Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nərimanov rayonundakı 45 nömrəli tam orta məktəbdə Beynəlxalq Sülh Günü qeyd edilib

Bu gün Bakının Nərimanov rayonunda yerləşən 45 nömrəli tam orta məktəbdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşlarının iştirakı ilə 21 sentyabr – Beynəlxalq Sülh Günü təntənə ilə qeyd edilib.

Açıq səma altında keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nəcibə Axundova tədbir iştirakçılaırnı salamlayaraq dövlətimizin sülhə, əminamanlığa verdiyi önəmə diqqət çəkib. Məktəb direktoru bildirib ki, Azərbaycan bu gün regionda sülhün və sabitliyin əsas qarantıdır və dünyadakı bütün qarşıdurmaların sülh yolu ilə həllini vacib sayır.

Tərəqqi və inkişafa yalnız sülh şəraitində nail olmağın mümkünlüyünü vurğualayan Nəcibə Axundova azyaşlılar, yeniyetmə və gənclər arasında bu ideyanın təbliğinin mühüm önəm kəsb etdiyini bildirib.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev Sülh gününün önəmindən bəhs edib. Polkovnik qeyd edib ki, Azərbaycan dövləti hər zaman sülhün, sabitliyin bərqərar olması üçün bütün resurslardan istifadə edib, bu gün də bölgədə sülhün əsas təminatçısı qismində çıxış edib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı Rasim Mirzəyev də çıxışında sülh və sabitliyin əhəmiyyətindən bəhs edib, sülhün mövcudluğunu hər bir dövlətin inkişafı üçün başlıca şərt kimi qiymətləndirib.

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin baş mütəxəssis Nəbi Hacıyev və digər veteranlar iştirak edib.

Azərbaycanın sülh dövləti olduğuna diqqət çəkib, sülhün alternativinin olmadığnı bildiriblər.

 

Tədbirdə azyaşlılar sülhə aid şeirlər səsləndirib, mahnılar oxuyub. Tədbirin sonunda səmaya sülh rəmzi olan göyərçinlər və şarlar buraxılıb.

2022-09-21 14:15:00
1130 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı polkovnik Adil Haqverdiyevi ad günü münasibətilə təbrik edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevin ad günüdür. Bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı polkovnik Adil Haqverdiyevi təbrik edib. Təbrikdə deyilir: “Hörmətli Adil müəllim! Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayırıq. Sizin ömür yolunuz sadəcə bir insanın həyat tarixçəsi deyil — Azərbaycanın mürəkkəb və şərəfli hərb tarixinin mühüm səhifələrindən biridir. Vətən qarşısında şərəflə xidmət etməyiniz, döyüş meydanlarında göstərdiyiniz mərdlik, yaralansanız da xidməti vəzifənizin icrasını davam etdirməyiniz və bütün bunlardan sonra qazandığınız zəngin təcrübəni gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə həsr etməyiniz böyük ehtiram doğurur. Siz öz həyatınızla bir həqiqəti sübut etmisiniz: Vətənə xidmət yalnız döyüş meydanında silah tutmaq deyil, ömrünün sonuna qədər Vətənə bağlı qalmaqdır. Bu əlamətdar gündə Sizə dərin minnətdarlığımızı və sonsuz hörmətimizi bildirir,  arzu edirik ki, bundan sonrakı illəriniz də sağlamlıq, sevinc, doğmalarınızın məhəbbəti və xalqımızın Zəfərindən doğan qürur hissi ilə keçsin. Ad gününüz mübarək olsun!”

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Zəfər Günü ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Zəfər Günü ilə bağlı tədbir keçirilib. Veteranların iştirakı ilə keçirilən tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı ilə Veteranlar Təşilatının birgə təşkilatçılığı ilə baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, şəhdilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Təşkilatın sədr müavini, polkvonik Cəlil Xəlilov 8 Noyabr tarixinin önəmindən söz açıb, qələbənin əldə edilməsini şərtləndirən amillərə toxunub: “8 Noyabr tarixi sadəcə Azərbaycan deyil, bütün türk dünyası tarixi baxımından mühüm hadisədir. Bu, türk dünyasının ən şanlı zəfərlərindən biridir. Hansı ki, bu zəfər Azərbaycan xalqı, türk dünyası ilə birlikdə sonsuza kimi yaşayacaqdır.    Ordumuzun Vətən müharibəsindəki qalibiyyəti bütün regionun gələcək taleyini həll etdi. Şübhəsiz, Azərbaycan Ordusunun qalibiyyəti sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mrəhələnin başlanması demək oldu. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı. Şübhəsiz, 44 günlük Vətən müharibəsi dönəmində qələbəni təmin edən ən mühüm faktorlardan biri, bəlkə də birincisi məhz bacarıqlı sərkərdə, təcrübəli Ali Baş Komandan faktoru olmuşdur. Məhz Prezident İlham Əliyevin Ali Baş Komandan kimi peşəkarlığı ermənilərin sadəcə hərbi müstəvidə deyil, bütün müstəvilərdə məğlub edilməsində mühüm rol oynamış, böyük, həlledici qələbəni təmin etmişdir. Hansı ki, Ali Baş  Komandanımızın əzmkarlığı, müharibədəki həlledici rolu xarici ölkə ekspertləri tərəfindən də etiraf olunmaqda, təsdiqlənməkdədir. Bütün bunlar bir daha onu göstərir ki, biz bu qələbəyə görə hər şeydən öncə Ali Baş Komandanımıza, o cümlədən şəhidlərimiz, qazilərimizə minnətdarıq”.   Polkovnik Cəlil Xəlilovun çıxışından sonra 44 günlük Vətən müharibəsindən bəhs edən film nümayiş olunub. Tədbridə çıxış edən “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi tarixi qəhrəmanlığa diqqət çəkib: “44 günlük Vətən müharibəsində Azərbaycan xalqı böyük əzm və fədakarlıq göstərdi. Ali Baş Komandanın ətrafında sıx birləşən xalq, onun hər bir fərdi qələbənin əldə edilməsi üçün əlindən gələni əsirgəmədi. Ancaq heç şübhəsiz, bu qələbədə ən böyük pay şəhidlərimizə və qazilərimizə məxsusdur. Çünki məhz onlar düşmənlə üz-üzə mübarizə apararaq işğaldakı torpaqlarımızı qanları və canları bahasına düşməndən azad etdi. Azərbaycan xalqı ona bu böyük zəfəri yaşadanları heç vaxt unutmayacaq, onları hər zaman sevgi və minnətdarlıq hissi ilə xatırlayacaqdır”.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova isə çıxışında 8 Noyabr zəfərini xalqa bəxş edən qazilər və şəhidlərin ruhu qarşısında baş əydiyini bildirib: “8 Noyabr Azərbaycan xalqının qürur günü, milli özünütəsdiq günüdür. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu erməni faşizmini məhv etdi, düşməni işğaldakı torpaqlardan qovaraq dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Biz bu qələbəyə görə Prezidentimizə, Ordumuza, şəhidlərimizə və qazilərimizə borcluyuq. Mən bizə bu böyük zəfəri yaşadan şəhidlərimizin ruhu qarşısında, qazilərimiz qarşısında baş əyirəm. Azərbaycan xalqı sizin qəhrəmanlığınızı heç vaxt unutmayacaq”. Tədbirdə çıxış edən 44 günlük Vətən müharibəsi qazisi tankçı Ramin Şirinov ordumuzun müharibədəki qəhrəmanlığından danışıb, şəhid ailələri və qazilərə göstərdiyi dəstəyə görə dövlət başçısına təşəkkür edirb.   Daha sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solostləri gizir Leyla Əliyeva və Mətləb Ağayev tərəfindən hərbi vətənpərvərlik mahnıları ifa edilib. Tədbirin sonunda veteranlara bayram sovqatı verilib, onlar üçün çay süfrəsi təşkil olunub.    

Hamısını oxu
Professor İradə Hüseynova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi” kafedrasının müdiri,  tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş zamanı professor İradə Hüseynova müəllifi olduğu kitabları Təşkilat sədrinə təqdim edib.  Görüş zamanı gənclər arasında milli mənəvi dəyərlərin təbliğinin və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin vacibliyi qeyd olunub, bu məsələdə təbliğati işlərin önəmi vurğulanıb. Seymur ƏLİYEV

Hamısını oxu
İlham Əliyev Milli Qəhrəmanın adını daşıyan məktəbin açılışında - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Milli Qəhrəman, cəsur tankçı Albert Aqarunovun məktəbin həyətindəki büstünün önünə gül dəstəsi qoyub. Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə bu təhsil ocağı haqqında məlumat verilib.   Bildirilib ki, məktəbin əvvəlki binası 1936-cı ildə inşa edilmişdi. Məktəbin 460 şagird yerlik binasında 22 sinif otağı var idi. Məktəbin binası yararsız vəziyyətdə olduğundan sökülərək yerində 58 sinif otağından ibarət 960 şagird yerlik müasir bina inşa olunub və yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək. Məktəbdə tikinti işləri 2019-cu ilin aprelində başlayıb və bu ilin avqust ayında başa çatdırılıb. Yeni binada sinif otaqları ilə yanaşı, kimya, fizika laboratoriyaları, informatika kabineti, kitabxana, bufet və idman zalı var. Yeni təhsil ocağında şagirdlərin təlim-tərbiyəsi ilə 52 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Sinif otaqları və laboratoriyalar müasir zəruri avadanlıqlarla təchiz olunub. Məktəbin həyətində geniş abadlıq işləri aparılıb. Qeyd edək ki, bu təhsil ocağının şərəfli həyat yolu hər bir məktəbli üçün nümunə olan Albert Aqarunovun adını daşıması gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işində mühüm rola malikdir. 13:05 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb. video

Hamısını oxu