvericiliyin və müvafiq beynəlxalq Konvensiyaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına ekstradisiya edilmələri və məhkəmə məsuliyyətinə verilmələri üçün mümkün olan bütün tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir. Hazırda həmin cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir. Milli.Az

Hamısını oxu