Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Mehriban Əliyevanın Qarabağla bağlı arzuları Türkiyə mediasında geniş işıqlandırılıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi sosial şəbəkə hesablarından Ermənistanın işğalçılıq siyasəti və davamlı təxribatlarının daha da intensivləşməsi nəticəsində iki ölkə arasındakı mövcud gərginliyin hərbi qarşıdurma vəziyyətinə gəlməsi barədə paylaşımları Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi, “Sabah”, “Yeni şəfəq”, Hüriyyət”, “Təqvim” və digər populyar qəzetlər, eləcə də nüfuzlu xəbər portalları bu məlumatı geniş oxucu auditoriyasına təqdim ediblər. Bildirilir ki, paylaşımda Azərbaycan dövlətinin heç vaxt başqasının torpaqlarına iddialı olmadığı, heç zaman insanlığa qarşı cinayət törətmədiyini diqqətə çatdıran Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərilən səmimi dəstəyə görə Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını ifadə edib.

 
Qardaş ölkə KİV-lərində Birinci vitse-prezidentin aşağıdakı fikirləri də yer alıb: “Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin! Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!”   

2020-10-02 00:00:00
3480 baxış

Digər xəbərlər

Statement by the Organization for War, Labor, and Armed Forces Veterans of the Republic of Azerbaijan

The Organization for War, Labor, and Armed Forces Veterans of the Republic of Azerbaijan issued a statement addressed to veterans around the world regarding the terrorist attack of Iran in Azerbaijan on March 5, 2026. The statement reads: "On March 5, 2026, the drone strikes by the Islamic Republic of Iran on Nakhchivan Airport, as well as on other civilian infrastructure, rightly provoked strong outrage and resolute protest from the Azerbaijani people. The unprovoked harm to civilians by the Iranian state and the commission of a clear terrorist act on the territory of Azerbaijan not only contradict international law but also constitute a flagrant violation of moral and spiritual values ​​and humanitarian principles." The Organization for War, Labor, and Armed Forces Veterans declares that the drone attack on Nakhchivan is a crime against all humanity and calls on the international community and veterans worldwide to condemn this terrorist act. The international community's outcry over Iran's terrorist attack not only exemplifies moral support for the Azerbaijani people, but also will have a great importance in preventing similar terrorist attacks against other states in the future. We believe that, under pressure and insistence from the international community, Tehran officials will apologize to Azerbaijan for this terrorist attack and take practical steps to punish the perpetrators.  

Hamısını oxu
“Tarix yazan qəhrəmanlar“ layihəsi davam edir

Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən "Gənc muzeyşünaslar və muzeysevərlər klubu"nun rəhbəri Sahibə Ələkbərova "Tarix yazan qəhrəmanlar" layihəsi çərçivəsində klub üzvləri ilə birgə II Vətən müharibəsi şəhidi Tural Abdullayevin ailəsini ziyarət ediblər. Layihə iştirakçıları T.Abdulayevin ailəsi ilə görüş zamanı onun haqqında olan xatirələri dinləmiş və şəhidin evində xatirə əşyaları nümayiş edilən xüsusi otaq ilə tanış olmuşlar.    Abdullayev Tural Şakir oğlu 1990-cı il fevral ayının 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. O, doğulduğu ildə ailəsi Xocalı şəhərinə köçmüşdür. Turalın 2 yaşı tamam olanda erməni quldurları onun yaşadığı şəhəri yerlə-yeksan etdilər. Bu soyqırımda Turalın qohumlarından bir ailə tamamilə məhv edildi. Kiçik yaşlarından düşmənə nifrət hissı ilə böyüyən Tural, düşməndən qisas almağı qarşısına məqsəd qoymuşdur. Qeyd edək ki,  Tural Abdullayev hərbi xidməti 2008-ci ildə Salyanda Xüsusi Təyinatlı Qüvvələrdə keçib. 2010-cu ildən isə Zaqatalada DİN XTQ-də əməliyyat qrupunda çalışıb. 12 il Xüsusi Təyinatlı Qüvvələrdə Vətənə qüsursuz xidmət edən Tural hərbi xidmət keçdiyi zaman və çalışdığı müddətlərdə nümunəvi xidmətinə görə çoxlu sayda medal və Fəxri Fərmanlarla təltif edilib. 2008-ci ildə hərbi xidmətdə nümunəvi xidmətinə görə hərbi hissə komandirinin əmri ilə baş çavuş Abdullayev Tural  III dərəcəli döş nişanı ilə təltif edilib. Həmçinin 2013-cü ildə Azərbaycan Respublikasının “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20 illiyi” yubiley medalı ilə, 2018-ci ilin dekabrında AVMVİB-nin (Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi) əsasnaməsi ilə təsdiq edilmiş “Milli Ordu - 100” medalı ilə, 2020-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin adından “Qüsursuz xidmətə görə” III dərəcəli medalı ilə təltif edilib.   “Boz qurd" ləqəbli döyüşçü II Vətən Müharibəsi zamanı Murovdoğ yüksəkliyinin alınmasında və Kəlbəcər tərəfində keçirilən əməliyyatlarda iştirak etmişdir. T.Abdullayev 30 sentyabr 2020- ci il tarixində ən yüksək zirvəyə şəhidlik məqamına ucaldı. Bir çox arzuları yarımçıq qalsada ən böyük arzusuna nail oldu. Xocalı qətlamının qisasını düşməndən aldı.   T. Abdullayev yaşadığı illər ərzində bir dəfə də olsun doğum gününü qeyd etmədi. Çünki, onun doğum günü 613 nəfər Xocalı sakininin qətl edildiyi günə təsadüf edirdi.   Qeyd edək ki, T.Abdullayevə məxsus əşyaların bir hissəsi muzeyin Vətən müharibəsi fondunda qorunur, digər hissəsi isə muzeydə “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş etdirilir.   Mənbə: http://azhistorymuseum.gov.az 

Hamısını oxu
II Dünya Müharibəsi veteranı 96 yaşında vəfat edib

II Dünya Müharibəsi iştirakçısı olan neftçalalı veteran vəfat edib.   "Report"un  Muğan bürosunun məlumatına görə, veteran Nağıyev Zəbulla Cəfər oğlu 96 yaşında dünyasını dəyişib.   Qeyd edək ki, o, 1925-ci ildə Neftçala rayonunun Astanlı kəndində anadan olub. Z.Nağıyev SSRİ Silahlı Qüvvələrində xidmət edib, müharibə cəbhələrində Ukraynaya qədər qəhrəmanlıqla vuruşub, müxtəlif orden və medallara layiq görülüb.   Qeyd edək ki, Zəbulla Nağıyevin vəfatı ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti mərhumun yaxınlarına başsağlığı verib, səbr diləyib.   

Hamısını oxu
Cəlil Xəlilov: beynəlxalq konfransda Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırırıq

“Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfransda 20-dən çox ölkənin veteranlar təşkilatlarının rəhbərləri, Dünya Veteranlar Federasiyasının prezidenti Dan-Viqqo Berqtun iştirak edir. Konfransda beynəlxalq təhlükələrə qarşı mübarizə mövzusu müzakirə olunur. Tədbirdə Azərbaycanın üzləşdiyi erməni faşizmi təhlükəsinə qarşı mübarizə yollarını müəyyənləşdirir, beynəlxalq təşkilatları Azərbaycan həqiqətləri barədə məlumatlandırırıq. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qurumun yaradılmasının 30 illiyinə həsr olunan “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfransla bağlı jurnalistlərə müsahibəsində deyib. C.Xəlilov deyib ki, Ermənistan beynəlxalq təşkilatların çağırışlarına, qəbul etdikləri qərar və qətnamələrinə məhəl qoymadan Azərbaycan Respublikasının ərazilərinin 20 faizini işğal atlında saxlayır. Biz bu tədbiri keçirməklə həm də beynəlxalq təşkilatları bu barədə məlumatlandırırıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırılmasına kömək etmələri üçün onların imkanlarından istifadə edirik. Beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Ermənistana təzyiq göstərməsinə kömək göstərilməsini istəyirik. Konfransın sonunda bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul ediləcək.

Hamısını oxu