Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Novxanı 1 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə möhtəşəm tədbir keçirilib

Novxanı 1 nömrəli tam orta məktəbdə 04.05.2023-cü il tarixdə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. 

Veteran.gov.az xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkədəki hesabında məlumat verilib. Məktəbin həyətində başlayan tədbir məktəblilərin bir-birindən maraqlı çıxışları, xor kollektivinin ifası, şeir və rəqs nümunələri ilə davam edib. Ümummilli liderin 100 illik yubileyi münasibətilə hazırlanan fləşmob tədbir iştirakçılarında xüsusilə böyük maraq doğurub.

Heydər Əliyevin zəngin həyat yolu və  siyasi fəaliyyəti ilə bağlı məktəb müəllimlərinin etdiyi çıxışlar da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşları, habelə digər qonaqlar iştirak edib.

Seymur ƏLİYEV

 

2023-05-04 20:32:25
3424 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında Şəmistan Əlizamanlının yaradıcılığına həsr olunmuş tədbir keçirilib

 Tədbirdə “Vətən” marşı klipinin təqdimatı olub Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnı və marşlarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə  “Vətən” marşı klipinin təqdimatı keçirilib. Təqdimatdan sonra çıxış edən polkovnik Cəlil Xəlilov Şəmistan Əlizamanlının yaradıcılığına diqqət çəkib, onun mahnılarının gənclərimizdə vətənpərvərlik ruhunun güclənməsində, onlarda milli-mənəvi dəyərlərə bağlılıq hissinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. Tədbirdə çıxış edən Şəmistan Əlizamanlı həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Hərbi diktor qeyd edib ki, İkinci Qarabağ müharibəsində məhz güclü lider-güclü sərkərdə amili böyük zəfərin əldə edilməsinə həlledici təsir göstərib, işğal faktına son qoyulub. Çıxışdan sonra Şəmistan Əlizamanlının ifasında daha bir neçə vətənpərvərlik mahnısı ifa olunub, xatirə şəkli çəkilib.  

Hamısını oxu
Cəbhədə SON VƏZİYYƏT - Nazirlik məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub. Milli.Az xəbər veirr ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
“27 sentyabr böyük zəfərə yolçuluğun başlanğıcı, xalqın özünütəsdiq günüdür”

Səmyar Abdullayev: “Bu zəfər sadəcə ordumuzun deyil, ruhumuzun, mənəviyyatmızın, həmrəyliyimizin zəfəridir”   Bu gün 27 sentyabr – Anım Günüdür.   Veteran.gov.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə bu tarixi günlə bağlı bəzi məqamları şərh etməyə çalışdıq.   -Səmyar bəy, bu gün 27 sentyabr Anım Günü, habelə Vətən müharibəsinin başlanmasının birinci ildönümüdür. Bu günü və onun xalqımızın taleyi baxımından əhəmiyyətini necə dəyərləndirərsiniz?   -27 sentyabr 30 illik erməni işğalına son qoyan Vətən mühribəsinin başlandığı gündür. Məhz bu gün şanlı Azrbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əks-hücuma keçərək işğaldakı torpaqlarımızın azadlığı uğrunda hərbi əməliyyatlara başlayıb.   27 sentyabr həm də xalqımızın mənəvi birlik günüdür. Çünki bu gün bütün xalq Azərbaycan ordusu, Azərbaycan prezidenti ətrafında bir nəfər kimi birləşərək erməni faşizminə qarşı mübarizəyə qalxıb, işğaldakı torpaqlarımızın azadlığı üçün ruhi-mənəvi, maddi-fiziki baxımdan fədakarlıq sərgiləyib. Məhz bu gündən etibarən 44 gün ərzində 3 minə qədər vətən övladı öz həyatını ərazi bütövlüyümüz uğrunda qurban verib, öz qanı hesabına Azərbaycan tarixinin ən böyük zəfər salnaməsinə imza atıb. Elə buna görə də Prezident İlham Əliyev 2020-ci il 2 dekabr sərəncamı ilə 27 sentyabr tarixini şəhidlərin müqəddəs xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü elan edib.   27 sentyabr tarixi müəqddəs gündür. Azərbaycan xalqı hər zaman bu günü dərin ehtiram hissi ilə qeyd edəcək, bizə bu böyük qələbəni bəxş edən qəhrəmanlar daim sevgi hissi ilə yad olunacaq.   -Vətən müharibəsi Azərbycan ordusunun gücü, qüdrəti ilə yanaşı, daha hansı həqiqətləri ortaya çıxardı?   -Vətən müharibəsi və ölkəmizin bu müharibədəki qalibiyyəti Azərbaycan ordusunun qüdrəti ilə yanaşı, daha bir neçə gerçəkliyi əyani surətdə sübut etdi. Bu müharibə hər şeydən öncə Azərbaycan xalqının öz prezidentinə, ordusuna olan dərin inamını ortaya qoydu. Ölkə başçısının çağırışı ilə bütün xalq bir nəfər kimi ayağa qalxdı. Hər kəs öz sahəsində qələbəmizə töhfə vermək, ordumuzun uğuruna kömək etmək üçün əlindən gələni etdi ki, bu da tarixi zəfərimizi sürətləndirdi.   Bu müharibə həm də Azərbaycanın iqtisadi gücünün nümayişi oldu. Çoxlu sayda qlobal və regional layihələr həyata keçirən, neft sektoru ilə yanaşı, həm də qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atan, çoxşaxəli iqtisadiyyatın formalaşmasına nail olan Azərbaycan, iqtisadi potensialından hərbi hədəflərinə çatmaq üçün də uğula istifadə etdi. Təsəvvür edin ki, nə müharibə, nə də post-müharibə dönəmində Azərbaycanda heç bir sosial layihə təxirə salınmadı. Əksinə, müharibədən dərhal sonra işğaldan azad edilən ərazilərdə böyük qurucluluq işlərinə start verən dövlətimiz, bununla həqiqi iqtisadi gücə malik olduğunu isbatladı.   Müharibə həm də Azərbaycan xalqının humanist, nəcib xarakterini, bəşəri dəyərlərə olan həssas münasibətini də bütün dünyaya bir kəs daha nümayiş etdirdi. Müharibə dönəmində bir dəfə də olsun düşmənin mülki obyektlərinə zərbə endirməyən, mülki vətəndaşlarına xəsarət yetirməyən Azərbaycan ordusu, sırf hərbi hədəfləri məhv etməklə sadəcə işğlçılara, hərbi təcavüzkarlara qarşı mübarizə apardığının mesajını verdi. Halbuki, 44 günlük Vətən müharibəsində erməni faşizmi Azərbaycanın bütün iri şəhərlərini raket zərbələrinə məruz qoymaqla, onlarla mülki insanın qətlinə imza atdı. Ölkəmizə qarşı ağır hərbi cinayətlər törədən Ermənistanın vəhşiliyi fonunda Azərbaycan əsgərinin humanizmi xalqımızın necə böyük, dərin və ülvi dəyərlərə sahib olduğunu gözlər önünə sərdi. Başqa sözlə desək, Azərbaycan xalqı öz humanizmi ilə də erməni faşizmini məğlub etdi, onun bütün dünyada ifşasını həyata keçirdi.   -Səmyar bəy, heç kimə sirr deyil ki, müharibə dönəmində Azərbaycan bəzi dövlətlərin ədalətsiz münasibəti ilə qarşılaşdı, ciddi təzyiqlərlə üz-üzə gəldi. Lakin buna baxmayaraq, xalqımız və dövlətimiz öz məqsədinə doğru əminliklə irəliləməyi bacardı. Sizcə ölkə başçısının bu təzyiqlər, ədalətsizliklər fonunda sərgilədiyi davranış necə xarakterizə oluna bilər?   -Təbii ki, Azərbaycanın işğaldakı torpaqlaırnı azad etmək üçün ayağa qalxması, öz hərbi gücündən istifadə edərək məlum problemi həllinə çalışması sadəcə Ermənistanı deyil, ona dəstək olan, havadarlıq edən dövlətləri, bəzi mərkəzləri də ciddi narahat edirdi. Buna görə də onlar ölkəmizin ünvanına həqiqətə uyğun olmayan fikirlər səsləndirir, böhtanlar yağdırırdı. 30 illik erməni işğalına görə bir dəfə də olsun səsini çıxarmayan, erməni faşizminin törətdiyi vəhşiliklərə etiraz etməyən qüvvələr, Azərbayanı müharibə tərəfdarı olan dövlət kimi təqdim edir, Vətən müharibəsinin mahiyyəti ilə bağlı yalan və əsassız fikirlər sədləndirirdi. Məhz belə bir çətin və mürəkkəb situasiyada Prezident İlham Əliyev böyük siyasi qətiyyət və cəsarət sərgilədi. Müharibə ərzində dünyanın qabaqcıl media orqanları və televiziyalarına müsahibələr verən Ali Baş Komandan  öz məntiqli çıxışları, dəmir arqumentləri ilə ölkəmizə yönəlik bütün məkirli niyyətləri ifşa etdi. Prezident İlham Əliyev təkzibolunmaz faktlar əsasında göstərdi ki, bu qarşıdurmanın memarı Ermənistandır və problemin müharibə yolu ilə həllinə görə də bütün məsuliyyət məhz işğalçı dövlətin üzərinə düşür.   Rayonlarımız, yaşayış məntəqlərimiz işğaldan azad olunduqca həmin ərazilərdə çəkilən görüntülər, videomateriallar erməni vandallarının bu ərzilərdə necə böyük vəhşiliklər törətdiyini bir kəs daha ortaya qoydu. Bu görüntüləri beynəlxalq media platformasında təqdim edən Azərbaycan sübut etdi ki, işğal etdiyi torpaqların onlara məxsusluğunu iddia edən Ermənistan nəinki 30 il ərzində bu torpaqlarda heç nə tikib-yaratmayıb, əksinə, hər şeyi dağıdıb, məhv edib. Azərbaycan bütün dünyaya sübut etdi ki, erməni faşizmi sadəcə insanlığa deyil, həm də təbiətə, daşa, torpağa, ağaca – hər şeyə və hər kəsə düşməndir. Məhz Prezident İlham Əliyevin qətiyyəti, media və diplomatik müstəvidə ortaya qoyduğu inamlı mübarizə, xalqımızın səsini bütün dünyaya parlaq şəkildə çatdırmaq bacarığı Ermənistan və onun himayədarlarını böyük ölçüdə tərk-silah etdi. Erməni yalanları, dezinformasiya xarakterli məlumatlar ifşa olundu.   Əminəm ki, illər, əsrlər bundan sonra da Ali Baş Komandanın sadəcə hərbi müstəvidə deyil, həm də diplomatik və media müstəvisində sərgilədiyi əzm və prinsipiallıq, mübarizə ruhu qürur hissi ilə xatırlanacaq, böyük sevgi, ehtiram hissi ilə yad ediləcək, tarixin yaddaşında əbədi yaşayacaqdır.   Seymur ƏLİYEV

Hamısını oxu
Bakıda xeyriyyə məqsədilə “Qələbə qaçışı” təşkil ediləcək

Gənclər və İdman Nazirliyi noyabrın 9-da Bakıda “Qələbə qaçışı” xeyriyyə tədbiri keçirəcək. “Qürurla irəli” şüarı ilə təşkil ediləcək qaçış ötən il müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin ildönümünə həsr olunub.   İanə...   Qaçışa qoşulmaq istəyən hər kəs “YAŞAT” Fonduna minimum 20 manat iştirak haqqı ödəməlidir. Fonda daha yüksək məbləğdə ianə etmək istəyənləri də sıramızda görmək xoş olacaq.   Məqsəd…   Xeyriyyə aksiyasında əsas məqsəd xalqımızın həmrəyliyini, dövlət-xalq birliyini bir daha nümayiş etdirməklə, Vətən uğrunda canını fəda etmiş, yaralanmış qazilərə dəstək olmaq, müharibə dövründəki qalib xalq ruhunu daim yaşatmaqdır.   Məkan…   “Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, Elektra Hall-ın qarşısından start götürəcək və 5000 metrlik məsafəni əhatə edərək Bakı Dəniz Vağzalının qarşısında finişə çatacaqlar.   Qaçışdan əyləncəyə…   Bu qaçışda iştirak etməklə siz artıq qaliblər sırasındasınız! Günün maraqlı davamı üçün təşkilatçılar finişdə maraqlı proqram hazırlayıblar. Tədbirin qaçış hissəsi başa çatdıqdan sonra iştirakçıları urban (şəhər) idmanı master klasları, maraqlı tədbirlər və digər sürprizlər gözləyir.   Qeydiyyat…   Qaçışda iştirak üçün say limiti tətbiq olunacaq. Qeydiyyatdan ilk keçənlər qaliblər sırasında olmaq imkanı qazanacaqlar. 18 yaşdan yuxarı hər kəs qaçışda iştirak edə bilər. Bunun üçün, Təşkilat Komitəsinin təsdiqlədiyi əsasnaməyə uyğun olaraq və göstərilən link (https://www.smartscoring.com/az/form) vasitəsilə qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyat noyabrın 7-də saat 18.00-da başa çatır. Qeydiyyat başa çatdıqdan sonra, müraciəti qəbul edilmiş hər kəsin e-mailinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək.   Hamı üçün…   “Qələbə qaçışı”ndan sonra, bütün iştirakçıların e-mail ünvanlarına təşkilatçıların təşəkkür əlaməti olaraq, elektron sertifikatlar göndəriləcək.   Sağlamlığa faydalı…   Qaçış xeyriyyə aksiyası olmaqla yanaşı, həm də bədən tərbiyəsinin kütləviliyinə marağı artırmaq, idmanın inkişafına nail olmaq və əhali arasında sağlam həyat tərzinin təbliği baxımından faydalı olacaq.   Elə isə...   Qürurla irəli!   Ətraflı məlumat üçün və ya qeydiyyat zamanı yarana biləcək hər hansı bir sualla bağlı 050-593-37-47 mobil telefonla əlaqə saxlamaq, info@smartscoring.com e-mailinə yazmaq olar.

Hamısını oxu