Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Talıb Əliyev: "Heydər Əliyevin həyat yolu Vətənə xidmət nümunəsidir"

"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat yolu Vətənə, dövlətə, bayrağa xidmət nümunəsidir".

Bunu Azərtac-a açıqlamasında Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Talıb Əliyev deyib.

Qeyd edilib ki, Heydər Əliyev üçün harada çalışmasından, hansı vəzifədə təmsil olunmasından asılı olmayaraq, hər zaman bir amal olub. Bu, Vətənə, xalqa, dövlətə xidmət amalıdır. Ulu Öndər hesab edirdi ki, hər bir insan Vətənin maraqlarını öz şəxsi maraqlarından üstün tutmalı, ilk öncə xalqın, dövlətin mənafeyini düşünməlidir. Heydər Əliyev bütün fəaliyyəti boyu Vətənin, xalqın maraqlarını digər maraq və mənafelərdən üstün tutmağın nə qədər vacib olduğunu öz şəxsi nümunəsində ortaya qoyub. Hər kəsi şəxsi maraqlardan ucada durmağa, əsl vətəndaşlıq mövqeyi sərgiləməyə çağırıb.

“Bu gün Azərbaycan xalqı öz əbədi liderinin anadan olmasının 100-cü ildönümünü qürur və iftixar hissi ilə qeyd edir. Hər bir Azərbaycan vətəndaşı yaxşı dərk edir ki, dövlətimizin xilası, vətənimizin rifahı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyev şəxsi həyatını təhlükəyə ataraq dar məqamda öz xalqının yanında yer aldı, ona rəhbərlik etməklə Azərbaycanı çoxsaylı fəlakətlərdən, labüd məhvolmadan xilas etdi.

Bu gün – anadan olmasının 100-cü ildönümündə Ulu Öndəri sevgi və rəğbət hissi ilə anır, ona Allahdan rəhmət diləyirik. Əminliklə bildiririk ki, Azərbaycan bundan sonra da Heydər Əliyevin irsinə sadiq olacaq, onun qoyub getdiyi yoldan bir addım belə olsun kənara çıxmayacaq”, - deyə T.Əliyev bildirib.

 

2023-05-11 08:34:49
3547 baxış

Digər xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə görüş olub. Konfederasiya sədri Sahib Məmmədov ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlər barədə danışıb, son zamanlar həmkarlar ittifaqları sistemindəki yenilikləri diqqətə çatdırıb. Bildirilib ki, müasir inkişaf reallıqları və  bu günün çağırışları nəzərə alınmaqla, eləcə də mütərəqqi təcrübənin tətbiqi ilə qurumun fəaliyyəti təkmilləşdirilir, rəqəmsallaşdırılmaqla yollayışların verilməsi proseduru sadələşdirilir. Artıq sanatoriya və kurort müəssisələrinin qış mövsümündə də səmərəli fəaliyyəti təmin olunur və mövsüm ərzində ittifaq üzvlərinə yollayışlar güzəştli şərtlərlə verilir. Ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətinə yaradılan əlverişli şəraitdən bəhs edən Sahib Məmmədov cənab Prezident İlham Əliyevin quruma göstərdiyi dövlət dəstəyini vurğulayıb. Qeyd edilib ki, həmkarlar ittifaqları tərəfindən müəssisə və təşkilatlarda işləyən veteranların da sosial müdafiəsi üçün konkret addımlar atılır, istirahət və müalicələri üçün güzəştli yollayışlar verilir. Bu cür tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Veteranlara olan yüksək münasibətdən danışan Konfederasiya sədri onlara ayrılan birdəfəlik maddi yardımları, pensiyaların ildən-ilə artırılmasını, mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicəsini dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın veteranlara xüsusi qayğısının göstəricisi olduğunu diqqətə çatdırıb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, əməkdaşlığın genişləndirilməsinə dair təkliflərini səsləndirib. Həmçinin görüşdə tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb.

Hamısını oxu
“30 noyabr şəhidləri xalqımızın qəlbində hər zaman ehtiramla anılacaq”

Cəlil Xəlilov: “Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirəm”   “30 noyabr şəhidləri xalqımızın qəlbində hər zaman ehtiramla anılacaq”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.   Polkovnik qeyd edib ki, Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helekopterin qəzaya uğraması nəticəsində 14 nəfərin şəhid olması, iki hərbçinin isə yaralanması faktı bütün Azərbaycan xalqı tərəfindən üzüntü ilə qarşılanıb:   “Baş verən bu faciə xalqımız tərəfindən dərin kədər və üzüntü ilə qarşılanıb, bütün cəmiyyətdə böyük təəssüf hissi doğurub. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Xalqımız bütün şəhidləri kimi 30 noyabr şəhidlərini də hər zaman sevgi və minnətdarlıq hissi ilə yad ediləcək, onların işıqlı xatirəsinin unudulmasına imkan verməyəcək”.   Daha sonra media və sosial media nümayəndələrinə səslənən sədr müavini, baş verən faciə ilə bağlı qeyri-rəsmi məlumatlar yaymamağa, yalnız rəsmi informasiyalara istinad etməyə çağırıb:   “Mən bütün media və sosial media istifadəçilərini dövlət orqanlarının rəsmi məlumatlarına istinad etməyə, şaiyə və ehtimalları bir kənara qoymağa səsləyirəm. Baş verən olayla bağlı əlaqədar qurumlar rəsmi açıqlamalar yayıb və hadisə ilə bağlı araşdırma davam edir. Istintaqın gedişatı ilə bağlı rəsmi qurumlar bundan sonra mütəmadi surətdə ictimaiyyəti məlumatlandıracaq və müvafiq yeniliklərlə tanış edəcəklər. Odur ki, indiki həssas məqamda subyektiv fikir və ehtimalların işıqlandırılması yolverilməzdir və bu, cəmiyyətdə çaşqınlıq yarada bilər.   Bunu da qeyd edim ki, nə qədər arzuedilməz olsa da, bu cür qəzalar dünyanın ən müasir ordularında da zaman-zaman baş verir və təəssüf ki, heç bir dövlət bu kimi hallardan sığortalanmayıb.   Mən bir daha baş verən faciə ilə əlaqədar şəhid olan hərbi qulluqçuların yaxınlarına dərin hüzünlə başsağlığı verir, yaralılara şəfa diləyirəm”.   Seymur ƏLİYEV  

Hamısını oxu
“26 iyun - Silahlı Qüvvələr Günü” münasibətilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati binasında “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri Vətən Mü

Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən hər bir şəxsə qayğı və dəstəyin göstərilməsi ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzindədir. İkinci Qarabağ Müharibəsi iştirakçılarının diqqətdə saxlanılması dövlət təşkilatları ilə yanaşı ictimai birliklərin və hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. “26 iyun - Silahlı Qüvvələr Günü” münasibətilə “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin təşkilatçılığı ilə bu gün, 2021-ci il iyunun 24-də Baş Prokurorluğun yeni inzibati binasında Qarabağ Müharibəsi iştirakçıları, qaziləri və döyüşlərdə yaralanmış hərbçiləri ilə görüş keçirilmişdir.  Görüş iştirakçıları burada yaradılmış Vətən müharibəsinə həsr edilmiş tarixi-memorial muzeylə tanış olmuşlar. Bundan sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin akt zalında tədbir açıq elan edilərək Vətən müharibəsində şəhid olan bütün əsgər və zabitlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə iştirak edən “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri və Vətən müharibəsinin iştirakçıları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı yenilməz Azərbaycan ordusunun zabit və əsgərlərinin şücaətindən və qəhrəmanlıqlarından danışmışlar. Tədbirin yekununda Vətən müharibəsi iştirakçılarına İctimai Birlik tərəfindən hədiyyələr verilmiş və xatirə fotoşəkli çəkilmişdir.                  

Hamısını oxu
“44 günlük Vətən Müharibəsindən sonra” mövzusunda Niderland Krallığında silsilə görüş və tədbirlər təşkil olunub

Veteran.gov.az BAK-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, “44 günlük Vətən Müharibəsindən sonra”  mövzusunda Miqrasiya Proseslərinin Tətbiqi İctimai Birliyinin sədri, Docent Doktor Fəridə Hicran Vəliyevanın layihəsi əsasında Niderland Krallığında silsilə görüş və tədbirlər təşkil olunmuşdur. Belə tədbirlərdən biri də Benilüks Azərbaycanlıları Konqresi (BAK ) sədri Elsevər Məmmədovun təşkilatçılığı ilə baş tutdu. Tədbirdə Bakıdan gələn qonaq, Sahibkar Qadınlar İctimai Birliyinin Prezidenti Zemfira Ağayeva da iştirak etmişdir. Giriş sözü ilə qonaqları salamlayan və BAK-a təşrif buyurduqları üçün, onlara öz təşəkkürünü bildirən  BAK sədri Elsevər Məmmədov sözü Fəridə Hicrana verdi. Fəridə Hicran  44 günlük müharibə zamanı şanlı Ordumuzun və xalqımızın göstərdiyi igidlik və fədakarlıqdan danışaraq doğma Qarabağımızın 30 illik düşmən caynağı altından axırı ki, azad olmasını və rahat nəfəs almasını vurğuladı. Bu illər ərzində çəkdiyi Vətən həsrətinin acılı xatirələri Fəridə xanımın, bir qarabağlı kimi, qəlbinə qubar olub dərdə çevrilməsi onu nakam bir şairəyə çevirmişdir.  Erməni vəhşıyı ucbatından yerlə-yeksan olan Qarabağımızın şəhər və kəndlərini bu halda aşkarlamaq Fəridə Xanımın dərdli fəryadına, ahu-zarına çevrildi.  Tarixi memarlıq abidələrinin darmadağın edilməsindən, təbiətimizə vurulan ziyandan ürək ağrısı ilə danışan Fəridə Hicran, Prezident İlham Əliyevin apardığı məntiqli və uzaqgörən siyasəti və hərbi  uğurları  barədə geniş məlumat verdi. Şanlı Qələbəmiz bir çıraq olaraq bütün həsrətli qəlblərin məlhəmi olmuş,  xalqımıza Vətən torpağına bir daha qayıdış sevincini yaşatmışdır. Qazandığımız Qələbəyə görə Ordumuza dərin rəğbət və minmətdarlığını bildirən Fəridə Xanım, eləcə də, xaricdə yaşayan həmvətənlərimizin bu işdə, “arxa cəbhə” kimi gostərdiyi iş və fədakarlığına görə öz təşəkkürlərini bildirdi. Bu əsas işdə bizlərə daha mətinli və cəsur olmağa səslədi. Azərbaycanın ədalətli mübarizəsinin bütün dünyada səs salmasını vurğulayan Fəridə Hicran, həmçinin, Vətənimizin təbliğatına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı və gələcək işlərində, burada fəaliyyət göstərən bütün icmalara uğurlar arzuladı. Şəhidlərin ruhunun xatirəsini bir dəqiqəlik sükutla yad edən Ana Vətən Avropa Azərbaycanlı Qadınları Birliyinin sədri Mayisə Ağamirzəyeva muharibədən əvvəl, müharibə zamanı və sonrası görülən işlərdən danışaraq həmvətənlərimizin bu işdə çiyin-çiyinə fədakarcasına çalışaraq Azərbaycan həqiqətlərini yerli ictimaiyyətə və lazımi təşkilatlara layıqıncə çatdırıldığını vurğuladı. BAK sədrinin müavini Sima Cəfərli də  BAK-da gedən iş və tədbirlərdən söhbət açaraq gələcək plan və işlərə nəzər saldı. O, həmçini BAK üzvlərinin 44 günlük müharibə zamanı və sonrası keçirilən tədbirlərindən danışdı. Şuşanın alınması ilə bağll BAK qərargahında Niderlandda fəaliyyət göstərən bütün icmaların iştirakı ilə keçirilən Bayram abu havalı yığıncağını xatırlayaraq hər kəsin keçirdikləri sevinc və qürur hisslərini bölüşdu. Daha sonra Lady Club təsisçisi Kəmalə Cəlilova öz   ürək sözlərini söyləyərək, Vətən yolunda görüləcək işlərdə hər kəsə uğurlar arzuladı. Həmçinin,  iştirakçılar arasında fikir mübadiləsi aparıldı və müharibədən öncə və sonrakı dövrdə Niderlandda Azərbaycan İcmalarının keçirdikləri tədbir və aksiyalar barədə müzakirələr oldu. Öz xatirə və hisslərini bölüşən tədbir iştirakçıları bir birlərinə gözəl əhval ruhiyyə və xoş ovqat bəxş etdilər. Vətənimizdən gələn hər bir qonaq özü ilə qürbətdə yaşayan həmvətəninə sevinc payı bəxş etdi. İştirakçılar, Fəridə Hicrana və Zemfira Ağayevaya maraqlı tədbirə görə öz təşəkkürlərini bildirdilər, onlara işlərində bol uğurlar arzuladılar. Gələcəkdə belə görüşlərin təşkil olunması və yeni layıhələr keçirilməsi istəyini bildirdilər.  

Hamısını oxu